Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1863/2025 26.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Biləsuvar rayon Notariat Ofisinə qarşı “miras qalmış fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən miras paylarının müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Biləsuvar rayon Notariat Ofisinə qarşı “fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən vəsiyyət üzrə və qanun üzrə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya instansiyasında icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(106)174/2025 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Biləsuvar rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X1 miras qalmış Biləsuvar şəhəri, B.Abbasov küçəsi, ev 47 ünvanında yerləşən 111,6 kv.metrdən ibarət fərdi yaşayı ş evinə və ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri, B.Abbasov küçəsi 47-də yerləşən **********060-10301 saylı çıxarışa əsasən mərhum X2 ümumi birgə mülkiyyətində olan 0,164 ha torpaq sahəsinə onun vərəsələri – Cavabdeh1, İddiaçı hər birinin ½ (ikidə bir) hissədə irs alması barədə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsinin cavabdeh Biləsuvar rayon notariat ofisinə həvalə edilməsi, digər vərəsələrin razılığını nəzərə alaraq, mərhum X4 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatlı təyinatlı 1,2148 ha torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payı müəyyən edilməklə, onun naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Biləsuvar rayon notariat ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın ünvan 2 ünvanında yerləşən 111,60 kv.metrlik fərdi yaşayış evində payının müəyyən edilməsi hissəsində rədd edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilərək ünvan 3 ünvanında yerləşən 111,60 kv.metrlik fərdi yaşayış evində Əliyeva Zərxanım Zalı qızının payını çıxmaqla, həmin evdə vəsiyyət üzrə onun payının müəyyən edilməsi, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində atasına münasibətdə vəsiyyət üzrə, anasına münasibətdə isə qanun üzrə vərəsəlik payı müəyyən edilməklə, həmin hissədə də, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Biləsuvar Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(022)-274/2024 nömrə li qətnaməsi ilə hər iki iddia qismən təmin olunaraq, mirasa açılan X3 məxsus olmaqla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə 41/80 hissədə Cavabdeh1, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı 11/80 hissədə, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 0,164 ha torpaq sahəsinə Cavabdeh1 73/400 hissədə, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 0,164 ha torpaq sahəsinə İddiaçı 47/400 hissədə, Biləsuvar şəhəri, 1,2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 73/200 hissədə, Biləsuvar şəhəri 1,2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı 47/200 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
4. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ap ellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunmaması, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əliyeva Zərxanım Zalı qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(106)-174/2025 nömrəli qətnaməsi ilə (hakim T.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər C.İmanov və P.Əhmədov) müb ahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Əliyeva Zərxanım Zalı qızının apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(022)-274/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi, mirasa açılan ünvan 7 ünvanında yerləşən, tam pay üzrə X2 xüsusi mülkiyyətində olan 111,60 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evində ilk iddia üzrə İddiaçı 1/20 hissədə məcburi payının, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 11/20 hissədə vəsiyyət üzrə payının müəyyən edilməsi, mirasa açılan ünvan 7 ünvan ında yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 10 nəfərin ümumi birgə mülkiyyətində olan 0,1654 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X2 1/10 hissədə payında ilk iddia üzrə İddiaçı 1/200 hissədə məcburi payının, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 191/200 hissədə vəsiyyət üzrə payının müəyyən edilməsi, mirasa açılan Biləsuvar şəhəri ərazisində yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 5 nəfərin ümumi birgə mülkiyyətində olan 1,2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 1/5 hissədə payında ilk iddia üzrə İddiaçı 1/100 hissədə məcburi payının, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 91/100 hissədə vəsiyyət üzrə payının müəyyən edilməsi, mirasa açılan ünvan 8 ünvanında yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 10 nəfərin ümumi birgə mülkiyyət ində olan 0,1654 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X4 1/10 hissədə payında ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1/80 hissədə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi, mirasa açılan Biləsuvar şəhəri ərazisində yerləşməklə xüsusi mülkiyyət hüququ əsasında 5 nəfərin ümumi birgə mülkiyyətində olan 1,2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 1/5 hissədə payında ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1/40 hissədə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
7. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əliyeva Zərxanım Zalı qızı k assasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin olunmaması və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi, Vəkil2 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, kassatorun kassasiya şikayətindən imtina etdiyini, kassasiya şikayətindən imtina edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu qeyd etməklə, kassasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina et məyə haqlıdır. 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə əsasən kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs kassasiya şikayətindən imtina etdiyindən, kassasiya şikayətindən imtina etibarnamə əsasında səlahiyyətli şəxs tərəfindən imzalanmaqla, yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bi r şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və kassasiya instansiyasında icraata xitam verilməlidir.
11. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(106)-174/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əliyeva Zərxanım Zalı qızının verdiyi kassasiya şikayətindən imtina qəbul edilsin və həmin kassasiya şikayəti üzrə işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.