Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1865/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Quliyev Elxan Ağalar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” 2012 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-600 5/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim İ.Əliyev) iddia tələbi təmin olunaraq, cavabdeh “xxxx 2012” MMC-nin 163/K saylı, xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilərək, xx.xx.2019-cu il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı cavabdeh “xxxx 2012” MMC-də tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), V.Həsənov və Ş.Məmmədova, 2(103)-14690/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsinin qanunsuz hesab edilərək, əvvəlki iş yeri olan “ xxxx 2012” MMC-də iş icraçısı vəzifəsinə bərpa edilməsi, onu qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün, xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər olan orta əmək haqqı 760,22 (42 gün) tutularaq, onun xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” 2012 MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xxx oğlu şirkətin daxili intizam qaydalarını pozaraq, kolektiv arasında münaqişələrə səbəb olacaq davranışlar sərgiləmiş, öz vəzifə təlimat ı öhdəliklərini kobud şəkildə pozmuşdur. Eyni zamanda iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasına teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Quliyev Elxan Ağalar oğlu kassasiya şikayətini müdafiə edərək apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini, o cümlədən, məhkəmənin sübutlara düzgün qiymət verilmədiyini bildirərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Müğahisə ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi nin “ç” bəndində qeyd olunmuşdur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. xx xxx 2019-cu il tarixli 162 k nömrəli ƏMR-dən görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilmə səbəbi, işçinin daxili intizam və etik davranış qaydalarının 5.3-cü maddəsində nəzərdə tutulmuş işçi kollektivi arasında iş ahənginin pozulmasına və yaxud işçilər arası münasibətlərin korlanmasına səbəb ola biləcək hərəkətlər törətməsi, əmək müqaviləsinə əlavə edilən vəzifə təlimatında nəzərdə tutulmuş həmkarları ilə normal iş münasibətlərini qoruyub saxlamaq tələblərini pozması, işin ahənginin və işçilərin icra intizamını pozması səbəb olmuşdur. İşə baxan məhkəmələr iddianı təmin etmişlər ona görə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən iddiaçı əmək qabiliyyətini müvəqqəti itirmişdi. Lakin kasator məhkəmələrin həmin dəyərləndirməsi ilə bağlı şikayətində heç bir dəlil irəli sürməmişdir. Hansıki həmin əsasın mövcudluğu özü iddianın təmin olunmasının müstəqil əsasıdır. Beləki, işəgötürən işçini 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən ƏM-nin 79-cu maddəsinin tələblərini gözləməlidir. Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd olunmuşdur ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli AKT-da qeyd edilir ki, İddiaçı xx xxx 2019-cu il tarixində günün ikinci yarısı ərazini tərk etmiş və xx xxx 2019-cu il tarixində üzürsüz səbəbdən heç kimə məlumat vermədən işə gəlməmişdir. İddia ərizəsinə əlavə edilmiş Gəncə şəhəri 3 saylı Şəhər Poliklinikasının 402654 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı işdən azad edilir. Həmin vərəqədə xx.xx.2019-cu ildən etibarən xəstəliyin davam etdiyi qeyd olunmuşdur. Bundan başqa iş materiallarında olan 998618 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünürki, xx.xx.2019-cu il tarixdə İddiaçı ənsə payının bəd xassəli şişi Ə/S vəziyyət diaqnozu qoyulmuşdur. İşdə olan digər tibbi sənədlərhəmin diaqnoz əsasında iddiaçının əməliyyata məruz qaldığını da təsdiq edir. Əmək Məcəlləsinin 189-cu maddəs inin 2 və 3-cü bəndlərinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Kassasiya şikayətinin başqa bir dəlili iddiaçının bir aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsidir. İşə baxan məhkəmə tərəfindən bu dəlilə də əsaslı qiymət verilmişdir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 3-cü bəndlərinə əsasən bu maddənin birinci hissəsində göstərilən ha ldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.İş materiallarında olan Azərpoçtun zərfinin surətindən görünür ki,müvafiq sənədlər xx.xx.2019-cu il tarixdə Daşkəsən rayonu Quşçu kəndinin poçt xidmətinə daxil olmuşdur. İş materiallarında olan Azərpoçtun zərfinin surətindən görünür ki, müvafiq sənədlər xx.xx.2019-cu il tarixd ə Daşkəsən rayonu Quşçu kəndinin poçt xidmətinə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mobil rabitə vasitəsilə (Whatsapp) işdən çıxarılmağı barədə məlumat alması Əmək Məcəlləsinin 296-cı maddəsinin hüququn pozulduğunun aşkar edildiyi gün hesab edilə bilməz. Belə ki, qanun hüququn pozulmasının aşkar edildiyi günü, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün ilə müəyyən etmişdir. Beləliklə iddia məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olduğuna görə müddət müvafiq sənədlərin verildiyi xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsində nəzərdə tutulmuş 1 təqvim ayı müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” 2012 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1865/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1865/2020
09.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver