Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1847/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1847/2023 (Açar sözlər: tikintinin sökülməsi, qeyri-qanuni hərəkətlərə son qoyulması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “tikilinin sökülməsi və qeyri- qanuni hərəkətlərə son qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-61/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngə 15 saylı evin 4/9 hissəsi İddiaçı1, 4/9 hissəsi X1 və 1/9 hissəsi X6 adlarına qeyd edilmişdir. 2. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “tikilinin sökülməsi və qeyriqanuni hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən onların evinə baxan ey vanın sökülməsi, onlar tərəfindən edilən qeyri-qanuni hərəkətlərə son qoyulması və xərclərinin cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun həyətinin və evinin pəncərəsinin qarşısına eyvan düzəltdirmiş və onların bütün rahatlığını pozmuşdur. Cavabdehlər baş planda hamının bir cərgədə evlərin olduğu yerdən evini söküb üzbəüz ev tikmiş, onun evinin içini, hamamın içini, yataq otağının içini müşahidə edirlər. Eləcə də onun həyətini və evlərini günəş işığından və havadan məhrum etmişlər. Cavabdehlər tualeti küçə tərəfdə deyil, onun pəncərəsinin altında tikdiklərindən üfunətdən otura bilmirlər, onlar pəncərəsinin qarşısında itini hürdürür, itin səsinin əks-sədası evin içində olur, səs-küydən gecə-gündüz otura bilmirlər. Cavabdehlər pişiklərini onun damının üstünə buraxırlar, zir-zibili, qoyun yununu, siqaret küllərini onun həyətinə tökürlər. O, özlərinə məxsus evdə sərbəst hərəkət edə bilmir. Gəncə şəhəri Memarlıq İdarəsinin tikintiyə qeyri-qanuni verdiyi icazə nəticəsində onlar öz evlərində narahatlıq və əziyyət çəkirlər, öz evlərində dustaq kimi yaşayırlar.
5. Birinci instansiya məhkəməsi 08 avqust 2018-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında ünvan 2 ünvanda yerləşən yaşayış evinin eyvanının inşaat norma və qaydalarına uyğun inşa olunub-olunmaması, həmin evinin eyvanının Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 2-ci döngə, 15 ünvanda yerləşən fərdi yaşayış evinin işıqlan lanma və havalanmasının qarşısını alıb-almaması, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 2-ci döngə, 15 ünvanda yerləşən evin yaşayış sahəsindən və həyatyanı torpaq sahəsindən sərbəst istifadəsinə mane olub-olmaması barədə suallar qoyulmuşdur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2019-cu il tarixli, 23158 saylı rəyinə əsasən tikinti norma və qaydalarında fərdi yaşayış evlərinin açıq eyvanların texniki göstəriciləri o cümlədən eni, uzunluğu, hündürlüyü barədə hər hansı tələblər nəzərdə tutulmamışdır. Lakin ünvan 2 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisinin texniki göstəricilərinin texniki pasportundakı məlumatlara uyğun olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin eyvanı ünvan 3 ünvanda yerləşən fər di yaşayış evinə düşən işığı və hava axınını qismən məhdudlaşdırır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin eyvanının ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən sərbəst istifadəsinə maneçilik törədib-törətməməsi məsələsi hüquqi xarakter daşıdığından, göstərilən məsələ məhkəmə tərəfindən qiymətləndirilməlidir.
7. Birinci instansiya məhkəməsində icraat zamanı X8 və X3 iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər.
8. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında iddia ilə razılşmayaraq qeyd etmişdir ki, iddiaçı 10 ildir ki, onlarla dalaşır. Evləri həyət evi olduğu üçün it və pişiklərinin heç kimə ziyanı yoxdur.
9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-111/2019 saylı, 11 aprel 2019cu il tarixli q ətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbində tikilinin sökülməsi və qeyri-qanuni hərəkətlərə son qoyulması qeyd olunas da, iddiaçı tərəfindən tələbinin hər hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti ver ərək iddianın təmin edilməsi və onların hüquqlarının pozulmasına şərait yaradılmamasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onların həyətinin və evinin pəncərəsinin qarşısına eyvan düzəltdirmiş və onların bütün rahatlığını pozmuşdur. Cavabdehlər baş planda hamının bir cərgədə evlərin olduğu yerdən evini söküb üzbəüz ev tikmiş, onun evinin içini, hamamın içini, yataq otağının içini müşahidə edirlər. Eləcə də onun həyətini və evlərini günəş işığından və havadan məhrum etmişlər. Cavabdehlər tualeti küçə tərəfdə deyil, onların pəncərəsinin altında tikdiklərindən üfunətdən otura bilmirlər, onlar pəncərəsinin qarşısında itini hürdürür, itin səsinin əks-sədası evin içində olur, səs-küydən gecə-gündüz otura bilmirlər. Cavabdehlər pişiklərini oların damı nın üstünə buraxırlar, zir-zibili, qoyun yununu, siqaret küllərini onun həyətinə tökürlər. Onlar özlərinə məxsus evdə sərbəst hərəkət edə bilmirlər. Pəncərələri öz həyətlərinə açıldığından onların evlərinə işıq təkcə həyətlərindən düşür. İndi onlar öz evlərinin pəncərəsini də bağlamağa məcbur olmuşlar. Eyvandan kənar insanlar evlərinin içini müşahidə edir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11057/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Çingiz Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən eyvanın texniki göstəriciləri həmin evə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun olduğuna görə inşa edilmiş eyvan tikinti norma və qaydalarının tələblərinə uyğun inşa edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və tətbiq etdiyi qanunvericilik normaları ilə razılaşaraq iddianın rədd olunmasını qanuni hesab etmiş və öz mövqeyini əlavə olaraq Mülki Məcəllənin 170 və 171.1-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat
18. Qətnamədən iddiaçı (Vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırlmış, əlavə olaraq q eyd olunmuşdur ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)8071/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Vafəddin İbayev (sədrlik edən və məruzəçi), Aslan Kalbalıyev və Ələsgər Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iki hissədən: eyvanın sökülməsi; və qeyri-qanuni hərəkətlərə son qoyulmasından ibarət olmasına baxmayaraq, həmin iddia tələbi üzrə araşdırma aparmamı ş və onlara hüquqi qiymət verməmişdir.
22. Kassasiya instansiyası həmçinin hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən edilir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin ünvanının ünvan 6vinə düşən işığı və hava axınını qismən məhdudlaşdırır. Lakin apelyasiya instansiyası məhkəməsi işin həmin xüsusatına qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisələndirilən eyvanın texniki göstəriciləri həmin evə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun olduğuna görə inşa edilmiş eyvan tikinti norma və qaydalarının tələblərinə uyğun inşa edilmişdir. Lakin eyvanın texniki göstəricilərinin texniki pasportda göstərilənlərə uyğun olması heç də o demək deyildir ki, eyvan texniki norma və tələblərə uyğun inşa edilmişdir. Texniki norma və tələb lərə uyğunluq texniki pasportun göstəricilərinə əsasən deyil texniki norma və tələblərə əsasən müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. İşə yenidən apellyasiya qaydasında baxılarkən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1583/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzə yeni qətnamə qəbul edilməklə, Cavabdeh1 məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin açıq eyvanının onun öz vəsaiti hesabına sökülməsi, cavabdehlər tərəfindən iddiaçının həyətinin və dam örtüyünün yun, zibil, heyvan ifrazatları və s. ilə çirklənd irilməsi, it və pişik səsləri ilə ağır qoxularla narahat edilməsi və s., bunun kimi digər qeyri-qanuni hərəkərlərinə son qoyulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbi üç hissədən ibarətdir: eyvanın sökülməsi; cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması; onların xərclərinin qonşu tərəfindən ödənilməsi.
25. Apellyasiya instansiyası məhkəməsi eyvanın sökülməsi tələbinə münasibətdə ekspert rəyinə əsasən qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair işığı və hava axınını qismən məhdudlaşdırdığı müəyyən olunmuşdur ki, bu da cavabdehlər tərəfindən tikilmiş həmin eyvanın i ddiaçı olan qonşunun hüquqlarını və qanuni mənafelərini pozduğuna dəlalət edir. Həmin hallar iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapmışdır. Buna görə də, apellyasiya instansiyası iddiaçının eyvanın sökülməsi barədə tələbini haqlı hesab etmişdir.
26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulmasına dair hissəsində öz tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tualeti küçə tərəfdə deyil, onun pəncərəsinin altında tikmişlər və buna görə də üfunətdən otura bilmirlər; cavabdeh pəncərəsinin qarşısında itini hürdürür, itin səsinin əkssədası evin içində olur, səs-küydən gecə-gündüz otura bilmirlər; cavabdehlər pişiklərini iddiaçının damının üstünə buraxırlar, zir-zibili, qoyun yununu, siqaret küllərini iddiaçının hə yətinə tökürlər.
27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2017-ci il tarixli, 47 saylı məktuba əsasən müəyyən etmişdir ki, həmin idarənin əməkdaşlarının sahə müvəkkili ilə Zərrabi küçəsi, 2-ci döngə, 17 saylı ünvanda yerləşən evə baxış keçirdikləri, baxış zamanı iki mərtəbəli fərdi yaşayış evinin Cavabdeh1 məxsus olmaqla, dövlət qeydiyyatına alınması barədə çıxarışının olmasının məlum olduğu, evin ikinci mərtəbəsində yerləşən açıq eyvandan ərizəçinin yaşadığı evin daxilinin və həyətin müşahidə edilməsinin mümkünlüyü təsdiqini tapmaqla bərabər, evdə bir itin və üç pişiyin saxlandığı aşkar edilmişdir. Bununla əlaqədar ev sahibinə açıq eyvanın ərizəçinin həyətinə tərəf olan barısının daha 60 sm. hörülməsi tövsiyə edilmiş, onun itinin və pişiklərinin qonşuya yaratdığı narahatçılıq nəzərinə çatdırılmışdır. Həmçinin, iddiaçının göstərdiyi həmin hallar iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. Belə ki, 3 ədəd şəkildən birində cavabdehlərin eyvanında qoyun yununun töküldüyü, digər ikisində isə həmin yunların iddiaçının həyətini zibilləməsi, digər şəkillərdə cavabdehlərə məxsus pişiklərin iddiaçının evini dam örtüyündə oturması və oranı batırması, başqa bir şəkildə cavabdehlərin eyvanından gələn suyun iddiaçının həyətinə axması açıq-aşkar görünür.
28. Məhkəmə kollegiyası cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbi üzrə də işin müəyyən edilmiş halına əsasən hesab etmişdir ki, cavabdehlər tərəfindən iddiaçının həyətinin və dam örtüyünün yun, zibil, heyvan ifrazatları və s. ilə çirkləndirilməsi, it və pişik səsləri ilə, ağır qoxularla narahat edilməsi və s. bunun kimi digər qeyri-qanuni hərəkətlərinə son qoyulmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin xərclərinin qonşu tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair hissəsinə aydınlıq gətirərək qeyd etmişdir ki, həmin tələb əsassızdır. İddiaçı1 cavabdehlərin talvarda tikdikləri tualetin suyunu, talvarın yağış sularını onun evinin və bünövrəsinin üstünə axıtmaqla onun evinə maddi ziyan vurduqlarını iddia edərək, bu barədə sübut növü kimi yalnız fotoşəkillər təqdim etmişdir. Həmin fotoşəkillərdə iddiaçıya məxsus evin divarlarının, tavanının, zirzəmisinin qeyri-kafi vəziyyətdə (divarlarda çat, divar kağızları soyulmuş) olması görünsə də, həmin vəziyyətin məhz ca vabdehlərin təqsirli hərəkətləri nəticəsində əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Digər tərəfdən, iddiaçı öz tələbində onun evinə dəyən ziyanın konkret nələrdən ibarət olmasını, evə hansı həcmdə maddi ziyan dəyməsini əsaslandırmamış və bu barədə sübut növləri təqdim etməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 152.1, 152.5, 180.4, 169.1, 170.1, 1096.1,1097.2-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
31. Qətnamədən iddiaçı (Vəkil X7) və cavabdehlər (Vəkil X4) kassasiya şikayətləri vermişlər.
32. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş et mişdir.
33. Kassasiya şikayəti əvvəlki kasassiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mənəvi və maddi ziyan, ikinci mərtəbənin sökülməsi tələblərinə hüquqi qiymət verməmişdir.
34. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən yerli baxış keçirilməmiş, ekspert rəyi, iddiaçının izahatı və təqdim etdiyi fotoşəkillər sübut kimi qiymətləndirilmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2734/2021 saylı, 31 may 2021-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi zərərin ödənilməsi tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmış, cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır.
37. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının kassasiya şikayətinə qiymət verərək qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbini iddiaçının xərclərinin cavabdehlər tərəfindən ödənilməsi hissəsində təmin etməməsini, həmin tələbin sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası göstərilən hissədə iddia tələbini təm in etməyən apellyasiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmış və həmin hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə nəticəyə gəlmişdir. Belə ki, iddiaçı zərərlə bağlı istinad etdiyi halları mötəbər sübutlarla təsdiq edə bilməmişdir.
38. Məhkəmə kollegiyası da öz növbəsində qeyd etmişdir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, bu hissədə o, öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir.
40. İddiaçının kassasiya şikayətinin digər dəlili – ikinci mərtəbənin sökülməsi tələblərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməməsi də – əsassızdır. Çünki belə bir tələb ümumiyyətlə olmamışdır. Məhkəmənin qətnaməni iddia tələbi həddində qəbul etməsi barədə prosessual qanunvericiliyin göstərişlərinə görə olmayan tələbə qiymət verilməsi istisna edilir.
41. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsasız saymış və hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi zərərin ödənilməsi tələbinin təmin edilməyən hissəsində işin müəyyən edilmiş hallarına və deliktlə bağlı tətbiq edilən qanunvericiliyə uyğundur.
42. Məhkəmə kollegiyası cavabdehlərin kassasiya şikayə ti üzrə apellyasiya instansiyasının iddianın təmin edilən hissəsi ilə razılaşmamışdır. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında eyvanın texniki norma və tələblərə uyğunluğunun texniki pasportun göstəricilərinə əsasən deyil, texniki norma və tələblərə əsasən müəyyən edilməli olması göstərilsə də, apellyasiya məhkəməsi Ali Məhkəmənin bu göstərişi üzrə hər hansı araşdırma aparmamışdır. Halbuki qanunuvericliyin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
43. Həmçinin qeyd edilən göstəriş üzrə araşdırma aparılması, eyvanın texniki norma və tələblərə uyğunluğunun yoxlanması eyvanının sökülməsi barədə tələbə düzgün, qanunu və əsaslı qiymət verilməsi üçün mühüm əhə miyyət daşımışdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinin tətbiqi üçün maddənin dispozitiv şərtlərindən biri də tikilinin tikinti normalarına və qaydalarına əməl edilib-edilməməsi halıdır.
44. İşdən isə görünür ki, apellyasiya məhkəməsi Cavabdeh1 mülkiyyətində olan evin eyvanının texniki norma və tələblərə uyğunluğunun yoxlanması ilə bağlı prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə edib tam araşdırma aparmamış, həmin məsələnin araşdırılmasında zəruri bilik tələb olun-olunmamasını müzakirə etmədən, işdəki digər ekspert rəyinə əsasən eyvanının sökülməsi tələbini təmin etmişdir.
45. Apellyasiya məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2019-cu il tarixli, 23158 saylı rəyinə əsasən isə Cavabdeh1 evinin eyvanı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə düşən işığı və hava axınını qismən məhdudlaşdırır.
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan evin eyvanının texniki norma və tələblərə uyğunluğu yoxlanmadan 25 yanvar 2019-cu il tarixli ekspert rəyinə əsasən eyvanının sökülməsi nəticəsinə gəlmək əsaslı sayıla bilməz. Həm də apellyasiya məhkəməsi yalnız həmin rəyə istinad etməklə kifayətlənmiş, həmin rəyi qiymətləndirməmişdir.
47. Məhkəmə kollegiyası bu baxımdan hesab etmişdir ki, 25 yanvar 2019-cu il tarixli, 23158 saylı ekspert rəyinə istinad edilməsi MPM-in 88 və 103-cü maddələrinin tələblərinə uyğun olmamışdır.
48. Bundan başqa, işdən görünür ki, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti Başçısının 28 iyul 2011-ci il tarixli, 197 nömrəli sərəncamı ilə ünvan 2 ünvanda razılaşdırılmış layihə sənədləri əsasında inşa edilmiş yaşayış evinin qeydiyyata alınması və DƏDRX tərəfindən mülk sahibinin mülkiyyət hüququnun təsdiq edən Çıxarış verilməsi qərara alnımışdır.
49. Apellyasiya məhkəməsi isə qeyd edilən sərəncamın hazırki iş üzrə hər hansı əhəmiyyət daşıyıb-daşımamasını araşdırmadan kənarda qoymuşdur. Eyni zamanda cavabdehlər tərəfindən İddiaçı1 həyətinin və dam örtüyünün yun, zibil, heyvan ifrazatları və s. ilə çirkləndirilməsi, it və pişik səsləri ilə, ağır qoxularla narahat edilməsi və s. bunun kimi digər qeyri-qanuni hərəkətlərinə son qoyulması tələbini təmin edən apellyasiya məhkəməsi həmin tələb üzrə də işin müəyyən edilən hallarını sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməməklə müəyyən etmiş, həmin nəticəyə gələrkən yalnız iddiaçının təqdim etdiyi fotoşəki llər və Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin X2 ünvanlanmış xx.xx.2017-ci il tarixli, 47 saylı məktubuna istinad etmişdir.
50. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən fotoşəkillərin Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin X2 ünvanlanmış xx.xx.2017-ci il tarixli, 47 saylı məktubunun iddiaçının qeyd etdiyi halları sübut etməsi baxımından mötəbərliyinə qiymət verməmiş, işin həmin hallarını səthi araşdırmış, həmin halların həqiqiliyini müəyyən etmək üçün yerli baxışın zəruriliyini tərəflərlə müzakirə etməmiş, Ali Məhkəmənin hazırkı iş üzrə qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul edərək, bir məhkəmə baxışı keçirməklə iddianı qeyd edilən hissədə də təmin etmişdir. Belə olan halda da apellyasiya instansiyasının qətnaməsi idd ianın təmin edilən hissəsində qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
51. İşə yenidən apellyasiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır.
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/335 saylı rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisinə baxış keçirilən zamanı müvafiq ölçü işləri aparılmış və həmin ölçülər texniki pasportun məlumatları ilə müqayisə olaraq texniki pasportun məlumatlarına uyğun olduğunu nəzərə alaraq tikililərin tikinti normalarına uyğun olduğu müəyyən edilir. ünvan 2 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisi evin ikinci mərtəbəsi səviyyəsində inşa olunduğundan, ünva n 3 ünvanda yerləşən fərdi yaşayış evinə maneyə yaratmadığı müəyyən edilir. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hamamının və dəhliz tikilisinin həyətə baxan divarları pəncərədən olduğundan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin eyvanından iddiaçıya məxsus evin hamamının və dəhliz tikilisinin içinin göründüyü müəyyən edilmişdir.
53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4331 saylı rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin planda yerləşməsini nəzərə alaraq (üç tərəfdən qonşu sahələrə bitişik vəziyyətdə yerləşdiyindən) yaşayış evinin digər hissəsindən əlavə pəncərələrin açılmasının və havalandırılmasının mümkün olmadığı müəyyən edilir. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hamamının və dəhliz tikilisinin pəncərələrinin şəffaf şüşaləri, buzlu (mat) şüşə ilə əvəz olunduqda görüntünü məhdudlaşdırmaq mümkün olduğu müəyyən edilir.
54. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evlərinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 2 metr hündürlüyündə hasarı vardır və qeyd olunan eyvan həmin hasarın üzərində inşa edilmişdir. ünvan 2 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisi evin ikinci mərtəbəsi səviyyəsində inşa olunduğundan, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə maneə yaratmadığı müəyyən edilir.
55. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-61/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Mamedov (sədrlik edən və məruzəçi), A ygül İsgəndərova və Azər Bayramov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
56. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, cavabdehlər tərəfindən inşa edilmiş eyvan tikinti normalarının tələblərinə uyğun inşa edilmişdir. Belə ki, cavabdehlər tərəfindən inşa edilmiş eyvan İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı maneəçilik yaratmır. Cavabdehlər tərəfindən inşa edilmiş həmin eyvan hasarın üzərində inşa edilmişdir. Cavabdehlər tərəfindən inşa edilmiş eyvanın həmin ərazidə yerləşməsi iddiaçının mülkiyyət hüququnu pozmur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
57. Qətnamədən iddiaçı (Vəkil) kassa siya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətçi kimi hüququ qonşusu tərəfindən pozulmuş və o, bu pozuntuların aradan qaldırılması üçün məhkəmələrə müraciət etmişdir. İşə məhkəmələr tərəfindən dəfələrlə baxılsa da, Ali Məhkəmənin qərarlarında şərh edilən göstərişlərinə yetərincə əməl edilməmiş və pozuntular aradan qaldırılmamışdır. İş üzrə pozuntuların olması ekspert rəyi ilə müəyyən edilsə də, lakin apelyasiya instansiyası məhkəməsi göstərilən hallara diqqət yetirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
59. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
60. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
61. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
62. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya dig ər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
63. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
64. Maddə 171.2. Təsi rin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
65. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
66. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmə k hüququna malikdirlər.
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
69. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
77. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələn ə bilsin.
79. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
80. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
81. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bundan əvvəl kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan apellyasiya instansiya məhkəməsi tərəfindən icra olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apell yasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəti cəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
84. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüq uqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhk əməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
87. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-61/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.