Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1848/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: “kredit borcunun qaytarılması” Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(105)-276/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 aprel 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-nin 11 saylı filialından illik 25 %-lə 36 ay müddətinə istehlak məqsədi ilə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı kimi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzili 2015-ci il 10 sentyabr tarixli ipoteka müqaviləsiylə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. -10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdiril miş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2017-ci il dekabrın 15-dək Cavabdeh1 10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi ürə banka 9.813,82 ABŞ dolları əsas, 5.390,96 ABŞ dolları faiz, 281,94 ABŞ dolları cərimə olmaqla cəmi 15.486,72 ABŞ dolları borcu vardır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 14 avqust 2015-ci il tarixli, ******* saylı Dövlət reyestrindən çıxarışdan görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus X. ünvanında yerləşən mənzil 14 avqust 2015-ci il tarixli, ****** saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi 10 sentyabr 2015-ci il tarixdən 36 ay müddətinə İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək qeydiyyata alınmışdır. -xəbərdarlıq məktublarından görünür ki, cavabdehə pretenziya qaydasında 10 sentyabr 2015-ci il tarixli, ****** saylı saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 yanvar 2019-cu il tarixli, 14592 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 10 sentyabr 2015-ci il tarixli, ****** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 oğlunun 12 oktyabr 2017-ci il tarixə İddiaçı İKB ASC-yə olan borcu əsas borc üzrə 9.813,71 ABŞ do lları, faiz borcu üzrə 174,26 ABŞ dolları, cəmi 9.987,97 ABŞ dolları məbləğində müəyyən edilir. Həmçinin, qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 10 sentyabr 2015-ci il tarixli, ****** saylı kredit müqailəsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün 12 oktyabr 2017-ci il tarixə cavabdeh Əliyev Emil Eldar oğluna cərimə hesablanmadı. -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2020-ci il tarixli, 9/2140 saylı ekspert rəyindən görünür ki, 10 sentyabr 2015-ci il tarixli, ****** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 oğlunun 10 sentyabr 2018-ci il tarixə İddiaçı İKB ASC-yə olan borcu əsas borc üzrə 9.813,71 ABŞ dolları, faiz borcu üzrə 174,26 ABŞ dolları, cəmi 9.987,97 ABŞ dolları məbləğində müəyyən edilir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9.813,82 ABŞ dolları əsas borc, 5.390,96 ABŞ dolları faiz, 281,94 ABŞ dolları cərimə olmaqla cəmi 15.486,72 ABŞ dolları borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını, ipoteka predmetinə tutmanın yönldilməsi üçün bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın mülkiyyət hüququ əsasında Cavabde h2 məxsus olan X. ünvanında yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan X. ünvanında yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 X. ünvanında yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilinə olan istifad ə hüquqlarının ititrilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(012)-1339/2019 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9.813,82 ABŞ dolları əsas borc, 174,26 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla cəmi 10.038,08 ABŞ dolları borcun, ödəniş gününə Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat dövlət rüsumunun tutulması, tutmanın mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılnası və borcun X. ünvanında yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödəni lməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir Qətnamədən İddiaçı İKB ASC və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2020-ci il tarixli, 2(105)-276/2020 saylı qətnaməsi ilə (hakimlər – E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayətləri qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(012)-1339/2019 saylı qətnaməsinin qismən, ipoteka predmeti olan mənzilin real bazar qiymətininin müəyyən edilməsi və ipoteka predmeti olan mənzilə tut ma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tələbinə dair hissədə dəyişdirilməsi, X. ünvanında yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilinin bazar dəyərinin 52.000(əlli iki min) manat məbləğində müəyyən edilməsi, X. ünvanında yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda tutduqları cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən yaşayış sahəsinin ən geci bir ay ərzində tərk edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutulara q tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300(üç yüz) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq iş üzrə keçirilmiş qiymətləndirmənin xidmət haqqı olaraq 300(üç yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq “xxxx” MMC-nin VÖEN **********, Benefisiar bank: “xxxx” ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ.75 NABZ******************** SWİFT BİK AZEGEAZ22 hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmiş,işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətinin də lillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində b orc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, ipoteka predmeti olan mənzilin real bazar qiymətini 40.000 manat müəyyən etməklə, həmçinin, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tələbinə dair iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan a ilə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş “xxxx” qiymətləndirmə şirkətinin 20 may 2020-ci il tarixli rəyi ilə X. ünvanında yerləşən 53,66 kv.metr ümumi sahədən ibarət 31 nömrəli evin 51 nömrəli mənzilin bazar dəyəri 52.000(əlli iki min) manat müəyyən edilmişdir. Kassasiya kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haq qında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin və ailə üzvlərinin konstitsion hüquqlarının pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməs in. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2020-ci tarixli, 2(105)-276/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. il
Məhkəmə qərarları › İş №2(102)-1848/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1848/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver