Məhkəmə qərarları › İş №2(102)-1882/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1882/2023

03.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1882/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(105)386/2023 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evini xx.xx.2015-ci il tarixdə X5 ilə bağladığı alğı-satqı müqaviləsinə əsasən 36000 manata Camal Səfərova satıb. Sonuncunun əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb.

2. Abşeron Rayon Məhkəməsinin 2(012)-5638/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “fərdi yaşayış evindən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilib. Həmin iş üzrə apelyasiya və kassaiya şikayətkləri təmin olunmayıb və Abşeron Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minib.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-2615/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 və Su mqayıt “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməyib. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətlərin təmin olunmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X5 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanan 27 dekabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2016-cı il tarixli, RX seriyalı, 09599977 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş ediblər.

5. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçılara yalnız icra mərhələsində məlum olmuşdur ki, anaları Cavabdeh2 sələm faizinin əvəzində 200000 manat dəyərində qiymətləndirilən evlərini 27 dekabr 2015-ci il tarixdə 36000 manat məbləğində X1 formal olaraq alğı-satqı etmişdir. Camalın ölümündən sonra oğlu Cəfərov X2 Zöhrə Əli qızını məhkəməyə verərək evin boşaldılmasını tələb etmiş və iddia təmin edilmişdir. Evin alğısatqı müqaviləsi əsasında satılması mübahisəsiz haldır. Mübahisəli hal isə həmin mənzilin satılmasına iddiaçıların razı olub-olmamasından ibarətdir. Belə ki, onlar əgər razı olsaydılar, bu barədə notariat orqanında ərizə ilə yazılı razılıqlarını bildirərdilər. Əlavə olaraq, mübahisəli mənzilin mövcud bazar dəyərindən yeddi dəfə ucuz qiymətə satıldığını göstərməsi də müqavilənin etibarlı olmasını istisna edən haldır. İddiaçılar hazırda həmin evdə yaşayırlar. Bütün bunlar onların hüquqlarını pozur. Eləcə də, onların həmin müqavilənin bağlanmasından xəbərləri belə olmamışdır.

6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3830/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsələr də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişlər və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Cavabdeh2 və X5 arasında xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə hər iki tərəfin iradə ifadəsinə uyğun, notariat qaydada təsdiq olunmaqla bağlanmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf onun pula ehtiyacı olduğundan düşdüyü vəziyyətdən istifadə edib onu aldatmış, bağlanan əqdin həqiqətdə uydurma olmasına, başqa əqdi pərdələməsinə baxmayaraq, məhkəmə qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə bu hadisənin əsas şahidlərini dindirməmiş, bunun üçün iddiaçılara şərait yaratmamışdır. Məhkəmə prosessual hüquq normalarının tələblərini k obud surətdə pozaraq, işə onun və digər iddiaçıların iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-386/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Səyyad Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

11. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 iddiaçı qismində Cavabdeh1 (hazırki mülki iş üzrə cavabdeh) qarşı indiki halda mübahisə predmeti olan müvafiq eyni alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürmüş, müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, habelə müvafiq apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarları əsasında həmin məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir.

12. Hazırki mülki iş üzrə iddia predmeti barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan iddia predmeti ilə eynilik təşkil etməsi halı mövcuddur. Belə ki, hazırki mülki iş üzrə iddia predmetini müvafiq əmlaka dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir ki, müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan iş üzrə iddia predmetini də məhz həmin alğı-satqı müqaviləsinin (27 dekabr 2015-ci il tarixli) etibarsız hesab edilməsi ilə bağlı tələb təşkil etmişdir.

13. Hazırki mülki iş üzrə iddia tələbinin əsası ilə, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan iş üzrə iddia tələbinin əsası da eynilik təşkil edir.

14. İddiaçılar tərəfindən iddia ərizəsində “razılıq verilməməsi” kimi ifadənin qeyd edilməsi isə özlüyündə iddia tələbinə yeni əsasın mövcudluğu kimi görüntü yaradılması məqsədi daşımışdır. Qeyd edilən hal yeni yaranmış hal kimi mövcud olmamış, əvvəlki məhkəmə proseslərinin olduğu müddətdə həmin halın mübahisələndirilməsi mümkün olduğu halda (iddiaçıların öz dediklərinə əsasən onlar uşaqlıqdan hazıradək həmin evdə yaşamışdır və yaşayır, cavabdehin anaları olması halı, bu hallar isə onların mövcud məhkəmə proseslərindən məlumatsız olması halını istisna edir), bununla bağlı heç bir tələb olmamışdır.

15. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə Cavabdeh2 və X4 tərəf qismində çıxış etməklə, qeyd edilən şəxslər haz ırki mülki iş üzrə də tərəf qismində çıxış edir. Bundan əlavə, hazırki mülki iş üzrə tərəflər qismən eynilik (cavabdehlərə münasibətdə) təşkil etsə də, digər tərəflərə (iddiaçılara) münasibətdə fərqli tərəf kimi çıxış etsə də, qeyd edilən fərqlilik görüntü xarakterinə malik olmuşdur. Belə ki, iddiaçıların iddia tələbinin əsası kimi eyni əsaslara (hazırki mülki iş üzrə cavabdehlərə aid olan və əvvəlki iddia tələbində istinad edilmiş eyni əsaslara) istinad etməsi, tələbin eyni predmet barəsində irəli sürülməsi, özlərinin mübahisə predmeti olan evdə uşaqlıqdan hazıradək yaşaması halını qeyd etmələri, cavabdehin anaları olması, nəticə olaraq həmin mənzilə dair məhkəmə mübahisələrinin mövcudluğu barədə məlumatlı olmalarına baxmayaraq, bununla bağlı heç bir tələblərinin olmaması halları özlüyü ndə iddiaçıların hazırki mülki iş üzrə iddia tələbinin formal olaraq irəli sürülməsi, bununla eyni tələbə (artıq barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan tələbə) yenidən baxılmasına nail olmağa çalışmaları kimi və iddiaçıların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməsinə əsas vermişdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh2 cavabdeh qismində çıxış etsə də, məhkəmə iclasında öz izahatında iddia tələbinin əsası kimi istinad edilən halları qeyd edərək, iddia tələbinə qarşı deyil, iddia tələbinin təmin edilməsi yönümlü çıxış etmişdir. Bu hal da özlüyündə iddiaçıların və cavabdeh (anaları) Cavabdeh2 əsl məqsədinin barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan tələbə yenidən baxılmasına nail olmaqdan ibarət olması eh timalının real olduğunu göstərmişdir.

17. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3, 261.0.2, 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Qərardaddan iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçılar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə iddiaçı ilə bir evdə yaşamaları onların həmin işdən mütləq qaydada məlumatlı olmasını təsdiq edən hal kimi qəbul edilə bilməz. Bu sadəcə həmin halın ehtimal edilməsi üçün əsas ola bilər ki, ehtimal əsasında da məhkəmə nətic əyə gələ bilməz. Həmçinin fərz edilsə ki, hazırki iş üzrə iddiaçılar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə işə baxılarkən mübahisə barədə məlumatlı olmuşlar, bu halın özü də MPM-nin 261.0.2-cimaddəsinin tətbiqi üçün əsas deyildir. Çünki, normada iş üzrə məlumatlı şəxs qeyd edilmir, konkret olaraq qeyd edilir ki, tərəflərin eyni olmalıdır. Bu həm də onu ehtiva edir ki, normanın məzmunu yalnız şəxslərin eyni olması ilə məhdudlaşmır, həm də həmin şəxslərin iddiaçı və cavabdeh olaraq yeni prosesdə də yerlərinin sabit qalmasını müəyyən edir. Digər zəruri məqam isə iddianın əsası ilə bağlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə iddianın əsası kimi alğı-satqının formal olması göstərilsə də, hazırki iş üzrə iddianın əsasında çox vacib digər əsas – müqavilənin iddiaçıların xəbəri v ə razılığı olmadan bağlanılması əsası göstərilmişdir. Məhkəmənin gəldiyi bu nəticə açıq-aşkar onu ehtiva edir ki, hazırki iş üzrə iddiaçılar onların tərəf qismində iştirak etmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə proses zamanı mütləq işə qoşularaq bu iddialarını orada irəli sürməli idi. Məhkəmə heç bir əsası olmadan subyektiv mülahizələri əsasında qanunvericilikdə göstərilən əsasları öz istədiyi kimi əsassız formada qiymətləndirməklə hazırki iş üzrə iddiaçıların hüquqlarının məhkəmə müdafiəsindən məhrum edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 60, İ və İİ hissələr. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

24. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

25. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində kassator apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün göndərilməlidir.

31. Belə ki, iddiaçıların anası Cavabdeh2 xx.xx.2015-ci il tarixdə mülkiyyətində olan torpaq sahəsi üzərindəki fərdi yaşayış evini (bax §1.) Cavabdeh1 atası Camal Cəfərova satmışdır. Camal Cəfərov 2016-cı il tarixdə vəfat etdikdən sonra oğlu Cavabdeh1 vərəsəlik qaydasında ona keçən həmin torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən Cavabdeh2 çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır.

32. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.

33. Cavabdeh1 bu iddianı qaldırdıqdan sonra Cavabdeh2 ona qarşı xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.

34. Hazırda isə boşaldılması tələb edilən fərdi yaşayış evində yaşayan şəxslər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmışlar.

35. Apellyasiya məhkəməsi hazırki mübahisəyə MPM-in 261.0.2-ci maddəsini tətbiq edərkən qeyd etmişdir ki, iddiaçılar fərdi yaşayış evi satıldığı zaman onların razılığının alınmaması ilə iddialarını əsaslandırsalar da bu hal və iddiaçıların anaları Cavabdeh2 qarşı heç bir tələbləri olmasa da onu cavabdeh qismində işə cəlb etmələri yuxarıda qeyd edilən mübahisələrin mahiyyətindən və tərəflərindən fərqli görüntü yaratmaq məqsədi daşımışdır.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, baxılan kassasiya şikayəti üzrə işin mahiyyəti Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır. Həmin normada eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilməsi nəzərdə tutulur.

37. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin 261.0.2-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasl arın olub-olmaması dəqiq araşdırılmalı, normanın məzmunu genişləndirici təfsir olunmamalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

38. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, hazırki iddia tələbi ilə, yuxarıda qeyd olunan Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli qətnamələri üzrə işdə iştirak etmiş tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

39. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcm usundan ibarət olur.

40. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

41. İşdən göründüyü kimi hazırda baxılan iddia üzrə tərəflər və iddianın əsasları Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli qətnamələri üzrə işdə iştirak etmiş tərəflər, iddianın predmeti, habelə iddianın əsaslarından fərqlidir.

42. Nəzərə alınmalıdır ki, irəli sürülmüş tələblər, bu hüququn yaranmasına əsas olan hüquqi fakt(lar) mövcud olduğu halda təmin oluna bilər. Başqa sözlə, hər bir tələbin fərqli əsasları var və əvvəlki iddiada irəli sürülmüş eyni hüquqi faktlara istinadən yeni (fərqli) tələbin irəli sürülməsi, özlüyündə icraata xitam verilməsinə səbəb olmur. Doğrudur ki, indiki tələbin həlli (iddianın təmin olunması) üçün zəruri olan faktiki hallar, əvvəlki iddianın təmin olunması üçün əsas təşkil etmiş faktiki hallarla oxşardır. Lakin bu hal fərqli əsaslar üzrə icraata xitam verilməsinə əsas vermir. Məhkəmə bu halda iddiaya mahiyyəti üzrə baxmaqla, tərəflərin əvvəlki iş üzrə müəyyən olunmuş halları MPM-nin 82-ci maddəsinə əsasən preyudisial hal kimi qəbul edib əlavə araşdırma aparmadan nəticəyə gələ bilər. Yəni baxılan iş üzrə tərəflərin arasında olmuş mübahisədən irəli gələn prosessual qənaətin nəticəsi, hazırki iş üzrə icraata xitam verilməsində deyil, MPM-nin 82-ci maddəsinə əsasən əvvəlki işdə müəyyən olunan halların əlavə araşdırma aparmadan qəbul olunmasında ifadə olunur.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsi ilə icraata xitam verilməsi üçün əsaslar yoxdur. İşə baxmış apelyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iş üzrə icraata xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir.

44. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmi n edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(105)-386/2023 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar