Məhkəmə qərarları › İş №2(102)-1872/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1872/2025

31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1872/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İsmayıl İlham oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər: Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi) dair mülki iş üzrə QƏRARİ Açar sözlər: çıxarışların ləğvi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğl undan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər: Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi) tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-255/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)236/2008 nömrəli qiyabi qətnaməsi ilə, X6, arvadı X4 və onların azyaşlı uşaqları nəzərə alınmaqla ailə üzvilərinə JN № 337, KOD 90800048 saylı Dövlət aktı ilə onlara məxsus Əfqan Bayramovun fermer təsərrüfatından 45 hektarın orta drenin sol tərəfindəki torpaq sahəsindən 20 oktyabr 2000ci il tarixli 1 hektarını 1.000.000 AZM (200 AZN) satması və 04 iyul 2002-ci il tarixli 2 hektarını 2.000.000 AZM (400 AZN) satması barədə Saatlı rayon Mircəlalkənd kəndində tərtib olunmuş və həmin kəndin Bələdiyyəsi tərəfindən möhrlə təsdiq olunmuş alqı-satqı aktları təsdiq edilməklə həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır.

2. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsi ilə, işdə iştirak etməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan X7 və X10 tərəfindən verilmiş apellyasiya şik ayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh2 cavabdehlər X6 və X1 qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Mircəlal kəndi ərazisində yerləşən 3.0 torpaq sahəsi ilə bağlı Saatlı rayon Mircəlal kənd sakini Cavabdeh2 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın, Saatlı rayon Mircəlal kənd sakinləri Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Sabirabad regianal “ASAN Xİdmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiqlənmiş alqı-satqı müqavi ləsinin və Cavabdeh1 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı iddia ərizəsinə düzəliş edərək, cavabdeh qismində Cavabdeh1 və Cavabdeh2 qəbul olunmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-n DƏDK vǝ Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi və Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisinin maraqlı şəxs qismində qəbul olunmasını, Cavabdeh2 adına 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın, həmçinin Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 3.0 ha torpaq sahəsinin alqısatqı müqaviləsinin və Cavabdeh1 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra İddiaçı iddia ərizəsinə düzəliş edərək, Cavabdeh2 adına 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın və Cavabdeh1 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, həmçinin Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 3.0 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Mircəlal kəndi ərazisində yerləşən ona və ailə üzvlərinə maxsus pay torpağının 3.0 ha hissəsini guya valideynləri tərəfindən Cavabdeh2 satılması barədə Saatlı rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixl 2(055)-236/2008 saylı qətnaməsi qəbul edilmişdir. Sonradan Cavabdeh2 3.0 ha torpaq sah əsini Cavabdeh1 satmış və Cavabdeh1 adına 5 iyun 2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Cavabdeh2 çıxarışın verilməsinə əsas olan qətnamə ləğv edildiyindən həmin çıxarış ləğv olunmalıdır. Cavabdeh1 da mübahisəli torpaq sahəsini Cavabdeh2 aldığından onun adına olan çıxarış da ləğv olunmalıdır.

7. Cavabdeh1 iddianı qəbul etməyərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini Cavabdeh2 almışdır. Cavabdeh2lə danışıqlarında ona demişdir ki, məhkəmə qətnamə çıxarıb ki, İddiaçı heç bir yerə şikayət edə bilməz, Cavabdeh2 torpaq üzərində mülkiyyət hüququ tanınıb. O, da məhkəmənin qərarına baxmış və tam əmin olundan sonra 5000 manat pul verərək torpaq sahəsini almışdır. Hazırda iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək qe yd etmişdir ki, torpaq sahəsini İddiaçı atasından onun atası almışdır. Həmin vaxt İddiaçı uşaq olmuşdu. Məhkəmə prosesi dövründə atası torpağı Əfqana 5000 manat müqabilində satmışıdır. Hazırda iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Saatlı rayonu Mircəlal kəndində yerləşən 3.0 ha torpaq sahəsini 4000 manat müqabilində Cavabdeh1 satmışdır.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 16 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir, Saatlı rayonu Mircəlal kəndində yerləşə n ümumi sahəsi 10.11 ha olan torpaq sahəsinin 7.7486 ha hissəsindən 3.0 ha hissəsini 2(055)-236/2008 nömrəli qiyabi qətnamə əsasında Cavabdeh2 satılmışdır və xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən hüquqların dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədinə uyğun rəsmiləşdirilmişdir.

11. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-986/2024 saylı qətnaməsi ilə (hakim Vüqar Qasımov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin alınıb İddiaçı xeyrinə ödənilməsi, dövlət rüsumunun 85 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qətnaməsi ləğv edildiyindən və hazırda həmin çıxarışın verilməsinə əsasən olmuş hüquqi sənəd qüvvədən düşdüyündən Cavabdeh2 adına verilmiş xx.xx.2009-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış da ləğv olunmalıdır.

13. Məhkəmə iddinın “Cavabdeh2 ilə Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması” tələbi hissəsinə qiymət verərək hesab etmişdir ki, məhkəmə mübahisələndiri lən xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsinin etibarlılığını yoxlayaraq müəyyən edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət etməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsi Cavabdeh2 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsasən olan məhkəmə qərarının qüvvədə olduğu dövrdə bağlanmışdır.

14. Məhkəmə iddianın Cavabdeh1 adına olan çıxarışın ləğv edilməsi hissəsində təmin olunmasını ona görə mümkünsüz hesab etmişdir ki, hazırkı halda iş üzrə daşınmaz əmlakı əldə edən Cavabdeh1 v icdanlı əldə edəndir. Hazırkı iş üzrə isə mübahisəli daşınmaz əmlak xx.xx.2009-cu il ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir. Eyni zamanda məhkəmə iclasında torpaq sahəsinin Cavabdeh1 satılması zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və onun vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəf də Cavabdeh1 vicdanlı əldə edən olmasını ümumiyyətlə mübahisələndirməmişdir. Torpaq sahəsi xüs usi mülkiyyət kimi hazırda Cavabdeh1 məxsusdur.

15. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilib edilməməsindən asılı olmayaraq Cavabdeh1 vicdalı əldə edən kimi hüquqları qorunur və belə olan halda Cavabdeh1 ilə Cavabdeh2 arasında Saatlı rayonu Mircəlal kəndində yerləşən 3.0 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və onun adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə hər hansı əsas yoxdur.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublika Mülki Məcəlləsinin 140, 148.2, 152.1, 182.1, 337.1, 337.2, 337.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - təmin olunmayan hissədə ləğv edilməklə iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 vicdanlı alıcı olaraq qəbul etmişdir. Məhkəmə bu halda çoxsaylı normativ aktlara müraciət etsə də, məlum halda məhkəmə qeyd edilən normativ aktların prinsiplərin təhrif etmişdir və bunlar aşağıdakılardan ibarətdir: a) İş materiallarına əlavə edilmiş 2018-ci ildən başlanmış yazışmalardan məlum olur ki, o və ailə üzvləri məlum torpaq sahəsilə bağlı rəsmi qurumlara müraciət etmişdir. b) Saatlı rayon Mircəlal kənd ərazisində yerləşən ailəsinə məxsus 3 ha torpa q sahəsinin valideynlərinin adından Cavabdeh2 satılması ilə bağlı alqısatqı müqaviləsinin surətindən görünür ki, alqı-satqı müqaviləsi Saatlı rayon Mircəlal kənd Bələdiyyəsinin sədri X8 tərəfindən təsdiqlənmişdir. Bu halda Bələdiyyə sədrinin bu alqısatqı müqaviləsinin təsdiq edilməsinə səlahiyyəti çatması başqa sualdır, lakin X3 alıcı Cavabdeh1 qardaşıdır. Belə olan halda dəfələrlə 2016-cı ildən mübahisə barəsində Bələdiyyə sədri, Cavabdeh1 qardaşı Əyyar Astanovun məlumatlı olması, bu barədə qardaşına məlumat verib-verməməsi, kiçik bir kənd ərazisində baş verən mübahisədən Bələdiyyə sədrinin və qardaşının məlumatsız qalması həqiqəti əks etdirə bilərmi? İş materialları ilə sübut olunur ki, Cavabdeh2 və Astanov Əyyar torpaq sahəsinin mübahisəsi barədə məlumatlı olmuşdur. Bu halda qanunun düz ünə göstərişi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə işə səthi yanaşmış, yalnız formal tələblərə əsaslanmışdır. Belə ki, məlum torpaq sahəsi üzrə sahiblik, istifadə və sərəncam vermə hüququ 2008-ci ildən bu günə qədər bir gün olsun belə, nə Cavabdeh2, nə də Astanov Əyyara məxsus olmamışdır. Məhkəmə bu vacib sualı aydınlaşdırmamışdır. İddiaçı məhkəmə iclası zamanı bildirmişdir ki, 2018-ci ildən 2020-ci ilə qədər sözügedən torpaq sahəsini özü istifadə etmişdir. Cavabdeh1 mübahisəli torpaq sahəsini Cavabdeh2 alqısatqı müqaviləsi əsasında alsa da, onun alınması üçün heç bir ödəniş etməmişdir. Belə ki, cavabdehlər qohumdur və Cavabdeh1 kiçik bacısı Cavabdeh2 gəlinidir. Cavabdeh1 həmin torpaq sahəsinə 2020-ci ilin iyun ayında çıxarış əldə etmişdir. Cavabdehin müvafiq çıxarışı aldığı tar ixdən də əvvəlki zamanlarda dəfələrlə müvafiq qurumlara müraciətlər etmişdir. Həmin torpaq sahəsinin mübahisəli ərazi olmasına baxmayaraq, Cavabdeh1 həmin torpaq sahəsini biləbilə alğı-satqı müqaviləsi ilə almışdır. Cavabdeh1 torpaq sahəsini almamışdan əvvəl ona zəng edərək torpaq sahəsini aldığını, o, isə buna görə etirazını bildirmişdir. Qeyd edir ki, cavabdehin qardaşı da həmin dövrdə - 2010-2015ci illərdə bələdiyyə sədri olmuşdur. Həmin torpaq sahəsinə subsidiyanın verilməsi üçün “fermer kartı” da onun istifadəsində olmuş, subsidiyaları da o almışdır. Bunu icra nümayəndəliyi də təsdiq edər. Cavabdeh1 məhkəmə iclası zamanı bildirmişdir ki, o torpaq sahəsini alarkən qarşı tərəfin şikayət vermək hüququnun olduğunu bilməmişdir və həmin torpaq sahəsi məhkəmə çəkişməsində olduğundan məlumatı olmamışdır. 2019-2020-ci illərdə iddiaçının atası həmin torpaq sahəsində qanunsuz istifadə etdiyi üçün inzibati qaydada 10 gün həbs edilmişdir. O, torpaq sahəsini aldıqdan sonra iddiaçıya zəng edərək həmin torpaq sahəsini aldığını və həmin torpaqdan kənarda olmasını tələb etmiş, iddiaçı isə torpaq sahəsinin onun tərəfindən alınmasına etirazını bildirmişdir. Cavabdeh2 ona Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7074/2019 saylı qərarını göstərmiş və o da mübahisənin bitdiyini hesab etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı izahat verərək apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini göstərərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 4000 manata satmışdır. Cavabdeh1 və İddiaçı da eyni kənddə yaşamışlar. Mübahisədən m əlumatlı olmuşlar, lakin Cavabdeh1 artıq öz adına rəsmi sənəd almışdır ki, bu da mübahisənin bitdiyini göstərir.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(106)-255/2025 nömrəli qətnaməsi ilə (hakimlər-Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Tale Kərimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, iddianın təmin edilməyən - Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmaması hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir.

20. Məhkəmə iddianın Cavabdeh1 adına olan çıxarışın ləğv edilməsi hissəsində təmin olunmasını ona görə mümkünsüz hesab etmişdir ki, hazırkı halda iş üzrə daşınmaz əmlakı əldə edən Cavabdeh1 vicdanlı əldə edəndir. Belə ki, daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarını qoruyan əsas norma kimi Mülki Məcəllənin 140-cı maddəsi çıxış edir. Mübahisəli daşınmaz əmlak xx.xx.2009-cu il ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir. Eyni zamanda məhkəmə iclasında torpaq sahəsinin Cavabdeh1 satılması zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və onun vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı tərəf də Cavabdeh1 vicdanlı əldə edən olmasını ümumiyyətlə mübahisələndirməmişdir.

21. Məhkəmə tərkibi Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(106)2459/2020 və 2(106)-502/2021 saylı mülki işlərin materiallarını hazırkı mülki iş üzrə müəyyən edilmiş faktiki hallarla müqayisəli şəkildə araşdıraraq iddia tələbinin mübahisəli hi ssədə əsaslılığına lazımi hüquqi qiymət verməyi vacib hesab etmişdir.

22. Mübahisəli torpaq sahəsinin Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsindən sonrakı dövrlərdə hazırkı iş üzrə iddiaçının (ailə üzvlərinin) istifdəsində olması, X2 buna görə məhkəmə tərəfindən inzibati qaydada həbs olunması, hazırkı iş üzrə Cavabdeh2 və iddiaçıya qohum olan, eyni kənddə yaşayan, habelə alqısatqı zamanı həmin müqavilənin təsdiqində iştirak etmiş kəndin əvvəlki bələdiyyə sədri X5 qardaşı olaraq Cavabdeh1 məlum olmaya bilməzdi. Mübahisəli torpaq sahəsi üzrə məhkəmə prosesləri barədə torpağı rəsmi qaydada öz adına rəsmiləşdirən Cavabdeh1 xəbərsiz olması ağlabatan deyildir.

23. Cavabdeh1 hazırkı məhkəmə icraatında verdiyi izahatda Cavabdeh2 tərəfindən ona Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7074/2019 nömrəli qərarının göstərildiyini və o da torpaq mübahisəsinin artıq başa çatdığını hesab etməsini göstərmişdir. Kollegiya hesab etmişdir ki, Cavabdeh1 həmin əsasa istinad edərkən səmimi olmamışdır. Həmçinin Cavabdeh1 lazımi ehtiyatlılıq göstərərək – hər hansı hüquqşünasa, vəkilə, ən son hal olaraq alqı-satqı zamanı notariusa bu barədə sual versəydi, adıçəkilən qərarın hazırkı mübahisənin tamamlanıb-tamamlanmadığına aidiyyətinin olub-olmamasını dəqiqləşdirə bilərdi.

24. Eyni zamanda Cavabdeh1 tərəfindən özünün etiraf etdiyi kimi mübahisəli torpağın alınmasından sonra hazırkı iş üzrə İddiaçı zəng vuraraq bu barədə məlumat verməsi və həmin torpaqdan kənarda olmasını tələb etməsi də İddiaçı ilə Cavabdeh2 arasında mübahisənin faktiki olara q hələ də davam etməsindən məlumatlı olmasına dəlalət edir. Bundan başqa, 2(106)-502/2021 saylı saylı mülki işin materiallarına nəzər saldıqda müəyyən edilmişdir ki, Cavabdeh1 12 iyun 2020-ci il tarixdə (alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış və çıxarış xx.xx.2020-ci il tarixdə alınmışdır) Saatlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı adıçəkilən torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 həmin iddia ərizəsində mübahisəli torpaq sahəsində İddiaçı tərəfindən qarğıdalı bitkisinin əkildiyini göstərmişdir. Torpaq sahəsinin qarğıdalı bitksinin əkilməsi halı da özlüyündə mübahisənin mövcudluğunu və Cavabdeh1 bundan xəbərdar olmasını göstərir. 2018-2020-ci illər ərzində mübahisəli torpağı İddiaçı əkib-becərməsi işdə olan müxtəlif sübutlarla da təsdiq edilir. Adıçəkilən iddia Saatlı Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmiş, kassasiya şikayəti verilmədiyi üçün qətnamə qüvvəyə minmişdir.

25. Məhkəmə kollegiyası işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə görə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən əldə edilməsi zamanı vicdanlılıq tələblərinə əməl edilməmişdir. Bu həm hazırkı mülki işin materialları ilə, həm də Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(106)2459/2020 və 2(106)-502/2021 nömrəli mülki işlərin materiallarının tədqiqi zamanı müəyyən edilir.

26. Qeyd edilən səbəblərdən, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qüvvədə qala bilməz. Beləcə, mübahisəli torpaq sahəsinə dair adıçəkilən alqı-satqı müqaviləsi etibarsız hesab edilərək çıxarış ləğv edilməli, İddiaçı mülkiyyət hüquqları bərpa edilməlidir.

27. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfində n mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublika Mülki Məcəlləsinin 6.1.2, 16.1, 157.2, 425.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 (vəkil- Vəkil) kassasiya şikayəti verərək qətnamənin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsini etibarsız hesab etmiş və bununla da vicdanlı alıcı olaraq Cavabdeh1 hüquqlarını pozmuşdur.

31. Apellaysiya instansiyan məhkəməsi notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş h ansı şərtlərlərin pozulması ilə bağlanmasını və onun etibarsızlığını müəyyən edə bilməmişdir. Bu barədə məhkəmə qətnaməsində də hər hansı bir maddi hüquq normasına istinad etməmişdir.

32. Apellyasiya məhkəməsi qətnaməsində iddiaçının xeyrinə uyğun olaraq Mülki Məcəllənin 5.3-cü maddəsinə istinad etsə də, unutmuşdur ki, bu normanın tələbinə zidd olaraq iddiaçı və onun ailə üzvləri 2000, 2002-ci illərdə öz razılıqları ilə satdıqları 3 hektar torpaq sahəsini geri tələb edərək həmin torpaq sahəsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələrinin etibarsız, alınmış çıxarışların isə ləğv edilməsini tələb etməklə öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmişlər.

33. Apellyasiya instansiya məhkəməsi formalaşdırılmış hüquqi mövqeyə zidd olaraq qanunvericiliyin tələb etdiyi qaydalara əməl edilmək lə bağlanılmış müqavilənin etibarlılığını müəyyən etmədiyi üçün, iddiaçının hüquqdan sui-istifadə etməklə qanuni yolla bağlanılmış müqavilənin etibarsızlığını irəli sürməsini vicdanlılıq prinsipinə zidd hesab edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

39. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onu n hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

40. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

41. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

42. Maddə 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, g örülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

44. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

45. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

46. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edi lməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışını n hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Birinci instansiya məhkəməsi iddia tələbinin sonuncu alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinin o na görə rədd edilməsi qərarına gəlmişdir ki, əldə edən vicdanlı olmuşdur.

61. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisəli torpaq sahəsinin Saatlı Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli qiyabi qətnaməsindən sonrakı dövrlərdə hazırkı iş üzrə iddiaçının (ailə üzvlərinin) istifdəsində olması, X2 buna görə məhkəmə tərəfindən inzibati qaydada həbs olunması, hazırkı iş üzrə Cavabdeh2 və iddiaçıya qohum olan, eyni kənddə yaşayan, habelə alqı-satqı zamanı həmin müqavilənin təsdiqində iştirak etmiş kəndin əvvəlki bələdiyyə sədri X5 qardaşı olaraq Cavabdeh1 məlum olmaya bilməzdi. Mübahisəli torpaq sahəsi üzrə məhkəmə prosesləri barədə torpağı rəsmi qaydada öz adına rəsmiləşdirən Cavabdeh1 xəbərsiz olması ağlabatan deyildir. Bununla yanaşı apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi heç bir vaxt cavabdehin və ya torpaq sahəsini əldə etdiyi şəxsin sahiblik və istifadəsində olmamışdır. Bu baxımdan haqlı olaraq apellyasiya instansiya məhkəməsi cavabdehi vicdanlı alıcı hesab etməmişdir.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

63. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya ins tansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır.

66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 18 fevral tarixli 2(106)-255/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar