Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1880/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 251/2023 nömrəli, 16 y anvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsində yerləşən 0.0313 ha torpaq sahəsində inşa edilmiş 32 saylı ev xx.xx.2017-ci il tarixdə İddiaçı (bundan sonra - iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.
2. Həmin ünvanda yerləşən 0.0215 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh (bundan sonra - cavabdeh) adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.
3. Cavabdehin həmin torpaq sahəsində fərdi yaşayış evinin inşası barədə layihəsinə Abşeron Rayon İcra Hakimiyyətinin xx.x x.2019-cu il tarixli məktubu ilə razılıq verilmiş, sonradan həmin layihə qeyri-yaşayış kimi razılaşdırılmış və xx.xx.2020-ci il tarixdə həmin orqan tərəfindən tikinti obyektinin istismarına icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı cavabdehə məxsus ümumi sahəsi 678 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi kimi inşa edilən qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmasını və bu barədə prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində 1980-ci ildən etibarən yaşayır. Hal-hazırda təqaüddədir. Qonşuluğunda, yəni Gündüz Abdullayev küçəsi 7 saylı evin arxasında Elbrus adlı sahibkarın inşa etdirdiyi, cavabdehə məxsus ümumi sahəsi 678 kv.m olan ikimərtəbəli fərdi yaşayış evi icazə əsasında, lakin təsdiq olunmuş layihədən kənara çıxmaqla inşa olunmuşdur. Tikinti böyük ticarət obyektinə, şadlıq evinə, kütləvi insan toplaşan obyektə bənzəyir. Həmin tikintidə şəhərsalma norma və qaydaları, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Şəhərsalma və Tikinti Məcəlləsi) tələbləri, ərazinin 20% sıxlığı, aparılan tikinti ilə qonşu tikililərlə yanğına qarşı ara məsafəsi gözləni lməmişdir. Hazırda, həmin sahədə aparılan qanunsuz tikili onun mülkiyyətində olan mənzildən istifadəsinə də maneələr yaratmışdır. Eyni zamanda, ərazidə davam etdirilən tikinti işləri nəticəsində toz, səs-küy və sairə xoşagəlməz hallar da mənzildə yaşayan sakinləri narahat edir və onların hüquqlarını pozur.
6. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası üzrə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 10/3346 saylı ekspert rəyindən görünür ki, cavabdehə məxsus tikilinin texniki parametrləri (ölçüsü, konfiqurasiyası, mərtəbəliliyi və.s.) iş materiallarına əlavə edilmiş 2020-ci il tarixli eskiz layihəsinə (iş.v 90-101) uyğundur, lakin həmin tikilinin inşası zamanı iddiaçının sərhəd hasarına münasibətdə Ş əhərsalma və Tikinti Məcəlləsinin 69.5ci maddəsinin tələblərinə əsasən ara məsafəsinin saxlanılmadığı müəyyən olunmuşdur. AzDTN 2.6-1 in 1 nömrəli əlavəsindən görünür ki, odadavamlılıq dərəcəsindən asıl olaraq tikililər arasında yanğın əleyhinə məsafələr minimum 6 metr təşkil edir. İddiaçıya məxsus tikili ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsi arasında olan məsafənin 5,5 metr olması nəzərə alınaraq, tikililər arasında olan məsafənin AzDTN 2.6-1 in 1 nömrəli əlavəsinə uyğun olmadığı müəyyən olunmuşdur.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli, xx/xx-03985 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.1.1., 69.1.2., 69.2., 69.3., 69.4., 69.5., 69.5.1., 69.5.2., 69.5.3., 69.5.2-12., 69.5.3-cü maddələrinə əsasən, cavabdehə məxsus qeyri-yaşayış obyektinin hündürlüyü 6,9 metr olduğundan həmin tikilidən öz torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi (69.5.1) 6.9 x 0.6 = 4.14 metr təşkil etməli idi. Faktiki olaraq cavabdehə məxsus qeyri-yaşayış obyekti ilə hasar arasındakı məsafə 0,85 metrdir. Bununla da ara məsafəsinin pozulduğu müəyyən olunmuşdur. Lakin, iş materiallarında olan 2020-ci il tarixli Eskiz Layihəsində bu binanın adı qeyri-yaşayış obyekti kimi göstərilmişdir. Cavabdehə məxsus torpaq sahəsinin çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğunu nəzərə alaraq bu ərazidə qeyri-yaşayış obyektinin tikilməsinin mümkünlüyü hüquqi məsələ olduğundan, inşaat mütəxəssisinin səlahi yyətlərindən kənar olduğu üçün cavablandırılmamışdır. Yaşayış (Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş fərdi yaşayış evləri istisna olmaqla), ictimai və sənaye binalarının (həmçinin, qeyri-yaşayış binalarının) tikilməsi zamanı AzDTN 2.6-1* (Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması) normalarının 1 nömrəli əlavəsində göstərilmiş Cədvəl 1-in yanğın əleyhinə tələblərinə əsasən qəbul etmək lazımdır. Bu cədvəldən də göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus qeyri-yaşayış obyekti arasındakı yanğın əleyhinə məsafə qeyri-yaşayış obyektinin təyinatından və hansı odadavamlılıq dərəcəsinə aid olmasından asılı olaraq yuxarıdakı cədvəldə olan ölçüdə olmalı id i. Minimal halda bu ölçü 6,0 metr təşkil etməli idi. Faktiki olaraq 5.4 metrdir. Bu da yanğın əleyhinə tələblərin pozulduğunu göstərir. Şəhərsalma və Tikinti Məcəlləsinin 89.1.61-ci maddəsinə əsasən qeyri-yaşayış obyektinin ümumi sahəsi 500 kvadratmetrdən çox, yəni 685,08 kvadratmetr olduğundan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində X1 Baş İdarəsinin rəyi alınmalıdır. 1-ci və 2-ci mərtəbə örtüyü zavod istehsalı olan çoxboşluqlu panellərlə örtülmüşdür. Panellərin montajı zamanı tələb olunan tikinti normalarına riayət olunmamış, panellərin baş hissələrinin birləşməsi dəmir-beton kəmərlərlə bağlanması qaydalarına əməl olunmamışdır; çoxboşluqlu örtük panelləri uzununa istiqamətdə rigellər üzərinə oturdulmuş və eninə rigellər üzərində panellərin arasında seysmik tələbata görə horizontal disk yaradılması üçün armatur karkas nəzərdə tutulmalı və betonlanmalıdır. Hazırda, yerində panellərin arası tikinti zibili ilə doldurulmuşdur ki, bu da yolverilməzdir; zavod istehsalı olan panellərin sertifikatı təqdim olunmamışdır; eyni zamanda tikilinin eyvanı üçün çoxboşluqlu panellərdən 1 m-ə qədər konsol yolverilməzdir; tikilinin ön fasadında 2-ci mərtəbə səviyyəsində fasad divarı çoxboşluqlu panellərin üzərində hörülmüşdür. Panellərin üst zonasında montaj armaturlu, alt zonasında isə işçi armaturlar yerləşdiyindən belə hal yolverilməzdir; iddiaçıya məxsus hasarda müxtəlif istiqamətdə çatlar əmələ gəlmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək qeyd etmişdir ki, mütəxəssis rəyinə əsasən, ara məsafənin pozulması, həmçinin, yanğın təhlükəsizliyinin tələblərinin, tikintinin külli miqdarda pozuntuya yol verilməklə aparılması müəyyən edilmişdir. Bununla da aparılmış tikilinin qanunsuz olaraq həyata keçirilməsi açıq-aşkar görünür. Abşeron rayonu ərazisində yerləşən evlərdə çatlar varsa, bu, o deməkdir ki, həmin ev ya düzgün tikilməmiş və ya ona kənar təsirlər mövcuddur. Həmin çatların məhz qanunsuz tikili olan hissədə, yəni ona çarpaz şəkildə yerləşən yerdə yaranması həmin tikilinin inşası zamanı yaranmasını istisna etmir. Bunun fərdi yaşayış evi üçün nəzərdə tutulmuş, lakin sonradan qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərəcək tikilinin inşası zamanı onun özülünün qazılması, texniki avadanlıqların istifadə edilməsi anında yaranması mümkündür. Beləliklə də, iddiaçının mənzilində gözlə görünəcək dərəcədə çatlar yaranmışdır. İddiaçı və onun oğlu tikili inşa edilərkən qonşuluq prinsipinə uyğun olaraq halallıq vermiş, cavabdeh tikili inşa edilərkən müəyyən vədlər vermiş, lakin sonradan qanunun tələblərinə uyğun olmayan şəkildə tikili inşa etdirməyə başlamışdır. Cavabdeh tərəfindən inşa edilməsi nəzərdə tutulan tikilinin qanunsuz olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də, cavabdehin göstərilən əməllərində cinayət tərkibinin əlamətləri vardır ki, bu hallar da məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçının subyektiv hüququnun pozulması ilə bağlı kifayət qədər faktlar var. Həm ekspert rəyi, həm də ara məsafəsi, yanğın təhlükəsizliyi məsələsi burada rol oynayır. Belə ki, həmin ərazidə yanğın, fövqəladə hal baş versə onun aradan qaldırılması çətinliyi yaranacaqdır. Qanunsuz və qeyri-yaşayış sahəsi olması ilə bərabər id diaçının mülkiyyətindəki tikilinin də təhlükəsizliyinə maneə yaradır. Bu hal iddiaçının da narahatlığına səbəb olur, çünki dövlət vətəndaşın mənzil hüququna təminat verir. Tikili qanunsuz olmaqla yanaşı, təhlükəsizlik qaydalarına da cavab vermir. Belə ki, həmin tikilinin hər an uçmaq təhlükəsi var, yanğın olduqda onun söndürülməsi çətinlik yaradır ki, bu da ən böyük təhlükədir. Tikili keyfiyyət baxımından da qanunsuzdur. Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin izahatı əsasında belə bir fikir formalaşır ki, pozuntu olsa da əhəmiyyətli dərəcədə deyildir. Halbuki, istənilən halda, yəni əhəmiyyətli olub-olmamasından asılı olmayaraq burada ilkin növbədə, iddiaçının subyektiv hüququ pozulur. Panellər birbaşa sağlamlığa ziyan mənbəyidir. Bu səbəbdən də, ümumilikdə, qanunvericiliyin tələbləri pozulmaqla inşa edilmiş tikili sənədləşdirilə bilməz. İddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin inşasına icazə verilsə də, tikinti işləri aparılandan sonra ara məsafəsinin olmadığı, böyük tikili olması müəyyən olunduğundan göstərilən hal artıq iddiaçının narazılığına səbəb olmuşdur.
9. Cavabdeh iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, iddia ərizəsi cavabdehə qarşı verilsə də, mübahisələndirilən tikili cavabdehin və onun qonşuluğunda olan X2 mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Birlikdə qeyd olunan torpaq sahəsi 0.0380 ha-dan ibarətdir. Qanunvericilikdə tikilinin iki ayrı-ayrı şəxsə məxsus torpaq sahəsində inşa edilməsinə qadağa yoxdur. Hesab edir ki, ekspert rəyində bu halın nəzərə alınmaması həmin rəyin dəqiq olmamasına gətirib çıxarır. İkinci hal da ondan ibarətdir ki, cavabdeh tərəfindən inşa etdirilmiş tikilinin qeyri-yaşayış olması faktiki olaraq müəyyən oluna bilər, lakin bu, hüquqi cəhətdən müəyyən olunmuş hal kimi qəbul edilə bilməz. Belə ki, tikinti işləri görülsə, müvafiq layihə təsdiq olunsa da, həmin tikili üzərində hüquq qeydiyyata alınmamışdır. Tikiliyə dair sənədlər texniki sənədlər kimi qəbul olunmalıdır. Ekspert rəyinə əsasən tikililər arasında ara məsafəsinin 6 metrdən ibarət olmasının vacibliyi qeyd edilmişdir. Lakin bu hal kompleks şəkildə araşdırılmamışdır. Həmçinin, ara məsafəsi 5.4 metr deyil, daha çoxdur və dəqiq müəyyən olunmayan ara məsafəsi əsasında verilmiş rəyin nə dərəcədə əsaslı olması şübhə doğurur. Rəydə qeyd olunmuşdur ki, cavabdehə məxsus qeyri-yaşayış obyektinin hündürlüyü 6.9 metrdir. Yuxarıda göstərildiyi kimi, tikilinin qeyri-yaşayış olması həmin tikili üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra müəyyən oluna bilər. Tikinti qanunvericiliyinə görə inşa edilmiş tikilinin inşası üçün məlumatlandırma icraatı nəzərdə tutulur. Az DNT 2.6-1 in 1 nömrəli əlavəsinin 1 müddəasında qeyd olunur ki, yaşayış, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş fərdi yaşayış evləri istisna olmaqla), ictimai və sənaye müəssisələrinin köməkçi binaları arasında yanğın əleyhinə məsafələri cədvəl 1 üzrə, sənaye və kənd təsərrüfatı binaları arasında məsafələri qüvvədə olan normativ sənədlərin (SNiP İİ-89 və SNiP İİ-97) tələblərinə əsasən qəbul etmək lazımdır. Lakin rəyə əsasən, ara məsafənin 6 metr olması burada səhv nəticəyə gəlinmişdir. Həmçinin eks pert özü iddiaçının mövqeyindən təşəbbüs göstərərək, qoyulmuş suallardan kənara çıxaraq, hətta hansı məntiqlə isə hasarda da, iddiaçıya məxsus evdə əmələ gələn çatların da cavabdehin inşa etdirdiyi tikilinin inşası səbəbindən baş verdiyi qənaətinə gəlmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, mütəxəssis rəyi ilə tanış olmuş və özü də standart ölçü işini aparmışdır. Tikilinin inşası ilə iddiaçıya məxsus olan evdə çatların olması mümkün deyildir. Rəydə çatların olması öz təsdiqini tapsa da, lakin həmin çatların məhz tikilidən əmələ gəldiyi müəyyən olunmamışdır. Tikilinin inşası layihə ilə təsdiq olunmuşdur. Həmin yerdə pəncərə görünüşü yoxdur, sadəcə divar vardır. İkincisi, balkonlar və çıxıntılar iddiaçının evi t ərəfinə deyil, çölə tərəf baxır. O, bunu rəyə əsasən deyil, faktiki olaraq öz fikrinə əsasən qeyd edir. Həmçinin, hüquqlarını təmsil etdiyi şəxslə fərdi söhbət əsnasında müəyyən olunmuşdur ki, cavabdeh həmin tikilini qeyri-yaşayış obyekti kimi nəzərdə tutsa da, hazırkı müddətdə iqtisadi vəziyyətlə əlaqədar olaraq, qeyd olunan tikilinin təyinatı üzrə fəaliyyət göstərməsi nəzərdə tutulmamışdır. O, tikilinin içinə daxil olmamışdır. Cavabdehə məxsus tikilinin iddiaçının balkonuna hər hansı bir maneçiliyi yoxdur. İddiaçı tərəfindən cavabdehə məxsus tikilinin inşası zamanı səs-küy, toz-torpağın olması qeyd olunsa da, tikilinin aparılması zamanı göstərilən hallar tam normaldır.
11. Üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehə məxsus olan məlumatlandırma xarakterli fərdi yaşayış evi kimi inşa edilmiş və əldə olunmuş məlumata əsasən, sonradan həmin tikilinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təyinatı dəyişdirilmişdir. Təyinatın dəyişdirilməsi qanunla yerli icra hakimiyyətinin səlahiyyətinə daxildir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən həmin obyektlə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə heç bir məlumat daxil olmamışdır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə yazılı şəkildə rəy tərtib olunmuşdur. Yerli baxışda mütəxəssislər iştirak etmiş və o, mütəxəssislərlə danışıqlar aparmış, iddiaçıya məxsus sərhədləri müəyyən edən hasarda və evdə çatların olduğu bildirilmi ş lakin həmin çatların bilavasitə cavabdeh tərəfindən inşa edilmiş tikilinin təsiri nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçıya məxsus evdə çatların əmələ gəlməsi evə birləşdirilmiş artıma tikililərin mişar daşları ilə evin divarına birləşdirici hissələrinə yaranmışdır ki, bu isə tikintinin qüsurlu aparılması ilə əlaqədardır, cavabdehin tikintisi ilə əlaqədar deyildir. Düzdür cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyekti tikinti norma və qaydalarına cavab vermir, lakin iddiaçının evinə də hər hansı təhlükə yaratmır. Hazırda cavabdeh tərəfindən inşa edilmiş tikiliyə münasibətdə gələcəkdə müvafiq qurum tərəfindən istismara qəbul aktı verilə bilər. Bu da qanunvericiliyə uyğundur.
12. Digər üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi izahatında idd iaya etiraz edərək bildirmişdir ki, iddiaçının göstərdiyi zədələrin yaranma səbəbi kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin vurduğu ziyan qeyri-müəyyəndir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsində cavabdeh ev tikdirmək istədiyini ona bildirmiş və o, həmin zaman Abşeron rayonunda məsul işdə çalışdığı üçün sənədləşmə işlərinin aparılmasında yardım edəcəyini bildirmişdir. İlk növbədə, iddiaçının oğlu ilə o, görüşmüş, razılığını almış, eyni zamanda, səlahiyyətli qurumlardan da icazəni almışdır. Tikinti işlərinin həyata keçirilməsindən sonra iki dəfə iddiaçı tərəfindən şikayət edilmiş, sonradan iddiaçı ilə görüşəndə iddiaçı özünə məxsus olan evindən 1-2 m irəlidə tikinti işləri aparmağa icazə verdiyini bildirmişdir.
14. M əhkəmə tərəfindən 13 iyun 2022-ci il tarixdə mübahisəli ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçıya və cavabdehə məxsus ikimərtəbəli fərdi yaşayış evləri yanaşı inşa edilmişdir. İddiaçıya məxsus olan evə artırma şəklində eyvan inşa edilmiş və həmin eyvan evin divarına birləşdirilərək inşa edilmişdir. Eyvandan aşağıya doğru evlə birləşdirici hissəsində çatların yaranması müşahidə edilmişdir. İddiaçıya məxsus olan fərdi yaşayış evinə edilmiş artırma nəticəsində balkonla evin divarı arasında birləşən nöqtələrdən çatların yaranması müşahidə olunmuşdur. İddiaçının fərdi yaşayış evi ilə cavabdehin inşa etdirdiyi tikili arasında məsafə ölçüsü aparılmış və məsafənin 5,75 m olması müəyyən edilmişdir.
15. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012) -128/2022 nömrəli, 16 iyun 2022-ci il tаrixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası zamanı, həmçinin tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin divarlarında çatların yaranması öz təsdiqini tapmışdır. İddiaçının evinə artırma şəklində eyvan inşa edilmiş və bunun nəticəsində həmin eyvandan aşağıya doğru çatların yaranması müşahidə edilmişdir. Başqa sözlə, cavabdehə məxsus tikilinin qanunvericiliyin tələbləri pozulmaqla inşa edilməsi müəyyən olunsa da, bu pozuntunun iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozulma, bilavasitə, bu pozuntu ilə iddiaçının fərdi yaşayış evində çatların yaranması a rasında səbəbli əlaqənin olması öz təsdiqini tapmamış, iddiaçı tərəfindən də bu barədə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, mütəxəssis rəyində iddiaçıya məxsus olan hasarın üzərində əsaslı şəkildə çatların yaranması müəyyən olunsa da, həmin çatların yaranma səbəbi qeyd olunmamış, bilavasitə cavabdehin inşa etdirdiyi tikinti ilə səbəbli əlaqəsi müəyyən edilməmişdir.
17. Beləliklə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsasını təşkil edən halları, yəni həmin çatların həqiqətən də pozuntu nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir.
18. Məhkəmə araşdırılması zamanı cavabdehə məxsus qeyri-yaşayış obyektinin iddiaçının hüquqlarını pozmasına dair hər hansı sübutlar müəyyən edilmədiyindən, həmin obyektin qeyri-qanuni olması və sökülməsi üçün məhkəməyə müraciət edilməsi səlahiyyəti qanunvericiliklə müvafiq orqana həvalə edilmişdir ki, həmin orqanın məhkəməyə müraciət etmək hüququ vardır.
19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 146, 152.1, 180.1, 180.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2, 69, 95.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Şikayət, mülkiyyət hüququnun pozulması, işin faktiki hallarının işdə olan sübutlarla deyil, hakimin özünün mülahizəsi əsasında qiymətləndirilməsi, tikintinin qaydaları pozmaqla aparılması, qanunsuz tikilməsi, bunun nəticəsində həmin ərazidə olan evlərdə çatlar yaranması, tikilinin qanunsuz olması halının nəzərə alınmaması, ara məsafəyə riayət edilməməsi, iddiaçının mülkiyyətində olan tikilinin təhlükəsizliyinə mane yaradılması faktının nəzərə alınmaması, baş vermiş çatların qanunsuz tikilinin nəticəsində yaranması halının müəyyən edilməməsi kimi arqumentləri ilə əsaslandırmışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-251/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova və S.Qafa ri) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə vurğulamışdır ki, indiki halda iddiaçının iddia tələbi məhz cavabdehə məxsus fərdi yaşayış evinin qanunsuz tikili kimi onun öz hesabına sökülməsindən ibarət olmuş, iddia tələbinin əsası kimi həmin tikilinin qanunsuz olması və onun mülkiyyət hüququnu pozması ilə əsaslandırmışdır. Bu halda, hazırkı mülki iş üzrə mübahisə predmeti olan tikilinin qanunsuz tikili olub-olmaması halı müəyyən edilməklə yanaşı, həmin tikilinin iddiaçının mülkiyyət hüquqlarına qəsd edibetməməsi, onun üçün təhlükə törədib-törətməməsi, mülkiyyət hüquqların ın realizəsi üçün hər hansı maneə yaradıb-yaratmaması halı, onlar arasında səbəbli əlaqənin olması halı müəyyən edilməlidir. Yalnız bu halda iddiaçının mübahisə predmeti olan tikiliyə dair qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüquqa malik olması halı ortaya çıxmış olur. İndiki halda mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi, onun qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq qaydalara (habelə iş üzrə müəyyən edilmiş digər tikinti norma və qaydalarına) əməl edilməməsi halı müəyyən edilmiş olsa da, qeyd edilən halın ciddi pozuntu qismində çıxış etməklə, iddiaçının mülkiyyət hüququna qəsd etməsi, mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakdan (fərdi yaşayış evindən) istifadə etməsinə, sahiblik və sərəncam səlahi yyətlərinin realizə edilməsinə maneçilik törətməsi, habelə hər hansı formada mülkiyyət hüquqlarının pozulmasına səbəb olması halı müəyyən edilməmişdir.
24. Həmçinin, mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində iddiaçıya məxsus tikilidə çatların məhz cavabdehə məxsus tikilinin inşası ilə əlaqədar yaranması halı müəyyən edilməmiş, iddiaçı tərəfindən də qeyd edilən halla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
25. İddiaçının iddia tələbi ona məxsus yaşayış evinə vurulmuş maddi ziyanın aradan qaldırılması (müəyyən edilməsi) ilə bağlı olmamış, tikilinin qanunsuz tikili kimi sökülməsi ilə bağlı olmuş, iddia tələbinin əsası kimi isə ara məsafəsinin gözlənilməməsi, tikinti işləri nəticəsində toz, səs-küy, xoşagəlməz halların hüquqlarını pozması, tikilinin qanunsuz tikilməsi, mülkiyyət hüquqlarını pozması kimi hallara istinad edilmişdir.
26. Bu baxımdan, hətta həmin hal müəyyən edilmiş olsa idi belə, qeyd edilən hal o halda iddia tələbinin əsası kimi çıxış edə bilərdi ki, pozuntu iddiaçının mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozmaqla (mülkiyyət hüququnun həyata keçirilməsinin mümkün olmaması, həyat və sağlamlıq üçün real təhlükəli hal olması, həmin pozuntunun başqa qaydada aradan qaldırılmasının qeyri-mümkün olması və bu kimi digər hallar) mülkiyyət hüququna qəsd kimi mövcud olmuş olsun. İndiki halda apelyasiya şikayətinin dəlili kimi istinad edilən həmin halları müəyyən edilməmişdir.
27. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 152.5, 157.4, 170.2, 180.1, 180.2 180.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 74.1, 74.2, 76.3-cü və MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa m aneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahə sində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilm əz.
36. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Şəhərsalma və Tikinti Məcəlləsi
37. Maddə 69.1 Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
38. Maddə 69.2 Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır.
39. Maddə 69.4 Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
40. Maddə 69.5.2-1 Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi öıçüsündə müyyən olunur.
41. Maddə 74.1 Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.
42. Maddə 74.2 Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.
43. Maddə 76.3 Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüq uqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
54. Nəzərə alınmalıdır ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının sökülməsini tələb etdiyi tikilinin fərdi yaşayış evi kimi inşasına Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmaqla başlanmış, eyni zamanda sonradan təyinatının qeyri-yaşayış sahəsinə çevrilməsi də həmin orqanla razılaşdırılmış və tikinti obyektinin istismarına icazə verilmişdir. İstinad olunan icazələr (aktlar) hal-hazırda da qüvvədədir.
55. Mövcud vəziyyətdə (həmin aktlar inzibati icraat qaydasında ləğv olunmadan) mübahisəli tikilinin sökülməsi tələbinin təmin olunması iki halda mümkün ola bilər: 1) tikili razılaşdırılmış layihə sənədl ərinə uyğun inşa edilməsin (həmin sənəddən kənara çıxmaqla inşa edilsin) və bu hal iddiaçının hüquqlarına və qanuni mənafelərinə toxunsun; 2) tikilinin mövcudluğu iddiaçının hüquqlarına və qanuni maraqlarına zidd olsun, onun özünün sağlamlığı və əmlakına real təhlükə yaratsın.
56. Hazırkı iş üzrə təyin edilmiş ekspertizalar əsasında məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikili layihə sənədlərinə uyğun inşa edilmişdir. Tikilinin inşası ilə bağlı keyfiyyət problemləri olsa da, həmin pozuntular iddiaçının hüquqlarının və qanuni mənafelərinin real pozulmasına səbəb olmur. Məhkəmələr, həmçinin iddiaçının fərdi yaşayış evində əmələ gəlmiş çatlarla mübahisəli tikilinin inşası arasında səbəbli əlaqənin olduğunu müəyyən etməmişdir.
57. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi məhkəmədə verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyekti tikinti norma və qaydalarına cavab verməsə də, tikili iddiaçının evinə də hər hansı təhlükə yaratmır.
58. Məhkəmələr qeyd etmişdir ki, cavabdehə məxsus qeyri-yaşayış obyektinin iddiaçının hüquqlarını pozmasına dair hər hansı sübutlar müəyyən edilmədiyindən, həmin obyektin sökülməsi üçün məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə buna müvafiq səlahiyyət verilmiş dövlət orqanlarına məxsusdur.
59. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində bel ə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-251/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.