Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1866/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın məhv edilməsi, delikt, özbaşına tikilinin sökülməsinə görə maddi və mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X14 ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X22 və X7) vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-569/2023 nömrəli iş üzrə 12 yanvar 2023-cü il tarixli qə tnaməsindən iddiaçı və cavabdehin kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan dövlət mülkiyyətində olan 0.01328 ha torpaq sahəsində yerləşən 4 otaqlı A və 2 otaqlı B tikilisindən (cəmi 96,10 kv.m), 2,2 kv.m. sanitar qovşağı, 8,4 kv.m. hamam tikilisindən ibarət 67 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 2/18 hissə İddiaçı, 2/18 hissə onun qardaşı X13, 2/18 hissə anası X2, 3/6 hissə X4, 1/6 hissə X8 mülkiyyətində olmuşdur.
2. İddiaçı həmin ünvanda qeydiyyatdadır.
3. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli XXX nömrəli sərəncamına əsasən, "xxxx" MMC-yə Yasamal rayonu XXX ilə XXX küçəsinin kəşisməsində 566-cı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üç ün icarə əsasında istifadəyə verilmiş 0,2 ha torpaq sahəsinə əlavə olaraq 1,28 ha torpaq sahəsinin eyni məqsədlə həmin MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.
4. Bakı Şəhər İcra Hakimiyyətinin “XXX nömrəli xx.xx.2005-ci il tarixli 203 nömrəli sərəncamın addan-ada keçirilməsi” haqqında xx.xx.2007-ci il tarixli sərəncamına görə, sözügedən məhəllədə yerləşən torpaq sahəsinin Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmış, ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericiliyə uyğun olaraq vəsaitin ödənilməsi həmin hüquqi şəxsə tapşırılmışdır. 5. 2014-cü ilin dekabr ayında həmin ərazidə obyektin tikintisi başlanılmışdır.
6. Bakı şəhəri 12 nömrəli Notariat Ofisinə verilmiş xx.xx.2016-cı il tarixli ərizələrində X22 və X7 ü nvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hər birinə 2/18 hissə olmaqla satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin əmlakın dəyəri olan 210.000 manat məbləğdə pulu X5 tam şəkildə aldıqlarını, gələcəkdə bu ünvanla bağlı özlərinin və ailələrinin heç bir iddiaları, tələbləri və məhkəməyə şikayətləri olmayacağını qeyd etmişlər. Qeyd olunan şəxslər həmin ərizə ilə 1 həftə ərzində evdən qeydiyyatdan çıxmağı, evi təhvil verməyi və bununla bağlı məsuliyyəti öz üzərilərinə götürmüşlər.
7. X19 tərəfindən ünvan 3 ünvanda yerləşən 75,81 kv.m. təşkil edən fərdi yaşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X9 və qeyrilərinə (ailə üzvlərinə) 174.400 manat; həmin ünvanda yerləşən 76 kv.m. təşkil edən digər fərdi y aşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X10 və qeyrilərinə (ailə üzvlərinə) ümumilikdə 187.000 manat; həmin ünvanda yerləşən 88,5 kv.m. təşkil edən digər fərdi yaşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X15 və qeyrilərinə (ailə üzvlərinə) ümumilikdə 230.000 manat; həmin ünvanda yerləşən 50 kv.m. təşkil edən digər fərdi yaşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X11 və qeyrisinə 120.000 manat; həmin ünvanda yerləşən 90 kv.m. təşkil edən digər fərdi yaşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X20 və qeyrilərinə (ailə üzvlərinə) ümumilikdə 207.000 manat pul vəsaiti ödənilmişdir. 8. "xxxx" MMC tərəfindən mübahisəli yaşayış sahəsinin 2021-ci ilin aprel ayı üçün bazar qiym əti 230.000 manat məbləğində dəyərləndirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu fərdi yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə 462.940 manat məbləğdə maddi ziyanın, 100.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 1.850 manat hüquqi yardım xərcinin və iddia tələbi üçün məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, mübahisəli fərdi yaşayış evi atasının adına olmuş və vərəsəlik yolu ilə onun mülkiyyətinə keç mişdir. 10 ildən çoxdur ki, Norveç Respublikasında yaşayır və 2014-cü ildən Norveç Respublikasının vətəndaşlığını əldə etmişdir. 2018-ci ildə Bakıya gələrkən məlum olmuşdur ki, ona məxsus olan mübahisəli fərdi yaşayış evi cavabdeh tərəfindən onun xəbəri olmadan, razılığı alınmadan və onunla müqavilə bağlanılmadan sökülüb və yerində 10 bloklu, çoxmərtəbəli, 4 ədəd yaşayış binası tikilmişdir. 2019-cu ildə Norveçdə olan evini satıb Azərbaycana gəlmiş, yeni ev alaraq ora yerləşmiş və yataq xəstəsi olan anasına qulluq etməyə başlamışdır. Sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli 220/E nömrəli Qiymətləndirmə Aktı-Ekspertiza Rəyinə əsasən ünvan küçəsində yerləşən ümumi sahəsi 96.10 kv.metr olan 67 nömrəli mənzilin 2021-ci il aprel ayı üçün bazar qiyməti 230.00 0 manat dəyərləndirilmişdir. Bundan başqa, evin həyətinə girmək üçün dəmir darvaza quraşdırılmış və həmin dəmir darvazanın qiyməti 500 manat təşkil edir. Evin həyətinin ümumi sahəsi isə 65 kv.metrdir ki, həmin sahəyə də tamet döşənmişdir və tamet örtüyünün orta qiyməti 3000 manat pul edir. Beləliklə, cavabdeh mülkiyyətçisi olduğu mübahisəli fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə görə ona və digər payçılara ümumilikdə 462.940 manat maddi ziyan, ona isə 100.000 manat mənəvi ziyan vurmuşdur.
11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, mübahisəli ünvanda qeydiyyatda olan X22 və X1 orqanlara ünvanlanan ərizədə adlarına olan fərdi yaşayış evinin hər birinə 2/18 hissə olmaqla (torpağın) satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədikl ərini qeyd etmişlər və həmin əmlakın dəyərini 210.000 manat tam şəkildə X6 almışlar.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3455/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-811/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərə görə 25.555,55 manat, mənəvi zərərə görə 3.000 manat, hüquqi xidmət haqqına görə 500 manat tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayətləri vermişlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3919/2022 nömrəli iş üzrə 19 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) cavabdehin kasasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - maddi ziyan tələbinə aid hissədə ləğv edi lmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 3.000 manat tutulması hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, “Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi əlavə tikililərin həqiqətən mövcud olub-olmadığı ilə bağlı hər hansə araşdırma aparmadan həmin hissədə iddianı əsassız hesab etmiş və qeyd etmişdir ki, fərdi yaşayış evində olan əlavə tikililər özbaşına tikili hesab edilir. Belə ki, tikilinin artırıldığı torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, paylı mülkiyyətçilərin mülkiyyətində olması və ya qanuni əsaslarla sahibliyində olması halları müəyyən olunmur. Bundan əlavə həmin tikililərin lazımi icazələr alınmaqla və şəhərsalma və tikinti normalarına riayət edilməklə tikilməsi halları müəyyən olunmur. Halbuki, mülki qanunvericilik özbaşına tikili olan bina və qurğuların da yalnız həmin tikililərin faktiki sahibləri ilə razılaşdırılmaqla və ya məhkəmə qərarı əsasında sökülməsini mümkün hesab edir. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Belə məhkəmə qərarı olmadan digər şəxslər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların razılığı alınmadan sökülməsi özbaşınalıq olmaqla mülki hüquq pozuntus u - delikt kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi bu hissə ilə bağlı mövqeyini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqelərə istinadla əsaslandırmağa çalışmışdır. Halbuki həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu özbaşına tikililərin mükiyyətdə olan daşınmaz əmlakla eyniləşdirilməsinin yolverilməz olduğu, habelə özbaşına tikililərə qanuni gözlənti hüququnun birmənalı yaranmadığı barədə hüquqi mövqe ifadə etsə də, qərarda belə tikililərin məhkəmə qərarı olmadan özbaşına sökülməsinin qanuni olduğu barədə mövqelər ifadə edilməmişdir. Əksinə həmin qərarda qeyd edilmişdir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətb iq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçü n kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 3000 manat pul tələbi ilə bağlı hissədə iddianın əsassız olduğu barədə mövqeyi də qanuni və ağlabatan şəkildə əsaslandırılmamışdır. Məhkəmə hesab etmişdir ki, bir neçə paylı mülkiyyətçinin yaşamış olduğu ünvanda az pay hüququna malik iddiaçı tərəfindən dəmir darvaza qoyulması, tamet örtüyü çəkilməsi ilə bağlı mötəbər sübutlar təqdim olunmamışdır. Halbuki, Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və y a dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Qanun yalnız özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu barədə qayda müəyyən etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin həmin hissədə iddiaçının payının az olmasına və əşyanın təkib hissələrinin onun tərəfindən quraşdırıldığına dair mötəbər sübutlar təqdim olunmadığı barədə qənaəti anlaşılan deyil. Qeyd olunanlarla yanaşı, işə baxmış apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvanda yerləşən tikililərin sökülməsi üçün əmlaka iddiaçı ilə eyni həcmdə paylara malik olan X22 və X3 210000 manat, habelə müxtəlif ölçüdə sahələrə görə ayrı-ayrı şəxslərə və onların ailə üzvlərinə müxtəlif məbləğdə pul vəsaitlərinin ödəni ldiyini müəyyən etsə də, bərabər mənafelərə bərabər münasibət prinsipi baxımından həmin məbləğlərin iddiaçıya dəymiş zərərin müəyyən edilməsində meyar kimi qəbul edilməsi, iddiaçıya da ən azı həmin məbləğlərə uyğun kompensasiya verilməsi barədə məsələləri müzakirə etməmişdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-569/2023 nömrəli iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və G.Axundova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - maddi ziyan tələbinin rədd olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərə görə cəmi 77.807,5 manatın iddi açının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “... digər iş materialları ilə təsdiq edilməklə yanaşı iddiaçının özünün sifarişi ilə də ünvan küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsinin qiymətləndirilməsi aparıldığını, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiymətinin 230000 manat təşkil etdiyini iddiaçı özü də bildirdiyindən iddiaçıya bazar qiyməti ilə dəymiş zərər 76.666,6 manat (230000: 3=76.666,6) manat təşkil edir. Buna görə də, iddia tələbi fərdi yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə 462940 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçın ın xeyrinə maddi zərərlə bağlı 76.666,6 manat tutulmalıdır. Kollegiya həyətyanı tikili və qurğuları olan, sahəsi 2.2 kv.metr olan sanitar qovşaq, 8.4 kv.metr olan hamam, darvaza, həmçinin evin həyətində iki mərtəbəli, hər mərtəbəsi 35 kv.metr yaşayış otağı sahəsindən ibarət olan bir otaqlı əlavə tikili, bundan başqa evin 15 kv.metr zirzəmisi, bunların cəmini hesablayanda (2.2+8.4+35+35+15=95.6) 95.6 kv.metr həyətyanı tikililər və əlavə tikililər, bunu da 2.400 manata vuranda 229.440 manat pulun tələb edilməsi hissəsində iddianı əsassız hesab edir. Belə ki, 21 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, XX saylı arayışa əsasən İddiaçı keçmiş yaşadığı ünvan 67 saylı evdə əlavə tikililər mövcuddur və XXXin, XXXın, İddiaçı mülkiyyət payına heç bir aidiyyəti yoxdur. Həmçinin, XXX/E saylı, 14 aprel 2021-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspertiza qiymətləndirmə fəaliyyəti haqqında XXX/E saylı ekspert rəyinə əsasən İddiaçı sifarişi ilə ünvan küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsi üzrə qiymətləndirmə aparılmış, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat dəyərləndirilmişdir. Göründüyü kimi, İddiaçı özünün sifarişi ilə ünvan küçəsində yerləşən 67 saylı fərdi yaşayış sahəsinin qiymətləndirilməsi aparılmış, ümumi sahəsi 96,10 kv.m olan mənzilin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat dəyərləndirilmişdir.Həmin qiymətləndirmə zamanı da iddiaçıya məxsus əlavə tikililərin mövcudluğundan bəhs edilməmişdir. Beləliklə, iddiaçı 95.6 kv metr həyətyanı tikililər və əlavə tikililərin ona məxsus olması, cavab deh söküntü işləri aparandan əvvəl belə tikililərin onun istifadəsində mövcud olması, bunu da 2400 manata vuranda 229.440.00 (iki yüz iyirmi doqquz üç min dörd yüz qırx) manat pulun tələb edilməsi hissəsində iddianı sübut edə bilməmişdir.... Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 3000 manat pul tələbi ilə bağlı hissədə - Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən iddiaçının əşyanın mülkiyyətçisi olaraq 2/18 pay ilə hüququ olduğundan iddia bu hissədə də qismən təmin olunaraq həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 333,3 manat (3000:18x2=333,3 manat) və evin həyətinə girmək üçün dəmir darvazaya görə 55,6 manat (500:18x2= 55,6 manat) zərərin əvəzi olaraq cavandehdən iddiaçının xeyrinə tutulmalıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan kassasiya şikayətləri verərək, iddiaçı qətnamənin ləğv edilib, iddianın təmin edilməsi, cavabdeh qətnamənin qismən, iddia təmin edilən hissədə ləğv edilib, həmin hissədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
21. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, sakinlərə ödənilən kompensasiya məbləğləri təkcə fərdi yaşayış evinin dövlət qeydiyyatından keçmiş 96.10 kv.m. sahəyə görə deyil, istifadədə olan əlavə tikililərə görə və evin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla ödənilmişdir. İddiaçı isə mülkiyyət hüququndan məhrum olmuşdur v ə məhkəmə ona cəmi 25.555,55 manat kompensasiya məbləğini rəva görmüşdür.
22. Maddi zərərin digər hissəsi olan, evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 3.000 manat pul tələbi ilə bağl və evin həyətinə girmək üçün dəmir darvazaya görə zərərin əvəzi olaraq cavandehdən tutulmalı olan məbləğləri isə 2/18 pay hüququ əsasında bölməklə cüzi məbləğin ona ödənilməsinə qərar vermişdir. Halbuki, həmin həyət və darvaza ancaq onların ailəyə məxsus və istifadələrində olmuş, darvazanın və tamet örtüyünün xərcini o, anası və qardaşı olan payçılar çəkmişlər. Buna görə də həmin məbləğlər üç yerə bölünməli idi.
23. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, X3 və qardaşı X16 210.000 manat məbləğdə ödəniş X17 tərəfindən, d igər payçılara isə müvafiq olaraq, 174.400 manat, 187.000 və 230.000 manat məbləğdə ödənişlər X19 tərəfindən edilmişdir. Göründüyü kimi, ödənişlər müxtəlif şəxslər tərəfindən həyata keçirilmişdir. Həmin şəxslərin isə cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC ilə hər hansı münasibətlərinin olmasını sübut edən faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ümumi paylı mülkiyyətdən iddiaçıya aid olan 2/18 hissədə pay üçün qeyd olunan pul məbləği düzgün hesablanmamışdır. Həmin evin (ümumi sahəsi 96,10 kv.m.) məbləğ 76.666,6 manat ola bilməz. İddiaçıya ödəniləcək olan məbləğ də düzgün hesablanmalıdır. Belə ki, iddiaçının mülkiyyətində olan sahə 5,33 kv.m. və həmin ərazidə maksimum yaşayış sahəsinin kv.m. 1.500 manatdan çox olmadığı halda, məhkəmə 5,33 kv.m-ə görə 76.666,6 manat hes ablaması ədalət prinsipinin pozulması və şəxsin əsassız yerə varlanmasına səbəb olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahi b olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 27. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir; Maddə 152.1. Mülkiyyət hüquq u - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 1 80.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyə n hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1XXX. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiy i halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Madd ə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və v əzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “... qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasın ın digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibli yində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.... Qeyd olunduğu kimi, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavi lədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X18rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətç iyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).... O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətlərində qətnamənin qismən və tam ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətlərdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
36. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilə n təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onu n xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mül kiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
37. Kassasiya şikayətlərinə gəldikdə, iddiaçının kassasiya şikayətinin ilk dəlili əsassızdır. Belə ki, onun xeyrinə cavabdehdən 25.555,55 manat deyil, 77.807,5 manat məbləğdə kompensasiya tutulmuşdur. İstifadədə olan digər əlavə tikililərin mövcudluğunu isə iddiaçı aşağı instansiya məhkəmələrində sübuta yetirə bilməmişdir.
38. İddiaçının kassasiya şikayətinin həyət və darvazanın ancaq onların ailəyə məxsus və istifadələrində olması, darvazanın və tamet örtüyünün xərcinin o, anası və qardaşı tərəfindən çəkilməsi barədə dəlili isə işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ı ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
39. Cavabdehin də kassasiya şikayətinin ödənişləri həyata keçirən müxtəlif şəxslərin cavabdehlə hər hansı münasibətlərinin olmasını sübut edən faktların məhkəməyə təqdim edilməməsinə dair dəlil də eyni qaydada əsaslı deyil.
40. Sonuncunun şikayətinin iddiaçının mülkiyyətində olan 5,33 kv.m. sahənin hər kv.m-i 1.500 manatdan çox olmadığı halda məhkəmənin 76.666,6 manat hesablaması barədə dəlil isə cavabdehin eyni şərtlərdə olan iddiaçının anasına və qardaşına etdiyi ödənişlərlə müqayisə edildikdə, bərabərlik və ədalətlilik prinsipləri ilə ziddiyyət təşkil edir.
41. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüq uqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-569/2023 nömrəli mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı və Cavabdeh MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.