Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1866/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çardağın və qapının sökülməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər qonşu durlar, inşa edilmiş çardaq və qoyulmuş qapı ilə bağlı aralarında mübahisə yaranmışdır. İddiaçı bildirir ki, həmin tikililər ortaq divarı zədələməklə, evinin pəncərələrinə düşən işığı kəsməklə, habelə ümumi yoldan giriş-çıxışa məhdudiyyət yaratmaqla mülkiyyətindən istifadəsinə maneçilik əmələ gətirir. Cavabdeh isə tikililərin iddiaçı üçün heç bir maneçilik yaratmadığını bildirərək iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan evin arxasındakı yolun giriş hissəsinə qoyulmuş qapının və həmin evin arxasında qurulmuş çardağın (navesin) onun öz vəsaiti hesabına sökülməsi, iddiaçıya vurulan 450 manat ziyan ın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ona məxsus evin arxa divarına bütövlüklə armaturlar vurulub, profilləri divara toxuyub və bu səbəbdən də evə işiq düşmür. Bundan başqa, yağış yağanda navesin suyu evə vurur. Cavabdehin iddiaçının evinin arxa divarına vurduğu dəmir armaturlar ucbatından həm divar zədələnib, həm də içəridən evin divarları çatlayıb.
4. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı etiraz edərək ekspert, mütəxəssis rəyi, tikinti norma və qaydaları nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir.
5. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Səfərəliyeva) 22 may 2020-ci il tarixli, X0 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı çardaq (naves) və qapının sökülməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh məxsus torpaq sahəsinin girişində inşa edilmiş İddiaçı məxsus evin arxa fasadı ilə Cavabdeh məxsus olan sərhəd hasarı arasında eni təqribən 3.00 metr, uzunluğu 20.03 metr, hündürlüyü isə 3.60 metr olan talvarın (çardaq, naves) və torpaq sahəsinin girişinə qoyulmuş qapının Cavabdeh öz hesabına sökülməsi qət edilmişdir.
6. Məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən talvar (çardaq, naves) tikilərkən iddiaçının notarial qaydada təsdiq edilmiş yazılı razılığı olmasına dair mötəbər sübut təqdim edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mü lki Kollegiyasının (hakimlər-Y.Qurbanov (sədrlik edən və məruzəçi), Ə.Xıdırov və M.Allahverdiyev) 07 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2020-ci il tarixli, X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli çardaq və qapının yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Bu birinci instansiyası məhkəməsi ndə icraat zamanı iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Naxçıvan səhəri, Xətai məhəlləsi, döngə 1, ev 29-da mənə məxsus torpaq sahəsi, ona bitişik 29A-da isə iddiaçıya məxsus torpaq sahəsi yerləşir və iddiaçı tərəfindən tikilmiş yaşayış evi həyətyanı sərhədlər daxilində deyil, məhz qonşular arasında olan hasarın (mərzin) üzərində tikilmişdir. Bu isə AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin tələblərinə ziddir. Həmin maddənin dispozisiyasına əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. O cümlədən, həmin Məcəllənin 72-ci maddəsinə əsasən, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsind ə digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılıqdan sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Kassator Mülki Məcəllənin 152-ci və 176-cı maddələrinə istinadən qeyd etmişdir ki, apellyasiya məhkəməsi mübahisəli qətnaməni qəbul edərkən qərəzli mövqe nümayiş etdirmiş, iddiaçının yaşayış evinin qonşular arasında olan hasarın üzərində tikilməsinə bir növ haqq qazandırmış, lakin tərəfindən məhz həmin hasarın üzərində ona məxsus torpaq sahəsində çardağın və qapının quraşdırılmasını qanunsuz hesab edərək onun hesabına sökülməsi ilə bağlı hüquqi nəticəyə gəlmişdir. Halbuki, yuxarıda qeyd olunan hüquq normalarından aydın şəkildə görünür ki, iki qonşu arasında olan hasara (mərzə) münasibətdə hər iki qonşu bərabər hüquq və vəzifələrə malikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiy yətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mü lkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
17. Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiya sı məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 24. 17.03.2006-ci ildə qeydiyyata alınmış, 13/132a reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan ay dın olur ki, ünvan 1 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. 25. 12640 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda Xətai məhəlləsi, döngə 1-də yerləşən 29 nömrəli evin sahibi kimi Cavabdeh, 12641 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda Xətai məhəlləsi, döngə 1-də yerləşən 29A nömrəli evin sahibi kimi İddiaçı qeyd olunmuşdur.
26. Mülki işə birinci instansiya məhkəməsində baxılması zamanı mübahisəli tikiliyə yerində baxış keçirilmiş və həmin baxış üzrə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsinin baş memarı iş üzrə mütəxəssis İqbal Mahmudov tərəfindən tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, baxış zamanı ünvan 1 ünvanında fərdi yaşayış evinin qə rb istiqamətində mübahisələndirilən örtük (naves) və qapının Cavabdeh məxsus olması müəyyən olunmuş, araşdırma zamanı məlum olmuşdur ki, mübahisələndirilən sahədə yerləşən torpaq sahəsi fevral 2006-cı il tarixli 12640 inventar nömrəli texniki pasporta əsasən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsidir və həmin sahədə görülmüş işə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə (tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) əsasən məlumatlandırma icraatı şamil olunmur.
27. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin baş məsləhətçisi iş üzrə mütəxəssis H.Mahmudov tərəfindən tərtib olunmuş rəydə qeyd edilmişdir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə naturada baxış keçirilmiş və müəyyən olun muşdur ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin qərb istiqamətində mübahisələndirilən çardaq və qapı Cavabdeh məxsusdur və mübahisələndirilən sahədə yerləşən torpaq sahəsi fevral 2006-cı il tarixli 12640 inventar nömrəli texniki pasporta əsasən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsidir.
28. Birinci instansiya məhkəməsində işə baxılması zamanı mütəxəssislərin iştirakı ilə yerində müayinə aparılarkən müəyyən edilmişdir ki, mübahisəli talvar cavabdehin həyətyanı sahəsinin girişində yerləşir, hasardan cavabdehin həyətyanı sahəsinə daxil olduqda girişdən sağda təqribən 20,03 metr iddiaçıya məxsus yarıkürsülü bir mərtəbəli fərdi yaşayış evi və köməkçi tikililəri cavabdehin həyətyanı sahəsində həmsərhəddə inşa olunmuş, iddiaçıya məxsus həmsərhəddə inşa olunmuş fərdi yaşayış evinin arxa fasad hissəsində təqribən 3.00 metr enində sol tərəfə doğru digər qonşunun həmsərhəddə yerləşən daşdan inşa olunmuş sərhəd hasarı hörülmüşdür. Cavabdehə məxsus olan sərhəd hasarı ilə iddiaçının fərdi yaşayış evinin arxa fasadı arasında təqribən eni 3.00 metr, uzunluğu 20.03 metr, hündürlüyü isə 3.60 metr talvar quraşdırılmışdır. İddiaçının mülkiyyətində olan yaşayış evinin kanalizasiya və qaz xətti hazırda talvar inşa edilən sahədə yerləşir, iddiaçının evinin arxasında yerləşən cavabdehin torpaq sahəsinə baxan pəncərələr talvar (çardaq, naves) tikilisinin qoyulması ilə əlaqədar bağlanmış və gün işığının qarşısı kəsilmiş, bununla da pəncərə funksiyasını itirmiş, cavabdehin evinin giriş qapısı əvvəlki yerindən irəli çəkilərək talvar (çardaq, naves) tikilisinin qurtaracağında qoyulmuşd ur. Həmçinin yerində müayinə və baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli qapı əvvəllər iddiaçıya məxsus evin arxa hissəsində yerləşən torpaq sahəsi boş saxlanılmaqla iddiaçının evinin yuxarı hissəsinin qutaracağına qoyulmuş, həmçinin cavabdehin inşa etdiyi navesin örtüyü iddiaçının evinin qurtaracağında köməkçi tikilinin üzərində olan örtüyün təxminən 1 metrdən artıq hissəsinə yerləşdirilmişdir.
29. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya və cavabdehə aid olan torpaq sahələri əvvəl vahid torpaq sahəsi şəklində bir şəxsə aid olmuş, həmin şəxs ümumi qaydada hər hansı maneə olmadan bütövlükdə torpaqdan istifadə etmiş, daha sonra torpağın bir hissəsini üzərində olan yaşayış evi ilə birlikdə iddiaçıya satmış, digər hissə isə daha sonra cavabdehə satılmışdır. Həmin hal i ş materiallarına əlavə edilmiş iddiaçı və cavabdehə məxsus yaşayış evlərinin texniki pasportlarında daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən aparılmış qeydlərlə də təsdiq olunur. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh ona satılan torpaq sahəsini alarkən mübahisəsiz qaydada iddiaçının evinin arxasında olan evə məxsus kanalizasiya və qaz xətlərinin ona satılan torpaq sahəsində olduğunu görmüş, bu cür qəbul etmiş, iddiaçının evinin arxa hissəsində onun torpaq sahəsinə baxan pəncərələrin olduğunu görmüş və bununla bağlı torpaq sahəsini alarkən heç bir etirazını bildirməmişdir. Bunun nəticəsidir ki, cavabdeh evinin qapısını da məhz iddiaçının evinin arxasında olan torpaq sahəsini boş saxlamaqla evin yuxarı qutaracağında qoymuşdur. Bu vəziyyətdə isə qonşular arasında hə r hansı mübahisə olmamış, talvar (naves, çardaq) tikilisi inşa edilənə və qapı irəli çəkilənə qədər bu cür qonşuluq münasibətləri davam etmiş, bu halda isə iddiaçı evinin arxasında olan kanalizasiya və qaz xətlərinin yoxlanılmasını hər hansı maneə olmadan həyata keçirmişdir. Talvarın inşa edilməsi ilə əlaqədar qonşular arasında mübahisə yaranmış və cavabdeh qapısını irəli çəkərək talvarın sonunda qoymuşdur. Bu halda isə iddiaçının sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuşdur.
30. Mülki iş üzrə keçirilmiş məhkəmə tikinti–texniki ekspertizasının 24 mart 2020-ci il tarixli, 56/20 nömrəli rəyində qeyd olunmuşdur ki, X yerləşən 29A-ya bitişik 29-da tikilən Cavabdeh mülkiyyətində olan torpaq sahə sində quraşdırılmış talvar tikilisi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun hesab edilməməklə quraşdırıldığı müəyyən edilmiş, Naxçıvan Şəhəri, Xətai məhəlləsi, döngə 1-də yerləşən 29A-ya bitişik 29-da tikilən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində quraşdırılmış talvar tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1 və 79.1.1-ci maddələrinin tələblərinə ziddiyyət təşkil etmədiyi müəyyən edilmişdir. Eyni zamanda həmin rəydə qeyd olunmuşdur ki, iş üzrə iddiaçının mübahisələndirdiyi talvar tikilisi öz xüsusiyyətlərinə, konstruksiyalarına görə ara məsafəsinə aid olan bəndlərin tələblərinə uyğun olaraq tənzimlənməməlidir, eləcə də yuxarıda göstərilən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini n bəndlərinin tələblərinə uyğun qaydada aparılmalıdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.
32. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). 33. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
34. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin mar aqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
35. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.
36. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış hallarından göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş, qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətləri nəzərə almamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1ci maddəsinin tələblərinə zidd olaraq yaşayış evinin xarici divarlarının önündə heç bir ara məsafəsi buraxmadan iki qonşu torpaq sahələri arasında tikilən ortaq divar üzərində özünə yaşayış evi inşa etməsi, habelə iş üzrə ekspert rəyinin qanunvericilik normalarına uyğun hazırlanmaması barədə cavabdehin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus yaşayış evinin texniki pasportundakı qeydlərdən aydın olur ki, həmin ev 1970-ci ildə tikilmiş, iddiaçı həmin evi 2006-cı ildə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Ekspertiza rəyinin isə obyektivliyini və əsaslılığını şübhə altına almağa əsas verən hallar müəyyən edilmir. İş üzrə cavabdehin mülkiyyət hüququnun pozulması müəyyən olunmur, əksinə iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulması işdə olan sübutlarla öz təsdiqini tapır. Yuxarıda göstərildiyi kimi cavabdeh qanunvericilikdə müəyyənləşdirilmiş ortaq divardan istifadə şərtlərini, qonşuluq münasibətləri və bu münasibətlərin hədlərinə dair normaların tələblərini, həmçinin hüquqlardan istifadə ilə əlaqədar qanunvericilikdə müəyyənləşdirilmiş tələbləri pozmuşdur. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərini pozmaqla mübahisəli talvarın (navesin) quraşdırılması və qapının qoyulması iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilir.
38. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hü quqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələrin müəyyən etdikləri hallar və gəldikləri nəticələr yuxarıda qeyd edilən maddi hüquq normalarının (§ 14-17) dispozisiya şərtləri ilə uyğun təşkil edir.
40. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edi lməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.