Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4343/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2024-cü il tarixli, 2(103)6742/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh1 ASC və "xxxx" MMC-nə qarşı “hərracın nəticələri haqqında protokolun və müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində yerləşən 18 saylı evin 01 saylı mənzilinin ipoteka saxlayan Cavabdeh1 ASC-nə satılmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 yanvar 2024-cü il tarixli, 281/23 saylı hərracın nəticələri haqqında protokolun və tərəflər arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(0 06)1958/2024 saylı qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2024-cü il tarixli, 2(103)6742/2024 saylı qərardadı ilə (hakimlər A.İsgəndərov sədrlik edən, məruzəçi, S.Səlimova və M.Rüstəmli) iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(006)-1958/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılması qərara al ınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamə 23 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş və İddiaçı məhkəmə elektron kabinetində 10 oktyabr 2024-cü il tarixdə yerləşdirilmiş, lakin İddiaçı qanunla müəyyən edilmiş bir aylıq apellyasiya şikayəti vermə müddəti keçdikdən sonra 13 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir.
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə, şikayətin vaxtında verilib-verilməməsinə, prosessual müddətin buraxılıb-buraxılmamasına münasibət bildirmədən onu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 130.2, 130.3, 133.1, 363.1.3, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
9. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-in 129-cu maddəsinə əsasən, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Sözügedən Q ətnamənin yerləşdirildiyi 10 oktyabr 2024-cü il tarixdən qətnamədən şikayət vermə müddətini bir ay olaraq hesablansa, həqiqətən də həmin müddət 10 noyabr 2024cü il tarixə təsadüf edir. Lakin Nazirlər Kabinetinin 18 sentyabr 2024-cüil tarixli, 426 saylı Qərarına əsasən, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləridəyişdirilmişdir. 08 X2 və 09 Noyabr Azərbaycan Respublikasının X1 iş günü hesab edilməyən bayram günləridir. Noyabrın 09-u şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, növbəti həftənin bazar ertəsi, yəni 11 noyabr qeyriiş günü olmuşdur. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ardıcıl altı gün- 8, 9, 10 (bazar günü), 11, 12 və 13 oktyabr qeyri-iş günü hesab olunmuşdur. Məhkəmə qərarda d qəbul edərkən, işin bu hallarını nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizə sinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır.
15. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
16. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır.
18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
19. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
22. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir.
23. Belə ki, işdən görünür ki, mübahisələndirilən qətnamə 23 sentyabr 2024-cü il tarixdə qəbul edilib və həmin qətnamə 10 oktyabr 2024-cü il tar ixdə İddiaçı məhkəmə elektron kabinetində yerləşdirilib.
24. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı qətnamədən 13 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verməklə qanunla müəyyən edilmiş bir aylıq prosessual müddəti ötürməsini qeyd etsə də, kassasiya instansiyası bununla razılaşmır. Çünki, “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2021-ci il tarixli, 426 saylı Qərarında göstərilir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
26. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vax tı norması və istehsalat təqvimi təsdiq edilib və həmin təqvimdən görünür ki, 2024-cü ildə 08 noyabr- Zəfər Günü, 09noyabr Azərbaycan Respublikasının X1 olduğu üsün iş günü hesab edilməyib. Həmçinin təqvimdən görünür ki, 2024-cü ilin 09 noyabrı şənbə gününə təsadüf edir.
27. Göründüyü kimi, 2024-cü ilin noyabrın 09 şənbə gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, növbəti həftənin bazar ertəsi, yəni 11 noyabr qeyri-iş günü olub, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq, ölkədə ardıcıl 6 gün, yəni noyabrın 8, 9, 10 (bazar günü), 11, 12 və 13 qeyri-iş günləri hesab edilib.
28. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 2
9. Həmin Məcəllənin 129.1-ci maddəsində göstərilir ki, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır.
30. Həmin Məcəllənin 129.2-ci maddəsinə görə, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı sözügedən qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən sadalanan mülki prosessual normaların tələblərini, habelə onun məhkəmə müdafiəsi hüququnu pozub və 2024-cü il 09 noyabrın şənbə gününə təsadüf etməsini və belə olan halda Əmək Məcəlləsinin 105-ci maddəsinin tələblərinə uyğun olaraq, növbəti həftənin bazar ertəsinin, yəni 11 noyabrın qeyri-iş günü hesab edilməsini, habelə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ölkədə ardıcıl olaraq 6 gün, yəni 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabrın qeyri-iş günləri hesab edilməsini nəzərə almayıb.
32. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunm asını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
33. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
34. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün məhkəmə aktı qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
35. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən halları nı, sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 noyabr 2024 -cü il tarixli, 2(103)-6742/2024 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılası üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.