Məhkəmə qərarları › İş №2(102)-2306/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2306/2022

16.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2306/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququnun tanınması, mənzilin sahibliyə, istifadəyə verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, uydurma əqd, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)10021/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Qurbanova (Qədimova) Nairə Rasim qızı 28 oktyabr 2011-ci il tarixdə nikaha daxil olmuşlar.

2. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1, ümumi sahəsi 82.50 kv.m olan 6 saylı mənzil 03 mart 2021-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri 19 saylı notariat ofisində təsdiqlənmiş 19 mart 2021-ci il tarixli müqavilə ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, 6 saylı mənzili Cavab deh1 bağışlamış və həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ 27 mart 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Bakı şəhəri 14 saylı notariat ofisində təsdiqlənmiş 19 may 2021-ci il tarixli müqavilə ilə Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, 6 saylı mənzili Cavabdeh2 satmışdır.

5. İddiaçı 19 may 2021-ci il tarixli ərizə ilə mənzilin satılmasına razılıq vermişdir.

6. Bundan əlavə, 30 iyul 2019-cu il tarixdə Cavabdeh1 adına “Hyundai İX35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 01 may 2021-ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları dəyişdirilmədən Cavabdeh3 adına qeydiyyata alınmış, sonuncu həmin tarixdə Cavabdeh1 01 may 2026-cı il tarixədək etibarnamə vermişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilərək, sonuncu ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş övladı 07 sentyabr 2012-ci il təvəllüdlü X1 Cavabdeh1 yanında qalması və uşağın saxlanılması üçün İddiaçı alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 19 mart 2021ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 19 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, giriş 1-də yerləşən, ümumi sahəsi 82,50 kv.m olan 6 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması, həmin mənzili onun sahibliyinə və istifadəsinə verilməsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış “Hyundai İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nömrəli avtomobilin alqı-satqısına dair BDYPİ AD590632 saylı müqavilənin etibarsız hesab edilməsi, 20 manat dövlət rüsumunun və müdafiəçiyə ödədiyi 193 manat pulun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası ona Sumqayıt şəhərində mənzil almış, cavabdehlər ailə qurandan sonra o, həmin mənzili satıb Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev 33, 6 saylı mənzili almışdır. 2021-ci ilin əvvəllərində iddiaçı və Cavabdeh1 arasında münasibətləri gərginləşmiş, məsələ boşanma həddinə çatmışdır. İddiaçı ailəni saxlamaq üçün qarşılıqlı razılığa əsasən mənzili 19 mart 2021-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofisində cavabdehə bağışlamış və onun adına çıxarış verilmişdir. Təxminən aprel ayının əvvəllərində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən cavabdehin ona qarşı nikahın pozulması ilə bağlı iddia qaldırılması barədə bildiriş göndərilmişdir. Bu barədə cavabdehə bildirəndə, sonuncu fikrində qəti olduğunu və boşanmaq istədiyini bildirmiş, ona qarşılıqlı razılıq əsasında boşanmalarını təklif etmişdir. Cavabdeh ona yaşadıqları mənzili satıb, yarı pulunu on un, yarı pulunu da özünün götürməsini təklif etmiş, iddiaçı övladının psixoloji təzyiqlərə məruz qalmaması üçün həmin təkliflə razılaşmışdır. 19 may 2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh2 115000 manata satılmışdır. Alqı-satqı bitdikdən sonra iddiaçı evə gəlmiş, həyat yoldaşını evdə qoyub işə getmişdir. İşdən qayıtdıqdan sonra həyat yoldaşının evin pulunu da götürüb evdən getdiyinin şahidi olmuşdur. O, bu barədə Yasamal RPİ-nin 29-cu PB-yə şikayət etmiş və araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin əsl məqsədi əvvəlcədən onu aldadıb, mənzili ələ keçirib, pulunu mənimsəmək olmuşdur. Bundan başqa iddiaçı kredit götürüb Cavabdeh1 adına “Hyundai İX35” markalı, **-TX-*** dövlət qeydiyyat nömrəli avtomobil alm ışdır. Lakin, həyat yoldaşı həmin avtomobili də bacısı Cavabdeh3 adına rəsmləşdirmişdır. Lakin avtomobil etibarnamə ilə cavabdehin istifadəsindədir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(004)4351/2021 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh3 arasında “Hyundai İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış 01 may 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, “Hyundai İX-35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Cavabdeh1 mülkiyyət hüququ bərpa edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1, 33.2, 33.3-cü, Mülki Məcəllənin 14 0, 222.2, 222.3, 324.1, 324.2, 324.5, 337.3, 337.4, 337.5, 340.1, 347.1, 666.1, 668.1.1, 670.1, 673.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarına istinad edərək göstərmişdir ki, Cavabdeh1 tərəflərin birgə nikahı dövründə əldə olunmuş “Hyundai İX35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili ailə münasibətlərinin pozulduğu ərəfədə bacısı, digər Cavabdeh3 satması, habelə avtomobilin satıldığı gün Cavabdeh1 uzun müddətli etibarnamə verilməsi, həmin avtomobilin Cavabdeh1 sahibliyi və istifadəsində olması həmin alqı-satqı müqaviləsinin yalnız görünüş üçün bağlandığı barədə nəticəni yaradır. Odur ki, həmi n avtomobilin alqısatqısına dair BDYPİ AD590632 saylı müqavilə heç bir hüquqi nəticəyə səbəb olmadığından, etibarsız hesab olunmalıdır. Belə ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə 08 aprel 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməsi, 01 may 2021-ci il tarixdə isə “Hyundai İX35” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilməsi müəyyən edilmişdir.

12. Bununla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla İddiaçı və Cavabdeh1 arasında bağlanmış 19 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2021-ci il tarixli a lqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanması təsdiq olunmuşdur. İddiaçının tələbinin əsası kimi müqavilənin bağlanması barədə aldadılmasına dair dəlilləri inandırıcı olmamaqla əsassızdır. Qeyd olunan müqavilələrin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası MM-də nəzərdə tutulan hallar mövcud olmadığından iddia tələbi təmin olunmamalıdır.

13. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən həm də, iş üzrə digər Cavabdeh2 hazırki iş üzrə vicdanlı əldə edən kimi qiymətləndirmiş və hesab etmişdir ki, o, mübahisəli mənzili əldə edərkən mülki qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 a vqust 2021-ci il tarixli, 2(004)-4351/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10021/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sarıyevdən və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, 19 mart 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev № 33-də yerləşən 6 №li mənzilə dair İddiaçı ilə Cava bdeh1 arasında bağlanmış, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-152 nömrəli reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası hesab etmişdir ki, bağışlama müqaviləsi uydurma əqddir, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Bağışlama müqaviləsi 19 mart 2021-ci ildə bağlanmış, bundan 19 gün sonra – 08 aprel 2021-ci ildə birinci cavabdeh nikahın pozulması üçün məhkəməyə iddia ərizəsi vermiş, 2 ay sonra – 19 may 2021-ci il tarixdə isə mənzili başqasına satmışdır. Bağışlamadan sonra qısa zaman fərqi ilə 2 hadisənin - boşanma üçün müraciətin və alqısatqının baş ve rməsi onu təsdiq edir ki, bağışlama görünüş üçün bağlanmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, bir sıra əqdlər, xüsusilə əvəzsiz əqdlər (bağışlama, vəsiyyətnamə və s.) mənəvi dəyərlərə əsaslanır. Əgər bir şəxs öz əmlakını başqasına verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, əqdin əsasında mənəvi dəyər dayanır. Lakin birinci cavabdehin bağışlama müqaviləsinin bağlanmasından 19 gün sonra ona mənzil hədiyyə edəndən boşanmaq üçün məhkəməyə müraciət etməsi, 2 ay sonra isə mənzili satıb bütün pulu özünə götürməsi onu təsdiq edir ki, bağışlamanın əsasında mənəvi dəyər dayanmayıb. Əgər ər-arvadın son məqsədi mənzili satıb bütün pulu 1-ci cavabdehə (arvada) vermək olubsa, bu halda mənzilin bağışlama yolu ilə ərin adından arvadın adına keçirilməsinə zərurət yox idi, ər mənzili satıb pulunu arvadına bağışlaya bilərdi. Əgər bağışlamadan sonra arvadın niyyəti ərindən ayrılıb uşağı ilə birlikdə mənzildə yaşamaq olubsa, bu da baş verməyib, o, mənzili satıb və bütün pulu özünə götürüb. Nəticədə isə ər həm mənzildən (yaşayış yerindən), həm də puldan məhrum olub. Halbuki, bağışlama olmasayıdı o, mənzilin ər-arvadın ümumi əmlakı kimi bölünməsi və ya mənzilin satış pulunun yarısının ona verilməsini tələb edə biləcəkdir. Göründüyü kimi, bağışlama müqaviləsi əhəmiyyətsiz əqd olaraq etibarsızdır.

18. Daha sonra məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur. Belə ki, mənzilin dövlət reyestrində kimin (ərin və ya arvadın) adına qeydə alınmasından asılı olmayaraq o, ər-arvadın ümumi birgə mülkiyyəti sayılır, mənzilin satıl ması ər-arvadın hər ikisinin iradəsi əsasında baş tutub, yəni arvad alqı-satqı müqaviləsini satıcı kimi imzalayıb, ər isə mənzilin satılmasına razılığını ifadə edərək notariusa bu barədə ərizə vermişdir. Alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbi pozulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10021/2021 nömrəli qətnaməsinin iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337, 340.1, 666, 668.1.5-ci, Mülk i Prosessual Məcəlləsinin 77.1, 385, 392.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən olmuşdur ki, iddiaçı notariat kontoruna gedərək, iradəsini ifadə etmiş və əmlakını cavabdehə bağışlamışdır. Müqavilə qanunun tələblərinə uyğun bağlanmış və etibarlı olmuşdur.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində mübahisələndirilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və qətnaməni iddianın təmin olunmamış – mübahisəli mənzilin bağışla nması və alqı-satqı müqavilələrinin etibarsız hesab olunmasının rədd edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia həmin hissədə qismən təmin olunmuş və bu qətnaməni yalnız cavabdeh mübahisələndirmişdir. Odur ki, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 33 7.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onu n əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etd iyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, hazırki iddiada müqavilənin etibarsızlığı tələbi irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin faktiki hallarını qiymətləndirərək, mübahisələndirilən bağışlama müqaviləsinin uydurma əqd olması qənaətinə gəlmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır.

30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin notariat qaydada təsdiq olunması həmin müqavilənin Mülki Məcəllənin 340.1ci maddəsinə əsasən uydurma əqd olmasını istisna etmir.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərmişdir ki, “... mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməmişdir. Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əs asında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir.... Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.” (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları).

32. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2 019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarında həmçinin göstərmişdir ki,... mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

33. Odur ki, m əhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10021/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “19 mart 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168, ev № 33-də yerləşən 6 №li mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-152 nömrəli reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması” hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar