Məhkəmə qərarları › İş №2(102)-1844/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1844/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1844/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülkikollegiyasının İddiaçı: İddiaçı Cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər):mənzildən istifadə hüququna xitam verilməsi) 31.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-653/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 2 saylı evin 5 otaqlı, ümumi sahəsi 71,10 kv.m. olan 161 saylı mənzili Bakı şəhəri, Nəsimi Rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 015457 nömrəli orderə əsasən ailə üzvləri nəzərə alınmaqla X1 istifadəsinə verilmişdir.

2. X8 xx.xx.1990-cı il tarixdə, arvadı X4 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər.

3. Sonradan həmin mənzil xx.xx.2015-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən, mənzil haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün kirayəçi İddiaçı istifadəsinə verilmişdir.

4. İddiaçı, X5, X12, Cavabdeh3, X2, X9, X10, Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə qeydiyyatdadırlar.

5. X12 ilə Cavabdeh3 arasında bağlanmış nikaha 05 aprel 2002-ci il tarixdə xitam verilmişdi r.

6. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən, Orucova X6 xx.xx.2024-cü il tarixdə, Cavabdeh1, X2 və X3 xx.xx.2023-cü il tarixdə, Cavabdeh2 və X xx.xx.2023-cü il tarixdə sonuncu dəfə dövlət sərhədindən çıxışı olmuşdur. X7 isə dövlət sərhədindən hərəkəti barədə bazada məlumat qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X, Cavabdeh1, X2 və X3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 2 saylı evin 161 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən fakti ki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli mənzilə dair bütün kommunal xidmət haqlarını özü ödəyir. Cavabdeh3 əvvəllər mənzildə yaşasa da, 2015-2016-cı illərdə Almaniya Federativ Respublikasına köçmüş və həmin dövlətin vətəndaşlığını almışdır. Faktiki olaraq mənzildən istifadə hüququnu itirsə də, formal olaraq qeydiyyatda qalmaqdadır. Son 10 il ərzində mübahisəli mənzildə bir gündə olsun yaşamamışdır.

9. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin e-2(004)-1289/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 2 saylı evin 161 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və iddi anın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunun analogiyasına görə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən gedərkən, həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, həmin mənzildə yaşamaq hüquqları olmuşdur. Lakin daimi yaşamaq üçün həmin mənzildən getdikləri üçün, onlar həmin mənzilə olan istifadə hüquqlarını itirmişlər.

11. Məhkəmə digər cavabdehlər X xx.xx.2019-cu il təvəllüdlü Adelina Kazımova və xx.xx.2022-ci il təvəllüdlü Raul Kazımova münasibətdə qeyd etmişdir ki, həmin şəxslərin mübahisəli mənzilə istifadə hüquqları mövcud olmadığından, iddia tələbi həmin hissədə rədd edilməlidir.

12. Belə ki, X xx.xx.2016-cı ildə Litvada, Adelina Kazımova xx.xx.2019-cu ildə və Raul Kazımov isə xx.xx.2022-ci ildə Almaniya Respublikasında doğulmuş və ailə üzvləri ilə birlikdə həmin ölkədə yaşayırlar.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60 və 87-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmuşdur. Cavabdeh3 və onun övladları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da i ddiaçı və başqaları ilə birlikdə mənzilə bərabər hüquqa malikdirlər. Ona görə də, iddiaçının onların mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmə cavabdehlərin mənzildə yaşamamalarının səbəbləri, buna təşəbbüs göstərib-göstərməmələri, iddiaçının buna maneə yaradıbyaratmaması halları ilə bağlı məsələlərə aydınlıq gətirməmiş, cavabdehlərin bu hallarla bağlı dəlillərini görməzdən gəlmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh1 təhsili ilə əlaqədar olaraq Almaniya Federativ Respublikasına getmişdir. Cavabdeh2 isə ticarət işləri ilə bağlı Almaniya Federativ Respublikasına gedib-gəlir. Cavabdeh1 və Cavabdeh2 tez-tez Azərbaycan Respublikası ərazisini tərk etsə də, mübahisəli mənzildə yaşayırlar. Cavabdeh1 və Cavabde h2 yaşayış sahəsini uzun müddət saxlanması üçün kifayət qədər əsaslar vardır. Birinci instansiya məhkəməsi də qətnamədə həmin maddi hüquqi normaya istinad etmiş, lakin həmin normanı işin hallarına uyğun olaraq düzgün tətbiq etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)653/2025 nömrəli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birici instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası iş materiallarına və tərəflərin izahatına istinadən qeyd etmişdir ki, Cavabdeh3 ilə Azad Orucov arasında nikaha xx.xx.2002-ci il tarixdə xitam verilmiş və Cavabdeh3 həmin ünvandan çıxıb getmişdir. Cavabdeh3 övladları Cavabdeh2 və Cavabdeh1 da 5 ildən artıq müddətdir ki, Almaniya Federativ Respublikasında daimi əsaslarla yaşayırlar. İddiaçı tərəfindən mübahisəli mənzilə köçməsinə maneələr yaradıldığını bildirən Cavabdeh3 bunu təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən qeyd etmişdir ki, Cavabdeh3 mənzildən gedən vaxta kimi yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən mənzildə yaşamaq hüququ olmuş, lakin daimi yaşamaq üçün həmin mənzildən getdiyi üçün, onun mənzilə olan istifadə hüququ itirilmişdir.

19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60-cı ma ddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh3 (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instasniyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə etiraz verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Mə cəlləsi

23. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

24. Maddə

54. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

25. Maddə 60. carədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda – həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda – hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə - həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə - onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarını n və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Mad də 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib v ə işdə, Cavabdeh3 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh3 ilə Azad Orucov arasında bağlanmış nikaha xx.xx.2002-ci il tarixdə xitam verilmiş və Cavabdeh3 həmin ünvandan köçüb getmişdir. Cavabdeh3 övladları Cavabdeh2 və Cavabdeh1 da 5 ildən artıq müd dətdir ki, Almaniya Federativ Respublikasında daimi əsaslarla yaşayırlar.

37. İddiaçı tərəfindən mübahisəli mənzilə köçməsinə maneələr yaradıldığını bildirən Cavabdeh3 bunu təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən müəyyən etmişdir ki, Cavabdeh3 mübahisəli mənzildən gedən vaxta kimi yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzildən istifadə hüququ olmuş, lakin daimi yaşamaq üçün həmin mənzildən getdiyi üçün o, mənzilə olan istifadə hüququnu itirmişdir.

39. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələ blərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-653/2025 saylı qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar