Məhkəmə qərarları › İş №2(102)-1837/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1837/2025

23.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1837/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızının Cavabdeh qarşı ilkin tələbi, Cavabdeh Cümşüdova (Həsənova) Arzu Sabir qızına qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İ(Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakda payların bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiаçı Cümşüdova (Həsənova) Arzu Sabir qızının Cavabdeh qarşı “evin təhvil verilməsi, cavabdehin evdən çıxarılması, evə köçürülmə, əmlak bölgüsü” tələbinə dair ilk iddiası, Cavabdeh Cümşüdova (Həs ənova) Arzu Sabir qızına qarşı “əmlak bölgüsü” barədə qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5829/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Arzu Cümşüdova (Vəkil1) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətlərinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh ilə X12 xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X15 adlı uşaqları doğulmuşdur. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Kreditverən) və X7 (ilkin iddiaçının atası) (Borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19001S061512/717471 nömrəli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 250.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2029-cu il tarixinədək kredit limiti ayrılmışdır. xx.xx.2019-cu il tarixli, 19001-S061512/717471 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli razılaşmaya əsasən kreditverən 19001S061512/717471 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 24 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixinədək 0 ay güzəşt müddəti olmaqla, 20.000 manat məbləğində borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə vermişdir. "xxxx" ASC (Kreditor), X7 (Borclu) və X8 (Zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001FİZAM71747201 nömrəli zaminlik müqaviləsinə əsasən müqavilə “Borclu”nun “Kr editor” qarşısında xx.xx.2019-cu il tarixli, 19001S061512/717471 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin tamam ilə icra edilməsi üçün “Zamin”in “Kreditor” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edilmişdir. "xxxx" ASC (İpoteka Saxlayan) və X8 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001MAZNL71747201 nömrəli ipoteka müqaviləsinə əsasən “İpoteka qoyan” xüsusi mülkiyyəti hüququ ilə özünə məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində istifadədə olan 0,1959 ha torpaq sahəsində yerləşən 6a nömrəli, 9 mərtəbəli binada 46,73 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 51 nömrəli mənzili 19001S061512/717471 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn ö hdəliklərin təmin edilməsi məqsədilə “İpoteka saxlayan” qarşısında ipoteka ilə yüklü edir.

3. X9 (Satıcı) və İddiaçı (Alıcı) arasında notariat qaydasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən “Satıcı” ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam hissə, 59,5 kv.m.) “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə “Satıcı”dan satdığı tam hissəni ondan 22.000 manat qiymətinə alır. 4. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

5. Cavabdeh adına xx.xx.2020-ci il tarix də “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2022-ci il tarixdə “Kia Rio” minik markalı, **-MA*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Həmin avtomobillər xx.xx.2022-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxmışdır.

6. Cavabdeh (Satıcı) və X10 (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə “Kia Rio” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.000 manat məbləğində satmışdır.

7. Cavabdeh (Satıcı) və X10 (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə “Chevrolet Cruze” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.000 manat məbləğinə satılmışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış 2501 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X11 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı Cümşüdova (Həsənova) Arzu Sabir qızının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edə rək, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilmədən öz mülkiyyətçisi İddiaçı təhvil verilməsi, Cavabdeh həmin mənzildən əşyaları (şəxsi geyim) ilə birlikdə çıxarılması, İddiaçı öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X15 dünyaya gəlmişdir. Cavabdeh ailəyə laqeyd münasibət göstərməsi səbəbindən münasibətləri korlanmışdır. Belə ki, İddiaçı Cavabdeh ailəyə olan laqeyd münasibə tinin zamanla düzələcəyinə ümid etdiyindən və ailənin qorunub saxlanılmasına çalışdığından dözmüş, lakin müəyyən zaman keçdikdən sonra əmin olmuşdur ki, Cavabdeh münasibəti düzəltmək fikri yoxdur. Hətta məsələ o həddə çatmışdır ki, İddiaçı özünə məxsus olan evdən çıxıb yaxınlıqda yaşayan atası evinə getdikdən sonra Cavabdeh qapının açarını dəyişərək, öz mənzilinə də buraxmamışdır. Bununla bağlı İddiaçı hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. İddiaçı artıq yanıldığını bilmiş və buna görə də nikah münasibətlərinə birdəfəlik son vermək qərarına gəlmişdir. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin Cavabdeh İddiaçı öz şəxsi mülkiyyətinə buraxmamış, həmin mənzilin açarını dəyişdirərək, İddiaçı öz mənzilindən istifadəsinə maneə yaratmışdır. Həmin mənzil İddiaçı atası X2 vəsaiti hesabına əldə edilmiş, lakin yaxın qohum olduqları və heç vaxt qohumluq əlaqələrinin pozulmayacağı qənaətində olduğuna görə öz adına deyil, qızı, yəni İddiaçı adına alınmışdır. Belə ki, İddiaçı atası X3 xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında kredit limiti açılmış, 1 saylı razılaşmaya əsasən 24 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixinədək 20.000 manat məbləğində “digər istehlak tələblərinin ödənilməsi” məqsədilə kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən 36 ay ərzində hər ay 788 manat olmaqla kredit geri qaytarmağı öhdəsinə götürmüş, İddiaçı anası, yəni X8 zaminlik müqaviləsi əsasında həmin borc məbləğində zamin olmuşdur. Belə ki, o, mülkiyyətində olan Bakı şəhəri, Vunq Tau küçəsində istifadədə olan 0,1959 ha torpaq sahəsinin üzə rində yerləşən 6a nömrəli, 9 mərtəbəli binada 46.73 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 51 saylı mənzilini həmin kredit müqaviləsində göstərilən borc məbləğində görə ipoteka ilə yüklü etmişdir. Bundan sonra həmin pulun üzərinə 2.000 manat əlavə edərək, 22.000 manat ödəməklə xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evini qızı İddiaçı adına almışdır. Həmin alğı-satqı əsasında İddiaçı hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Ümumi yaşayış sahəsi 59,5 kv.m. sahədən ibarət olan həmin birmərtəbəli fərdi yaşayış evinin iki yaşayış otağı, bir mətbəxi və 1 bağlı eyvanı olmuşdur. Göründüyü kimi, Cavabdeh həmin fərdi yaşayış evinin əldə edilməsində heç bir rolu o lmamış, lakin İddiaçı əsassız olaraq hələ də mülkiyyətinə buraxmamağa davam edir.

11. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən tələblərdən əlavə, birgə nikah dövründə əldə edilmiş, İddiaçı razılığı olmadan özgəninkiləşdirilmiş **KY-*** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Cruze” markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kia Rio” minik markalı nəqliyyat vasitələrinin qiymətinin yarısının Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddi açı ilə birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evinin aralarında naturada bölünməsi, indiki bazar qiyməti ilə qiymətləndirilməsi və ona çatası pul məbləğinin İddiaçı tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda isə açıq hərracdan satılması və satışdan əldə olunacaq pul məbləğinin aralarında bərabər bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Sonradan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddianın predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində payının müəyyən olunmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında ye rləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evinə dair cavabdeh İddiaçı adına çıxarış verilmişdir. O, cavabdeh İddiaçı ilə əmlakla bağlı məsələnin öz aralarında həll edilməsinə çalışsa da, bu mümkün olmamışdır.

15. Məhkəmə qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq ekspert rəyi əldə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/210/8907-9/9129 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin 2019-cu ilə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 50.000 manat məbləğində, “Kia Rio” minik markalı, 2018-ci il buraxılışlı, normal vəziyyətdə saxlanıl mış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırkı real bazar qiyməti təxminən 20.500 manat, “Chevrolet Cruze” minik markalı, 2014-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada hazırkı real bazar qiyməti təxminən 13.000 manatdır.

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(010)-135/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilkin iddia tələbinin qismən təmin edilməsi, Arzu Cümşüdovanın (Həsənova) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş “Chevrolet Cruz” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 7.000 manat, “Kia Rio ” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 13.000 manat, cəmi 20.000 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Arzu Cümşüdovaya (Həsənova) verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 1/2 hissədə qarşılıqlı iddiaçı Cavabdeh, 1/2 hissədə ilk İddiaçı paylarının müəyyən edilməsi qət olunmuşdur.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, həm ilk, həm də qarşılıqlı iddia tələbinin predmeti üç əmlakla bağlıdır: 1) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi; 2) “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil; 3) “Kia Rio” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanl ı avtomobil. Belə ki, ilk iddia tələbinə görə, yuxarıda qeyd edilmiş fərdi yaşayış evi ilk iddiaçının atasının bankdan götürdüyü kredit hesabına əldə edildiyindən tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak deyil və yalnız ilk iddiaçıya məxsusdur. Bunun əksinə, avtomobillər isə tərəflərin birgə nikahı dövründə onların ümumi əmlakı hesabına əldə edilmiş, buna baxmayaraq ilk iddiaçının razılığı olmadan satılmışdır. Bu səbəbdən cavabdeh sözügedən fərdi yaşayış evindən çıxarılmalı, ev ilk iddiaçıya təhvil verilməli, avtomobillərin qiymətinin yarısı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinə görə isə mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə ümumi vəsait hesabına əldə olunduğundan onların birgə mülki yyətindədir və bu səbəbdən qarşılıqlı iddiaçının həmin əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, avtomobillərə gəldikdə isə qarşılıqlı iddiaçı avtomobil alğı-satqısı ilə məşğuldur və satdığı avtomobillərin pulu ilə yeni avtomobil alıb- satır. Mübahisəli avtomobillərdən birini – “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili nikaha daxil olmazdan əvvəl aldığı avtomobili satıb, onun puluna yenisini alaraq, bir neçə alğı-satqıdan sonra əldə etmişdir. Yəni bu avtomobil onun nikah dövründə əldə etdiyi vəsait hesabına alınmamışdır. “Kia Rio” minik markalı, **-MA*** dövlət qeydiyyat nişanlı avtomobil isə ümumiyyətlə qarşılıqlı iddiaçıya yox, onun bacısı Lamiyə Həsənovaya məxsus olmuş, avtomobili aldığı gün bacısına etib arnamə vermişdir. Göründüyü kimi, həm ilk, həm də qarşılıqlı iddianın mahiyyəti üzrə həll edilməsi üçün hər üç əmlaka münasibətdə bu əmlakların birgə nikah dövründə əldə edilmiş ümumi əmlak, yoxsa ər-arvadın hər birinin əmlakı olması məsələsi həll edilməlidir.

20. Məhkəmə bundan başqa, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından görünür ki, bu ev tərəflərin birgə nikahı dövründə - xx.xx.2019-cu il tarixdə ilk iddiaçı Arzu Cümşüdova (Həsənova) tərəfindən daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında əldə edilmişdir. Bununla belə, ilk iddiaçı iddia edir ki, bu əmlak onun atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edilmişdir. İş materiallarından görünür ki, ilk iddiaçının atası Sabir Cümşüdov həqiqətən mübahisəli evin alğı-satqısına dair müqavilənin bağlandığı gündən bir gün əvvəl – xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən 20.000 manat məbləğində kredit götürmüşdür. İlk iddiaçının anası Şaxanım Cümşüdova isə həm bu öhdəliyin lazımınca icrasına zamin durmuş, həm də öhdəliyin icrasının təmini üçün özünə məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Bundan bir gün sonra isə ilk iddiaçı Arzu Cümşüdova mübahisəli evi 22.000 manata almışdır. Bu iki hadisənin bir gün fərqlə baş verməsi bu hadisələr arasında mütləq səbəbli əlaqə olmasının birbaşa göstərici deyil. Yəni ilk iddiaçının atasının alğı-satqıdan bir gün əvvəl bankdan kredit götürməsi mübahisəli evin başqa vəsait hesabına əldə edilməsi ehtimalını birmənalı şəkildə istisna etmir. Bununla belə, bu hal işin həqiqi halı kimi qəbul edilsə idi belə, yəni mübahi səli evin məhz ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, hazırkı işin halları baxımından bu, həmin evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əngəl təşkil etməzdi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhz bu məsələ ilə bağlı qeyd edilmişdir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növb ədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Yəni hazırkı işin halları baxımından mübahisəli evin ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyi sübuta yetirilsə belə, həmin vəsaitin ailəyə deyil, məhz ilk iddiaçıya bağışlanmış olması sübut edilmədiyi təqdirdə bu vəsait hesabına əldə edilmiş əmlak ilk iddiaçının şəxsi əmlakı hesab edilə bilməz. Bu halın sübuta yetirilməsi üçün əyani sübutlar (yazılı müqavilə və s.) olmalıdır. Lakin hazırkı iş üzrə məhkəməyə belə bir sübut təqdim edilmədiyindən, yəni ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü krediti ev al ması üçün məhz ilk iddiaçıya bağışlaması heç bir sübutla təsdiq edilmədiyindən bu ev ilk iddiaçının şəxsi əmlakı yox, tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak hesab edilməlidir. Bu səbəbdən qarşılıqlı iddiaçının əmlak üzərində payı müəyyən edilməlidir. Hazırkı iş üzrə tərəflər arasında payların müəyyən edilməsi ilə bağlı heç bir müqavilə olmadığından və payların qeyri-bərabər bölünməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən Həsənovun əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir.

21. Məhkəmə onu da qeyd etmişdir ki, qarşılıqlı iddiaçının ev üzərində 1/2 hissədə payının müəyyən edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi ilə ilk iddianın əlaqəli hissəsinin – cavabdehin evdən çıxarılması və evin birgə mülkiyyət hesab edilmədən ilk iddiaçıya təhvil verilmə sinin təmin edilməsi istisna edilir. Çünki artıq yuxarıda qeyd edilənlərə əsasən, mübahisəli evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak olduğu nəticəsinə gəlinərək, Cavabdeh əmlak üzərində payı müəyyən edildiyindən əmlakın digər payçısı olan ilk iddiaçı Arzu Cümşüdovanın onun evdən çıxarılmasını və evin özünə təhvil verilməsini tələb etməsi əsassızdır. Eyni səbəbdən ilk iddiaçının həmin evə köçürülməsi tələbinə dair iddiası isə əsaslıdır. Belə ki, ilk iddiaçı Arzu Cümşüdova eynilə Cavabdeh kimi əmlakın mülkiyyətçisidir və payları ayrılmadığı müddətcə həmin əmlakdan bütövlükdə istifadə etmək, əmlaka sahiblik etmək kimi hüquqları var. Bu səbəbdən ilk iddia həmin evə köçürülmə hissəsində təmin edilməlidir.

22. Tərəflər arasında mübahisəli olan digər əmlaka - “Chevrolet C ruze” markalı, **KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, bu avtomobil tərəflərin birgə nikahı dövründə - xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddiaçının adına qeydə alınmışdır. Qarşılıqlı iddiaçı iddia etmişdir ki, bu avtomobil birgə nikah dövründə alınsa da, avtomobilin əldə edilməsi üçün vəsait birgə nikah dövründə əldə edilmiş vəsait olmamış, o, avtomobil alğı-satqısı ilə məşğul olduğundan nikahdan əvvəlki dövrdə əldə etdiyi avtomobilləri sataraq onların pulu ilə hər dəfə yeni avtomobil almışdır. Bu səbəbdən nikaha daxil olduqdan 3 il sonra əldə edilmiş bu avtomobil əslində nikahdan əvvəlki dövrdə əldə etdiyi qazanc hesabına alınmışdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan nəqliyyat vasitələrin in dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məlumatlardan (kompüter çıxarışından) görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh 2017-2022-ci illərdə altı avtomobil alıb-satmışdır. Bunlardan ikisi tərəflərin nikaha daxil olduğu tarixdən əvvəl – müvafiq olaraq xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə əldə edilmişdir. xx.xx.2017-ci il tarixdə əldə edilmiş avtomobilin (“BMW 528” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı) xx.xx.2020-ci il tarixdə satılmasından 3 gün sonra – xx.xx.2020-ci il tarixdə “Chevrolet Cruze” minik markalı, **VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Bu baxımdan, həmin avtomobilin tərəflərin nikahından əvvəlki dövrdə qarşılıqlı iddiaçıya məxsus olmuş vəsait hesabına əldə edildiyi nəticəsinə gəlmək mümkündür. Lakin nəzərə alınmalıdır ki, ilk idd iaçı bu avtomobilə yox, bu avtomobildən 9 ay sonra – xx.xx.2020-ci il tarixdə alınmış “Chevrolet Cruze” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə tələb yönəltmişdir, hansıki həmin avtomobilin alındığı tarixdən qısa müddət əvvəl qarşılıqlı iddiaçı tərəfindən satılmış hər hansı avtomobil olmamışdır. Bu baxımdan, həmin avtomobilin qarşılıqlı iddiaçıya nikahdan əvvəlki dövrdə məxsus olmuş avtomobillərin satışı nəticəsində əldə edilmiş vəsait hesabına alınması nəticəsinə gəlmək mümkün deyil. Qarşılıqlı iddiaçı iddia edir ki, o, avtomobilləri rəsmi alğı-satqıdan xeyli əvvəl etibarnamə əsasında “satdığından” onun yeni avtomobil alma tarixi əvvəlki avtomobilin rəsmi satış tarixləri ilə üst-üstə düşmür. Qarşılıqlı iddiaçının bildirdiyinə görə, yuxarıda qeyd edilmiş xx.xx.2020-ci il tarixdə aldığı “Chevrolet Cruze” minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmi alğısatqısı xx.xx.2023-cü il tarixdə olsa da, avtomobilin faktiki (etibarnamə əsasında) “alğısatqısı” xx.xx.2020-ci il tarixdə baş tutmuş, həmin “alğı-satqı”dan 1 həftə sonra – xx.xx.2020-ci il tarixdə tərəflər arasında mübahisəli olan avtomobil (“Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı) əldə edilmişdir. İş materiallarında olan kompüter çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən həmin avtomobilin idarə edilməsi üçün Nurlan Eybullayev adlı şəxsə etibarnamə verilmişdir. Avtomobillərin etibarnamə əsasında qeyri-rəsmi “alğı-satqısı” respublikada geniş yayılmış praktika olsa da, nəzərə alınmalıdır ki, bu hal avtomobilin rəsmi (müqavilə əsasında) alğısatqısına münasibətdə istisna hal hesab olunur. Yəni avtomobilin özgəninkiləşdirilməsinin rəsmi olaraq tanınan, etibarlı yolu müqavilə əsasında baş tutan alğı-satqıdır. Bu vəziyyətdə əgər hər hansı bir şəxs avtomobilini bu qaydadan kənar, qeyri-rəsmi üsulla, etibarnamə əsasında “satdığını” iddia edirsə, bu “satışın” həqiqətən baş tutduğunu sübut etmək onun üzərinə düşür. Bu halın mötəbər sübutlarla təsdiq edilmədiyi istənilən halda isə avtomobilin alğı-satqı tarixi elə avtomobilin rəsmi olaraq özgəninkiləşdirildiyi tarix hesab olunmalıdır. Hazırkı işdə müvafiq orqanın kompüter sistemindən çıxarışda qarşılıqlı iddiaçının yuxarıda qeyd edilmiş avtomobil üçün xx.xx.2020-ci il tarixdə başqa şəxsə etibarnamə verdiyi görünsə də, bu mütləq olaraq o mənaya gəlmir ki, həmin avtomobil bu etibar namənin verildiyi tarixdə faktiki olaraq “satılmışdır”. Ən azından ona görə ki, həmin avtomobilə görə başqa şəxslərə də müxtəlif tarixlərdə etibarnamələr verilmişdir. Bu vəziyyətdə digər etibarnamələrlə yox, məhz xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamə ilə faktiki “alğı-satqı”nın baş tutmasının da sübuta yetirilməsi zərurəti yaranmışdır. Buna baxmayaraq, qarşılıqlı iddiaçı tərəfindən işin bu halları ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə həmin avtomobilin elə rəsmi alğı-satqı tarixində xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirildiyi nəticəsinə gəlir. Bununla da məhkəmə qarşılıqlı iddiaçının bu avtomobilin nikahdan əvvəlki dövrdə ona məxsus olmuş avtomobilin satışından əldə edilmiş gəlir hesabına əldə edilməsi ilə bağlı dəlillərini əsassız hesab etmiş və avto mobilin tərəflərin birgə nikahı dövründə ümumi gəlirləri hesabına əldə edildiyi nəticəsinə gəlmişdir.

23. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında mübahisəli olan üçüncü əmlak - “Kia Rio” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İlk iddiaçının mövqeyinə görə, bu avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına əldə edilsə də, qarşılıqlı iddiaçının bildirdiyinə görə, bu avtomobil ümumiyyətlə ona yox, bacısı Lamiyə Həsənovaya məxsus olmuşdur. Qarşılıqlı iddiaçı öz mövqeyini belə əsaslandırmışdır ki, o, bu avtomobili elə aldığı gün – xx.xx.2022-ci il tarixdə avtomobillə bağlı bacısına etibarnamə vermişdir. Həmçinin bacısı Lamiyə Həsənovanın bu avtomobilin alınmasından əvvəl bankdan kredit götürməsi barədə iş materiallarında sübutlar mövcuddur. Qeyd edilməlidir ki, iş materiallarında X4 avtomobilin alınması ərəfəsində bankdan kredit götürdüyünü göstərən sənədlər mövcuddur. Bununla belə, yuxarıda ilk iddiaçının atasının götürdüyü kreditə münasibətdə qeyd edildiyi kimi, qarşılıqlı iddiaçının bacısının bu avtomobilin alınması ərəfəsində bankdan kredit götürməsi ilə avtomobilin alınması arasında mütləq səbəbli əlaqə yoxdur. Yəni qarşılıqlı iddiaçının bacısı həmin krediti başqa məqsədlə də götürə, yaxud bu vəsaiti avtomobil alması üçün qardaşına bağışlaya bilərdi. Bundan əlavə, qarşılıqlı iddiaçının avtomobili aldığı xx.xx.2022-ci il tarixdə bacısına etibarnamə verməsi avtomobilin faktiki olaraq bacısına məxsus olduğu mənasına gəlmir. Ən azından ona görə ki, qarşılıqlı iddiaçının həmin avtomobili bacısı Lamiyə Həsənovaya rə smi olaraq satdığı xx.xx.2022-ci il tarixdə bacısı Lamiyə Həsənova da ona avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Əgər bu etibarnamə faktiki “alğı-satqı” kimi qəbul olunursa, qarşılıqlı iddiaçının bacısı Lamiyə Həsənovanın avtomobili rəsmi olaraq aldığı gün qardaşına etibarnamə verməsi də eyni qaydada “alğı-satqı” kimi qəbul olunmalıdır.

24. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə icraatı gedişində avtomobillərin kimə məxsus olması ilə bağlı qeyrisəmimi mövqe sərgiləmişdir. Belə ki, o, məhkəmə iclaslarında verdiyi izahatlarda və məhkəməyə təqdim etdiyi iddiaya etirazlarda mübahisə edilən hər iki avtomobilin özünə məxsus olduğunu, bu avtomobilləri işi (avtomobil alğı-satqısı) ilə əlaqədar əldə etdiyini, hər avtomobilin satışından əldə etdiyi vəsaitlə digər avtomobili aldığını iddia etmiş, avtomobillərin hansınınsa bacısına məxsus olması barədə heç bir məlumat verməmişdir. O, yalnız son dövrlərdə - 2024-cü ilin iyul ayından etibarən avtomobillərdən birinin bacısı Lamiyə Həsənovaya məxsus olduğunu iddia etməyə başlamış, lakin işin məhkəmənin icraatında olduğu kifayət qədər uzun müddət ərzində nəyə görə bu hala heç vaxt istinad etməməsini əsaslandırmamışdır. Belə olan halda məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, bu avtomobillərin tərəflərin birgə nikahı dövründə qazanılmış ümumi gəlir hesabına əldə edilməməsi barədə qarşılıqlı iddiaçının dəlilləri ilə razılaşmamış və hər iki avtomobilin birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olduğu nəticəsinə gəlmişdir. Bununla belə, iş materiallarından görünür ki, hər iki avtomobil xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən satılmışdır. Avtomobillərin hər ikisi tərəflərin birgə nikahı dövründə satılsa da, ilk iddiaçı iddia etmişdir ki, onlar həmin dövrdə faktiki ayrı olmuşlar və cavabdeh avtomobillərin hər ikisini onun razılığı olmadan satmış, həmin dövrdə ayrı olduqlarından əldə edilmiş gəlir ailəyə sərf olunmamışdır. Öz növbəsində qarşılıqlı iddiaçı isə qeyd edilənləri qəbul etməmiş, ilk iddiaçı ilə 2022-ci ilin noyabr ayında mübahisə etdiklərini, bu səbəbdən ilk iddiaçının atası evinə getdiyini, lakin bir müddət sonra – 2023-cü ilin may ayından barışaraq birlikdə yaşadıqlarını, ilk iddiaçının avtomobillərin satışından məlumatı olduğunu bildirmişdir.

25. Məhkəmə bundan başqa qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nik ah xx.xx.2023-cü il tarixli qətnamə əsasında pozulsa da, tərəflərin faktiki ayrılıq tarixinin bundan xeyli əvvəlki tarixə təsadüf etməsi, bu səbəbdən ilk iddiaçının avtomobillərin satışından məlumatsız olması mümkündür. Lakin bu nəticəyə gəlmək üçün tərəflərin faktiki olaraq ayrıldıqları vaxt, daha doğrusu hər iki avtomobilin satıldığı xx.xx.2022-ci il tarixdə onların faktiki olaraq ayrı olub-olmamaları müəyyən edilməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh hər nə qədər məhkəmə iclasında verdiyi izahatlarında əksini iddia etsə də, iş materiallarından görünür ki, o, arvadı Arzu Cümşüdovanın şikayəti əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə verdiyi izahatda arvadı İddiaçı (Cümşüdova) ilə 8 aya yaxındır ki, birgə yaşamadıqlarını, bu səbəbdən evin qapısının kilidini dəyişdirdiyini bildirmiş dir. Bu izahatın 2023-cü ilin iyun ayında verildiyi nəzərə alındıqda, qarşılıqlı iddiaçının iddia etdiyindən fərqli olaraq 2023-cü ilin may ayında barışmadıqları, əksinə 2022-ci ilin noyabrından faktiki ayrıldıqdan sonra birlikdə yaşamadıqları müəyyən olunur.

26. Məhkəmə onu da qeyd etmişdir ki, iş materiallarında olan digər sübutlar da işin bu halını təsdiq edir. Belə ki, məhkəmənin qərardadı əsasında ilk iddiaçı Arzu Cümşüdovanın istifadəsində olan mobil telefon nömrələrinin anten dairəsi məlumatları əldə edilmişdir. Həmin məlumatların olduğu CD-yə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə qədər Arzu Cümşüdovanın demək olar ki, bütün telefon danışıqları Suraxanı rayonu, Əmircan qəsəbəsindəki ünvanda (tərəflərin birlikdə yaşadıqları ünvan) baş tutsa da, həmin tarixdən so nra Arzu Cümşüdovanın bir dəfə belə həmin ünvanda telefon danışığı olmamış, bütün danışıqlar başqa ünvanlarda baş tutmuşdur.

27. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlər əsasında belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh hər iki avtomobili satdığı xx.xx.2022-ci il tarixdə onlar ilk iddiaçı Arzu Cümşüdova ilə faktiki olaraq ayrı olmuş, bundan sonra aralarındakı nikahın pozulmasına qədər ailə kimi birlikdə yaşamamışlar.

28. Məhkəmə ilk iddiaçının birlikdə yaşadıqları evdən alınan son anten məlumatının avtomobillərin satılmasından bir gün əvvələ - xx.xx.2022-ci il təsadüf etməsini nəzərə alaraq qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh arvadı ilə faktiki ayrıldıqları gündən sonrakı gün avtomobilləri satması işin yuxarıda qeyd edilmiş halları da nəzərə alındıqda bu satışdan arvadının xəbəri olmadığı nəticəsinə gəlməyə əsas verir.

29. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisəli avtomobillərin satış qiymətinin yarısı məbləğində pul qarşılıqlı iddiaçıdan ilk iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ilk iddiaçı razılığı olmadan bağlanmasına baxmayaraq, avtomobillərin alğı-satqı müqavilələrini mübahisələndirməmişdir. Belə olan halda məhkəmə, bu halı müqavilələrin sonradan bəyənilməsi kimi qiymətləndirmişdir. Bu halla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arv addan) tələb edə bilər. İş materiallarında olan nəqliyyat vasitələrinin alğı-satqı müqavilələrindən görünür ki, mübahisə predmeti olan avtomobillərdən “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.000 manata, “Kia Rio” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 26000 manata satılmışdır. Belə olan halda həmin avtomobillərin satış qiymətlərinin yarısı olan müvafiq olaraq 7.000 manat və 13.000 manat olmaqla, cəmi 20.000 manat məbləğində pul ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddiaçı Arzu Cümşüdovaya (Həsənova) ödənilməlidir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.1, 225.1, 225.2, 225.4-cü, Azərbaycan Respu blikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2, 32.2.1, 32.2.2, 32.3, 34.1, 36.1, 36.3, 36.4, 37.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

31. Qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətləri vermişlər.

32. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən fərdi yaşayış evi üzərində Cavabdeh 1/2 hissədə, İddiaçı 1/2 hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi xahiş olunmuşdur.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən 20.000 manat məbləğində kredit götürmüşdür. İlk iddiaçının anası Şaxanım Cümşüdova isə həm bu öhdəliyin lazımınca icrasına zamin durmuş, həm də öhdəliyin icrasının təmini üçün özünə məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Bundan bir gün sonra isə ilk iddiaçı Arzu Cümşüdova mübahisəli evi 22.000 manata almışdır. Məhkəmə isə hesab etmişdir ki, bu iki hadisənin bir gün fərqlə baş verməsi bu hadisələr arasında mütləq səbəbli əlaqə olmasının birbaşa göstərici deyil. Yəni ilk iddiaçının atasının alğı-satqıdan bir gün əvvəl bankdan kredit götürməsi mübahisəli evin başqa vəsait hesabına əldə edilməsi ehtimalını birmənalı şəkildə istisna etmir. Bununla belə, bu hal işin həqiqi halı ki mi qəbul edilsə idi belə, yəni mübahisəli evin məhz ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, hazırkı işin halları baxımından bu, həmin evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əngəl təşkil etməzdi. İddiaçının atasının həmin pulu məhz Arzuya bağışlamasını sübut etməlidir. İddiaçı isə hesab edir ki, hamıya bəlli olan halın sübuta ehtiyacı yoxdur. Belə ki, iddiaçının atası həmin məbləği, təbii dir ki, öz qızına hədiyyə edəcəkdir. Cavabdehə hədiyyə etməsi ağlabatan sayılmır.

34. Cavabdehin (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni təmin olunan “birgə nikah dövründə əldə edilmiş “Chevrolet Cruz” markalı, **-KY-*** dö vlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 7.000 manat, “Kia Rio” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 13.000 manat, cəmi 20.000 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Arzu Cümşüdovaya (Həsənova) verilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, rəsmi nikaha daxil olaraq ailə qurana kimi avtomobillərin alğı-satqısı ilə məşğul olmuş və 3 ədəd avtomobili olmuşdur. Həmin avtomobillərin həmin dövrdə bazar qiyməti 32.000 manat olmuşdur. Sonrakı vaxtlarda da həmin pulla avtomobil alıb-satmışdır. DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin məlumatlarına əsasən 1) Cavabdeh adına xx.xx.2013-cü il tarixdə **-DB-*** qeydiyyat nişanlı “Mersedes S200” markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2017-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə); 2) Cavabdeh adına xx.xx.2017-ci il tarixdə **-LA-*** qeydiyyat nişanlı “BMW 330” minik markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2017-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2017-ci il tarixli etibarnamə); 3) Cavabdeh adına xx.xx.2017-ci il tarixdə **-RB-*** qeydiyyat nişanlı “BMW 528” minik markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2020-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2020-ci il tarixli etibarnamə); 4) Cavabdeh adına xx.xx.2020-ci il tarixdə **-VJ-*** qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avto mobil olmuş, həmin avtomobil xx.xx.2020-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2020-ci il tarixli etibarnamə); 5) Cavabdeh adına xx.xx.2020-ci il tarixdə adına **-KY-*** qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2022-ci il tarixdə başqa bir şəxsə satılmışdır; 6) Cavabdeh adına xx.xx.2021-ci il tarixdə **-VY-*** qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobil olmuş, həmin avtomobil xx.xx.2021-ci il tarixdə başqa bir şəxsə satılmışdır (xx.xx.2021-ci il tarixli etibarnamə). 7) Cavabdeh adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan **-MA-*** qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobil bacısı X5 məxsus olmuşdur. “Kia Rio” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh bacısı X5 məxsus olmuşdur. Məh kəmədə şahid kimi dindirilən X10 **-MA-*** qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobilin ona məxsus olduğunu bildirmişdir. Həmçinin qeyd olunmalıdır ki, avtomobili şəxsən özü tapıb, satıcı ilə özü görüşüb və həmin tarixdə öz şəxsi bank hesabındakı vəsaitləri nağdlaşdırıb satıcıya ödəniş edib. X4 təqdim etdiyi bank sənədlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə bank hesabından nağd pul çıxarır. Lakin məhkəmə qətnaməsində səhv olaraq həmin məbləğin X4 avtomobilin alınması ərəfəsində bankdan kredit götürməsi kimi qeyd edilmişdir. **-MA-*** qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobilinin əvvəlki sahibi X13 xx.xx.2022-ci il tarixdə X4 adına həmin avtomobilə dair etibarnamə vermişdir. X6 verildiyi üçün o, avtomobili öz adına sənədləşdirə bilməmişdir. Ona görə də həmin avtomob il Cavabdeh adına xx.xx.2022-ci il tarixdə sənədləşdirilmiş və həmin gün də Cavabdeh **-MA-*** qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobilinə dair X5 etibarnamə vermişdir. **MA-*** qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobilin alınması zamanı Həsənova Lamiyənin qardaşı Cavabdehla və avtomobilin sahibi X14 danışıqları vardır. Həmin danışıqların kserosurətini apellyasiya şikayətinə əlavə etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında mübahisələndirilən avtomobillərə dair alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2022-ci il tarixdə faktiki ailə münasibətləri davam etmişdir. Aralarında mübahisə olsa da, mütəmadi olaraq görüşmüşlər. İddiaçı həmin avtomobillərin başqa şəxsə satılması barədə məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixdə medias iya keçirilərkən və məhkəmədə iddia qaldırılarkən avtomobillər barədə tələb olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia verdikdən sonra, xx.xx.2023cü il tarixdə İddiaçı nümayəndəsi tərəfindən avtomobillərlə əlaqədar tələb irəli sürülmüşdür. Hazırkı mübahisədə “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil və **-MA-*** qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobil Cavabdeh adına nikah dövründə rəsmiləşdirilsə də, birgə nikah dövründə onların ümumi gəliri hesabına əldə edilməsi İddiaçı tərəfindən sübut olunmur.

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5829/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Mus ayeva və Fuad Abdıyev) apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, hazırkı apellyasiya baxışının predmetini ilkin və qarşılıqlı iddianın əsaslılığına dair 2 istiqamət üzrə araşdırma təşkil etməlidir: 1) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə və birgə vəsait hesabına əldə edilmiş əmlak hesab edilirmi – bunun nəticəsinə uyğun olaraq ilkin iddianın mənzilə köçürülmə, mənzilin təhvil verilməsi və mənzildən çıxarılma ilə bağlı tələblərinin əsaslılığına da qiymət verilməsi üçün zəmin yaranmış olur; 2) “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Kia Rio” minik markalı, **-MA-*** dövlət qeydiyyat ni şanlı avtomobil tərəflərin birgə nikah dövründə və birgə vəsait hesabına əldə etdikləri əmlakdırmı.

38. Məhkəmə kollegiyası ilk növbədə mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olub-olmamasına dair məsələyə hüquqi qiymət verilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" ASC (Kreditverən) və X7 (Borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19001- S061512/717471 nömrəli kredit limiti müqaviləsindən görünür ki, bu müqaviləyə görə “Kreditverən” “Borcalan”a 250.000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2029cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. xx.xx.2019-cu il tarixli, 19001S061512/717471 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Razılaşmadan görünür ki, “Kreditverən” 19001- S061512/717471 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 24 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixinədək 0 ay güzəşt müddəti olmaqla, 20.000 manat məbləğində borc pul vəsaitini “Borcalan”ın mülkiyyətinə verir. X9 (Satıcı) və İddiaçı (Alıcı) arasında notariat qaydasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsindən görünür ki, “Satıcı” ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam hissə, 59,5 kv.m.) “Alı cı”nın mülkiyyətinə verir, “Alıcı” isə “Satıcı”dan satdığı tam hissəni ondan 22.000 manat qiymətinə alır. Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Adıçəkilən iş materiallarından da göründüyü kimi mübahisə predmeti olan əmlak - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evi tərəflərin arasında nikahlarının bağlandığı və qüvvədə olduğu dövrdə əldə olunmuşdur. Birgə nikah dövründə əldə edilən əmlakların tərəflərin ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi məsələsi isə artıq onun əksini iddia edən tərəflərin sübutetmə yükü ilə bağlı olmalıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin əmlakın tərəflərin birgə gəlirləri əsasında deyil, onun atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyini, sonuncnun həmin məbləği cavabdehə deyil, öz qızına hədiyyə etməsinin təbii hal olduğunu və əksinin ağlabatan olmadığını bildirmişdir.

39. Göstərilənlərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tər əfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər.

40. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırkı işin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin tərəflərin birgə gəlirləri hesabına deyil, onun atasının bankdan götürdüyü kredit hesabına əldə edildiyini və sonuncnun həmin məbləği öz qızı kimi iddiaçıya hədiyyə etdiyini bildirsə də, buna dair iş materiallarında hər hansı mötəbər sübut, xüsusilə də yazılı əqd aşkar edilməmişdir.

41. Bundan əlavə, ilkin iddia üzrə iddiaçı atası tərəfindən kreditin götürülməsi tarixi ilə mübahisəli mənzilin alğı-satqısı arasında 1 gün fərqin olmasını da bu halın sübutu olaraq göstərsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, həmin əqdlərin arasında bu cür qısa zamanı n olması mənzilin əldə edilməsinə xərcələnən pulun məhz götürülən kredit hesabına formalaşmasını deməyə yetərli olmamaqla birlikdə, həmçinin bağışlamanın baş tutması halında belə hədiyyə qəbul edənin yalnız İddiaçı olması da sadəcə bir ehtimal olmaqla heç bir mötəbər dəlilə söykənməmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı adına ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,5 kv.m. olan fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan və bunu təkzib edən hər hansı mötəbər dəlil iş materiallarında mövcud olmadığından, həmin əmlak qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı və cavabdehin ümumi birgə mülkiyyəti hesab edilir. Bu halda sözügedən mənzil həm də ½ hissədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyy əti olduğundan, ilkin iddianın əlaqəli hissəsi olan cavabdehin evdən çıxarılması və evin birgə mülkiyyət hesab edilmədən ilkin iddiaçıya təhvil verilməsi hissəsi əsassız, ilkin iddia üzrə iddiaçının həmin evə köçürülməsi hissəsi isə əsaslı hesab edilməlidir.

42. Məhkəmə kollegiyası ilkin iddianın **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Cruze” markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kia Rio” minik markalı nəqliyyat vasitələrinin birgı nikah dövründə əldə edilən əmlak olması və dəyərinin yarısının ödənilməsinə dair hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh adına xx.xx.2020-ci il tarixdə “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2022-ci il tarixdə “Kia Rio” minik markalı, **-MA -*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Həmin avtomobillər xx.xx.2022-ci il tarixdə cavabdehin adından qeydiyyatdan çıxmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış 2501 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X11 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019- cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi mübahisəli avtomobillər tərəflərin arası nda nikahlarının bağlandığı və qüvvədə olduğu dövrdə əldə olunmuşdur. Lakin ilkin iddia üzrə cavabdeh qeyd etmişdir ki, mübahisəli avtomobillərdən “Chevrolet Cruze” markalı olanı nikaha daxil olmazdan əvvəl aldığı avtomobili satıb, onun puluna yenisini alaraq, bir neçə alğı-satqıdan sonra əldə etmiş, yəni bu avtomobil onun nikah dövründə əldə etdiyi vəsait hesabına alınmamışdır. Digər avtomobil isə, ümumiyyətlə, qarşılıqlı iddiaçıya yox, onun bacısı Lamiyə Həsənovaya məxsus olmuş, avtomobili aldığı gün bacısına etibarnamə vermişdir.

43. İlk növbədə “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ilkin iddia üzrə Cavabdeh həmin avtomobilin daha öncə öz şəxsi vəsaiti hesabına əldə etdiyi “Chevrolet Cruze” minik markal ı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə etdiyi gəlirlə alındığını bildirmişdir. Lakin iş materiallarında olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məlumatlardan (kompüter çıxarışından) görünür ki, sözügedən avtomobilin rəsmi alğı-satqısı xx.xx.2023-cü il tarixdə aparılmışdır və bu halda gələcəkdə satılacaq əmlakdan əldə ediləcək gəlirlə keçmişdə alğı-satqının aparılması qeyri-mümkündür. İlkin iddia üzrə Cavabdeh isə bu halı onunla izah etmişdir, ki, “Chevrolet Cruze” minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmi alğısatqısı xx.xx.2023-cü il tarixdə olsa da, avtomobilin faktiki (etibarnamə əsasında) “alğısatqısı” xx.xx.2020-ci il tarixdə baş tutmuş, həmin “alğı-satqı”dan 1 həftə sonra – xx.xx.2020-ci il tarixdə tərəflər arasında mübahisəli olan avtomobil (“Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı) əldə edilmişdir. Lakin Cavabdeh qeyd edilən halı təsdiq edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmiş, bununla da alğı-satqının, həqiqətən, rəsmiləşdirilmə tarixində deyil, daha öncə aparıldığını sübut edə bilməmişdir. Bu faktın mötəbər sübutlarla təsdiq edilmədiyi istənilən halda isə avtomobilin alğı-satqı tarixi elə avtomobilin rəsmi olaraq özgəninkiləşdirildiyi tarix hesab olunmalı, qarşılıqlı iddiaçının bu avtomobilin nikahdan əvvəlki dövrdə ona məxsus olmuş avtomobilin satışından əldə edilmiş gəlir hesabına əldə edilməsi ilə bağlı mülahizəsi əsassız hesab edilməlidir.

44. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mübahisəli avtomobilin birgə nikah dövründə əldə edilməsi göstərilənlərə əsasən işin mübahisəsiz halı olsa da, onun satıldığı tarix olan xx.xx.2022-ci il tarixin də tərəflərin nikahda olduqları dövrə təsadüf etdiyi görünür. Bu zaman həmin dövrdə tərəflərin, həqiqətən, faktiki nikah münasibətlərinin davam edib-etməməsi və gəlirin ailəyə sərf edilmə ehtimalının mövcudluğu aydınlaşdırılmalıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı artıq 2022-ci ilin noyabr ayından etibarən eyni evdə yaşamadıqlarını, cavabdeh isə 2022-ci ilin noyabr ayında mübahisə etdiklərini, bu səbəbdən ilk iddiaçının atası evinə getdiyini, lakin bir müddət sonra – 2023cü ilin may ayından barışaraq birlikdə yaşadıqlarını və satışlardan xəbərdar olduğunu bildirmişdir. İş materiallarında olan ilkin iddiaçı Arzu Cümşüdovanın istifadəsində olan mobil telefon nömrələrinin anten d airəsi məlumatlarının olduğu CD-yə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə qədər Arzu Cümşüdovanın demək olar ki, bütün telefon danışıqları Suraxanı rayonu, Əmircan qəsəbəsindəki ünvanda (tərəflərin birlikdə yaşadıqları ünvan) baş tutsa da, həmin tarixdən sonra Arzu Cümşüdovanın bir dəfə belə həmin ünvanda telefon danışığı olmamış, bütün danışıqlar başqa ünvanlarda baş tutmuşdur. Həmçinin iş materiallarında olan Cavabdeh arvadı Arzu Cümşüdovanın şikayəti əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə verdiyi 2023cü ilin iyun ayına aid izahatda arvadı İddiaçı (Cümşüdova) ilə 8 aya yaxındır ki, birgə yaşamadıqlarını, bu səbəbdən evin qapısının kilidini dəyişdirdiyini bildirmişdir.

45. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, mübahisəli avtomobilin satıldığı xx.xx.2022-ci il tarixdə tərəflər arasındakı nikah pozulmasa da, onlar faktiki olaraq ayrı olmuş, ailə kimi birlikdə yaşamamaqla bərabər birgə təsərrüfat aparmamışlar. “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə və birgə gəlir hesabına əldə etdikləri əmlak hesab olunmalıdır.

46. Məhkəmə kollegiyası “Kia Rio” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə isə qeyd etmişdir ki, yuxarıda göstərildiyi kimi həmin avtomobilin də əldə olunması tərəflərin birgə nikah dövrünə təsadüf edir. İlkin iddia üzrə Cavabdeh avtomobil ümumiyyətlə ona yox, bacısı Lamiyə Həsənovaya məxsus olmuşdur. Qarşılıqlı iddiaçı öz mövqeyini belə əsaslandırmışdır ki, o, bu avtomobili elə aldığı gün – xx.xx.2022ci il tarix də avtomobillə bağlı bacısına etibarnamə vermişdir. Həmçinin bacısı Lamiyə Həsənovanın bu avtomobilin alınmasından əvvəl bankdan kredit götürməsi və alğı-satqı dövründə hesabından böyük məbləğlərdə pul məxaric etməsi barədə iş materiallarında sübutlar mövcuddur. İş materiallarına əsasən birinci instansiya məhkəməsindəki icraat zamanı ilkin iddia tələbinin həcmi artırıldıqdan, yəni mübahisəli avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək bölünməsi ilə bağlı tələb ünvanlandıqdan sonra baş tutmuş məhkəmə iclaslarının əksəriyyətində ilkin iddia üzrə Cavabdeh həmin iddianın əsassızlığını yalnız əmlakların satıldığı zaman tərəflərin hələ də evli olması və satışdan əldə edilən gəlirin ailəyə sərf olunması ilə bağlamış, sonuncu avtomobilin ona deyil, bacısına məxsusluğuna d air hansısa fikri olmamış, hətta məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizasının keçirilməsi məsələsini də məhkəmənin mülahizəsinə buraxaraq yenə də öz mülkiyyəti ilə bağlı hər hansı təkzibi olmamış, sadəcə son iclaslarda bacısını şahid qismində dəvət edərək avtomobilin sonuncuya məxsus olduğunu bildirmişdir. Bu halda məhkəmə kollegiyası qeyd edilən faktın həqiqiliyinə şübhə ilə yanaşaraq bu cür etirazın sadəcə məhkəməni düzgün nəticədən yayındırmaq xarakteri daşıdığını hesab etmişdir. Həmçinin ilkin iddia üzrə Cavabdeh avtomobilin alınmasından əvvəl bacısının bankdan kredit götürməsi və alğı-satqı dövründə hesabından böyük məbləğlərdə pul məxaric etməsini əsas gətirmişdir.

47. Məhkəmə kollegiyası hazırkı iddianın predmetlərindən olan yuxarıda adı çəkilən mənzilin ilkin iddiaçının atasını n götürdüyü kredit üzrə əldə edilən pulun hesabına alınması və bu hadisələrin arasında bir gün vaxt olmasının həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasını istisna etmədiyini bildirdiyi kimi, hazırda da qarşılıqlı iddiaçının bacısının bu avtomobilin alınması ərəfəsində bankdan kredit götürməsi və həmin vəsait hesabına alınması arasında da mütləq səbəbli əlaqənin olmaması qənaətinə gəlmişdir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışlarda Cavabdeh bacısı Lamiyə Həsənovanın avtomobilin alındığı ərəfələrdə, daha dəqiq, ondan iki gün əvvəl hesabından bir sıra məbləğlərdə pul məxaric etdiyi görünsə də, avtomobilin məhz həmin vəsait hesabına alınmasına və ya həmin vəsaitin Cavabdeh özünə avtomobil alması üçün bağışlanmasına dair hər hansı mötəbər sübutlar iş materialları nda mövcud olmamış, sadəcə Lamiyə Həsənova bu halı öz şahid ifadəsində təsdiqləmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası adı çəkilən avtomobilin də tərəflərin birgə nikahı dövründə qazanılmış ümumi gəlir hesabına əldə edilməsini istisna edən əsaslı dəlilin olmaması qənaətinə gəlmişdir. İş materiallarından göründüyü kimi həmin avtomobil də xx.xx.2022-ci il tarixdə satıldığından məhkəmə həmin dövrün tərəflərin artıq faktiki nikah lüzum görməyərək qeyd etmişdir ki, “Kia Rio” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil də birgə nikah dövrü ndə və birgə gəlir hesabına əldə edilmiş əmlak hesab olunmalıdır.

49. Məhkəmə kollegiyası ilkin iddia tələbinin iddiaçının razılığı olmadan özgəninkiləşdirilmiş **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Cruze” markalı, **-MA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kia Rio” markalı nəqliyyat vasitələrinin qiymətinin yarısının cavabdehdən tutulub iddiaçıya ödənilməsi ilə bağlı hissəsinə münasibətdə isə qeyd etmişdir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyər ini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompensasiyasıdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Hazırkı işin hallarından da göründüyü kimi ilkin iddia üzrə iddiaçı mübahisəli avtomobillərin özgəninkiləşdirilməsi ilə bağlı əqdləri mübahisələndirməmiş, yalnız həmin əmlakın satışından əldə edilən gəlirin tərəflər arasında bölünməsini xahiş etmişdir.

50. Bu halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərardakı mövqe nəzərə alınmaqla həmin əqdlərin sonradan bəyənilmiş hesab edilməsi və avtomobillərin bazar dəyərinin yox, məhz satış qiymətinin paya müt ənasib formada bölünməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan avtomobillərdən “Chevrolet Cruze” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.000 manata, “Kia Rio” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 26.000 manata satılmışdır. Bu isə onu deməyə əsas verir ki, həmin avtomobillərin satışından əldə edilmiş müvafiq olaraq 7.000 manat və 13.000 manat, cəmi 20.000 manat pulun ilkin iddia üzrə cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd edilən hissədə də ləğvinə və ya dəyişdirilməsinə hər hansı əsas təşkil etməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 213.5, 225.1, 225.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

52. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil1) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil3) kassasiya şikayətləri vermişlər.

53. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən fərdi yaşayış evi üzərində Cavabdeh 1/2 hissədə, İddiaçı 1/2 hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbu l edilməsi xahiş olunmuşdur.

54. Kasassiya şikayəti ilkin iddiaçının apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, Cavabdeh pulun Arzunun atası tərəfindən ödənilməsini birinci instansiya məhkəməsində keçirilən bir neçə iclaslarda təkrar etmiş, eləcə də özünün müxtəlif versiyaları ilə bir daha təsdiq etmişdir ki, pul vəsaiti Arzunun atası tərəfindən məhz Arzuya ev alınması (yəni məhkəmənin dediyi kimi hər ikisinə bağışlanması üçün deyil) üçün bankdan kredit götürülüb ödənilmişdir. Bununla bağlı məhkəmə iclaslarında dəfələrlə sorğu-suallar olmuş və bu fakt təsdiqlənmişdir ki, Arzunun atası krediti götürdüyü gündən növbəti gün alğı-satqı baş tutmuşdur. Məhkəmə bu halı bir gün sonra baş verməsi ilə əsaslandırmış olsa da, həm kredit, həm alğı-satqının e yni gündə həyata keçirilə bilməməsinin mümkün olduğunu zənn etməli idi. Belə ki, hər iki prosedur uzun bir vaxt tələb edən prosedurdur. İddiaçı atasının vəsaiti hesabına mülkiyyət sahibi olmuş, həmin mülkiyyətin əldə edilməsində cavabdehin heç bir rolu olmamışdır. Göründüyü kimi, cavabdeh qarşılıqlı iddia verdikdə ilkin olaraq iddiaçıdan pul tələb etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, bu ev tərəflərin birgə nikahı dövründə əldə edilmiş olsa da, xx.xx.2019-cu il tarixdə ilk iddiaçı Arzu Cümşüdova (Həsənova) tərəfindən daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında əldə edilmişdir. Əmlak onun atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edilmişdir. İddiaçının atası Sabir Cümşüdov həqiqətən mübahisəli evin alğı-satqısına dair müqavilənin bağlandığı gündən bir gü n əvvəl – xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-dən 20.000 manat məbləğində kredit götürmüşdür. İlk iddiaçının anası Şaxanım Cümşüdova isə həm bu öhdəliyin lazımınca icrasına zamin durmuş, həm də öhdəliyin icrasının təmini üçün özünə məxsus mənzili ipoteka ilə yüklü etmişdir. Bundan bir gün sonra isə ilk iddiaçı mübahisəli evi 22.000 manata almışdır. Məhkəmə isə hesab etmişdir ki, bu iki hadisənin bir gün fərqlə baş verməsi bu hadisələr arasında mütləq səbəbli əlaqə olmasının birbaşa göstərici deyil. Yəni ilk iddiaçının atasının alğı-satqıdan bir gün əvvəl bankdan kredit götürməsi mübahisəli evin başqa vəsait hesabına əldə edilməsi ehtimalını birmənalı şəkildə istisna etmir. Bununla belə, bu hal işin həqiqi halı kimi qəbul edilsə idi belə, yəni mübahisəli evin məhz ilk iddiaçının atası Sabir Cümşüdovun bankdan götürdüyü kredit hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, hazırkı işin halları baxımından bu, həmin evin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əngəl təşkil etməzdi. İddiaçının atasının həmin pulu məhz Arzuya bağışlamasını sübut etməlidir. İddiaçı isə hesab edir ki, hamıya bəlli olan halın sübuta ehtiyacı yoxdur. Belə ki, iddiaçının atası həmin məbləği təbiidir ki, öz qızına hədiyyə edəcəkdir. Cavabdehə hədiyyə etməsi ağlabatan sayılmır. Əvvəla, iddiaçının dəlillərini təsdiq edəcək kifayət qədər sübutlar iş materiallarına əlavə edilmişdir. Eləcə də, cavabdeh pulun Arzunun atası tərəfindən ödənilməsini birinci instansiya məhkəməsində keçirilən bir neçə iclaslarda təkrar etmiş, eləcə də özünün müxtəlif versiyaları ilə bir daha təs diq etmişdir ki, pul vəsaiti Arzunun atası tərəfindən məhz Arzuya ev alınması (yəni məhkəmənin dediyi kimi hər ikisinə bağışlanması üçün deyil) üçün bankdan kredit götürülüb ödənilmişdir. Bununla bağlı məhkəmə iclaslarında dəfələrlə sorğu-suallar olmuş və bu fakt təsdiqlənmişdir ki, Arzunun atası krediti götürdüyü gündən növbəti gün alğı-satqı baş tutmuşdur. Məhkəmə bu halı bir gün sonra baş verməsi ilə əsaslandırmış olsa da həm kredit həm alğı-satqının eyni gündə həyata keçirilə bilməməsinin mümkün olduğunu zənn etməli idi. Belə ki, hər iki prosedur uzun bir vaxt tələb edən prosedurdur. Mənzilin iddiaçının atasının hədiyyə etdiyi pul vəsaiti hesabına əldə edilməsi tam sübuta yetirilir və buna görə həmin əmlak birgə əmlak sayıla bilməz. Bununla əlaqədar iş materiallarında kifayət qədər süb utlar mövcuddur və birinci instansiya məhkəməsinin məhkəmə iclasının video-çəkilişlərin baxış keçirilsə cavabdehin verdiyi bütün izahatlar, bütün cavablar, şahidlərin ifadələri iddiaçının bütün dəlillərinin təsdiq edilməsinə əsas verəcək.

55. Cavabdehin (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin “birgə nikah dövründə əldə edilmiş “Chevrolet Cruz” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 7.000 manat, “Kia Rio” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitin yarısı – 13.000 manat, cəmi 20.000 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Arzu Cümşüdovaya (Həsənova) verilməsi” hissəsində ləğv olunması və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

56. Kassasiya şikayəti qarşılıqlı iddiaçının apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, məhkəmədə şahid kimi dindirilən X10 99MA 902 qeydiyyat nişanlı “Kia Rio” minik markalı avtomobilin ona məxsus olduğunu bildirmişdir. X10 bildirdi ki, həmin avtomobil əvvəldən ona məxsus olmuşdur. Qırmızı rəngdə olan avtomobili özü üçün almış və hal-hazırda edir, hətta məhkəməyə həmin avtomobillə gəlmişdir. O, avtomobili şəxsən özü tapıb, satıcı ilə özü görüşüb və həmin tarixdə öz şəxsi bank hesabındakı vəsaitləri nağdlaşdırıb satıcıya ödəniş edib. X4 təqdim etdiyi bank sənədlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə bank hesabından nağd pul çıxarı r. Lakin məhkəmə qətnaməsində səhv olaraq həmin məbləğin X4 avtomobilin alınması ərəfəsində bankdan kredit götürməsi kimi qeyd edilmişdir. **-MA-*** qeydiyyat nişanlı avtomobilinin əvvəlki sahibi X13 xx.xx.2022-ci il tarixində X4 adına həmin avtomobilə dair etibarnamə vermişdir.

57. X6 verildiyi üçün o, avtomobili öz adına sənədləşdirə bilməmişdir. Ona görə də həmin avtomobil Cavabdeh adına xx.xx.2022- ci il tarixdə sənədləşdirilmiş və həmin gün də Cavabdeh Lamiyə Həsənovaya etibarnamə vermişdir. Avtomobilin alınması zamanı Həsənova Lamiyənin qardaşı Cavabdehla və avtomobilin sahibi Məcidova Afaqla whatsap danışıqları vardır. Həmin danışıqların kserosurətini məhkəməyə təqdim etmişlər. İşdə kifayət qədər sübutlar vardır ki, həmin sübutlarla müəyyən edilir ki, **-MA-*** qeydiyyat nişanlı “Ki a Rio” minik markalı avtomobil iddiaçı ilə cavabdehin birgə nikahı dövründə əldə edilmiş olsa da, bu avtomobil Cavabdeh bacısı Lamiyə Həsənovaya məxsus olmuşdur. Cavabdeh ilə İddiaçı arasında mübahisələndirilən avtomobillərə dair alğı-satqı müqaviləsinin bağlandığı xx.xx.2022-ci il tarixdə faktiki ailə münasibətləri davam etmişdir. Aralarında mübahisə olsa da, mütəmadi olaraq görüşmüşlər. İddiaçı həmin avtomobillərin başqa şəxsə satılması barədə məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixdə mediasiya keçirilərkən və məhkəmədə iddia qaldırılarkən avtomobillər barədə tələb olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia verdikdən sonra, xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi tərəfindən avtomobillərlə əlaqədar tələb irəli sürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respubl ikasının Mülki Məcəlləsi.

58. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

59. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

60. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

61. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

62. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontra ktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

63. Maddə 225.2. Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

64. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

65. Maddə

31. Ə r-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

66. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

67. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.

68. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

69. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir.

70. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

71. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi t əcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarı.

72. Bənd 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

73. Bənd 5.4. E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə e dilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının 8 qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir.

75. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

76. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

85. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassa siya baxışının hədləri:

87. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

88. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən qarşılıqlı iddianın təmin edilməsi hissəsində, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən isə ilk iddianın təmin edilm əsi hissəsində mübahisələndirildiyindən məhkəmənin aktı bütünlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

90. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiy mət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mövcud vahid məhkəmə təcrübəsinə uyğundur.

91. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə iddiaçı) və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri, o cümlədən işin halları ilə bağlı qeyd olunan digər dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətlərində qeyd olunan dəlillər əsassızdır.

92. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayət lərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

93. Məhkəmə kollegiyası qeyd ed ir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

94. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkə məsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 95. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixl i Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

96. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

97. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

98. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

99. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

100. Göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5829/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar