Məhkəmə qərarları › İş №2(102)-1881/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1881/2019

01.04.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1881/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sabunçurayon Məhkəməsinin 2(008)-2895/2018 saylı, 23 may 2018-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər V.Həsənov və N.Cəfərov, İş № 2(103)-10989/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçurayon Məhkəməsinin 2(008)-2895/2018 saylı, 23 may 2018cı il tarixli qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilməsi, İddiaçı iddiası Cavabdeh1 qarşı hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən ona məxsus ** TN *** dövlət qeydiyyat nişanlı “Hyundai TG” markalı avtonəqliyyat vasitəsinin alınaraq, ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda g östərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməyərək kobudcasına pozmuşdur. Ona görə də Bakı Apellyasiya məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyi şdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişd irilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Hyundai TG” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil 26 may 2015-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 09 fevral 2018-ci il tarixli məktubu və əlavə olunmuş çıxarışlara əsasən görünür ki, avtomobili idarə etmək və onun barəsində sərəncam vermək üçün mülkiyyətçinin adından müxtəlif şəxslərə, o cümlədən 06.10.2015-ci il tarixdə Cavabdeh1 etibarnamə verilmiş, sonuncu etibarnamə 05 dekabr 2017-ci il tarixdə Cavabdeh2 verilmiş, 24.01.2018-ci il tarixdə mülkiyyətçi tərəfindən həmin etibarnamələr ləğv edilmişdir. Avtomobil iddiaçının razılığı ilə etibarnamə əsasın da Cavabdeh1 iddiaçının kredit ödənişlərini həyata keçirmək şərti ilə verilmiş, onun tərəfindən isə digər şəxslərə eyni qaydada etibarnamə əsasında verilmişdir. Apellyasiyainstansiyasıməhkəməsinin gəldiyi nəticədən görünür ki, iddiaçı tərəfindən mükiyyətində olan “Hyundai TG” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş etibarnamələr ləğv edildiyindən iddiaçı əmlakını ona qanunsuz sahiblik edən şəxsdən tələb etməkdə haqlıdır. İddiaçı tələbini 2 cavabdehə qarşı irəli sürdüyündən birinci instansiya məhkəməsi nəqliyyat vasitəsinin cavabdehlərdən hansının istifadəsində və sahibliyində olduğunu araşdırmalı və iddia yalnız avtomobilə faktiki sahiblik edən cavabdehə qarşı hissədə təmin edilməli idi. Cavabdehlərin apellyasiya şikayətlərinin məzmunundan və Baş Dövlət Yol P olisi İdarəsinin 09 fevral 2018-ci il tarixli məktubuna qoşmadan görünür ki, nəqliyyat vasitəsi 06.03.2016-cı il tarixədək Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh2 apellyasiya şikayətində göstərmişdir ki, o avtomobili X1 almışdır. İddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi Cavabdeh1 sahibliyində olmadığından qətnamə ona aid hissədə ləğv edilərək iddia Cavabdeh1 qarşı hissədə rədd edilməlidir. Cavabdeh2 apellyasiya şikayətində nəqliyyat vasitəsinin X2 adlı şəxs tərəfindən ondan geri alındığını göstərsə də bu barədə apellyasiya şikayətinə hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh2 apellyasiya şikayətində nəqliyyat vasitəsini X1 etibarnamə əsasında aldığını qeyd etsə də, müəyyən edilmişdir ki, həmin şəxsin adı “Hyundai TG” markalı, ** TN *** dövlət qeydiyyat nişa nlı avtomobillə bağlı etibarnamə verilmiş şəxslərin sırasında yoxdur. Nəqliyyat vasitəsinə etibarnamə əsasında sonuncu sahiblik edən şəxs Cavabdeh2 olduğundan və həmin şəxsin nəqliyyat vasitəsini qanuni əsaslarla digər şəxsə verildiyini təsdiq edən sübutlar olmadığından iddianın ona qarşı hissədə təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Sabunçurayon Məhkəməsinin 2(008)-2895/2018 saylı, 23 may 2018-cı il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıda kıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəməkollegiyasıhesabedirki, apellyasiyainstansiyasıməhkəməsininişmateriallarıüzrəgəldiyinəticəqanunivəəsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları, tərəflərin qarşılıqlı münasibəti və mülki işin materiallarına istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəsi əsaslı və həmin nəticəyə tətbiq edilmiş hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyasıkassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərəkhesabedirki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göst ərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərəkdüzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini təkzib edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcədəMPM-in 14, 77, 88, 217, 218, 372.1. 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habe lə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar