Məhkəmə qərarları › İş №2(102)-1844/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1844/2024

29.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1844/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Vəli oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər və kateqoriya: özbaşına tikintinin sökülməsi, tələbin əsas olmayan cavabdehə qarşı yönəlməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2697/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bərdə şəhəri, X7 küçəsi, 3/6-da 0,0121 ha torpaq sahəsində yerləşən yaşayış evini xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən X1 almışdır. Qeyd edilən əmlak İddiaçı mülkiyətindədir və hazırda iddiaçı evdə yaşayır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışına əsasən Bərdə şəhəri, X7 küçəsi, ev 8, 1 ünvanında yerləşən ümumi sahəsi 57.8 m2 olan mənzil X2 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bunda n sonra “iddiaçı”) cavabdeh iddia ərizəsi ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh (bundan sonra “cavabdeh”) onun yaşayış evinə bitişik tikdirdiyi qanunsuz mal tövləsinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qapı bir qonşusudur. Cavabdeh standartlara uyğun olmayan iddiaçının yaşayış evinə bitişik mal tövləsi tikdirmişdir və həmin tövlənin içərisində çoxlu sayda iribuynuzlu heyvan saxlayır. İddiaçının ailəsi cavabdehin əlindən bezərək evi tərk edib getmək istəyirlər. Dəfələrlə evi satmaq istəmişlər, lakin tövlənin üfunət iyindən evi heç kim almamışdır.

5. İddiaçı tövlənin sökülməsinə görə dəfələrlə polisə müraciət etsə də, heç bir nəticəsi olmamışdır.

6. İddiaçı 2005-ci ildən həmin mənzildə yaşayır, 2006-cı ildə kərpicdən olan uçuq hasarı dağıdıb yenidən daşdan hasar tikdirmişdir. 7 nömrəli mənzildə yaşayan qonşunun tövləsi iddiaçının evindən 80 sm məsafədə yerləşir.

7. Hasar tikilən zaman iddiaçı müvəqqəti olaraq başqa yerdə səfərdə olmuşdur. Qayıdıb gələn zaman cavabdehin tövləsini uçurub 13 metrlik tiri hasarın üstünə qoymasını, sağlam qalan kərpiclə tövlə tikib, ondan istifadə etdiyini görmüşdür. İddiaçı əri ilə birlikdə qonşusu olan cavabdehə bu barədə öz iradlarını bildirmişlər. Əri bu məsələyə görə infakt keçirmiş, 10 il sonra da rəhmətə getmişdir. Bu məsələ haqqında polisə müraciət etmiş, polis əməkdaşları evə baxış keçirmiş, orada heç bir cinayət tərkibli əməl olmadığını bildirərək, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər.

8. İddiaçı tələ binin hüquqi əsası kimi Mülki Məcllənin 21.1, 21.2, 152.1, 157.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddiaya etiraz edərək, göstərmişdir ki, iddiaçı ilə qonşudur, öz həyətində tövlə tikib, orada bir baş inək, bir baş dana saxlayır. Tövlənin və saxladığı mal-qaranın iddiaçıya heç bir maneçiliyi yioxdur.

10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 235 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Mərkəzin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yaşayan S.Hümbətovanın və Bərdə şəhəri, Q.B.Zakir küçəsi ev 6 ünvanında yaşayan İddiaçı iştirakı ilə göstərilən ünvanlara baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, S.Hümbətovaya məxsus həyətyanı sahədə tikilmiş iribuynuzlu mal-qaranın (2 b aş) və ev quşlarının saxlanıldığı tikili ilə iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsi arasındakı məsafə təxminən 1-2 metr təşkil edir. Bu hal “Azərdövlətikintikom”un 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli Kollegiya iclasının Qərarı ilə təsdiq edilib və 01 yanvar 2002-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Dövlət Tikinti Normalarının (təsdiq olunmuş sənəddə şəhər ərazisində iribuynuzlu ev heyvanlarının saxlanması haqqında qeyd yoxdur) 4.20-ci bəndinin tələblərinin pozulması deməkdir. Belə ki, kənd yaşayış məskəninin məskunlaşma ərazisi haqqında 4.20-ci bəndinin tələbinə görə yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: 1 və ya 2 tikili olarsa 15 metrdən, 8-dək tikili olarsa 25 metrdən, 30-dək tikili olarsa 50 m etrdən, 30-dan çox tikili olarsa 100 metrdən az olmamalıdır. Eyni zamanda mal-qaranın ifrazatı (peyin və sidiyi) ətraf əraziyə üfunətli iy-qoxunun yayılmasına səbəb olmuşdur (sidiyin yığılması üçün beton şambo quraşdırılmayıb). Tullantıların yığılması həmin ərazidə milçək, ağcaqanad və digər həşəratların artmasına, bu da yay mövsümü ilə əlaqədar bir sıra yoluxucu xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər.

11. Birinci instansiya məhkəməsi hər iki tərəfin yaşadığı ünvanda yerli müayinə aparmışdır.

12. Müayinə zamanı müəyyən edilib ki, cavabdehin tövləsi iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsinin qarşısındadır və oradan iy-qoxu ətrafa yayılır və birbaşa evə vurur. Tövlənin havalanması ilə fərdi yaşayış evinin pəncərəsi arasında ara məsafə demək olar ki, 1 metr məsafədədir, tövlədə mal-qara və toyuq-cücə saxlanır, heyvanların ifrazatının ətrafa yayılır. Bu da Bərdə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 235 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd edildiyi kimi tikinti və ara məsafəsinə dair normaların pozulması, habelə şəhər içində tövlə tikilməklə orada mal-qara saxlanmasının qanunsuz olduğunu təsdiq edir. Yerində müayinə aparılarkən qeyd edilənləri təsdiq edən fotoşəkillər və videogörüntülər çəkilərək iş materiallarına əlavə edilmişdir.

13. Bərdə Rayon Məhkəməsinin 2(021)-3024/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçının evinə bitişik qanunsuz olaraq tikdirdiyi mal tövləsinin cavabdehin hesabına sökülməsi qət edilmişdir. (hakim Fuad Babaşov)

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 5 ünvanında yaşayan cavabdehə məxsus iddiaçının evinə bitişik qanunsuz tikili olan mal tövləsi cavabdehin öz hesabına sökülməlidir. Belə ki, həm yerində müayinə aparılarkən, həm də gigiyenik rəydə də qeyd edildiyi kimi tikinti və ara məsafəsi normalarına riayət edilməmiş, həmçinin iribuynuzlu mal-qaranın saxlanması nəticəsində ətrafa kəskin iy-qoxu və mal-qaranın ifrazatı yayılmış və bu da mülkiyyətçi olan iddiaçının öz mülkiyyətindən sərbəst surətdə istifadə etmək və onun sağlam ətraf mühitdə yaşamaq hüququnu pozmaqla həmin ərazidə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.

15. Həmçinin, şəhər yerlərində irbuynuzlu mal-qaranın saxlanmasına icazə verən norma da qanunvericilikdə mövcud deyil, cavabdehin həyətində olan tövlə isə qanunsuz tikilidir və heç bir hü quqmüəyyənedici sənədi yoxdur. Belə olan təqdirdə iddiaçının iddiası təmin edilərək cavabdehə məxsus qanunsuz tikili olan tövlə onun öz hesabına sökülməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5, 153.1, 153.4, 157.4, 170.1, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı ona qarşı qərəzli mövqe tutmuşdur. E vinin qarşısında tikilən əl damından əlavə əşyaları və kənd təsərrüfat təyinatlı malları yığmaq üçün istifadə edirlər. Cavabdehə məxsus tövlədə toyuq-cücə saxlayırlar. Hazırda iddiaçı tələb etdiyi ona məxsus tikilidə heç bir iribuynuzlu mal-qara saxlanılmamış. Bərdə rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən verilmiş rəy qərəzlidir. Ona görə ki, yarım tikilidə yoxlama olan zaman iribuynuzlu heyvan olmamışdır.

19. Cavabdehin nümayəndəsi (oğlu) apelyasiya baxışında əlavə olaraq bildirmişdir ki, onlar 1950-ci ildən Laçın rayonundan köçüb həmin ünvanda yaşayırlar. Mal-qaranın saxlanması üçün tikilmiş tikili ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasındaki məsafə əvvəllər 13-14 metr olmuşdur. İddiaçı fərdi yaşayış evini aldıqdan sonra evin ərazisini böyüdərək mal-qara ü çün olan tikiliyə yaxınlaşdırmışdır. Hazırda isə təxmini olaraq 1 metr məsafə vardır. Həmin hissədə pəncərə yoxdur. Ancaq, iddiaçıya məxsus fərdi yaşayış evinin önündə pəncərə vardır. Tövlənin yerləşdiyi torpaq sahəsi bibisi X2 mülkiyyətindədir, cavabdehin adına deyil.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2697/2023 nömrəli 29 noyabr 2023-cü il ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3024/2023 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov)

21. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iddianın iddiaya cavab verməli olmayan şəxsə verilməsini nəzərə almamış və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi məsələsinə qiymət verməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən iba rət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının nəticələrinə əsasən qeyd etmişdir ki, hazırki iş üzrə tələb qanunsuz tikilinin sökülməsindən ibarətdir. Belə olan təqdirdə İddiaçı, cavabdeh qismində isə X3 tanına bilər. Cavabdeh hazırkı tələb üzrə tərəf olması isə istisna təşkil edir. B una baxmayaraq işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin əsl olmayan cavabdehə qarşı qaldırılmasını nəzərə almadan verilən tələb üzrə işə baxıb yekun məhkəmə aktı qəbul etmiş və nəticədə mülki prosessual hüquq normalarının tələblərini pozmuşdur. Buna görə də qətnamə ləğv olunmalı, iddia tələbinə hazırkı cavabdehə münasibətdə baxılıb hüquqi qiymət verilməlidir.

24. Belə ki, müəyyən edilmiş işin faktiki hallarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışa əsasən Bərdə şəhəri, Q.B.Zakir küçəsi, döngə 3-də yerləşən 6 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddia çı, Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evinə bitişik mal tövləsi tikdirməsini və həmin tikilidən gələn üfunətdən evdə yaşamağın mümkün olmadığını bildirmişdir. Lakin, həmin tikilinin cavabdehin mülkiyyətində olan torpaqda deyil, X2 mülkiyyətində olması müəyyən edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia tələbi qaldırmışdır. İddia ərizəsindən göründüyü kimi iddiaya cavab verməli olan şəxs kimi Cavabdeh qeyd edilmişdir. Lakin işin faktiki hallarından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin yanında yerləşən iribuynuzlu mal-qaranın və ev quşlarının saxlanması üçün tikilmiş tikili X2 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Çünki hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışın surətinə əsasən Bərdə şəhəri, X7 küçəsi, ev 8, 1 ünvanında yerləşən ümumi sahəsi 57.8 m2 olan mənzil X2 xüsusi mülkiyyətindədir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1,152.5,157.4,170.1,170.2-ci,MPM-in 14.2,54.1,77.1,88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan qanunsuz tikiliyə baxmağa gedərkən, nə yerli baxışda, nə apellyasiya məhkəməsinin öz qətnaməsində mübahisə li torpaq mülkiyyətçisi kimi təqdim etdiyi Bənövşə Hümbətova, nə də cavabdehin özü mülkiyyətə dair etiraz və ya mübahisə doğuracaq hərəkətlərdə və ya söz ifadələrində mövqe nümayiş etdirməmişdilər. İddiaçının iddia tələbinin mülkiyyətlə bağlı deyil, qonşuluq hüququ ilə əlaqədar olması, həmçinin özbaşına tikilinin cavabdeh tərəfindən tikilməsinin cavabdehin nümayəndəsi tərəfindən etirafı iddianın təmin olunması üçün əsaslı hüquqi zəminə malik olmasını təsdiq etmişdir. Cavabdehin Gəncə Apellyasiya məhkəməsində verdiyi izahatına əsasən o ailəsi ilə birgə 1950-ci ildən mübahisə predmeti olan özbaşına tikilinin yerləşdiyi ünvanda məskunlaşıblar. İddiaçı da bu əsaslarla haqlı olaraq cavabdehin daşınmaz əmlaka sahibliyini mülkiyyət hüququ əsasında olmasını ehtimal edə bilərdi və bu əsasla da cava bdehi məhkəməyə vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.

1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.2. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bi lər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələr inin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia təl əbi üzrə qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi iddiaçının mülkiyyətində olan evə bitişik tikilən tövlənin cavabdehin hesabına sökülməsi barədədir.

36. İşin müəyyən edilən halları isə ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yanında yerləşən iribuynuzlu mal-qaranın və ev quşlarının saxlanması üçün tikilmiş tikili X2 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Buna baxmayaraq, iddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia tələbi qaldırmışdır.

37. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

38. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

39. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

40. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə görə isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iddia tələbində cavabdeh kimi göstərilən şəxsin iddiaya cavab verməli olmayan şəxs olmamasına istinadən iddianı təmin etməməsi prosessual hüquq normalarının tələbinə uyğun olmuşdur.

42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edib tikilinin sökülməsini qət edərkən Mülki Məcəllənin mülkiyyət hüququ və onun müdafiəsi ilə bağlı normalarla yanaşı, 170.2-ci maddəsinə də istinad etmişdir.

48. Halbuki qanunsuz tikilinin sökülməsi Mülki Məcəllənin 180-ci maddəsi ilə nizama salınır və bu növ iddialar həmin normanın dispozitiv şərtləri daxilində həll edilməlidir.

49. Tətbiq edilən Mülki Məcəllənin 170.2-ci maddəsinə görə isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyəti nə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

50. Mülki Məcəllənin 170.2-ci maddəsinin məzmunundan görünür ki, digər təsirlərlə yanaşı, ağır qoxuların qanunsuz təsirləri də qadağandır. Başqa sözlə, analoji iddialarda tikilinin sökülməsi deyil, Mülki Məcəllənin 170.2-ci maddəsi baxımından ağır qoxuların qanunsuz təsirlərinin qadağan edilməsi, daha dəqiqi, ağır qoxuları yaradan fəaliyyətin qadağan edilib-edilməməsi məsələlərinə qiymət verilməlidir.

52. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tikilinin sökülməsini qət etmiş, bununla belə tikilinin sökülməsinə Mülki Məcəllənin 180-ci maddəsi kontekst ində heç bir qiymət verməmişdir.

53. Mülki Məcəllənin 170.2-ci maddəsi isə qonşuluq hüququ ilə bağlı olmaqla, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçilərinin bir-birinə qarşılıqlı hörmət bəsləməsi, hər bir qonşunun üzərinə digər mülkiyyətçiyə cürbəcür hədsiz təsirlərdən çəkinməyi bir vəzifə qoyur.

54. Bu baxımdan, Mülki Məcəllənin 180-ci maddəsinin tətbiqi əsasları olmadığı halda, analoji işlərdə tikilinin sökülməsi məsələsi deyil, Mülki Məcəllənin 170.2-ci maddəsinə uyğun olaraq müvafiq fəaliyyətin qadağan edilməsi kimi məsələlərə aydınlıq gətirilməklə iddiaya qiymət verilməlidir.

55. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarı da göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2697/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar