Məhkəmə qərarları › İş №2(102)-1877/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1877/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1877/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2216/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı (bundan sonra – iddiaçı) Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X7 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır. 2.Cavabdeh (bundan sonra – cavabdeh) Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X7 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır. 3.Şamaxı rayonu, Göylər kənd sakini Cavabdeh, X6 və X1 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 saylı qərarı ilə 1.62 ha həyətyanı torpaq sahəsi verilmişdir. 4.Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi mübahisəli torpaq sahələri ilə bağlı bildirmişdir ki, cavabdehin adına Şamaxı rayonunun Göylər kəndində JN1508 nömrəli dövlət aktına əsasən 1.62 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Şamaxı rayonu, Göylər kəndi ərazisindən X7ı kitabında xx.xx.2010-cu il tarixli 1328 nömrə ilə uçota alınmış (A225035) həyətyanı torpaq sahəsi kadastr kitabında iddiaçının adına qeydiyyata alınmışdır. Dövlət aktının verilməsinə əsas olmuş sənədlər DƏDRX-in 14 Saylı Şamaxı Ərazi İdarəsinin arxivində saxlanılmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz zəbt olunmuş, Şamaxı rayonu Göylər kəndində yerləşən ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş evin, yardımçı tikililərin onun öz hesabına sökülməsi və ona məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şamaxı rayonu Göylər kəndində 0.16 ha həyətyanı torpaq sahəsi var. O, Rusiya Federasiyasında yaşayır. Torpaq sahəsində ev tikmək məqsədilə Göylər kəndinə gəmiş, lakin cavabdehin ona məxsus torpaq sahəsini zəbt edərək orada özü üçün ev və əlavə tikililər tikdiyini görmüşdür. Əvvəl ona təklif etmişdir ki, tikilinin yarısından istifadə etsin yarısını boşaltsın, çünki o özü də ev tikmək istəyir. Amma qardaşı razı olmamış, bütün həyətin ona aid olduğunu bildirmişdir. B elə olan halda tələb etmişdir ki, evini və digər tikililərini söküb, onun torpağından çıxsın. Lakin cavabdeh imtina etmişdir. Ümumiyyətlə, onu həyətinə yaxın buraxmamışdır. 7.Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur və onun istifadəsindədir. Onun həmin torpağa dair plan və ölçü sənədi var. Əgər torpaq ona məxsus olmasaydı dövlət orqanı ona belə sənədi verməzdi. Orada tikililər tikmiş və onlardan istifadə edir. 8.Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(074)-125/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Natiq İsmayılov) iddia təmin edilmiş, cavabdehin qanunsuz zəbt etdiyi Şamaxı rayonu, Göylər kəndində yerləşən 1530,78 kv.metr iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş ev və yardımçı tikililərin cavabdehin he sabına sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılması qət edilmişdir. 9.Məhkəmənin 17 may 2022-ci il tarixli xüsusi qərardadı ilə mülki işin məhkəmə baxışı zamanı cinayətin əlamətlərinin (rəsmi sənədin saxtalaşdırılması ilə bağlı) olub- olmamasının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. 10.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.5, 157.2, 157.4, 164.1, 164.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandıraraq, iddianın təmin edilməsi nəticəsinə gə lmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, işin faktiki hallarını tam araşdırmadan əsassız qətnamə qəbul etmişdir. İddiaçı Rusiya vətəndaşı olduğu halda onun adına torpaq sahəsinin rəsmiləşdirilməsi qanunsuzdur. Cavabdehə son zamanlar məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçının adına onların dayıları tərəfindən rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində 2010-cu ildən cavabdeh tərəfindən fərdi yaşayış evi, xırda tikililər inşa edilmiş, həyətdə su quyusu qazılmışdır. Bütün bunlara o təxminən 60-70 min manat pul xə rcləmişdir. İddiaçının onunla qohumluq münasibəti pozulduğu üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın heç bir hüquqi əsası yoxdur. 13.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2216/2022 nömrəli iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının Rusiyada yaşamasını bildirərək, mübahisəli torpaq sahəsinə dair öz adına plan və ölçünü tərtib etdirdiyini bildirmiş, yəni dolayısıyla mübahis əli torpaq sahəsinin ilk olaraq ona yox, iddiaçıya məxsus olmasını etiraf etmişdir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsində onun tərəfindən fərdi yaşayış evinin inşa edildiyini, evin təmirli, istismara yararlı olması kimi arqumentləri əsas gətirmiş və hazırkı iddianın təmin edildiyi təqdirdə həmin evin dəyərinin ona ödənilməli olduğunu bildirmişdir ki, kollegiya bu formada cavabdeh tərəfindən irəli sürülən “razılaşma”ya da tənqidi yanaşaraq qeyd edir ki, evin dəyərinin ödənilməsi qarşılığında torpaq sahəsindən çıxmağa razılıq özlüyündə cavabdehin həmin torpaq sahəsinin həqiqətən iddiaçıya məxsus olması faktını qəbul etməsi kimi qiymətləndirilməlidir. 15.Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hüquqları daşınmaz əmla kın dövlət reyestrində qeydə alınmasa da, həmin torpaq sahəsinə dair iddiaçının adına hazırda qüvvədə olan plan və ölçünün mövcudluğu, habelə iddiaçının həmin torpaq sahəsinə dair maraqlarını aşkar bəyan etməsi kimi hallardan çıxış edərək demək olar ki, iddiaçı həmin torpaq sahəsinə dair gələcəkdə “qanuni gözlənti” hüququ olan şəxsdir. 16.Məhkəmə apellyasiya şikayətinin “iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsünün qanunsuz və əsassız olması” dəlili ilə bağlı hesab etmişdir ki, həmin torpaq sahəsinin plan və ölçüsü hal-hazırda qüvvədədir, bundan başqa hazırkı mübahisə cavabdehin iddiaçının adına verilmiş mübahisəli torpaq sahəsinin plan və ölçüsünün ləğvi barədə inzibati tələbi deyil, iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia tələbidir. 17.Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddəsi, Mülki Məcəllənin 152.1, 157.4, Torpaq Məcəlləsinin 84, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 18.Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 2000-ci ildən cavabdehin istifadəsində və sahibliyində olmaqla, 2010-cu il də orada yaşayış evi tikərək ailəliklə yaşayır. Bunu sübut edən Şamaxı rayonu, Göylər kənd İƏD-nin xx.xx.2022-ci il tarixli, 448 və Göylər Bələdiyyəsinin xx.xx.2022-cü il tarixli, 549 nömrəli arayışları vardır. Yerli bələdiyyəyə həmin torpağın vergisini ödəyir. Evdə istifadə etdiyi elektrik enerjisinin və qazın haqqını ödəyir. Bələdiyyədə torpağın iddiaçıya verilməsi barədə heç bir qeydiyyat yoxdur. Mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi barədə torpağın planı, ölçüsü barədə texniki sənədlər Torpaq Komitəsində işləmiş mərhum dayısı X2 tərəfindən ondan gizlin hazırlanmış və 14 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiya sı 22.Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllə 23.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 24.Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 25.Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 26.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 27.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsin də öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 28.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 29.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 30.Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 31.Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 32.Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 33.Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 34.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 35.Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 36.Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 37.Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ) Mülki Prosessual Məcəllə 38.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 42.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 44.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 45.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 46.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 47.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 48.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 49.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul olunmuşdur. 50.Belə ki, iddiaçı mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, cavabdeh tərəfindən inşa olunmuş tikililərin sökülməsini və cavabdehin sahədən çıxarılmasını tələb edir. 51.Cavabdeh isə mübahisəli torpaq sahəsini 2001-ci ildən istifadə etdiyini, orada tikililər inşa etdiyini və son 22 il ərzində orada yaşadığını, iddiaçının ona məxsus olan torpaq sahəsini onun xəbəri olmadan öz adına keçirdiyini bildirir. 52.Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etir azın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyyən edilərək iddia həll edilməlidir.

53. Birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasını, cavabdehin inşa etdiyi binaların dövlət reyestrində qeydə alınmamaqla qanunsuz və özbaşına tikililər sayıldığını nəzərə alaraq iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də gəlinən nəticə ilə razılaşmışdır. 54.Kollegiya qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. 55.Çünki, mülkiyyətçinin iradəsinə zidd və öz başına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Torpaq mülkiyyətçisi tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Çünki, binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. 56.Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklər ini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 57.Həmçinin, o da nəzərə alınmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar (məsələn, iqtisadi və ya sosial maraqlar) da “mülkiyyət hüquqları” hesab edilə bilər. 58.“Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, Önəryıldızın “davamlı surətdə və kifayət qədər uzun müddət ərzində” qanunsuz tikilidə yaşaması, ona qarşı adekvat tədbirlərin görülməməsi, onun belə vəziyyətdə dövlət orqanlarının dolayısilə dözümlülük nümayiş etdirməsi tikilinin sahibinin həmin tikiliyə mülkiyyət hüququnun tanınmasını şərtləndirir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq (vaxtında adekvat tədbirlərin görülməməsi, belə vəziyyətdə dövlət orqanlarının dolayısilə dözümlülük nümayiş etdirməsi və sair) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. 59.Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, “özbaşına tikinti və onun nəticələri ilə bağlı” Avropa Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə almadan, cavabdehin ailə üzvlərinin dairəsini müəyyən edib onları hazırkı işə baxılmasına cəlb etmədən və beləliklə də, hazırki iddianın qüvvədə olan qanunvericiliy in tələblərinə uyğun olaraq cavabdehə və ailə üzvlərinə bazar dəyəri miqdarında qabaqcadan müvafiq kompensasiya ödənilməli olmasına diqqət yetirməmişdir. 60.Beləliklə, mülkiyyətçinin və torpaq sahəsində tikinti aparmış şəxsin əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşya sahibinin (tikinti aparan şəxsin) qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. 61.O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. 62.Kassasiya kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilərkən iddiaçının buna razılıq verib-verməməsi, tikintinin mövcud olduğu 20 ilən artıq müddət ərzində iddiaçının susması, cavabdehin tikinti işlərinin apararaq tamamlanmasına şərait yaratması tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman inşaatın aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının tikintiyə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəki şmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir. 63.Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin torpaq sahəsindən çıxarıldığı təqdirdə həmin tikiliyə sərf etdiyi xərcin əvəzinin ödənilməsi barədə tələbi nəzərə alınmalıdır. 64.Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 65.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərində n biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. 66.Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. 67.Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli sahəyə daxil olması, orad a ev tikib yaşaması, uzun illər həmin sahədən və evdən təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü də müzakirə etməmişdir. 68.Belə ki, həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına da ir mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 69.İşin materiallarından görünür ki, cavabdeh iddiaya etiraz etsə də, artıq onun heç bir hüququ qalmadığı sahədə faktiki olaraq inşa etdiyi tikililərin əlindən alınmasına görə kompensasiya verilməli olmasını da vurğulamışdır. 70.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bu hallarına qiymət verməmiş, işin hallarının tam və hərtərəfli araşdırmaması ilə cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. 71.Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvesiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 72.Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquql arın səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il tarixli qərarı)

73. Bu baxımdan kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. 74.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(105)-2216/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar