Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1881/2023 10.04.2023 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(067)-1097/2023 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı (Vəkil2) şikayəti üzrə işə yazılı icraat qaydasında 10 aprel 2023-cü il tarixdə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə 30 avqust 2021-ci il tarixli, 57 nömrəli əmrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (hakim V.Qasımova) 08 dekabr 2022-ci il tarixli, 2(067)-3465/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması, ərizəçiyə hazırki tələbi ilə bağlı olaraq müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ olmasının izah edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Mahmudov (məruzəçi), L.Rəhimli və L.Məmmədova) 6 fevral 2023-cü il tarixli, 2(105)-552/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismə n təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(067)-3465/2022 saylı qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin 29 dekabr 2022-ci il tarixli, 2(067)-3465/2022 saylı qərardadı qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilmiş, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, tələb müvafiq əmrin ləğv olunması olsa da, əslində həmin əmr dövlət hakimiyyəti orqanının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edən və onunla fiziki şəxs arasındakı münasibətlərdən, daha dəqiqi icarə müqaviləsindən irəli gələn mübahisələr kateqoriyasına aid olduğundan birinci instansiya mə hkəməsinin mövqeyi düzgün olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(067)-1097/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, 57 saylı əmrdən müəyyən olunmuşdur ki, İddiaçı ilə arasında turizm və rekreasiya məqsədilə icarə müqaviləsi bağlanmışdır. Hazırda mövcud olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan iş məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. İddiaçı (Vəki l2) Xaçmaz Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(067)1097/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə həmin şikayətin MPM-in 269.3-cü maddəsinə əsasən baxılması üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən məhkəmə Azərbaycan Respublikası MPM-in 26.1 və 152.1.3-cü maddələrinə, habelə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020- ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndinə istinad etmişdir. Halbuki həmin Qərarın 13-cü bəndi ümumilikdə ən azı iki qarşı tərəfin bir və ya bir neçə tələb üzrə birgə və yaxud ayrıayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin aidiyyəti məsələsini müəyyən edir. 15 dekabr 1992-ci il tarixli “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İddiaçı cavabdeh Samur-Yalama Milli Parkına qarşın həmin parkın direktorunun tərəflər arasında bağlanmış istıf adə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə 30 avqust 2021-ci il tarixli 57 nömrəli əmrinin ləğv edilməsi barədə iddia tələbinin isə hazırkı şəraitdə (halda) sahibkarlıq fəaliyyətinə hər hansı bir əlaqəsi olmamışdır. Həm də Samur-Yalama Milli Parkı dövlət orqanı olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölməsidir. Odur ki, birinci instansiya məhkəməsi “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndinə deyil, həmin Qərarın 25-ci bəhdinin 4-cü cümləsinə istinad etməli idi. Həmin cümlədə göstərilmişdir ki, dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(067)-1097/2023 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(067)-1097/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləs inin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Həmçinin cavabdeh Samur-Yalama Milli Parkı hüquqi şəxsdir. Mübahisə tərəflər arasında bağlanmış torpaq sahəsinin turizm məqsədilə uzunmüddətli icarəyə verilməsi barədə müqavilənin birtərəfli qaydada xitam verilməsindən yaranmışdır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə i ştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyə tinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həya ta keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ müba hisələr aiddir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı 25-ci bəndinin 4-cü hissəsinin hazırki münahisəyə aidiyyəti yoxdur. Belə ki, həmin bənddə söhbət əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdən gedir. Tərəflər arasında yaranan mübahisə isə müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərinə aiddir və həmin bəndin təsiri altına düşmür. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prosses ual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı (Vəkil2) kassasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1097/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1881/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-1881/2023
10.04.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver