Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1860/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsinin 22.02.2022-ci il tarixli məktubuna əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 2(004)-4739/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsi ilə (hakim K. Xudayev) İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2021-ci il tarixli, 2(1 03)10424/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ş.A.Məmmədova), birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, iddiaçı xadiməçi vəzifəsinə bərpa edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti 18 fevral 2022-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsi 22.02.2022-ci il tarixli, 2(103)-10424/2021 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsinə dair ərizəsi daxil olduğundan həmin ərizəyə münasibət bildirilməsi üçün mülki işin kassasiy a baxışından çıxarılıb Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən hazırki iş üzrə kassasiya şikayətinin icraata qəbul olunması haqqında 18.02.2022-ci il tarixli qərardad ləğv olunmalı və iş kassasiya baxışından çıxarılmaqla Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2021-ci il tarixli, 2(103)10424/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2(102)-1860/2022 saylı qərardadı ləğv edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.11.2021-ci il tarixli, 2(103)10424/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizəyə münasibət bildirilməsi üçün mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1860/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1860/2022
01.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver