Məhkəmə qərarları › İş №2(102)-1849/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1849/2023

11.04.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1849/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı ləğv prosesində olan “X4” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi və ya kommersiya məhkəməsinə aidiyyət, aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmiş iş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı ləğv prosesində olan “X4” ASC-nin cav abdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın girov və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3705/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Tərəflər arasında kredit, ipoteka və girov müqavilələrindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Hazırkı mübahisə həmin müqavilələrdən irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “X4” ASC 16 oktybar 2018-ci il tarixdə cavabdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutma nın girov və ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon məhkəməsinə müraciət etmiş və Məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmişdir.

3. Cavabdeh1 X1 nümayəndəsi 29 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, işə baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. İddiaçı ərizəyə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmçinin, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlananadək bildirməlidir. Hazırkı iş isə baxış mərhələsindədir.

5. Abşeron Rayon Məhkəməsinin (b undan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3705/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Habil Əhmədov) mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış və 27 fevral 2023-cü il tarixli qərardadla baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. İlk növbədə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2019-cu il tarixli Qanunu ilə həmin Məcəllənin 24.2-ci maddənin mətnində dəyişikli klər edilmiş, 25 və 26-cı maddələr isə yeni redaksiyada verilmişdir. Qanun 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir.

8. Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 26.1-ci maddələrinin 01 yanvar 2020-ci ildən qüvvəyə minmiş redaksiyalarına və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mülki işdə subyektiv tərkibinə görə iddiaçı və cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş, tərəflər arasında olan münasibətlər qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olmaqla, iddia tələbi predmetinə görə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətdən irəli gələn mübahisə olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalıdır.

9. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalıdır.

10. Belə ki, MPM-in 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

11. Hazırkı işin birinci instansiya məhkəməsinin icraatına qəbul edildiyi 16 oktyabr 2018-ci il tarixdə MPM-in 25.1-ci maddəsi nəzərdə tuturdu ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

12. Baxılan işdə iddiaçı və cavabdehlərdən Cavabdeh1 X3 hüquqi şəxs olsalar da, digər Cavabdeh2 fiziki şəxsdir. Sonuncunun fərdi sahibkar statusunun olduğu barədə iş materiallarında hər hansı məlumat (ya sübut) yoxdur.

13. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi öz icraatına aidiyyət qaydalarına riayət etmək lə qəbul etmişdir. Sonradan prosessual qanunvericiliyin dəyişməsi ilə əlaqədar mübahisənin yeni məhkəmə aidiyyətinin müəyyən edilməsi isə məhkəmə tərəfindən işin aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə əsas ola bilməz.

14. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəm əsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

15. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı ləğv prosesində olan “X4” ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(12)-3705/2022 nömrəli iş üzrə 03 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ləğv prosesində olan “X4” ASC-nin cavabdehlər Cavabdeh1 X2 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın girov və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar