Məhkəmə qərarları › İş №2(102)-1858/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1858/2023

15.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1858/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma, mənzilə köçürülmə) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılma və iddiaçının həmin mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-473/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh iddiaçının oğlu İlqar Əzizovla 04 aprel 2015-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 övladı - xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və X9 anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, X11 3A/18A ünvanında yaşamışlar.

2. Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçının oğlu İlqar Əzizovla olan nikahın pozulması, uşaqların ananın yanında saxlanılması qət edilmişdir.

3. Bakı şəhəri, Nərimanov rayonu, X11 3A/18A ünvanında yerləşən yaşayış evi (bundan sonra – mübahisəli mənzil) öz başına tikilidir və hal-hazırda cavabdehin istifadəsindədir.

4. İddiaçı, X7, X9 və X8 mübahisəli yaşayış evində qeydiyyatdadırlar.

5. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3377/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddia ərizəsi qismən təmin edilmişdir. Qətnaməyə əsasən iddiaçı Cavabdeh uşaqları 18 fevral 2016-cı il təvəllüdlü Nigar Əzizova, 20 noyabr 2017-ci il təvəllüdlü Hüseyn Əzizov və 20 noyabr 2017-ci il təvəllüdlü Kamal Əzizovla birlikdə ünvan 3 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələr yaradılması cavabdeh X4 qadağan olunması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı il ə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3377/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddia ərizəsi baxılmamış saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz sahibləndiyi mübahisəli mənzildən çıxarılması, iddiaçının həmin ünvana köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2005-ci il tarixində Bakı şəhəri 55 saylı MKİS-nin icazəsi ilə iki yaşayış otağından, hamam, tualet, mətbəxdən ibarət yaşayış eiv tikmişdir. Hal-hazırda həmin evdə pasport qeydiyyatındadır. Lakin cavabdeh onun əmlakına qanunsuz sahiblənməklə, onu ev ində yaşamağa imkan vermir. Üç ildir ki, o öz evində yaşaya bilmir və evə daxil ola bilmir. Cavabdeh rəsmi surətdə ünvan 4 ünvanda qeydiyyatdadır. Hal-hazırda cavabdeh iddiaçının ailə üzvü sayılmır, buna baxmayaraq onun evi cavabdehin qanunsuz sahibliyindədir.

9. Məhkəmə iclasında Cavabdehn, onun vəkili Vəkil1 iddianı qəbul etməmiş, məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı, cavabdehin keçmiş qayınatasıdır. Mübahisəli evin iddiaçıya məxsus olması, evin onun tərəfindən tikilməsi barədə iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, birincisi həmin evin iddiaçıya məxsus olması barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış yoxdur. Digər tərəfdən isə həmin ev heç daşınmaz əmlak kimi dövlət qeydiyyatına da alınmamışdır. Sözügedən ev özb aşına tikilidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sxemə gəldikdə isə, həmin sxem, bu evin iddiaçıya məxsus olmasını, onun tərəfindən inşa olunmasını təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Müzakirə olunan sxem buna səlahiyyəti olmayan şəxs tərəfindən çəkilmiş, həmin sənəd dövlət qurumuna aid möhürlə təsdiq olunmamışdır. Göründüyü kimi, Mənzil Kommunal İstismar Sahələri hər hansı daşınmaz əmlakın hansısa şəxsə məxsus olmasını, inşa edilməsini təsdiq etmək səlahiyyəti yoxdur. E.İmanov adlı şəxs vəzifə səlahiyyətlərindən (əgər həmin sxem həqiqətən onun tərəfindən çəkilmişdirsə) istifadə edərək, fiziki şəxs kimi sadə bir sxem çəkərək, məhkəməni yanıltmaq üçüq yaxın tanışı olan iddiaçıya vermişdir. Cavabdehin keçmiş əri İlqar Əzizov daimi işləyən və evə qazanc gətirən olubdur. Həmin evin tikintisini də İlqar Əzizov aparmışdır. Cavabdeh öz ailə üzvləri ilə daimi olaraq həmin evdə yaşamış və hazırda da yaşayır. Cavabdehə aid bütün cehiz və digər əşyaları da bu evdə yerləşdirilmişdir. Cavabdeh keçmiş əri ilə birləşərək hətta evin divarına bitişik qaraj-sex də inşa etmiş və təmir etmişlər. İlqar Əzizov da hal-hazırda həmin sexdən istifadə edərək gəlir əldə edir. Evdə istifadə olunan kommunal xərcləri də Cavabdeh və onun keçmiş əri İlqar Əzizov ödəmişlər. İddiaçının mübahisəli ünvanda pasport qeydiyyatında olması da, onun həmin evin ona aid olması, onun tərəfindən inşa edilməsini təsdiq edən hal deyil. İddiaçı mübahisəli evdə heç vaxt yaşamamış, ev onun sahiblik və istifadəsində olmamış, həmin evdə iddiaçıya aid hər hansı əşyalar olmamış və hazırda da yoxdur. İddiaçının h azırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Göstərilənlər nəzərə alınmaqla iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.

10. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X2 göstərmişdir ki, İddiaçı onun qonşusudur. 1987-ci ildən mübahisəli ünvanda yaşayır. İddiaçıya aid mübahisəli ev əvvəl boş torpaq sahəsi olmuş, 2005-ci ildə İddiaçı tərəfindən orada ev tikilmişdir. Onun oğlu İlqar 2005-ci ildə gənc oğlan idi və heç bir qazancı olmamışdır. Fərəh ora gəlin köçərkən ev tam təmirli vəziyyətdə olmuşdur. Hal-hazırda da Fərəh uşağqları ilə həmin mübahisəli evdə yaşayır. İddiaçı isə tikdiyi evə qoymurlar və onu evdən çıxarmışlar.

11. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X10 göstərmişdir ki, o, İddiaçı qonşusudur. Bakı şəhəri, Nərimanov rayonu, X11, ev 4a ünvanında yerləşən mənzildə yaşayır. Həmin ev 2005-ci ildə inşa olunmuş, atasınındır. İddiaçının oğlu İlqar mübahisəli evin tikintisində, yəni təmir işlərində fəhlə olaraq atasına kömək edirdi. Daha sonra İlqar evlənmiş və həmin evin 2-ci mərtəbəsində yaşamağa başlamışdır. 12. 55 saylı MKİS-nin mühəndisi tərəfindən çəkilmiş iddiaçıya məxsus evin sxemində evin 2 otaq, 1 dəhliz və 1 hamamdan ibarət olması göstərilmişdir.

13. Abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə **********10000 abonent kodu iddiaçının adına qeydiyyata alınmışdır və ailə tərkibi bir nəfərdən ibarətdir. Həmin ünvanda “PQ-4” tipli 4 gözlü qaz plitəsi xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. 14. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, abunə ko du üzrə (**********A001A) iddiaçının adına sayğac xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir.

15. Müxtəlif tarixli qəbzlərdən görünür ki, iddiaçı mübahisəli mənzil üzrə "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-yə müxtəlif tarixlərdə kommunal ödənişlər etmişdir.

16. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə “Azəriqaz” İB-nin X1 Sistemi bazasında X3 adına istehlakçı qeydə alınmamışdır.

17. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2874/2022 saylı, 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmişdir.

18. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və əvvəl İddiaçı, sonra Cavabdeh tərəfində n yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli ev İddiaçı mülkiyyətində olmasa da, onun həmin özbaşına tikilidən öz mülahizəsi ilə istənilən hərəkətləri etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, Cavabdeh həmin tikilinin alınmasında iştirakı olmamış, iddiaçının ailə üzvü olmamaqla İddiaçı aid özbaşına tikilidə yaşaması digərinin hüquqlarını məhdudlaşdırır. Mübahisəli ev özbaşına tikilidir, tərəflərin hər hansı birinin mülkiyyətində deyildir.

19. Məhkəmə mövqeyini “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci, 152.1-ci, 152.3-cü, 180.1-ci, 180.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyas ına, “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsinin Qərarına, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata əsəsən onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəli evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Mübahisəli ev özbaşına tikilidir. Beləliklə, iddiaçı mübahisəli evin nə sahibi, nə də mülkiyyətçisi deyil. Onun Cavabdeh mübahisəli evdən çıxartmağa heç bir subyektiv hüququ yoxdur.

22. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, evi atası - İddiaçı 2005-ci ildə inşa etmişdir. o, həmin vaxt tələbə olmuşdur, ev inşa etməyə maddi vəsaiti olmamışdır. Ailə qurmazdan əvvəl qardaşı ailə qurub mübahisəli tikilidə yaşamışdır. 2008-ci ildə isə birinci nikahı üzrə arvadı ilə həmin tikilidə yaşamışlar, qardaşı həmin ünvandan köçmüşdür. Daha sonra birinci nikahı pozulmuş, Cavabdeh ilə ailə qurmuşdur və həmin evdə yaşamışlar. Cavabdeh mübahisəli tikilidə heç bir tikinti, yenidənqurma və təmir işləri aparmamışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-473/2023 saylı,12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş. A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehin iddiaya etirazı olaraq evin kommunal xərclərinin özü tərəfindən ödənilməsini göstərməsi onun evin inşa olunmasında iştirakını və ya evə dair hər hansı bir hüquq əldə etməsini təsdiq edə bilməz. Bundan başqa, cavabdeh evin inşa olunmasında və ya əsaslı təmirində özünün və keçmiş ərinin rolunun olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, cavabdehin etirazı formal mülahizələrdən ibarət olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli ev cavabdehin yeganə yaşayış yeridir və uzun müddətdir ki, həmin evdə yaşayır, yetkinlik yaşına çatmamış uşaqları ilə ümumi təsərrüfat aparır. Bu baxımdan cavabdeh həmin evdən istifadə hüququ qazanmışdır və azyaşlı uşaqları ilə yaşayış sahəsindən məhrum olunması yolverilməzdir. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

32. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

33. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

34. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

35. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı i ş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin irəli sürülmüş dəlillər apellyasiya şikayətinni dəlilləri il ə eyni məzsunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

46. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 2(103)-473/2022 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar