Məhkəmə qərarları › İş №2(102)-1861/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1861/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1861/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3553/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəki l tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(005)936/2018 saylı qətnaməsi ilə (sədrlik еdən hаkim F.V.Abdıyev) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və istifadə hüququnun itirilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 23 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 96.254.23 manat məbləğində əsas, 19.117.16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq «xxxx» ASCyə ödənilməsi, tutmanın 23 iyul 2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş000 mənzilinə, Sumqayıt şəhər 000 mənzilinə, 000 mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğlərinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satılmasından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş məbləğin borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh1 tutulması, hərraca çıxarılarkən ipoteka predmetləri olan 000 mənzilinin ilkin satış qiymətinin 75.000 manat, 000 mənzilinin ilkin satış qiymətinin 80.000 manat və 000 mənzilinin ilkin satış qiymətinin 110.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 yaşadığı ipoteka predmetindən çıxmazsa, onun məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3553/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova, V.T.Həsənov) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(005)-936/2018 saylı qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2 3 iyul 2014-cü il tarixli, 120.LN.2105.230714.00001 saylı kredit müqaviləsi üzrə 97.753,75 manat məbləğində əsas, 28.617,43 manat məbləğində faiz, 18.538,36 manat məbləğində cərimə, cəmi 144.909,54 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan 000saylı mənzilinə, 111 mənzilinə,000 mənzilinə yönəldilməsi, əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh2 000saylı mənzilinə, 000 saylı mənzilinə,000 mənzilinə istifadə hüquqlarının itirilməsi, yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh2 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 iyul 2014-cü il tarixli, 120.LN.2105.230714.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22 faizlə 24 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan 1)Sumqayıt şəhəri,000 ilə birlikdə 23 iyul 2014-cü il tarixli, 120.CL.230714.00001/e ipoteka müqaviləsinə əsasən, 2) Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 57, mənzil 34 ilə birlikdə 23 iyul 2014-cü il tarixli, 120.CL.23074.00001/C ipoteka müqaviləsinə əsasən, 3) 000, mənzil 51 ilə birlikdə 23 iyul 2014-cü il tarixli, 120.CL.23 0714.00001/e ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 21 fevral 2017-ci il tarixə Cavabdeh1 23 iyul 2014-cü il tarixli, 120.LN.2105.230714.00001 saylı kredit müqaviləsi üzrə banka 97.753,75 manat əsas, 28.617,43 manat faiz və 18.538.36 manat cərimə olmaqla, cəmi 144.909,54 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli g ələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, borc məbləğinin bir mənzilin satışından əldə olunacaq məbləğlə təmin etmək mümkün olduğu halda ipoteka predmeti olan 3 mənzilin bir vaxtda satılmasına zərurət olmadığı nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli, İ00.LN.2106.220414.00001 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 24 ay müddətinə qaytarmaq şərti ilə 200.000 manat m əbləğində kredit verilmişdir. Cavabdeh1 “xxxx” ASC-dən həmin məbləğdə krediti qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı Cavabdeh1 21.02.2017-ci il tarixinə banka 97.753,75 manat məbləğində əsas, 28.617,43 manat məbləğində faiz, 18.538,36 manat məbləğində dəbbə, cəmi 144.909,54 manat məbləğində borcunun yarandığını iddia etmiş və həmin məbləği, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu tələb etmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti 23.07.2016-cı il t arixdə bitmişdir. Həmin tarixdən sonra qeyd edilən kredit müqaviləsi üzrə hər hansı məbləğdə ödəniş edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş ekspert rəyinə əsasən Cavabdeh1 23.07.2016-cı il tarixinə, yəni kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz borcunun yarandığı müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borc alan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin göstərişlərinə uyğundur və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əs aslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3553/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar