Məhkəmə qərarları › İş №2(102)-1882/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1882/2021

22.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1882/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ortaq divarın üstündə tikilmiş tikilinin sökülməsi tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin vəkili X9 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7338/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Məhəmməd qızı tərəfindən verilmiş kassasiya şi kayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları ünvan 1 ünvanındakı fərdi yaşayış evi ½ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. 11.12.2015-ci il tarixdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evini X6 bağışlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış 19 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 17 saylı yaşayış evinin 1-ci mərtəbəsində yerləşən mətbəx tikilisinin və sanitar qovşağının, eləcə də 2-ci mərtəbənin bütünlüklə texniki pasportda əks olunmadığı, həmçinin 2-ci mərtəbədə yerləşən tikilinin bir hissəsinin (5,0 metr) iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhəddində mövcud olan ortaq divarın üzərində inşa edildiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiqolunan yaşayış evinin 1-ci mərtəbəsindəki sanitar qovşağının, mətbəx tikilisinin, eləcə də 2-ci mərtəbədəki tikililərin inşa edilməsinə dair müvafiq icazə sənədləri olmadığından, həmin tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilmişdir. ünvan 2 ünvanındakı fərdi yaşayış evi (ümumi sahəsi 128.3 kv.m, t orpaq sahəsinin ölçüsü 0.01084 ha) tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 316 nömrəli reyestr kitabının 29470 nömrəli vərəqində ********** qeydə alma nömrəsi ilə 24.04.2020-ci il tarixində qeydiyyata alınmışdır. 23.04.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportla müəyyən olunur ki, mübahisəli tikililər cavabdeh X5 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 15 və 17 saylı evlər arasındakı ortaq divar üstündə yerləşən tikilinin sökülərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti şərtlərinə uyğun olaraq yenidən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təl əbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanındakı evi atası ona 19901991-ci illərdə almış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Sonradan 30.10.2010-cu ildə ******* saylı çıxarış almışdır. Onun icazəsi olmadan qonşusu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 17 saylı evdə yaşayan Cavabdeh şəhərdə olmadığından istifadə edib və ortaq divarı zəbt edib üstündə evinin divarını tikmişdir. Dəfələrlə xəbər göndərmiş və narazı olduğunu bildirsə də, heç bir xeyri olmamışdır. Neçə illər keçib ancaq bu illər ərzində arasındakı çoxlu sözsöhbət olub, indidə aralarında tez-tez münaqişələr olur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə i lə müraciət edərək bildirmişdir ki, o, hazırkı iş üzrə cavabdeh qismində Cavabdeh göstərmiş, məhkəmə zalında aydın olmuşdur ki, qonşu evin mülkiyyətçisi X7r. Ona görə də cavabdeh qismində X10 göstərilərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 15 ev 17 saylı evlər arasındakı ortaq divar üstündə yerləşən tikilinin X5 hesabına sökülərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti şərtlərinə uyğun olaraq yenidən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş 2(008)-1/2020) iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi İddiaçı məxsus 15 saylı evlə cavabdeh X6 məxsus 17 saylı ev arasındakı ortaq divar üstündə yerləşən tikilinin X5 hesabına sökülərək ortaq divarın qanunvericiliyin tələblərinə uyğun yenidən bərpa edilməsi, məhkəmə xərcinin əvəzi olaraq, 100 manat məbləğində pul vəsaitinin cavabdeh X3 tutularaq, X2 keçirilməsi (kod:210005 VOEN **********, müxbir hesab:AZ41NABZ********************, sfift bik:ctreaz22 Məhkəmə Ekspertiza Mərkəzi VOEN:**********, hesab N: AZ34CTRE********************) və ödənilmiş 10 manat dövlət rüsumunun X3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbəsi Üzeyir Hacıbəyov küçəsində yerləşən 17 saylı yaşayış evinin 1-ci mərtəbəsində yerləşən mətbəx tikilisi və sanitar qovşağı, eləcə də 2-ci mərtəbənin bütünlüklə texniki pasportda əks olunmamış, həmçinin 2-ci mərtəbədə yerləşən tikilinin bir hissəsi (5,0) iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhədində mövcud olan ortaq divarın üzərində inşa edilmişdir. İddiaçının isə ortaq divarın üzərində tikilinin inşa edilməsinə razılığı olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)-7338/2020) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli tikililərə cavabdehin mülkiyyət hüququ 24.04.2020-ci il tarixdə qeydə alınaraq, sonuncuya mülkiyyət sənədi verilmişdir. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7338/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X11 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbi q etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7338/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsi X1 izahatını dinləməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsin əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apely asiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və göstərmişdir ki, iddiaçının özbaşına tikili hesab edərək sökülməsini tələb etdiyi tikililər üzərində cavabdehin mülkiyyət hüququ mövcuddur. Belə olan halda isə həmin tikililərin sökülməsi yolverilməzdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7338/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar