Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1839/2025 07.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, ƏMin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-637/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 07 iyul 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli, ASL885 nömrəli əmək müqaviləsinə əsasən sonuncu İstismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə 12 ay müddətinə işə qəbul edilmişdir.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2020-ci il tarixdə qüvvəyə minir və aşağıda verilmiş 2.2 bəndində təsvir edilmiş sınaq müddətini müvəffəqiyyətlə başa vurulmasına yaxud bu müqavilənin qüvvəsinə onun özünün yaxud Məcəllənin müddəalarına müvafiq olaraq xitam verilməsi hallarına müvafiq olaraq 12 ay müddətə bağlanır; 2.2-ci bəndinə əsasən, bu Müqav ilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 ay sınaq müddəti hesab edilir və sınaq müddəti ərzində işəgötürən, işçinin özünü doğrultmadığına görə, ən azı 1 gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə bu Müqaviləyə xitam verə bilər. Eyni zamanda, işçi də sınaq müddəti ərzində ən azı 3 gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə bu müqaviləyə xitam vermək hüququndan istifadə edə bilər; 5.3-cü bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində işçi xəstəlik, zədə yaxud qəza nəticəsində öz vəzifələrini yerinə yetirmək iqtidarında deyilsə, o, müvafiq müddət ərzində (iş yerində olmamağının birinci günündən etibarən iki gündən gec olmayaraq) birbaşa müdirini və ya meneceri işə çıxmamağı barədə xəbərdar etməli və işəgötürəni işləyə bilməyəcəyi təxmini müddət barədə ona məlumat verməlidi r, işçi bu cür xəstəlik, zədə və yaxud qəza ilə əlaqədar verilmiş xəstəlik vərəqəsini işə başladığı birinci günündə işəgötürənə təqdim etməlidir. Belə bir sübutun təqdim edilməsi şərti ilə, işçiyə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər bir dövr üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müavinət ödənilir; 8.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.
3. Həmin müqaviləyə bağlanılmış əlavəyə əsasən iddiaçı xx.xx.2023-cü ildən təchizat üzrə menecer vəzifəsinə qəbul edilmiş və əmək haqqı məbləği 3100 manat məbləğində təyin edilmişdir. Əlavə xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. Təchizat üzrə menecerin vəzifə öhdə liklərinə daxildir: zəruri malların və xidmətlərin sifarişlərini təsdiqləmək, mövcud müqavilələrin şərtlərini nəzərdən keçirmək və test etmək, satınalma xərcləri üzrə uzunmüddətli qənaətedici məqsədlər irəli sürmək, xərcləri azaltmaq, effektivliyi artırmaq və s.
4. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 003-24/K nömrəli “İşçinin işdən kənar edilməsi barədə” əmrinə əsasən Əmək M-nin 62-ci maddəsi rəhbər tutulmaqla, mülkiyyətçilərin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə, xx.xx.2024-cü il tarixdən əmək haqqının saxlanılması şərti ilə Nəzarət və Araşdırma şöbəsi araşdırmanı yekunlaşdırana qədər Təchizat üzrə menecer İddiaçı, Təchizat üzrə baş mütəxəssis X4 və istismar xidmətlə ri üzrə qrup rəhbəri X5 işdən kənarlaşdırılmışlar. 5. xx.xx.2024-cü il tarixli “Təchizat şöbəsinin meneceri İddiaçı və həmin şöbənin böyük mütəxəssisi Cavidan Həsənov tərəfindən törədilən uyğunsuzluq və saxtakarlıq halları” barədə akta əsasən Cavabdeh MMC-nin Nəzarət və Araşdırma şöbəsinin böyük mütəxəssisi Emil Əhmədli, daxili auditi Qalib Abdallı, Nəzarət və Araşdırma şöbəsinin müdiri Rəşad İmanov bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən təchizat şöbəsində menecer vəzifəsində çalışan İddiaçı və həmin şöbədə böyük mütəxəssis vəzifəsində çalışan Cavidan Həsənov tərəfindən aşağıda qeyd olunan uyğunsuzluq və saxtakarlıqlar edilmişdir: 1) Cavidan Həsənovun və İddiaçı iştirakı ilə təchizatçıdan bazar qiyməti daha baha olan brend markalı məhsul sifarişi ilə daha ucuz, fərqli marka məhsu l alışı olmuşdur. Təchizatçı bahalı məhsul tələbi olan alışlarda qalib seçilmişdir, lakin faktiki olaraq daha ucuz olan məhsulu şirkətə təhvil vermişdir (Assa Abloy). İddiaçı və Cavidan Həsənov ilə görüş keçirildi, adları qeyd olunan əməkdaşlar təchizatçının onlara fərqli brendin (bazar qiyməti çox ucuz olan "xxxx" markası) məhsulunu verməsi barəsində məlumatsız olduqlarını bildirdilər. Araşdırma zamanı isə məlum olmuşdur ki, təchizatçı ucuz brend markasını təklif etməsini göndərdiyi qiymət təkliflərində qeyd etmişdir, bu isə öz növbəsində İddiaçı və Cavidan Həsənovun qeyd olunan baha alışdan məlumatlı olmasını təsdiq etmişdir. İddiaçı və Cavidan Həsənov digər şirkətlərin tələbə uyğun olan fərqli brendli məhsullarının təklifini uyğunsuzluq kimi görmüş və onlardan alış etməmişlər. "xxxx" təchizatçısından alış zamanı isə fərqli brendin məhsullarının alınmasına şərait yaratmışdırlar. 2) İddiaçı və Cavidan Həsənov təsisat şöbəsi tərəfindən "xxxx" markalı məhsul alınması üçün sorğunu qəbul etmişlər. Təchizatçılardan "Kale’" markası əvəzinə "xxxx" markalı (bazar qiyməti ən bahalı olan) brendin məhsulun tələbi üçün qiymət sorğusu istənilmişdir. Ən ucuz qiymət təklifi etmiş "xxxx" təchizatçısı isə “Assa Abloy" brendinin əvəzinə "Omni” brendinə məxsus məhsulu göndərmişdir. Yuxarıda qeyd olunan səbəblərdən təchizatçıya, şirkət tərəfindən alınan məhsullara görə bazar dəyərindən 8323 manat artıq ödəniş olunmuşdur. 3) "Prime Electro” təchizatçısı iştirak edən BİD-lərdə uduzan hallarda yenidən daha ucuz qiymət təklifi göndərir (sonuncu təklif) və məhsul alışı təchizatçılar arasında böl ünərək qalib olur. Digər təchizatçılar uduzan BİD-lərdə isə məhsul bölgüsü aparılmır və bu səbəbdən şirkət tərəfindən alınan həmin məhsulları görə ümumi 4830 manat artıq ödəniş olunmuşdur. 4) "xxxx" təchizatçısı qalib olduğu BİD-də yenidən qiymətləri qaldırarar təklifi göndərmiş və qalib olmuşdur. 5) "xxxx" təchizatçısı məğlub olduğu BİD-lərdə alışın son günü digər təchizatçılar qiymət təklifi göndərdikdən uzun müddət sonra, yenidən qiymət təklifi atmış və cüzi fərq ilə qalib olmuşdur. Qeyd olunan alış zamanı İddiaçı və Cavidan Həsənov digər təchizatçılardan qiymət sorğusunu istəməmişdirlər. 6) İddiaçı və Cavidan Həsənov tərəfindən "xxxx" təchizatçısı iştirak edən BİD-lərdə digər təchizatçılardan qiymət sorğusu alınmır. BİD sənədində digər təchizatçıların qüvvədə olmayan qiymət təkliflərin i "xxxx" təchizatçısından aldığı yeni qiymət təklifi ilə müqayisə edərək "xxxx" təchizatçısını qalib etdirmişdir. Bu uyğunsuzluq daha çox aliminium lövhələrin (Chekenboard) alışı zamanı olmuşdur. Aliminium lövhələri Google-da axtarış edilən zaman ilk çıxan sayt olan "Caspinox" təchizatçısı ilə əlaqə saxlanıldı, şirkətin 250 manat məbləğində aldığı məhsula 170 manat məbləğində təklifi alınmışdır. Qeyd olunan məhsul birbaşa istehsalçı ilə əlaqə saxlanılıb endirim istənilməklə 7118 manat daha ucuz almaq mümkündür. 7) İddiaçı və Cavidan Həsənov tərəfindən mağazalarda olan müştəri arabaları üçün təkərlərin alışı zamanı qiymət fərqi aşkarlanmışdır. Satınalınan təkərlər Türkiyənin "Kama" brendinə məxsusdur və “Kama” şirkəti özü də BİD-də iştirak etmişdir, lakin baha qiymət təklifinə görə qalib ol mamışdır. "Kama" şirkətinin təchizat komandası və araşdırma komandasına təklif etdiyi qiymətlərdə ciddi fərq mövcud olmuşdur. Qeyd olunan məhsuldan 73425 manat dəyərində alış olunmuşdur, birbaşa istehsalçı ilə əlaqə saxlanılıb endirim istənilməklə 12925 manat daha ucuz almaq mümkündür. İddiaçı və Cavidan Həsənov qeyd olunan məhsulu "xxxx" təchizatçısından 13.50 manata almışlar, hal-hazırda isə Nərmin Rəcəbli tərəfindən "xxxx" təchizatçısından 12.83 manata alınmışdır. 8) İddiaçı xx.xx.2022-ci il tarixdə teams proqramında X1 köçürmə ilə verməyəcəyi məhsulu "xxxx" təchizatçısına bildirməsi və o məhsulu “Prime Electro" təchizatçısından alması barəsində göstəriş vermişdir və nəticədə yazışmada qeyd olunan məhsul "xxxx" təchizatçısından alınmışdır. Bu da öz növbəsində "xxxx" ilə İddiaçı arasında münasibətin olmasının təsdiqidir. 9) İddiaçı xx.xx.2023-ci tarixdə teams proqramında Cavidan Həsənova sorğu məbləğinin 5000 manata qədər azaltmasını və yalnız özünün imzalamasını bildirmişdir, əlavə olaraq sorğunu açan əməkdaşlara sayının azaltmasını, lazım olarsa sonra yenidən alınması üçün xahiş etməsini bildirmişdir. Yuxarıda yazılanları nəzərə alaraq yekunda qeyd edilmişdir ki: tərtib olunmuş sənədin 1-ci və 2-ci bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən "xxxx" təchizatçıdan "xxxx" brendinə məxsus yanğın çıxış qapısının kilidlərinin alınması zamanı şirkətə 8323 manat ziyan vurulması sübut olundu. Həmçinin tərtib olunmuş sənədin 3-cü bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən öz səlahiyyətlərindən sui-istifadə edərək təchizatçılara fərqli yanaşmışlar və bu səbəbdən şirkətə 483 0 manat ziyan dəyməsi sübut olundu. Tərtib olunmuş sənədin 6-cı bəndində "xxxx" təchizatçısı barəsində İddiaçı və Cavidan Həsənov arasında yazışmada qeyd olunan məhsul alışının həmin təchizatçıdan alınması adları çəkilən işçilərin "xxxx" təchizatçısına prioritet yanaşması sübut olundu. Tərtib olunmuş sənədin 8-ci bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən keçirilən BİD-lərdə qüvvədə olmayan qiymət təkliflərinin salınması sübut olundu. "xxxx" təchizatçısının barəsində aparılmış araşdırma nəticələri öz növbəsində sübuta yetirir ki, həmin təchizatçının tanıdılması da şirkət maraqlarına cavab vermirdi. Bu təchizatçı ila bağlı aparılan araşdırma nəticələri sübut edir ki, adları araşdırma detallarında qeyd olunan məsul şəxslərin öz şəxsi maraqları ön plandadır. Təchizatçı "xxxx" fərqli bre ndə məxsus məhsul verməsini təsdiq etmişdir və bu səbəbdən şirkətə ziyan vurmasını şifahi olaraq qəbul etmişdir.
6. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdən işə gəlməməsi barədə İddiaçı xəbərdar olunmuş və ona bunun səbəbləri barədə sənədləri təqdim etməsi bildirilmişdir. 7. 5 saylı Poliklinika tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqəyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yataq rejimində müalicə olunması qeydə alınmışdır. 8. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 024 nömrəli məktuba əsasən müxtəlif tarixlərdə Cəmiyyətin əməkdaşları şirkətlərindən "xxxx" markalı qapı kilidlərinin qiymətini sorğulamışdır. Şirkət tərəfindən göndərilən qiymət təkliflərində məhsul adı bilərəkdən dəyişdirilərək "x xxx" markasının adı qeyd edilmiş, lakin qiymət olaraq "xxxx" markalı kilidlərin qiyməti yazılmışdır. Bu təkliflər Cəmiyyətin əməkdaşları tərəfindən təsdiqlənmiş və nəticədə bazar qiyməti daha aşağı olan "xxxx" markalı kilidlər "xxxx" markalı kilidlərin qiymətinə Cəmiyyətə satılmışdır. Qeyd edirlər ki, törədilmiş əməl nəticəsində Cəmiyyətə maddi ziyan vurulmuş və şirkət 35000 manat qazanc əldə etmişdir. Gələcəkdə bu halların qarşısını almaq üçün şirkətləri daxilində müvafiq qabaqlayıcı tədbirlərin görüldüyünü və əməkdaşlıqlarındakı etimadı bərpa etməyə çalışacaqları bildirilmişdir. 9. 23.04.2024-cü il tarixli qüsur aktına əsasən "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli EBDY 083105 nömrəli və xx.xx.2024-cü il tarixli EBEA 252605 nömrəli elektron qaimə fakturalar barədə a şağıdakı razılığa gəlinmişdir: 1. "xxxx" MMC təsdiq edir ki, yuxarıda qeyd edilmiş qaimə fakturalar vasitəsi ilə Cavabdeh MMC-yə təqdim edilmiş metal təkərlər istifadə üçün kifayət qədər yararlı deyil. Buna görə də həmin elektron qaimə fakturalarda qeyd edilmiş ƏDV daxil qiymətin yalnız müəyyən hissəsi Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödəniləcəkdir.
2. Cavabdeh MMC tərəfindən EBDY 083105 nömrəli elektron qaimə faktura üzrə 1054,45 manat (ƏDV daxil) və EBEA 252605 nömrəli elektron qaimə faktura üzrə isə 1058.46 manat (ƏDV daxil) olmaqla, cəmi 2116.91 manat (ƏDV daxil) ödəniş ödəniləcəkdir (metal təkərlər üçün). Qiymət azalması EBDY 083105- QD 2404 00680119; EBEA 252605- QD 2404 ********.
10. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixi, T0639-24 nömrəli əmri ilə Əmək Məcəlləsinin 72-ci mad dəsinin c) bəndi rəhbər tutularaq, Cavabdeh MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan İddiaçı və təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan X3 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2024-cü il tarixindən xitam verilmiş, Cəmiyyətin baş mühasibinə tapşırılmışdır ki, işçilərin əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) onlara son haqq-hesabının ödənilməsini (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçilərə ödənilməli əmək haqqı və digər ödəmələr) təmin etsin, bu əmrin birinci bəndi ilə əmək müqavilələrinə x itam verilməsi barədə bildirişlər “Əmək müqaviləsi bildirişi" X2 daxil edilməsi əmr edilmişdir.
11. Məhkəməyə sübut qismində İddiaçı məxsus əmək kitabçası, satış çekləri və qaimə-faktura, whatsapp yazışmaları, fotoşəkil və cədvəllərin surətləri təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin (bundan sonra “cavabdeh”, və ya “işəgötürən”, yaxud “MMC”) xx.xx.2024-cü il tarixli, T0639-24 nömrəli əmrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi; iddiaçının MMC-nin Təchizat üzrə menecer vəzifəsinə bərpa edilməsi; iddiaçının xx.xx.2024-cü il tarixdən işə bərpa olunmasına dair müvafiq əmr verildi yi tarixədək məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi; mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun və 10000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə MMC-yə istismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İddiaç sonradan, xx.xx.2022-ci il tarixdə MMC-nin istismar xidmətləri üzrə qrup rəhbəri, xx.xx.2022-ci il tarixdə Təchizat üzrə qrup rəhbəri, xx.xx.2023-cü il tarixdə Təchizat üzrə menecer vəzifələrinə keçirilmişdir. MMC-nin xx.xx.2024-cü il tarixli, T0639-24 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndinə istinad edilmişdir. MMC iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl, xx.xx.2024-cü il tarixdə hər hansı rəsmiləşdirmə aparmadan guya ki, xidməti araşdırma ilə bağlı iddiaçının işdən kənarlaşdırılmasını bildirmişdir. Sonradan isə, xx.xx.2024-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək istəmişdir. Lakin iddiaçı həmin müddətdə xəstə olduğundan və işə gəlmədiyindən, MMC əmək müqaviləsinə həmin tarixdə xitam verməmişdir. İddiaçı xəstə olduğu müddətdə MMC-nin işçiləri iddiaçının qeydiyyatı üzrə poliklinikaya zəng etmiş, həkimə hədə-qorxu gəlmiş, iddiaçını az qala cinayətkar kimi qələmə vermişlər. Buna baxmayaraq, həkim əyani olaraq iddiaçı ilə görüşmüş və onun həqiqətə n xəstə olduğunu müşahidə edərək, müvafiq xəstəlik vərəqəsini vermişdir. Digər tərəfdən, ehtimal olunur ki, MMC Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndinə istinad edilməsini və ona maddi ziyanın vurulmasını əsaslandırmaq məqsədilə əmrdə qeyd edilmiş xx.xx.2024-cü il tarixli akt tərtib etmişdir. Lakin, sözügedən akt iddiaçıya təqdim edilməmiş, iddiaçı aktla tanış olmamış və nəticədə, iddiaçı özünü müdafiə etmək hüququndan məhrum edilmişdir. Əmrin surətini aldıqda, iddiaçı aktın ona təqdim edilməməsi barədə öz qeydini əmrin surətində etmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası təyin edilmişdir. Barışıq sazişinin şərtlərinin müzakirəsi mə qsədilə, sessiya xx.xx.2024-cü il tarixə təyin edilmiş, lakin barışıq əldə olunmamışdır. Nəticədə, mediator tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MŞB/MT15/2024-0134/02 nömrəli arayış verilmişdir. Əmrin Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndinə əsasən verilməsi üçün MMC Əmək Məcəlləsinin 191.2.-ci maddəsində qeyd olunan halları və aşağıdakıları müəyyən etməli idi: iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyini; maddi ziyanın vurulmasını və bu ziyanın məbləğini; hərəkət və ya hərəkətsizliklə maddi ziyan arasında olan səbəbli əlaqəni. MMC tərəfindən bu üç hal müəyyən edilməmişdirsə (müəyyən edilməsini əmrdən və onun verilməsinə əsas olan sənədlərdən müəyyən etmək mümkün deyil), MMC-nin əmri qanunsuz hesab olunmalı və ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, MMC əmrində akt a istinad etsə də, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq, iddiaçını həmin aktla tanış etməmiş, onu müdafiə hüququndan məhrum etmişdir. İddiaçı xəstə olduğu müddətdə qeydiyyatda olduğu poliklinikada onun adını ləkələyən məlumatlar yayılmışdır. Bununla da, MMC iddiaçıya mənəvi ziyan da vurmuşdur.
14. Cavabdeh nümayəndəsi X6 iddiaya etiraz vermişdir, Etirazın dəlilləri: - iddia ərizəsinin 1-ci bəndinə münasibətdə: iddiaçı xx.xx.2020-ci il tarixində ASL885 nömrəli əmək müqaviləsi əsasında MMC-də istismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə təchizat üzrə menecer vəzifəsinə keçirilmişdir; - iddia ərizəsinin 2-ci bəndinə münasibətdə: iddiaçı ilə bağlanmış müqavilənin 3.2-ci bəndində işçinin biznes fəaliyyətinin həyata keçirilməsi, təhlükəsiz liyi və məxfiliyi üzrə işəgötürənin standartlarına riayət etməli olduğu müəyyənləşdirilmişdir. O cümlədən, iddiaçının sonuncu vəzifə dəyişikliyi ilə bağlı vəzifə öhdəliklərinə əsasən, o, zəruri malların və xidmətlərin sifarişini təsdiqləmək; sifarişlərin və tədarükün satınalma detallarını yekunlaşdırmaq; xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional ölçülərə baxıb hesabat vermək; şirkətin spesifikasiyası və gözləntilərinin dəqiqliyini təmin etmək üçün əsas şəxslərlə əməkdaşlıq etmək və digər bu kimi öhdəliklər daşımışdır. Müqavilə və vəzifə öhdəliklərindən göründüyü kimi, iddiaçı işəgötürənin təhlükəsizlik standartlarına riayət etməli, onun maraqlarından çıxış edərək minimum xərclərlə maksimum effektivliyə nail olmağa çalışmalı, bununla bağlı dövri hesabatlar təqdim etm əli, o cümlədən MMC-nin gözləntilərinin dəqiqliyini təmin edərək müvafiq şöbələrlə əməkdaşlıq əsasında yalnız tələb olunan zəruri malların və xidmətlərin sifarişini təsdiqləməli idi; - iddia ərizəsinin 3-cü bəndinə münasibətdə: MMC ilə iddiaçı arasında bağlanılmış ASL885 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir; - iddia ərizəsinin 4-cü bəndinə münasibətdə: işdən kənarlaşdırılmanın rəsmiləşdirilməsi: MMC-də Daxili nəzarət və araşdırma, Audit komandaları tərəfindən MMC-nin maraqlarının və mənafeyinin müdafiəsi məqsədilə ofis daxil ində və mağazalarda (“Bravo” marketlərdə) mütəmadi olaraq araşdırma (yoxlanış) keçirilərək bu araşdırmaların nəticəsində aşkar olunmuş uyğunsuzluq və pozuntular müvafiq aktla rəsmiləşdirilir. 2024cü ilin mart ayında da sözügedən komandalar tərəfindən ofisdaxili araşdırma aparılmış və nəticədə təchizat komandasının əməkdaşları - təchizat üzrə menecer vəzifəsində çalışan iddiaçının fəaliyyətləri dövründə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək MMC-nin maraqlarından kənara çıxması, o cümlədən müxtəlif üsullarla MMC-yə maddi ziyan vurması aşkar olunmuşdur. Araşdırmanın gedişatında sözügedən şəxslərin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək MMC-yə ziyan vurduqları məlum olduğundan xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən həmin şəxslər barəsində 003-2 4/K nömrəli əmr tərtib edilərək bu şəxslər əmək haqqı saxlanılmaqla araşdırma yekunlaşanadək işdən kənarlaşdırılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində iddiaçı MMC-nin ofisinə çağırılmış, o, Əmək Məcəlləsinin 203-cü maddəsinə uyğun olaraq yoxlama nəticələri ilə tanış edilmiş və izahatı alınmışdır; - iddiaçının qeydiyyatı üzrə poliklinikaya zəng edilməsi: iddiaçı üzrlü səbəbləri barədə MMC-yə məlumat vermədən öz iradəsi ilə xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixinədək işə gəlməmişdir. Bu səbəbdən həmin tarixdə ona MMC tərəfindən rəsmi xəbərdarlıq məktubu göndərilmiş və heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi üçün barəsində əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq tədbirlərin görüləcəyi barədə məlumatlandırılmışdır. İddiaçı xəstə olduğundan xəstəxanada ya tdığını və bu səbəbdən işə gəlmədiyini bildirmişdir. Xəstəlik faktının təsdiqlənməsi məqsədilə MMC tərəfindən iddiaçının qeydiyyatı üzrə poliklinika ilə əlaqə saxlanılaraq iddiaçının hər hansı xəstəliyinin mövcudluğu və bu səbəbdən qeyd edilən tarixdə xəstəxanada yatması barədə müvafiq həkimdən məlumat alınmışdır. Daha sonra iddiaçı MMC-yə sağlamlıq vəziyyəti haqqında arayış təqdim etmişdir; - iddia ərizəsinin 5 və 22-ci bəndlərinə münasibətdə: iddiaçı 15 mart 2024-cü il tarixdə araşdırma materialları ilə tanış edilmiş və buna müvafiq suallar verilərək izahatı alınmışdır. O, öz izahatında bəzi hallarda məhsulların təcili tələb olunduğunu, bu zaman marka dəyişikliyi edilə bildiyini qeyd etmişdir. Lakin cari vəziyyətdə müvafiq məhsulun təcili tələb olunması, markanın dəyişdirilməsinin zəruri liyi, gecikmə yaşanacağı təqdirdə hansı risklərin olması və s. iddiaçı tərəfindən araşdırılmamış, ofisdaxili şöbələrlə kommunikasiya qurulmamış və hər hansı əsaslandırılma edilmədən MMC tərəfindən sorğulanan məhsul heç bir əsas olmadan öz qərarı ilə birbaşa dəyişdirilmişdir; - iddia ərizəsinin 9 və 18-ci bəndlərinə münasibətdə: iddiaçı ərizəsində əmək müqaviləsinə ləğv olunmasının zəruriliyinin əmrdə əsaslandırılmalı olduğunu qeyd etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam verilmişdir. İddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun formada sənədləşdirilmiş, habelə xitam əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam uyğun şəkildə tərtib edilmişdir. Xitam əmrində xx.xx.2024-cü il tarixli akta istina d edilmişdir ki, bu aktda da 2024-cü ilin mart ayı üzrə aparılmış araşdırmalar nəticəsində iddiaçı və Həsənov Cavidan tərəfindən MMC-yə vurulmuş maddi ziyanın məbləği qeyd edilərək faktlarla əsaslandırılmışdır; - iddia ərizəsinin 12-ci bəndinə münasibətdə: maddi ziyanın vurulması və səbəbli əlaqə: iddiaçı öz fəaliyyəti dövründə təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək tələb olunan markadakı məhsulu yox, daha baha qiymətə olan məhsul markasını sifariş etmişlər. Lakin bununla belə öz sifariş etdikləri markanı da yox, real bazar qiyməti ondan aşağı olan digər markadakı məhsulu bazar qiymətindən daha baha qiymətə satın almışlar. Faktlardan göründüyü kimi, iddiaçı öz vəzifə səlahiyyətlərini pozaraq şəxsi mənafeyindən çıxış etmiş və MMC-yə maddi ziyan vurmuş dur; - əlavə olaraq, iddiaçı tərəfindən MMC-nin standartlarından kənara çıxaraq müvafiq şöbələrlə razılaşdırmadan sorğulanan məhsulu dəyişdirib digər məhsulu sifariş etməsi, daha sonra isə bazarda dəfələrlə ucuz qiymətə satışda olan məhsulu alması nəticəsində MMC-yə ümumilikdə 35000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu ziyan iddiaçının tenderdə süni şəkildə qalib gəlməsini təmin etdiyi və alışları həyata keçirdiyi "xxxx" şirkəti tərəfindən də etiraf edilmişdir. "xxxx" şirkəti MMC-yə məktub ünvanlayaraq qeyd edilən əməlin MMC-nin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmişdir. Bu isə öz növbəsində MMC-nin işgüzar nüfuzunun ləkələnməsi və təchizatçılar arasında reputasiyasının zədələnməsi hesab olunur; - törədilmiş əməlin qanuna zidd olması: iddiaçı tender qaydalarını pozaraq sənədləri saxtalaşdırmış və süni şəkildə "xxxx" adlı təchizatçının tenderdə qalib olmasına imkan yaratmışdır. Belə ki, iddiaçı bir sıra təchizatçılara digərlərinə nisbətdə fərqli şərtlər göstərərək həmin təchizatçıların tenderdə qalib gəlməsini təmin etmişdir. İddiaçının "xxxx" markalı məhsulu aldığı "xxxx" adlı təchizatçının məhsulla bağlı verilmiş yeni qiymət təklifini, digər təchizatçıların isə 2023-cü il üçün verilmiş və 5 iş günü ərzində qüvvədə olması nəzərdə tutulan qiymət təkliflərini tenderə əlavə etmiş, nəticədə süni şəkildə "xxxx" adlı təchizatçının tenderin qalibi olmasını təmin etməsi buna misal olaraq göstərilə bilər. O cümlədən, iddiaçı Şirkət standartlarından kənara çıxaraq uyğun olmayan məhsulların alışını həyata keçirmiş və müvafiq olaraq bir sıra hallarda insan h əyatının önəmi üçün yüksək keyfiyyət tələb edən məhsullarda fərqli məhsullar almaqla potensial risklər yaratmışdır. İddiaçının sonuncu sifarişi yanğın çıxışı qapılarının kilidi ilə əlaqədar olmuşdur. Belə ki, müvafiq komanda tərəfindən iddiaçıdan yanğın çıxışı qapıları üçün Şirkət standartlarına uyğunluğu yoxlanılmış "xxxx" markalı kilidin alınması sorğulansa da, iddiaçı MMC ilə razılaşdırmadan sifarişi standartlara uyğunluğu yoxlanılmayan digər marka ilə dəyişmiş, hətta yekunda keyfiyyət baxımından daha aşağı olan və bazar qiyməti dəfələrlə ucuz olan üçüncü markanı baha qiymətlə almışdır. Nəticədə həm MMC-yə maddi ziyan vurulmasına səbəb olmuş, həm də insan həyatının təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik olan bir məsələdə risk faktoru yaratmışdır; - iddiaçının vəzifə öhdəliklərində d ə qeyd edildiyi kimi, o, yalnız sorğulanan (zəruri) malların sifarişini təsdiqləməli, habelə MMC-nin spesifikasiyası və gözləntilərinin dəqiqliyini təmin etmək üçün əsas şəxslərlə (Ofisdaxili müvafiq şöbələrin əməkdaşları nəzərdə tutulur, məsələn, SƏTƏM, Maliyyə şöbəsi və s.) əməkdaşlıq etməli, yəni MMC tərəfindən sorğulanan markanın dəyişdirilməsinin, digər markanı sifariş verməyin uyğun olubolmadığını müəyyənləşdirməli idi. İddiaçı fəaliyyəti dövründə öz vəzifə səlahiyyətlərindən şəxsi maraqlarından çıxış edərək sui-istifadə etmiş və MMC-nin mənafeyinə xələl gətirərək müxtəlif üsullarla MMC-yə maddi ziyan vurmuşdur; - iddiaçı vəzifə səlahiyyətlərindən kənara çıxaraq Cəmiyyət adından istifadə edib tender qaydalarını pozmuş, tender sənədlərini saxtalaşdırmış və iştirakçılar arasında ayrı seçkiliyə yol verərək müvafiq təchizatçının süni şəkildə qalib gəlməsini təmin etmişdir. O cümlədən, iddiaçı MMC-nin standartlarından kənara çıxaraq uyğun olmayan məhsulların alışını həyata keçirmişdir. Bu əməllər öz növbəsində MMC-ni təchizatçılar arasında da nüfuzdan salmışdır. Habelə, tender sənədlərinin saxtalaşdırılaraq qalibin süni şəkildə seçilməsi MMC-yə olan etimadı sarsıdaraq təchizatçıları MMC adından keçirilən tenderlərdə iştirakdan çəkindirir və nəticədə MMC-nin fəaliyyətinə və nüfuzuna xələl gətirir. İddiaçı qanunvericilik və müqavilə üzrə öhdəliklərini pozmuş, vəzifə səlahiyyətlərindən kənara çıxaraq əməyin mühafizəsi qaydalarının pozulmasına, digər işçilərin və müştərilərin həyatlarının riskə atılmasına səbəb olmuş, o cümlədən MMC-yə faktiki maddi ziyan vurmuşdur. Bu ziyanı n məbləği müvafiq aktla rəsmiləşdirilmiş və əmək müqaviləsinə xitam əmrində həmin akta istinad edilmişdir; - iddiaçı araşdırmanın aparıldığı dövrdə rəsmi formada əmr əsasında işdən kənarlaşdırılmış, araşdırma yekunlaşdıqdan sonra isə yoxlama nəticələri ilə tanış edilmiş və bununla bağlı izahatı alınmışdır. Nəticədə, MMC tərəfindən bütün faktlar nəzərə alınmaqla əmək müqaviləsinin ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunmuşdur; - beləliklə, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri haqqında Əmək Məcəlləsinin 300-cü maddəsində istinad edilən bütün hallar MMC tərəfindən araşdırmaqla bütün tələblərə dəqiq riayət edilmişdir.
15. Məhkəmə baxışında iddiaçı ddia tələbini müdafiə edib ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, “Bravo” marketdə 4 il son pozisiyasında isə 1 il ki, işləmişdir. Ona hər il mükafat verilirdi. Onu bukletlər və kilid üçün işdən çıxarıblar. 17 ədəd kilid almışlar və ona 4 şirkətdən təklif gəlmişdir. Audit vaxtı müəyyən edilmişdir ki, 4 şirkətdən 3-ü bir marka üçün, digəri isə başqa marka üçün təklif vermişdir. Ona MMC-dən demişlər ki, “sən tender qaydalarını pozmusan”. 5000 manata qədər olan sənədləri o, təsdiqləmişdir. Bundan artıq olan məbləğləri isə “head of department”, yəni direktor təsdiqləmişdir. “Bravo”da bir şirkəti qeydə almaq üçün minimum bir ay vaxt lazımdır. Onlar mesajların yarısını oxuyur. Mesajlar tam oxunarsa, bu zaman hər şey aydın olar. Bundan başqa onl ar, qıfıl üçün quraşdırma pulu vermirdilər. Onları şirkətin özü quraşdırırdı. Ona şifahi demişdilər ki, işə gəlməsin. Daha sonra o, qızdırmalı olduğu üçün xəstə yatırdı. Bu zaman işə gəlməməklə əlaqədar, demişlər ki, poliklinikadan rəsmi sənəd gətirsin. Ayın 6-ı ona HR zəng etmiş və demişdir ki, “sizə maaş artımı edilib, bura yaxınlaşın”. Getmiş və həmin sənədi imzalamışdır. Sonra yenidən öz yerinə qayıtmışdır. Yenidən zəng gəlmişdir ki, “Cavidanla birlikdə gəlin”. Onlar getmiş və şifahi formada onlara deyilmişdir ki, “siz işdən kənarlaşdırılırsınız”. O, satınalma bölməsinə keçəndən sonra 3 dəfə audit tərəfindən yoxlanılmışdır. O, öz əziyyəti ilə bu yerə gəlmişdir. 10 illik təcrübəsi var. O, özü Rəşad bəyə demişdir ki, “sizin şöbədə nəsə baş verir”. Demişdir ki, bilsin ki, şirkətlərdən nüm unə gəlir, amma yalnız "xxxx" bəyənilir. Son istifadəçi digərlərinə deyirdi ki, istifadəyə uyğun deyil. Bundan başqa, başqa bir tender keçirilib, həmin şirkətdən 800.000 manat kompensasiya alınıb, lakin heç bir şəxs işdən çıxarılmamışdır.
16. Məhkəmə baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərtib edilən qüsur aktı 23 aprel 2024-cü il tarixədir. Təkərlər necə həmin tarixli qüsur aktına daxil edilə bilər? Onlar bu təqdim edilən məktubu konkert qıfıllar üçün yazıblar. "xxxx" MMC-nin ziyan ilə bağlı yazdığı bu məktub açıq-aşkar diktə edilərək yazılıb. Həmçinin, 17 qıfıl bir dəfəyə alınmamışdır. 1 il ərzində bu qədər qıfıl alınıb və hər dəfə son istifadəçi deyib ki, “bu qıfıllardan olsun”. İsmayılov Nicat sorğu vermişdir ki, "xxxx" gəlsi n, lakin "xxxx" gəlir və o, imza atıb qəbul edir. Bundan başqa kənarlaşma barədə əmr 6 martda tərtib edilib və əmrdə 3 nəfərin adı çəkilib. Lakin onlar əmr ilə tanış edilməyiblər. Aktda isə cəmi iki nəfərin adı var, iddiaçının və Cavidanın. Birinci növbədə qeyd edilməlidir ki, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsini "xxxx" və sadəcə digər, MMC-də formalaşmış qruplaşmaya "yaxın" şəxsin onun yerinə gətirilməsi məqsədilə həyata keçirilmiş hesab edir. Əmək müqaviləsinə xitam verildiyi tarixədək iddiaçı təxminən 18,5 ay təchizat strukturunda çalışırdı. Həmin dövr ərzində (18,5 ay) MMC-nin daxili nəzarət strukturu onu üç dəfə yoxlamadan keçirmişdir. Bu cür yoxlamalardan biri də 2023-cü ilin fevral ayında baş vermişdir. Hətta, yoxlama baş verdiyi dövrdə həm "xxxx" qıfılları alınmış, həm də ki, MMC-nin "xxxx" MMC ilə dövriyyəsi artmışdır. Lakin yoxlama dövründə bu hallara neqativ hal kimi qiymət verilməmişdir. İddiaçının dövründə üç dəfə yoxlama keçirilsə də, MMC-nin məsul şəxsləri tərəfindən iddiaçının fəaliyyətində, ümumiyyətlə, hər hansı neqativ hal, habelə kotirovka və ya tenderlərin keçirilməsində pozuntulara yol verilməsi aşkar edilməmişdir. Əksinə, etiraza münasibətdə göstərdikləri kimi, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin sonuna qədər iddiaçı MMC üçün təxminən ******* manat dəyərində mal və xidmətləri təchiz edərkən, təxminən 718000 manat məbləğində (15%) xərcləri azaltmışdır. Audit və digər yoxlamaların prinsipinə görə əvvəl yoxlanılmış dövr yenidən yoxlanılmır. Buradan təəccüb doğurur ki, xx.xx.2024-cü il tarixli aktda əvvəlki dövrə də qiymət verilmişdir. B unun baş vermə səbəbi iddiaçının əmək fəaliyyətində hər hansı neqativ hal müəyyən edə bilmədiyinə görə MMC məhz qıfıl məsələsindən "yapışmışdır" ki, "sifariş" olduğundan bu məsələni guya neqativ hal kimi qələmə versin. İddiaçının 18,5 aylıq əmək fəaliyyəti nəticəsində MMC yalnız qıfıl alışını "aşkar" edərək, hər hansı digər neqativ halı üzə çıxara bilməmişdir. "xxxx" MMC ilə münasibətdə qeyd edilməlidir ki, MMC-nin təqdim etdiyi sənədlərdən göründüyü kimi "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) MMC-nin təchizatçılar siyahısına 2016-cı ildən daxil edilmişdir və uzun illərdir ki, MMC ilə əməkdaşlıq edir. Yəni, həmin şirkət təchizatçılar siyahısına daxil olunanda, iddiaçı ümumiyyətlə MMC-də işləmirdi. MMC-nin nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC olduğu nu bilirdi və onların faktiki sahiblərini tanıyırdı. İddiaçı təchizat strukturunda xx.xx.2023-cü il tarixdən işləməyə başlamışdır. Cavabdehin təqdim etdiyi sənədlərdən isə məlum olur ki, "xxxx" MMC artıq 2023-cü ilin avqustunda MMC-nin siyahısında "xxxx" MMC kimi qeyd olunur. Hətta, iddiaçının öz əməkdaşı ilə yazışması da var ki, iddiaçı müəyyən dövrə qədər onların eyni şəxslərə məxsus olmasını heç bilmirdi də. Digər tərəfdən, MMC qeyd etmişdir ki, iddiaçı vəzifəsinə gəldikdən sonra "xxxx" MMC ilə dövriyyə kəskin artmış və bununla da iddiaçı ilə "xxxx" MMC arasında olan münasibətlərini sübut etməyə çalışmışdır. Cavabdehin şəbəkəsi sürətlə artmış və mağazaların sayı aşağıdakı kimi olmuşdur: 2020-ci il - 60 mağaza, 2021-ci il - 87 mağaza, 2022-ci il - 123 mağaza, 2023-cü il - 148 mağaza. Yən i, mağazaların sayı artıqca, onlardan alınan avadanlıq və ləvazimatların sayı da təbii surətdə artmış, habelə əvvəlki dövrdə açılmış və fəaliyyət göstərən mağazalarda da təmir-tikinti işləri aparılmışdır. Bu da o deməkdir ki, "xxxx" MMC-nin mallarının çeşidinə təlabat artmış və bu halda onunla olan dövriyyənin artması təbii xarakter daşıyır. MMC dövriyyənin artmasını göstərsə də, bu dövriyyənin hansı hissəsinin məhz iddiaçıya aid olmasını göstərməmişdir. Çünki, iş materiallarında təqdim etdiklərini yazışmalardan göründüyü kimi, "xxxx" MMC-dən alışlar yalnız iddiaçı tərəfindən aparılmamış və iddiaçıdan başqa MMC digər təchizat strukturları tərəfindən də həyata keçirilmişdir. Məsələn, Validə adlı xanım MMC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilən təkərlərin alışını həyata keçirmişd ir. Yəni, "xxxx" MMC-dən alınan təkərlər iddiaçı tərəfindən deyil, digər təchizatçı tərəfindən alınmışdır. Bu halda, MMC-nin yoxlama aparan strukturu iddiaçıya aid olan dövriyyəni müəyyən etməli və ümumi dövriyyədən ayırmalı idi. Yalnız bu halda, MMC əminliklə qeyd edə bilərdi ki, dövriyyə məhz iddiaçının fəaliyyəti nəticəsində artmışdır. Yalnız məhkəmə baxışı iclasında təqdim edilmiş "xxxx" MMC-nin məktubu ilə MMC "sübut" etməyə çalışmışdır ki, iddiaçı hansısa maraqlardan bu şirkətə üstünlük vermişdir. Lakin, həmin məktubda göstərilir ki, MMC-nin əməkdaşları qıfılları baha qiymətə almış və bununla da 35000 manat məbləğində ziyan vurmuşlar. Bu məktub da mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, bu məktub yalnız məhkəmə baxışında təqdim edilmiş, həmin məktubda "xxxx" MMC ilə iddiaçını n və ya hər hansı konkret əməkdaşların əlbirliyi qeyd edilməmiş və hətta dəymiş ziyan məbləği belə düzgün qeyd göstərilməmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, bu məktub MMC-nin diktəsi ilə tərtib edilmiş və ya MMC tərəfindən tərtib edilərək imza üçün "xxxx" MMC-yə təqdim edilmişdir. MMC iddiaçı ilə "xxxx" MMC arasında olan "münasibəti" birbaşa sübut edə bilməmiş, yalnız ehtimallara əsaslanmışdır. Hətta, "xxxx" MMC-ni birbaşa "xxxx" şəxsləri məsuliyyətdən yayındırmışdır. Maddi ziyan: MMC maddi ziyanı müəyyən etsə də, onun məbləğini konkret müəyyən edə bilməmişdir. MMC xx.xx.2024-cü il tarixli aktda, etirazında və digər materiallarda fərqli məbləğlər göstərmişdir və məhkəmə iclasında buna aydın izah verə bilməmişdir. MMC 35000 manat məbləğində dəymiş ziyan barədə sual verdikdə, M MC onu əsaslandırmağa çalışmış, lakin bu əsaslandırma özü də aydın olmamışdır. MMC gah qeyd etdi ki, bu məbləğ "xxxx" MMC-dən alınan malların ziyanıdır, gah qeyd etdi ki, bu qıfılların sökülməsi və yeni qıfılların alınması üçün sərf olunan xərclərdir (halbuki hər hansı sənəd təqdim etmədi). xx.xx.2024-cü il tarixli akta istinad edilsə, qıfılların alınması üçün sərf olunan məbləğ: xx.xx.2023-cü il tarixli alış - 468 manat (1 ədəd üçün ilk qiymət) - 3 ədəd alınıb cəmi 1404 manat; xx.xx.2023-cü il tarixli alış - 409.50 manat (1 ədəd üçün endirimli qiymət) - 9 ədəd alınıb - cəmi 3685.50 manat; xx.xx.2024-cü il tarixli alış - 409.50 manat (1 ədəd üçün endirimli qiymət) - 3 ədəd alınıb - cəmi 1228.50 manat; Cəmi: 15 qıfıl üçün 6318 manat vəsait ödənilmişdir. MMC-nin göstərdiyi kimi, qıfılların ə sl qiymətini 80 manat kimi nəzərə alınsa, bu halda qıfılların real dəyəri 15x80=1200 manat təşkil etməlidir. Yəni, dəymiş ziyan 5118 manat təşkil etməli idi. Lakin, dəymiş ziyanın bu məbləği də sübut edilmiş hesab oluna bilməz. Çünki, MMC xx.xx.2024-cü il tarixli aktı və Əmri tərtib etdiyi dövrdə həmin məbləği müəyyən etməmiş, bu barədə onun hər hansı sübutu olmamışdır. Yalnız məhkəmə prosesi zamanı (iyun ayında) MMC məlum olmayan təchizatçıdan məlum olmayan texniki xarakteristikası olan qıfılı guya ki, əldə etmişdir. Əslində MMC yalnız 80 manat məbləğində qəbz təqdim etmiş, qıfıl barədə isə hər hansı məlumat təqdim etməmişdir. Bu halda da aydın deyil ki, söhbət hansı qıfıldan gedir. İddiaçı və/və ya onun əməkdaşı malların pərakəndə bazardan nağd pula almırdı və yalnız təchizatçılar siyahı sına daxil olan təchizatçılardan təqdim edilmiş malları ala bilərdi. Texniki xarakteristikaları "xxxx" qıfıllarından fərqlənməyən "xxxx" qıfılların alınması üçün ən azı 420 USD x 15 ədəd = 6300 USD = 10710 manat məbləğində vəsait xərclənməli idi. Yəni, "xxxx" qıfılı sifariş olunmaqla, MMC əksinə 10710- 6318 = 4392 manat məbləğində vəsaitə qənaət etmişdir. Hesab edilsə ki, MMC dəymiş ziyanın məbləğini düzgün müəyyən etmişdir (maddi ziyan vurulubsa, onun məbləği əhəmiyyət kəsb etmir), bu halda, MMC maddi ziyanın vurulması subyektini və maddi ziyanla subyekt arasında səbəbli əlaqəni müəyyən etməli idi. Subyekt aydındır və bu iddiaçıdır. Burada iddiaçının məsuliyyət dairəsi müəyyən olunmalıdır. İddiaçı yalnız təqdim olunmuş sənədlərə əsasən BİD-ə imza edir və onların kökünün araşdırılması, o c ümlədən təchizatçının seçim prosesinə nəzarət etməsi onun məsuliyyətinə aid deyil. Digər tərəfdən, iş materiallarından göründüyü kimi qıfılların sifarişçisi MMC-nin Nicat İsmayılov adında işçisi olmuşdur. Alınmış qıfılları da məhz o qəbul etmişdir. O, narazılıq edib həmin qıfılları qəbul etməməyi və "xxxx" qıfıllarının alınmasını tələb edə bilərdi. MMC yalnız subyekti müəyyən etməyə çalışmış, maddi ziyanı, subyektin təqsirini və səbəbli əlaqəni isə, ümumiyyətlə, sübut edə bilməmişdir. MMC kənar audit təşkilatına da məhz bu səbəbdən müraciət etməmişdir ki, kənar audit şirkəti mövcud olan sənədlərlə hər hansı maddi ziyanı və təqsiri təsdiq etməyəcəkdi. Əmrlər: MMC iş materiallarına xx.xx.2024-cü il tarixli, 003-24/K nömrəli "İşçinin işdən kənar edilməsi barədə" əmri əlavə etmişdir. Lakin, id diaçı həmin əmrlə tanış olmamışdır. MMC məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya bu əmrlə bağlı xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq xx.xx.2024-cü il tarixdə iddiaçının işə gəlməməsi ilə bağlı göndərilmişdir. Sözügedən əmrlə bağlı isə iddiaçıya, ümumiyyətlə, məlumat verilməmiş, yalnız şifahi olaraq bildirilmişdir ki, o, işdən kənar edilmişdir. Lakin, iddiaçı işdən kənar edilsə də, iş materiallarında olan sənədlərdən məlum olur ki, iddiaçı işinə davam edirdi. Həmin əmr də pozuntularla verilmişdir. Çünki, kənar edilmənin qanunvericilikdə konkret əsasları var ki, həmin əsaslar mövcud deyildi. Mövcud olan əsaslar sənədlərlə təsdiq olunmalıdır ki, həmin sənədlər əmrə əlavə edilməmişdir. X8 adı göstərilsə də, onun barəsində olan araşdırmanın nəticələri heç bir yerdə öz əksini tapmamışdı r. Ən əsası isə, xx.xx.2024-cü il tarixli, T063924 nömrəli əmrin pozuntularla verilməsidir. Əmrin tərtibatında hər hansı nöqsan yoxdur. MMC əmrin formal əsaslara görə əsassız hesab olunmasını istəməzdi. Lakin, əmrin verilməsi üçün əsas olan xx.xx.2024-cü il tarixli aktın mövcudluğu şübhə doğurur. Əks halda, həmin akt iddiaçıya təqdim edilməli və iddiaçı aktla tanış olaraq ona münasibət bildirməli idi. Çünki, qüvvədə olan qanunvericiliyə əsasən işçi barədə araşdırma aparılıbsa, mütləq qaydada araşdırmanın nəticələri ilə tanış olmalıdır. İddiaçının əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitirdi və onun fəaliyyəti qənaətbəxş deyildisə, MMC onunla əmək müqaviləsini uzatmaya bilərdi. Lakin, məsələ "xxxx" olduğundan, MMC bu məsələni ümumiyyətlə yaddan çıxarmış və bütün səylərini idd iaçıya zərbə vurmaq üçün yönəltmişdir. MMC xx.xx.2024-cü il tarixli, T0639-24 nömrəli əmrin verilməsi üçün əsaslarını sübut edə bilməmiş və iddia ərizəsində qeyd olunan tələblər əsaslıdır.
17. Məhkəmə baxışında MMC-nin nümayəndəsi X7 iddiaya etirazda göstərilənlərdən əlavə onu da qeyd etmişdir ki, son istifadəçi görmür ki, tenderdə kim qalib gəlib. O, malı qəbul edərkən sadəcə malın adını yəni “qıfıl” sözünü və sayını görür, imza ataraq qəbul edir. Təsərrüfat şöbəsi "xxxx" üçün sorğu verib. Lakin tenderdə sorğuya "xxxx" verilib. Nicat bəy isə görür ki, məsələn “iki ədəd qıfıl” qəbul edir. Digər yandan, iddiaçının digər xərcləri azaltması, şirkətə xeyir verməsi və s. onun icra etdiyi vəzifə öhdəlikləridir və bu onun şirkətə ziyan vurması faktını aradan qaldırmır.
18. Məhkəmə baxışında MMC-n in digər nümayəndəsi bildirmişdir ki, iddiaçı işəgötürənə maddi ziyan vurmaqla kobud pozuntuya yol vermiş və 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilmişdir. "xxxx"nun ziyan barədə məktubu diktə ilə yazması yolverilməzdir. Onlar, “Bravo” olaraq, həmin şirkətlə artıq işləməyəcəklər. Onlar sırf araşdırma zamanı maneələr yaradılmasın deyə, həmin işçiləri əmək haqları saxlanılmaqla, işdən kənarlaşdırmışdılar. Bəli, düzdür, kənarlaşdırma barədə əmrdə üç nəfər olub, Cavidan, Nərmin və İsmayılov Nicat. İddiaçı əmr ilə tanış olub, lakin imza atmaqdan imtina edib və onlar da evinə rəsmi olaraq göndərmişlər. İddianın əsaslılığı heç bir norma ilə sübuta yetirilməmişdir.
19. Məhkəmə baxışında MMC-nin başqa bir nümayəndəsi X13 bildirmişdir ki, araşdırma materialına əsasən onlar ucuz məhsulu baha qiy mətə almışlar. İddiaçının işlədiyi dövr üçün "xxxx" şirkətinə fərqli münasibət olmuşdur. İddiaçı uzun müddət onlarla işləmişdir. Amma təchizat şöbəsində 2022-ci ildən bəri çalışırdı. İddiaçı sorğular üçün cavabdehlik daşıyırdı, sorğu doğrudursa, imzalayıb təsdiq edirdi. İddiaçının rəhbəri Salman Arslan idi, o da uyğunsuzluq səbəbi ilə işdən çıxarılıb. Bir şöbənin araşdırılması 23 ay çəkir və bir şöbədə yoxlama təxminən 2-3 ildən bir keçirilir. Bu kilidlər alınarkən, onlar digər şirkətlərin alternativ təklif vermələrinə icazə verməmişlər. Amma "xxxx" şirkətindən alternativ təklif verilməsinə icazə vermişlər. Lakin bununla bağlı sənədlər tender materiallarına tikilməyib. Onlar bu halı iddiaçının “mail”-i vasitəsi ilə öyrənmişlər. Onlar 80 manatlıq kilidi, 468 manata almışlar. Ümumi dəymiş zi yan 35000 manatdır. Çünki onlar bu kilidlərin quraşdırılmasına və sökülməsinə xərc çəkmişlər. Onların daxili qaydalarına əsasən, bir şirkətin onlarla işləməsi üçün üç illik fəaliyyəti barədə məlumat olmalıdır. Halbuki "xxxx" şirkəti yeni yaradılmış şirkətdir. Bu, özü bir pozuntudur. Onlarla əməkdaşlıq edən bu şirkətlərin siyahısını iddiaçı və rəhbəri təyin edir. Onlar "xxxx" MMC ilə 2016-cı ildən əməkdaşlıq etmişdir. Sonra bu şirkət bağlandı, yəni yenidən təşkil edildi. "xxxx" adı ilə. Lakin bu artıq yeni şirkətdir. Rəhbərliyi və s. başqadır. “Bravo” 2022-ci ildən bu yana 10 dükan açmışdır. "xxxx"nun dövriyyəsi ona görə qalxıb ki, onlar bütün digər məhsulları da, məhz bu şirkət vasitəsi ilə almışlar. İddiaçı bütün şirkətlərə yazmışdır ki, yalnız "xxxx" qəbul ediləcək, alternativ qəbul ed ilmir. Amma "xxxx"dan alternativ təklif alınıb. O, "xxxx"nun rəhbəri ilə görüşmüş və o, özü şifahi olaraq bildirmişdir ki, “qıfılları 100 manata alıblar”.
20. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1949/2024 nömrəli iş üzrə 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Rauf Əhmədov)
21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ASL885 nömrəli “Əmək müqaviləsi”nə əsasən iddiaçı istismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü ildə təchizat üzrə menecer vəzifəsinə keçirilmişdir. Təchizat şöbəsində menecer vəzifəsində çalışan iddiaçı və həmin şöbədə böyük mütəxəssis vəzifəsində çalışan Cavidan Həsənov tərəfindən aşağıda qeyd olunan uyğunsuzluq və saxtakarlı qlar edilmişdir: 1) Cavidan Həsənovun və iddiaçının iştirakı ilə təchizatçıdan bazar qiyməti daha baha olan brend markalı məhsul sifarişi ilə daha ucuz, fərqli marka məhsul alışı olmuşdur. Təchizatçı bahalı məhsul tələbi olan alışlarda qalib seçilmişdir, lakin faktiki olaraq daha ucuz olan məhsulu şirkətə təhvil vermişdir "xxxx". İddiaçı və Cavidan Həsənov ilə görüş keçirildi, adları qeyd olunan əməkdaşlar təchizatçının onlara fərqli brendin (bazar qiyməti çox ucuz olan "xxxx" markası) məhsulunu verməsi barəsində məlumatsız olduqlarını bildirmişlər. Araşdırma zamanı isə məlum olmuşdur ki, təchizatçı ucuz brend markasını təklif etməsini göndərdiyi qiymət təkliflərində qeyd etmişdir, bu isə öz növbəsində iddiaçı və Cavidan Həsənovun qeyd olunan baha alışdan məlumatlı olmasını təsdiq edir. İd diaçı və Cavidan Həsənov digər şirkətlərin tələbə uyğun olan fərqli brendli məhsullarının təklifini uyğunsuzluq kimi görmüş və onlardan alış etməmişlər. "xxxx" təchizatçısından alış zamanı isə fərqli brendin məhsullarının alınmasına şərait yaratmışdırlar. İddiaçı və Cavidan Həsənov təsisat şöbəsi tərəfindən "xxxx" markalı məhsul alınması üçün sorğunu qəbul etmişlər. Təchizatçılardan "Kale’" markası əvəzinə "xxxx" markalı (bazar qiyməti ən bahalı olan) brendin məhsulun tələbi üçün qiymət sorğusu istənilmişdir. Ən ucuz qiymət təklifi etmiş "xxxx" təchizatçısı isə "xxxx" brendinin əvəzinə "xxxx" brendinə məxsus məhsulu göndərmişdir. Yuxarıda qeyd olunan səbəblərdən təchizatçıya, şirkət tərəfindən alınan məhsullara görə bazar dəyərindən 8323 manat artıq ödəniş olunmuşdur. İddiaçı və Cavidan Hə sənov tərəfindən mağazalarda olan müştəri arabaları üçün təkərlərin alışı zamanı qiymət fərqi aşkarlanmışdır. "Kama" şirkətinin təchizat komandası və araşdırma komandasına təklif etdiyi qiymətlərdə ciddi fərq mövcud olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə teams proqramında X1 köçürmə ilə verməyəcəyi məhsulu "xxxx" təchizatçısına bildirməsi və o məhsulu “Prime Electro" təchizatçısından alması barəsində göstəriş vermişdir və nəticədə yazışmada qeyd olunan məhsul "xxxx" təchizatçısından alınmışdır. Bu da öz növbəsində "xxxx" ilə iddiaçı arasında münasibətin olmasının təsdiqidir. Yekunda, iddiaçı və Cavidan Həsənov tərəfindən "xxxx" təchizatçıdan "xxxx" brendinə məxsus yanğın çıxış qapısının kilidlərinin alınması zamanı şirkətə 8323 manat ziyan vurulması sübut olunmuş, iddiaçı və Cavidan Hə sənov tərəfindən öz səlahiyyətlərindən sui-istifadə edərək təchizatçılara fərqli yanaşmışlar və bu səbəbdən şirkətə 4830 manat ziyan dəyməsi, iddiaçı və Cavidan Həsənov arasında yazışmada qeyd olunan məhsul alışının həmin təchizatçıdan alınması adları çəkilən işçilərin "xxxx" təchizatçısına prioritet yanaşması sübut olunmuş, bu barədə müvafiq akt qəbul edilmişdir. Nəticədə, MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan işçisi ilə bağlanmış ASL885 saylı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
22. Birinci instansiya məhkəməsi mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd etmişdir ki, ümumi likdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan MMC (İşəgötürən) ilə iddiaçı (işçi) arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Hansı ki, əmək müqaviləsində tərəflər razılaşmışlar ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75 maddələrində nəzərdə tutulan hallara əmək edilməklə xitam verilə bilər.
23. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi müqavilədə öz əksini tapmaqla mübahisə edilməyən, izahı aydın olan şərtlərdəndir, hansı ki, iddiaçı təqsirli hərəkətləri nəticə sində mülkiyyətçiyə maddi ziyan vurmuş və işçinin əmək haqqı saxlanılmaqla o, müvəqqəti olaraq işdən kənarlaşdırılmış, bu zaman kəsiyində işəgötürən tərəfindən müvafiq araşdırma aparılmış, izahatlar alınmış və yol verilmiş pozuntularla bağlı akt tərtib edilmişdir. İddiaçı tərəf əsassız olaraq işdən azad edildiyini qeyd etsə də, qeyd edilən hal öz təsdiqini məhkəmə araşdırması zamanı tapmamışdır, sübut etmə yükü üzərinə düşmüş işəgötürən isə işçinin işdən azad olunmasına əsas olmuş sübutlarını məhkəməyə təqdim etmiş və məhkəmə araşdırması zamanı həmin sübutlar tədqiq edilmişdir.
24. Birinci instansiya məhkəməsinin mövqeyinə görə məhz sözügedən kobud pozuntularla bağlı tərtib edilmiş aktda qeyd olunan və iddiaçı tərəfindən əksi sübuta yetirilə bilməyən səbəblərdən, MMC Əmək Məcəlləsinin 72-c i maddəsinin "xxxx" bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Belə olan halda, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz.
25. Eyni zamanda, iddiaçı kimi MMC-yə maddi ziyan vuran digər işçilər barəsində görülmüş tədbirlərə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir və təqdim edilsə belə hazırkı iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi kollektiv deyil, fərdi əmək müqaviləsidir və əmək müqaviləsinin bağlanması və xitamı əsası məhz müqavilə tərəfləri üçün nəzərdə tutulmuşdur. Digər işçilərlə əmək müqaviləsinə xitam verilməsi, hazırkı iddianın təmin olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz.
26. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötü rən işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin özündə ehtiva etdiyi qanunvericiliyin müəyyən etdiyi qaydalara riayət etmiş və işəgötürən tərəfindən Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən bu Məcəllənin 71, 80, 84, 187 və 189-cu maddəsinin tələblərinə ciddi əməl edildiyindən, həmçinin iddiaçı barəsində görülən tədbirlər və qəbul edilmiş əmr və qərarların ləğv edilməsi üçün əsasların olmaması iddia tələbinin rədd edilməsinə əsasdır. Çünki işəgötürən tərəfindən iddiaçının konkret hansı öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmiş və bu lazımi sənədlərlə təsdiq olunmuşdur.
27. Birinci instansiya məhkəməsi iddia tələbinin “əmrin iddiaçıya dair hissədə ləğv olunması” hissəsində rədd olunmasını nəzə rə alaraq göstərmişdir ki, iddia tələbinin “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbləri ilkin (əsas) tələbdən törəmə tələblərdir və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə əsaslar müəyyən edilmədiyi halda, iddiaçının sözügedən tələblərinin təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbləri həmin hissələrdə də əsassız olduğundan rədd edilməlidir.
28. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş cavabdeh MMC qəbul etdiyi mübahisələndirilən əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir.
29. Birinci instansiya məh kəməsi mövqeyini Əmək Məcəlləsinin 2, 9, 11, 46, 70, 72, 83, 186, 296-cı maddələrinin müvafiq hissə və bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, MMC-nin qəbul etdiyi əmrin Əmək Məcəlləsinin tələblərinə cavab vermədiyini, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyinin, maddi ziyanın vurulmasının və bu ziyanın məbləğinin, hərəkət və ya hərəkətsizliklə maddi ziyan arasında səbəbli əlaqəninin olub-olmamasının nəzərə alınmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-637/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fuad Babayev).
33. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının vəzifə öhdəliklərinə zəruri malların və xidmətlərin sifarişini təsdiqləmək, sifarişlərin və tədarükün satınalma detallarını yekunlaşdırmaq, xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksi onal ölçülərə baxıb hesabat vermək, şirkətin spesifikasiyası və gözləntilərinin dəqiqliyini təmin etmək üçün əsas şəxslərlə əməkdaşlıq etmək və digər bu kimi öhdəliklər aiddir. 2024-cü ildə MMC tərəfindən aparılmış daxili araşdırma nəticəsində təchizat üzrə menecer vəzifəsində çalışan iddiaçının fəaliyyəti dövründə özünün vəzifə öhdəliklərini pozaraq, işəgötürənə maddi ziyan vurması aşkar olunmuş, bu barədə həmçinin müvafiq akt tərtib olunmuş, iddiaçının izahatı alınmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmrdən də göründüyü kimi, iddiaçı təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək bazar qiyməti baha olan markaya aid məhsullar sifariş etmiş, lakin fərqli markalı ucuz məhsullar almışdır. Təchizatçı tərəfindən gön dərilən qiymət təkliflərində ucuz markaya aid məhsulun qeyd edilməsi iddiaçıya baha qiymətli məhsul əvəzinə ucuz qiymətli məhsul göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiyini təsdiq edir. Buna misal olaraq təchizatçının qiyməti yüksək olan "xxxx" markalı məhsul əvəzinə qiyməti ucuz olan "xxxx" markalı məhsulu göndərməsini göstərmək olar. Alınan bu məhsullara görə təchizatçıya məhsulların real dəyərinin bir neçə misli qədər artıq ödəniş olunmuş və nəticədə işəgötürənə maddi ziyan vurulmuşdur. Bununla yanaşı, MMC bu və ya digər malların alınması üçün keçirilən tenderlər zamanı təchizatçılara bərabər imkanlar yaratmaqla onlar arasında şəffaf rəqabətin təmin edilməsini əsas prinsiplərindən hesab edir. Lakin iddiaçı "xxxx" adlı təchizatçıya digər təchizatçılarla mü qayisədə haqsız üstünlük vermişdir. Belə ki, onlar digər təchizatçıların sifariş olunan markadan fərqli markaya məxsus məhsul təkliflərini uyğunsuzluq kimi qiymətləndirərək Cəmiyyətə məhsullar vermələrinə maneə yaratmışlar. Buna baxmayaraq "xxxx" sifariş edilən markadan fərqli markalı məhsul göndərsə də, bu hala göz yummuş və onlardan məhsul alınmasını davam etdirmişlər. Bununla da iddiaçı MMC-nin yuxarıda qeyd edilən şəffaf rəqabət və bərabərlik prinsiplərini pozmuşdur. MMC-nin tapşırığı ilə işçinin əmək münasibətləri dövrü yoxlanılmış və məlum olmuşdur ki, iddiaçı bütün dövrlərdə öz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində işəgötürənə maddi ziyan vurmuşdur. Bununla bağlı aidiyyəti işçilərdən izahat alınmışdır.
35. Bu hal həmçinin alışların həyata keçirildiyi "xxxx" şirkəti tərəfindən də etiraf edilmişdir. "xxxx" şirkəti MMC-yə məktub ünvanlayaraq qeyd edilən əməlin MMC-nin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmiş, artıq əldə edilmiş pul vəsaitini (dəymiş ziyanı) MMC-yə ödəmişdir.
36. MMC-nin mövqeyinə görə iddiaçının təqsirli hərəkətləri nəticəsində həmçinin MMC-nin işgüzar nüfuzu və təchizatçılar arasında reputasiyası zədələnmişdir. İddiaçı qeyd edilən alış əməliyyatlarından tam məlumatlı olmamasını, onun təqsirinin olmamasını və s. bildirsə də, bu hallar işdə olan sübutlarda müəyyən edilmir. MMC tərəfindən isə tam və ətraflı araşdırma aparılmış, nəticələri rəsmiləşdirilmiş, iddiaçının izahatı alınmışdır və s.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, araşdırmanın nəticələri ilə yanaşı, həmçinin "xxxx" MMC tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 024 nömrəli məktubun surətinə əsasən müxtəlif tarixlərdə MMC-nin əməkdaşları şirkətlərindən "xxxx" markalı qapı kilidlərinin qiymətini sorğulamışdır. Şirkət tərəfindən göndərilən qiymət təkliflərində məhsul adı bilərəkdən dəyişdirilərək "xxxx" markasının adı qeyd edilmiş, lakin qiymət olaraq "xxxx" markalı kilidlərin qiyməti yazılmışdır. Bu təkliflər MMC-nin əməkdaşları tərəfindən təsdiqlənmiş və nəticədə bazar qiyməti daha aşağı olan "xxxx" markalı kilidlər "xxxx" markalı kilidlərin qiymətinə MMC-yə satılmışdır. Törədilmiş əməl nəticəsində MMC-yə maddi ziyan vurulmuş və şirkət 35000 manat qazanc əldə etmişdir. Gələcəkdə bu halların qarşısını almaq üçün şirkətləri daxilində müvafiq qabaqlayıcı tədbirlərin görüldüyü və əməkdaşlıqlarındakı etimadı bərpa etməyə çal ışacaqları bildirilmişdir.
38. İddiaçı tərəf MMC-yə dəymiş ziyanın sonradan "xxxx" şirkəti tərəfindən ödənilməsini qeyd etsə də, bu hal vəziyyəti dəyişdirməməklə iddiaçının məsuliyyətini aradan qaldırmır. Bununla yanaşı, əmək qanunvericiliyi dəymiş ziyanın məbləğinin çox və ya az olmasından asılı olmayaraq işçinin məsuliyyətini dəqiq müəyyən etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi əmrin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması barədə iddiaçının dəlillərinə münasibətdə göstərmişdir ki, əmr kifayət qədər əsaslandırılmış, əmrdə müvafiq normalara istinad edilmişdir və s.
40. Beləliklə, iddiaçının əmək funksiyalarını, üzərinə düşən vəzifələri, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də MMC-yə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan açıq-aşkar müəyyən olunur. İddiaçı tərəf isə qanunsuz olaraq işdən azad edildiyini iddia etsə də, bunu təsdiq edən halları sübut edə bilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi iddiaçı tərəfindən törədilmiş pozuntuların xarakterinə uyğun olmuş, əmr qanuni və əsaslı verilmiş, bu zaman qanunvericiliyin tələbləri (lazımi araşdırmanın aparılması, işçinin izahatının alınması və s.) gözlənilmişdir.
42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işdə olan sübutlara əsasən, iddiaçının yol verdiyi hərəkətlər MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla (Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsini n “ç” bəndinə əsasən) xitam verilməsinə tam əsas olmuşdur. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia qeyd edilən hissədə əsassız olduğundan qalan hissələrdə də təmin oluna bilməzdi. Birinci instansiya məhkəməsi iddianı tam rədd etməkdə haqlı olmuşdur.
43. İddiaçı həmçinin ona mənəvi zərər vurulmasını da iddia etmiş, lakin həmin hissədə də tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 2, 10, 11, 70, 71, 72, 186, 191, 192-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı və MMC tərəfindən təqdim edilmiş sənədləri araşdırsa da, əsaslandırma görüntüsünü yaratmaq üçün qətnamənin mətninə yalnız təqdim edilmiş sənədlərin mətnini köçürmüş, yalnız bir neçə əsaslandırıcı abzasla kifayətlənmişdir. Məhkəmənin əsaslandırma məqsədilə qətnamədə qeyd etdiyi digər abzaslar da MMC-nin etirazıdan köçürülmüş hissələrdir. Lakin iddiaçı tərəfindən qaldırılmış əsas məsələlərə qətnamədə, ümumiyyətlə, qiymət verilməmişdir. MMC müxtəlif sənədlərində maddi ziyanın vurulmasını qeyd etsə də, məhkəmə ziyanın vurulubvurulmamasını, həmin ziyanın nədə ifadə olunmasını və ziyanın məbləğini (ikinci dərəcəli əhəmiyyətli olsa da) müəyyən etmə li idi. Lakin, nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya məhkəməsi dəymiş ziyanın məbləğini müəyyən edə bilməmişdir. Subyekt iddiaçı olaraq müəyyən edilmişdir. Məhkəmə iddiaçının əmək funksiyalarını və məhz bu funksiyaların icra edilib-edilməməsini müəyyən etməli idi. İddiaçının funksiyası qiymət cədvəlinin tərtib olunması və qalibin düzgün seçilməsinə qiymət verilməsindən ibarət idi. İddiaçı qiymət təklifində qeyd olunan qiymətləri və qiymət təklifinin alt sənədlərini (yazışmanı) yoxlamamalı, bunlara görə məsuliyyət daşımırdı. Lakin məhkəmə qətnamədə qeyd etdiyi kimi sənədləri və qanunvericiliyin normalarını araşdırsa da, bu məsələyə qismən qiymət vermiş, qiymət təklifləri ilə bağlı məsələni araşdırmamışdır. Hərəkətlə ziyanın arasında səbəbli əlaqə müəyyən edilməli idi. Məh kəmə hərəkətə və ziyana qiymət verməsə də, ən azı səbəbli əlaqənin nə də görməsini açıqlamalı idi. Məhkəmə isə “iddiaçı sübut edə bilmədi, Cavabdeh sübut etdi” prinsipi ilə kifayətlənmişdir. Səbəbli əlaqə olmadığına görə, məhkəmə də qətnamədə əsaslandırma aparmamışdır. Məhkəmə Əmək Məcəlləsinin 191(2)-ci maddəsində göstərilən halları əsaslandırmamaqla, Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndini də səhv tətbiq etmiş və bu səbəbdən səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Etirazın dəlilləri birinci instansiya məhkəməsində təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmə k; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Maddə 11 (bənd «b»). Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 70 (bənd «ç»). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrin i kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 (bənd "xxxx" və “e”). İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Maddə 191(1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191(2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərə flərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192(1). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarı Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və "xxxx" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmi n edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir.
53. İşdən görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndi rəhbər tutulmaqla, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28 mart 2024-cü il tarixli əmrlə xitam verilmiş, əsas kimi də 15 mart 2024cü il tarixli akta istinad edilmişdir.
54. Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndi əmək vəzifələrinin kobud şəkildə pozulması halından biri olan işçi tərəfindən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmasıdır.
55. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 28 mart 2024cü il tarixli əmrində istinad edilən akta əsasən (aktın tam məzmunu 5-ci bənddə göstərilib) nəticə etibarı ilə iddiaçı cavabdehə maddi ziyan vurmuşdur.
56. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi üçün həm də Əmək Məcəlləsinin 191-ci maddəsinə diqqət yetirilməli və bu maddədə sadalanan şərtlər müəyyən edilməlidir.
57. Əmək Məcəlləsinin 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqla rı ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
58. Göründüyü kimi, əmək qanunvericiliyi işəgötürən və işçinin öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşımasını və bunun şərtlərini müəyyən etmişdir. Üç hal məcmu şəklində mövcud olduğu halda, işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti yaranır. Bu hallardan hər hansı birinin olmaması maddi məsuliyyəti istisna edir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə: “işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydad an hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və "xxxx" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir”.
60. Məhkəmələr yalnız 15 mart 2024-cü il tarixli aktla iddiaçının maddi ziyan vurması nəticəsinə gəlmişlər.
61. Halbuki işçinin işəgötürənə maddi ziyan vurması nəticəsinə gəlmək üçün təkcə ziyan faktının mövcudluğu yetərli deyil, bunun üçün həmçinin təqsirkarın (hazırkı halda işçi olan iddiaçının) əməli, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə müəyyən edilməlidir.
62. İşdən isə görünür ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi işin hallarını (cavabdehin dəlilləri baxımından iddiaçının işəgötürənə maddi ziyan vurmasını) Əmək Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan bütün şərtlər daxilində yoxlamamış, yalnız cavabdehin dəlillərinə və 15 mart 2024-cü il tarixli akta əsaslanaraq maddi ziyanın vurulduğunu müəyyən etmişlər. Nəzərə alınsa ki, iddiaçı da həmin aktla razı olmadığını, aktda yazılanları n həqiqəti əks etdirmədiyni bildirir, bu baxımdan, qeyd edilən hallar açıq qaldığı üçün yalnız 15 mart 2024-cü il tarixli akta istinadən iddiaçının cavabdehə maddi ziyan vurulması barədə gəlinən nəticə əsaslı sayıla bilməz.
63. Bundan əlavə, iddiaçı 15 mart 2024-cü il tarixli aktın ona təqdim edilməməsini, bu səbəbdən həmin aktla tanış olub ona dair öz mülahizəsini bildirmək imkanından məhrum edilməsini bildirmişdir.
64. Əmək Məcəlləsinin 203-cü maddəsinin 1 və və 2-ci hissələrinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedi şində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
65. Əmək Məcəlləsinin qeyd edilən normasına görə iddiaçının 15 mart 2024-cü il tarixli aktla tanış edilməli olması, onun araşdırma sənədləri ilə tanış olub, etiraz bildirmək hüququ təsbit edilsə də, işdən həmin aktın iddiaçıya təqdim edilməsi müəyyən edilməyib. Bu da iddiaçını onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənədlə tanış olub, ona dair etirazını bildirmək hüququnu pozmuşdur.
66. Həmçinin iddiaçının işəgötürənə maddi ziyan vurmasının sübutu kimi "xxxx" MMC tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 024 nömrəli məktuba (İİ cild, iş v.22) istinad edilmiş və qeyd edilmişdir ki, "xxxx" MMC əməlin cava bdeh MMC-nin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmişdir. (bax:35-ci bənd)
67. Əvvəla, qeyd edilən məktub 15 mart 2024-cü il tarixli aktdan sonra verilib. İkincisi, cavabdehə ünvanlanan həmin məktubda “Cəmiyyətin əməkdaşları” ifadəsindən istifadə olunmaqla, cavabdehin əməkdaşlarından heç kimin, o cümlədən iddiaçının adı çəkilməyib. Buna görə də həmin məktuba istinadən maddi ziyanın məhz iddiaçı tərəfindən vurulması nəticəsinə gəlinməsi əsaslı görünmür, həm də bu hal digər sübutlarla da müəyyən edilməyib. Baxmayaraq ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, 88-ci maddə)
68. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
69. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(103)-637/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.