Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1842/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X4” X6rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Zaur Əliyev Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-967/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını ar aşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı məxsus olan xx.xx.2017-ci il tarixli, ******* saylı əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli, ********** saylı əmrə əsasən AR ƏƏSMN yanında Dövlət Məşğulluq xidmətinin X5 Məşğulluq tədbirləri sektoru məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, ********** saylı əmrə əsasən Xidmətin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020ci il tarixdə **********3 saylı əmrə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş (dövlət qulluğuna xitam verilməklə), xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, **********2 saylı əmrə əsasən Agent liyin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, **********0 saylı əmrə əsasən Təhlil və tərəfdaşlarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli, ********** saylı əmrinə əsasən Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə eyni tarixli əmrlə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 saylı əmrə əsasən AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “Dövlət Qulluğu haq qında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən stajçı kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri, Sabunçu rayon X5 Məşğulluq tədbirləri sektorunun məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən sınaq müddətinə tutduğu vəzifəyə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən sınaq müddəti saxlanılmaqla Xidmətin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasını n Qanununun 28.7-ci və 17.1-ci maddələrinə əsasən daimi dövlət qulluğuna qəbul edilmişdir və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı 1 ay sınaq müddəti olmaqla, 3 ay müddətinə X2 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin qurumun Təhlil və tərəfdarla iş şöbəsində aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən filial 4 saylı Ərazi Məşğulluq filialıadlandırılmışdır.verilmişdir. Son verilərkən isə qanunvericili yin tələblərini nəzərə almadan kobud səhvliklə müqaviləyə xitam verilmişdir. Belə ki, sənədlərdən göründüyü kimi xx.xx.2024-cü ildə müqavilənin müddəti bitir. Həmin gün iş günü idi. “Nazirlər Kabinetinin 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il üçün 20, 21, 22, 23, 24 mart Novruz bayramı müəyyən edilmişdir. 2024-cü il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olmuşdur. Beləliklə, 2024-cü il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25, və 26-da daxil olmaqla xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2023- cü il tarixdə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cimaddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti dövründə iddiaçı dəfələrlə özünü peşəkar işçi kimi göstərmiş və peşəkarlıq səviyyəsinin yoxlanılması üçün keçirilmiş test imtahanından yüksək nəticələr əldə etmişdir (3 imtahandan 40 mümkün baldan 21 və 29-u, sonuncu dəfə 50 mümkün baldan 37-i toplamışdır) Məhz bu imtahanların nəticələrinə əsasən iddiaçıya mükafatlar verilmişdir. Təsadüfi deyil ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində aparıcı mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirildikdən 1 i l 4 ay sonra, xx.xx.2023-cü il tarixdə həmin şöbədə böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X11 arasında xx.xx.2020-ci il tarixdə sınaq müddəti ilə müqavilə bağlanmışdır. İddiaçı inzibati vəzifə tutmuş dövlət qulluqçusu olduğu və daimi dövlət qulluğuna qəbul edildiyi üçün Agentlik tərəfindən onunla sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşlədiyi müddətdə iddiaçının heç bir nöqsanı olmamış və vəzifə funksiyalarını layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X11 yaradılana qədər iddiaçı döv lət qulluğunda inzibati vəzifələrtutmuşdur və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Lakin buna baxmayaraq iddiaçı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X11 arasında xx.xx.2020-ci il tarixdə sınaq müddəti ilə müqavilə bağlanmışdır. Cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün iddiaçı Bakı şəhəri, 16 saylı Mediasiya Təşkilatına müraciət etsə də mübahisə öz həllini tapmamışdır və iddiaçıməhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa iddiaçı vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 172/3-4421/2024 nömrəli əmrin surətini cavabdehdən tələb etsə də, əmrin surətinin ona təqdim edilməsindən imtina edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçı sonuncu dəfə dövlət qulluğunda Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi Məşğulluq Mərkəzinin Müraciətlərlə iş və təsərrüfat sektoru məsləhətçisi vəzifəsində çalışmış və həmin vəzifədə olarkən dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı 1 ay sınaq müddəti olmaqla, 3 ay müddətinə X2 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Qeyd edilən hallardan müəyyən olunur ki, iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X9 ilk əmək fəaliyyətinə başladığı dövrdə o, dövlət qulluğunda çalışdığı vəzifə ilə eyni xarakterli vəzifəyə təyin edilmişdir. İddiaçının əmək kitabçasında onun daimi dövlət qulluğuna qəb ul edilməsi barədə qeyd vardır və bu həm onun sonuncu dəfə dövlət qulluğunda tutduğu vəzifənin, həm də X4 X9 tutduğu vəzifənin daimi xarakter daşıdığını göstərir.
5. Cavabdeh iddiaya etiraz verərək iddianın rədd edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə əmək münasibətləri yarandığı zaman olduğu kimi, əmək müqaviləsinə xitam verildiyi zaman da Agentlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi kimi 30 iyul 2020-ci il tarixdə İddiaçı dövlət qulluğuna Nazirliyin müvafiq əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz xahişi əsasında xitam verilmişdir. Bundan sonra yeni işəgötürən olan Agentlik ilə İddiaçı arasında 5 avqust 2020-ci il tarixdə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 3 ay müddətində bağlanmış və mütəmadi olaraq uzadılmışdır. Müqavilə bağlanarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinin tələbləri pozulmadığından qanuni hesab edilməlidir. Eyni zamanda işçilərlə müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin hüququdur və Agentlik bu hüququndan istifadə etmişdir. İddiaçı isə könüllü olaraq bu müqaviləni bağlayaraq buna dair sərbəst iradəsini ifadə etmiş, əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması barədə məlumatlı olmuşdur. İddiaçı əmək müqaviləsinə Agentliyin 6 aprel 2024-cü il tarixli 3-17- 2/3-4- 421/2024 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissə sinin “b” bəndinə əsasən müqavilənin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Bundan əlavə, İddiaçı ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının şamil olunmalı olduğu barədə iddiaları da tamamilə əsassızdır. Belə ki, İddiaçı dövlət qulluğuna xx.xx.2020-ci il tarixdən öz xahişi ilə xitam verilmiş, xx.xx.2020-ci il tarixdən İddiaçı yeni işəgötürənlə (Agentlik) əmək müqaviləsi bağlamışdır. Agentlik publik hüquqi şəxs olduğu üçün işçiləri ilə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənməkdədir. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. İddiaçı Agentlikdə müvafiq vəzifələrə öz razılığı əsasında keçiri lmiş və əmək müqaviləsinə dəyişiklikləri özü şəxsən imzalamışdır. Qeyd edilməlidir ki, müvafiq müddətli əmək müqaviləsi dəfələrlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bir neçə dəfə uzadılsa da, iddiaçı tərəfindən həmin uzadılmalarla razılaşmaması ilə bağlı Agentliyə heç bir rəsmi müraciət daxil olmamış, habelə müqavilə üzrə aidiyyəti əlavələr iddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bu hal özlüyündə onu deməyə əsas verir ki, iddiaçı özü müddətli əmək müqaviləsi ilə bağlı müsbət iradəsini ifadə etmiş, həmin müddət ərzində iradə ifadəsi məhz müddətli əmək müqaviləsinin qüvvədə qalması istiqamətində olmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi bir digər nüans ondan ibarətdir ki, iddiaçı ilə Agentlik arasında bağlanmış müddətli əmək müqaviləsi əmək qanunvericiliyinin pozulması ilə xitam verilmişdir. İddia ərizəsinin qeyd edilən hissədə etibarsızlığı ilə bağlı bildiririk ki, tərəflər arasında olan müddətli əmək müqaviləsinin xitamı əmək müqaviləsinin xitamı ilə bağlı qanunvericiliyin aidiyyəti müddəalarına uyğun həyata keçirilmişdir. İddiaçının guya ona işdən çıxma əmrinin surətinin təqdim edilməməsi barədə iddiaları əsassızdır. İddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinə əlavədə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra - Plenum Qərarı) istinad edilmişdir. Sözügedən iddi a ərizəsinə əlavənin qeyd edilən Plenum Qərarına istinad edilən hissəsinin təhlili onu deməyə əsas verir ki, iddiaçı tərəf müvafiq Plenum Qərarının hüquqi mahiyyətini düzgün müəyyən edə bilməmişdir. Belə ki, qeyd edilən Plenum Qərarında hakim mövqe ondan ibarətdir ki, Məcəllənin 47-ci maddəsinin “f bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq mümkündür.İddiaçı tərəf isə iddia ərizəsinə əlavədə Məcəllənin 47-ci maddəsinin digər bəndlərində (“f bəndindən kənar) qeyd edilən halların mövcud olmamasına istinad edərək tərəflər arasında Məcəllənin 47-ci maddəsinin “f bəndinə uyğun müddətli əmək müqaviləsinin bağlanmasının hüquqauyğun luğunu mübahisələndirir ki, qanunvericilik baxımdan bu yanaşma hüquqi yanaşma olaraq qiymətləndirilə və nəzərə alına bilməz. Çünki Məcəllənin 47-ci maddəsinin “f bəndi həmin Məcəllənin 47-ci maddəsinin digər bəndlərində nəzərdə tutulan hallar olduğu təqdirdə müddətli əmək müqaviləsinin bağlanması ilə şərtləndirilmir və müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı hissədə müstəqil hal kimi çıxış edir. Agentliyin mövqeyini tam təsdiqedici mahiyyətlidir. Belə ki, həm müddətli əmək müqaviləsi bağlanan zaman, həm də əmək fəaliyyəti dövründə iddiaçı tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına etiraz edilməsi ilə bağlı işəgötürənə hər hansısa bir müraciət daxil olmamışdır. Hazırda davam edən məhkəmə prosesi üzrə də iddiaçı tərəfindən tərəflərin qarşılıqlı razılığının və hüquq bərabə rliyinin pozulması halının təsdiqi ilə bağlı hər hansısa mötəbər sübut məhkəməyə təqdim edilməmiş, qeyd edilən nüanslar ümumiyyətlə mübahisələndirilməmişdir. Nəticə etibarilə məhz bu nüans belə özlüyündə onu deməyə əsas verir ki, iddiaçı və cavabdeh arasında yaranmış və davam etmiş münasibətlər tərəflərin hüquq bərabərliyi və qarşılıqlı razılığı şərtlərinə tam cavab vermişdir. Agentliklə əmək münasibətlərinə daxil olarkən sınaq müddətinin tətbiq edilməsi, müddətli əmək müqaviləsinin bağlanması Agentliyin təşkilati-hüquqi strukturunun publik hüquqi şəxs olması və Agentliyin öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartları tətbiq etməsi ilə əlaqədardır. Yuxarıda qeyd edilən bütün hallar üzrə Agentlik tərəfindən əmək qanunvericiliyinə tam əməl edildiyinə görə sadala nan hallarda işçi qismində iddiaçının hər hansısa bir hüquq pozuntusu ilə üzləşməsi məntiqi olaraq mümkün deyil.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)3035/2024 saylı qətnaməsi ilə (hakim Ü.Xəlil) iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2024-cü il tarixli, 172/3-4-421/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehndə Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsində böyük mütəxəssis – karyera məsləhətçisi vəzifəsinə bərpa edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər ş tat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmuş, bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı hallar müəyyən edilməmişdir. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hal lar olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Lakin, bütün bunlara baxmayaraq işəgötürən Xidmətə daimi dövlət qulluğuna yeni qəbul olunmuş iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlamış, sonradan bir neçə dəfə onula bağlamış əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
8. Məhkəmə cavabdehin iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini n tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etdiyini hissəsi ilə də razılaşmayıb. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024- cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Plenum Qərarında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istif adə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, yalnız struktur dəyişikliyi olmuş, eyni fəaliyyət istiqamətini həyata keçirən müəssisədə daimi xarakter daşıyan vəzifə olmasına baxmayaraq, işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə isə 2 dəfə 3 ay, 1 dəfə isə 2 ay və 3 dəfə 12 ay müddətinə müddətinin uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 45.4, 47-ci maddənin “f” bəndi, 68.2-ci maddəsinin “b” bəndi, 73.1, 83-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək qanunvericiliyi baxımından müddətli əmək müqaviləsinin bağlanma hallarından biri də məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müvafiq müqavilənin bağlanmasıdır. Hazırkı mübahisə üzrə isə həmin razılıq əldə edilərək müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli 2(102)1278/2024 nömrəli Qərarı ilə müvafiq baxılan işə münasibətdə müəyyən olunmuşdur ki, əgər tərəflər arasında bağlanmış əmək m üqaviləsi müddətli əmək müqaviləsidirsə, bu zaman işəgötürən tərəfindən müvafiq müqavilənin müddətin bitməsi əsası ilə xitam edilməsi qanunvericiliyin tələblərinin pozulması anlamına gəlmir. Göründüyü kimi birinci instansiya məhkəməsi Ali Məhkəmənin bu tipli işlər üzrə müvafiq qərarlarla yaratmış olduğu təcrübəni nəzərə almamış, iş üzrə mövcud hüquqi təcrübə ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Hazırkı mübahisədə iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsi uydurma əqd olaraq qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən işçinin müddətli əmək müqaviləsinə razılığının olub-olmaması işçinin müddətli əmək müqaviləsinə dair iradə və motivinin olubolmaması ilə əlaqələndirilmiş və hazırkı halda işçinin müddətli əmək müqaviləsi ilə bağlı iradə və motivinin olmaması, bu baxımdan da onun müddətli əmək müqaviləsi bağlanılmasına razılıq vermədiyi ehtimal edilmişdir. Nəzərə alınmalı məqam ondan ibarətdir ki, iddiaçı tərəfindən onun cavabdehlə müddətli müqavilə bağlanması ilə əlaqədar iradəsinin olmaması nə iddia ərizəsində mübahisələndirilmiş, nə də məhkəmə icraatı zamanı sözügedən iradəyə cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində xələl gəlməsi ilə bağlı aidiyyəti sübutlar təqdim olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-967/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, C.Musayeva və F.Abdıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəld iyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyator öz şikayətini belə əsaslandırmışdır ki, əmək qanunvericiliyi baxımından müddətli əmək müqaviləsinin bağlanma hallarından biri də məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müvafiq müqavilənin bağlanmasıdır və hazırkı mübahisə üzrə isə həmin razılıq əldə edilərək müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin kollegiya apellyatorun bu mövqeyi ilə razılaşmır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümu nəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Dövlət Məşğulluq Xidmətinin nəzdində fəaliyyət göstərən qurumlarda 2019-cu ildən 2024-cü ilədək işləmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə daimi dövlət qulluğuna qəbul olunmuş və cəmi 27 gün sonra öz arzusu ilə xx.xx.202 0-ci il tarixdə öz ərizəsi ilə dövlət qulluğuna xitam verilməklə işdən azad edilmiş, 5 gün sonra yəni– xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə yeni yaranmış “X4” X9 müddətli əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi iki dəfə yenidən 3 ay müddətinə uzadıldıqdan sonra, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən müqavilənin müddəti 2 ay müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən müqavilənin müddəti 12 ay müəyyən edilmiş bundan sonra da 3 dəfə 12 ay olmaqla müddət uzadılmış və xx.xx.2024-cü il tarixdə sonuncu uzadılma müddəti bitdiyindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
15. Qanunvericiliyin tələblərindən də göründüyü kimi şəxs müvafiq müsabiqədən keçdikdən sonra onun əmək fəaliyy əti hansısa müddətlə məhdudlaşmamaqla həmin qanunla nəzərdə tutulmuş xitam hallarına kimi qüvvədə olur və bu da onun müddətsiz olduğunu deməyə əsas verir. Lakin hazırki işin hallarından görünür ki, işçi daimi dövlət qulluğuna qəbul olunduqdan qısa müddət sonra öz ərizəsi ilə dövlət qulluğuna xitam verilməsini xahiş etmiş və yeni yarandılmış müəssisədə müddətli əmək müqaviləsi bağlamışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan tərəflər arasında sonradan bağlanan əmək müqaviləsində hansı səbəbdən müqavilənin müddətli bağlamasına dair hər hansı bir şərt göstərilməmişdir. Əksinə, istər yeni yaradılan publik hüquqi şəxslə bağlanılan əmək müqaviləsindən, istərsə də tərəflərin izahatlarından müəyyən olunur ki, işçinin əmək funksiyalarına müəyyən müddətə deyil, icrası müddətsiz xarakte r daşıyan işlər daxildir və ləğv edilmiş müəssisədə dövlət qulluqçusu kimi daşıdığı vəzifə öhdəlikləri ilə eynilik təşkil etmişdir.
16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İV-cü hissəsinə, Əmək Məcəlləsinin 42.1, 45.1, 45.4, 47 “f”, 68.2 “b”, 73.1, 300.1-ci, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7- ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və ya onun vəkili tərəfindən müddətli əmək müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçının razılığının olmaması, belə formada münasibətlərin yaranmasının işəgötürənin təkidi ilə icra edilməsi ilə bağlı nə iddia ərizəsində, nə aidiyyəti məhkəmə proseslərində müvafiq qaydada münasibət bildirilməmiş, bu məsələ mübahisələndirilməmiş və ya istər birbaşa, istərsə də dolayı yolla bu nüansla əlaqədar hər hansısa bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda məhkəmə iddia tələbində nəzərdə tutulmayan istiqamət üzrə müstəqil araşdırma aparmaqla müvafiq sübutların toplanmasına və qiymət verilməsinə nail olmuşdur ki, bu da mülki prosessual qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfindən atılmalı addımlardır.
19. Azərbaycan Respubl ikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024cü il tarixli, 2(102)-1278/2024 nömrəli Qərarla müəyyən olunmuşdur ki, əgər tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsidirsə, bu zaman işəgötürən tərəfindən müqavilənin müddətin bitməsi əsası ilə xitam edilməsi qanunvericiliyin tələblərinin pozulması anlamına gəlmir. Nəzərə alsaq ki, hazırki iş üzrə iddiaçı uzun müddətdir ki əmək bazarında əmək fəaliyyəti məşğul olan fiziki şəxsdir, bu zaman müddətli əmək müqaviləsinin bağlanması ilə həmin müqavilənin müddətinin bitməsi əsası ilə xitam edilməsi imkanını da öncədən görmüş və buna razılıq vermişdir. Belə olduğu halda iddia tələbinə münasibətdə sözügedən müddətli əmək müqaviləsinin ləğvi bu məsələ ilə əlaqədar əmək qanunvericiliyinin aidiyyəti tələblərinə ria yət edilməklə icra olunmuşdur. Məhkəmələr tərəfindən müddətli əmək müqavilələrinin bağlanmasının işçi tərəfindən sərbəst iradə ifadəsi nəticəsində həyata keçirilməsinin hər bir hal üzrə istisna edilməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin mahiyyətsizliyinə gətirib çıxarır ki, bu da qanunvericilik baxımından yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
22. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
23. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
24. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
25. Maddə 47 “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
26. Maddə 68.2 “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləs inə xitam verilməsinin əsaslarından biridir.
27. Maddə
73. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
28. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh təşkilat tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətin bitməsinə görə ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 39.
40. Məhkəmə tərkibi müddətli müqavilənin işçinin öz iradəsi ilə bağlanması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabə rliyi prinsipinə riayət olunmasıdır.
41. Bu səbəbdəndir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün “hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur (§ 25).
42. Məlum olduğu kimi, işçinin müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağalabatan səbəb olmadan qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin belə bir (qayda olaraq öz xeyrinə olmayan) addım atması ağlabatan bir səbəblə izah olunmadıqda, həmin razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağla nmasının daha inandırıcı görünməsi barədə apellyasiya məhkəməsinin mövqeyi əsassız deyil.
43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin l əğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-967/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.