Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-859/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsızlığı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında D aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-7289/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001682 nömrəli şəhadətnamənin surətinə əsasən İddiaçı Məmməd oğlu ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2004-cü il tarixdə satın almışdır.
2. Daşınmaz Əmlakın AN -1 ******* saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv.metr olan qeyriyaşayış sahəsinin 286,5 kv.metr hissəsi İddiaçı Məmməd oğlu tərəfindən 311.603,25 manata Cavabdeh satılmışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 131,9 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı Məmməd oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2, X3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m² olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair onunla Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m² olan qeyriyaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 onun əmisinin baldızı olmaqla yanaşı, hazırda Azərbaycan Respublikası Energetika Nazirliyində na zirin müşaviri vəzifəsində çalışır. 2021-ci ilin sentyabr ayında Xalidə Məsimova ilə danışıqlar nəticəsində onunla aralarında belə bir razılıq əldə olundu ki, o, mülkiyyətində olan 418.4 kv.m. qeyriyaşayış sahəsinin 300 kv.m. hissəsini ona satsın, o, isə hər kv.m. üçün 2.500 manat pul ödəməklə qeyri-yaşayış sahəsini alsın. Razılıq əldə olunduqdan sonra Xalidə Məsimova ona bildirdi ki, o, hazırda vəzifəli şəxs olduğundan əmlakı öz adına deyil, bacısı qızı Cavabdeh adına rəsmiləşdirəcəkdir. Bütün bu söhbətlərdən Cavabdeh da məlumatlı olmuşdur. İddiaçının niyyəti əmlakı satmaq olduğundan qohum kimi Xalidə Məsimovaya və Cavabdeh tam inanmış və onların dediyi bütün təkliflər ilə razılaşmışdır. Beləliklə, tam razılıq əldə olunduqdan sonra onlar sənədləri Daşınmaz Əmlakın Reyestr Xidmətinə təqdim etdikdən və həmin Xidmətin əməkdaşlarının ölçməsindən sonra məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin bölgüsü həyata keçirilərsə, onun tam olaraq 300 kv.m. hissəsi deyil, 286,5 kv.m. hissəsini bölüb ayırmaq mümkündür. Bundan sonra cavabdehlə qeyriyaşayış sahəsinin 286,5 kv.m. hissəsini alması, bunun üçün hər 1 kv.m. üçün 2.500 manat olmaqla, ona ümumilikdə 716.250 manat pul ödəyəcəyi, lakin adının iri məbləğdə pul dövriyyəsi ilə bağlı hallanmasını istəmədiyindən həmin pulun 300.000 manatını rəsmi qaydada, qalan 416.250 manatını isə 1 ay müddətində nağd qaydada ona ödəyəcəyi ilə razılaşmışlar. Beləliklə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 286.5 kv.m. hissəsini Xalidə Məsimov anın bacısı qızı olan Cavabdeh adına keçirmişdir. Razılığa əsasən 2021-ci ilin oktyabr ayının sonundan qalan 416.250 manat pulu tələb etməyə başlasa da, artıq Xalidə Məsimova qalan məbləği ödəməkdən yayınmış, hər dəfə müxtəlif vədlər verməklə, vaxtı uzatmağa çalışmış, bir müddətdən sonra isə Xalidə Məsimova onu rəhbərliyində çalışdığı Energetika Nazirliyində işə düzəldiyini əsas gətirməklə, gah ödəməli olduğu pulun məbləğini azaltmağa çalışmış, gah da ümumiyyətlə maddi vəziyyəti imkan vermədiyindən imkanı olduqda pulu ödəyəcəyini bildirimişdir. Söhbətlər əsnasında Xalidə Məsimova ilk öncə onu işlədiyi Energetika Nazirliyindən işdən çıxaracağı, daha sonra isə geniş əlaqələrindən istifadə etməklə onu həbs etdirəcəyi ilə hədələməyə başlamışdır, lakin o, onun sözlərinə və hədələrinə əhəmiyyət verməyərək pulunu və yaxud əmlakını geri qaytarmasını tələb etmişdir. xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində 2-ci məhəllədə yaşadığı evin qarşısından DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İdarəyə aparılmış, burada ona göstərilmiş fiziki və mənəvi təzyiqlərə tab gətirməyərək, məcburiyyət qarşısında iltizam yazmışdır. Bundan əlavə Xalidə Məsimova bacısı X1 adından ona qarşı Nizami rayon Məhkəməsində əsassız iddia qaldıraraq, mülkiyyətində qalan 131.9 kv.m. sahənin də onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunanlarla tam təsdiq olunur ki, Xalidə Məsimova, bacısı qızı Cavabdeh ilə birlikdə onu aldatmaqla mülkiyyətində olan əmlakın öz mülkiyyətlərinə keçirilməsinə nail olmuş, laki n tərəflərindən əmlakın dəyəri tam şəkildə ödənilməmişdir.
6. Cavabdeh məhkəməyə 23 iyun 2022-ci il tarixdə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilənlər tam olaraq uydurma olmaqla həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı iddia ərizəsində mübahisəli əmlakın alqı-satqısından Sevda Salamovanın ona 416.000 manat borclu olduğunu, yəni mübahisəli obyektin bir hissəsinə dair nisyə alqı-satqı aparıldığını qeyd etmişdir. Eləcə də, sahənin kvadrat metrinin 2.500 manata Cavabdeh satmağa razı olduğunu göstərmiş, lakin bununla əlaqədar hər hansı sübut təqdim etməmişdir. Halbuki, tərəflər arasında razılaşma nisyə olsa idi, bu alqı-satqı müqaviləsində öz əksini tapar, eləcə də nisyə alqı-satqı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilərdi. Mübahisəli sahənin həqiqət ən də Sevda Salamovanın mülkiyyəti olduğunu, İddiaçı isə həmin mübahisəli obyektin mülkiyyətçisi olmasının formal xarakter daşıması tam sübut edilir. Buna görə də mübahisəli obyektin yenidən qiymətləndirilməsinə dair əmtəəşünaslıq ekspertizasının keçirilməsi tam əsassızdır. Bununla bağlı rəyin heç bir əhəmiyyəti yoxdur və məhkəmə prosesinin əsassız uzanmasına gətirib çıxarır.
7. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Cunar qızı yazılı etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiklərini bildirmiş, həmçinin qeyd etmişdir ki, Xalidə Mənsimovanın ümumiyyətlə heç bu işə aidiyyəti yoxdur, o, Standartlaşmanın sədri olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə Sevda Salamova müraciət etmişdir. X4ynı oğludur, 2004-cü ildə Sevda həmin mübahisəli qeyri-yaşayış sahəsini özəlləşdirməyə başlamış, tək qadın olduğu, oğlu Azərbaycanda olmadığı, xəstə olduğu, sənədlərin dalınca gedib-gələ bilməyəcəyi üçün qaynı oğlu Namiqin adına özəlləşdirmiş, ona oranı təmir etməyi və idarə etməyi tapşırmışdır. Həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə, təmirinə ayrılan vəsaitin hamısını Sevda Salamova vermişdir. Sevda Namiqə demişdir ki, əgər o həmin obyekti vicdanla işlətsə, onun adına 30 kvadratlıq bir mağaza keçirəcəklər. Amma sonra X7 qeyri-yaşayış sahəsindən çox gəlir əldə etdiyini bilmiş, Namiqdən həm onlardan gizlətdiyi pulları, həm də qeyri-yaşayış sahəsini qaytarmasını istəmişdir. Notariusda alqısatqı edilən zaman heç kim heç kəsə pul verməmiş, orada sadəcə valyuta dəyişmə məntəqəsindən adam gəlmiş, o pulu qoymuş, götürmüş və sonrada çıxıb getmişdir. Namiq neçə illərdir ki, oradan pul qazanmışdır. 51 saylı notariatda formal alqı-satqı olmuşdur. Həmçinin, Bankda olan kameralar vasitəsilə pulu kimin götürdüyü aydın olur.
8. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizələrin surətindən görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 311603 manat 25 qəpik qiymətə alqı-satqı etmişdir. Onlar alqı-satqı müqaviləsinə əsasən 2 gün müddətinə adlarına elektron çıxarışın və texniki pasportun qeydə alınması ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişlər.
9. İş materiallarına əlavə edilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sevda Salamova DİN-i n Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində İddiaçı onu aldadıb Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 ünvanında yerləşən ona məxsus qeyriyaşayış sahəsini ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı Sevda Salamova ərizəsində göstərilənləri təsdiq edərək 2004-cü ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan vəsaitin tam həcmdə onun tərəfindən ödənilərək etibar etdiyi qohumu İddiaçı adına formal olaraq rəsmiləşdirdiyini, özəlləşdirmə prosesində, eləcə də obyektin təmirində İddiaçı tərəfindən heç bir vəsaitin sərf edilmədiyini göstərməklə sonrakı müddətdə qeyri-yaşayış sahəsinin 131,7 kvadrat metr ölçüdə hissəsini ələ keçirdiyini bildi rmişdir. Araşdırma zamanı İddiaçı izahatında qohumu Sevda Salamovanın bacısı Xalidə Məsimovanın tərəfindən 2004-cü ildə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 57 ünvanında yerləşən 418 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan vəsaitin tam həcmdə onun tərəfindən ödənilərək bundan sonra formal olaraq onun adına rəsmiləşdirildiyini, sonrakı müddətdə obyekti icarəyə verməklə aylıq qazancdan 3.000 manat özünə götürdüyünü, Xalidə Məsimovanın ona obyektin ¼ hissəsini gələcəkdə ona verəcəyini vəd etdiyini, lakin aralarında narazılıq yarandığından 2021-ci ilin sentyabr ayında Xalidə Məsimovanın tələbi ilə obyektin 286,5 kvadrat metr sahəsini sonuncunun bacısı qızı Cavabdeh adına sənədləşdirib qalan 131,7 kvadrat metr sahəni özünə götürdüyü nü bildirmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən ərizəçiyə əmlak tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı izah edilmişdir.
10. İş materiallarına əlavə edilmiş Legitim Qiymətləndirmə və Consulting MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 m2 olan qeyriyaşayış sahəsinin bazar dəyəri 1.146.000 manat, likvid dəyəri isə 975.000 manat müəyyən olunmuşdur.
11. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 05 may 2022-ci il tarixli, 2(007)-665/2022 nömrəli qərardadı ilə (hakim Həqiqət Əhmədova) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, xx.xx.2022-ci il tarixli rəyə əsasən xx.xx.2021-ci il tarixə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsi dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin satıldığı qiymət müqavilə bağlandığı tarixdə olan bazar qiymətinə uyğun, yəni qeyri-yaşayış sahəsinin 2021 -ci ilin senty abr ayına bazar qiymətlərini müəyyən etmək mümkün olmamışdır.
12. Birinci instansiya məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(007)-665/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında azad iradə ifadələrini bildirməklə mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilənin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmamış, iddiaçı tərəfindən məhkəməyə bununla bağlı sübutlar təqdim edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 339, 390.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını v ə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, ilk növbədə, cavabdeh əqd bağlandıqdan sonra deyil, məhz əqd bağlanmamışdan əvvəl əmlakın dəyərini sonradan ödəyəcəyi vədi ilə bağlı vədinə əməl etməmiş və bununla da iddiaçını aldatmış, digər tərəfdən, əqd ümumiyyətlə, məcburetmə təsiri altında deyil, aldadılma nəticəsində bağlanmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 30 noyabr 2022-ci il tarixli, 2(103)-7289/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 kv.m. olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin hüquqi nəticələri, yəni daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış qeydiyyat yazısı ləğv olunmaqla İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi qət olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk növbədə qeyd olunmalıdır ki, məhkəmə iclasında izahat verərkən cavabdehin nümayəndəsi alqı-satqı zamanı pulun ödənilm ədiyini etiraf etməklə Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir. Həmçinin, qeyd edir ki, cavabdehin iddiaya etirazın əsası kimi istinad etdiyi əsas dəlil mübahisəli qeyri-yaşayış sahəsinin əsl sahibinin iddiaçı yox, üçüncü şəxs Sevda Salamova olmasıdır. Cavabdeh tərəf bildirmişdir ki, Sevda Salamova həmin sahəni formal olaraq qaynı oğlu olan iddiaçının adına özəlləşdirmiş, bütün xərcləri özü çəkmiş, iddiaçının sadəcə idarəçiliyinə vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu halı, yəni mübahisəli qeyri-yaşayış sahəsinin əsl sahibinin Sevda Salamova olmasını, həmin sahənin formal olaraq iddiaçının adına özəlləşdirilməsini sübut etmək yükü cavabdehin öz üzərinə düşür. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan hallar sübuta yetirilməmişdir. Həmçinin, işdən göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2004-cü ildən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmış və bu hüquq heç kim, o cümlədən cavabdeh və üçüncü şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmişdir.
19. Məhkəmə kollegiyası göstərilənlərə əsasən bu qənaətə gəlmişdir ki, 286,5 kv.m. qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən cavabdehin qeyri-yaşayış sahəsinin dəyərini ödəmək niyyəti olmamış, müqavilə aldatma təsiri altında bağlanılmışdır, ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Müqavilənin formal bağlandığını, müqavilə bağlanarkən hər hansı pul vəsaiti ödənilmədiyini nəzərə alar aq mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini mümkün saymır.
20. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının tələblərindən biri mülkiyyət hüququnun bərpasından ibarət olduğundan və bu tələbin təmini yalnız alqısatqının hüquqi nəticələrinin ləğvi nəticəsində mümkün ola bildiyindən iddia tələbində konkret nəzərdə tutulmasa da müqavilənin hüquqi nəticəsi, yəni mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyat yazısı da ləğv edilməlidir. Məhkəmə kollegiyası bunu iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir.
21. Qeyd olunanlara əsasən, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın təmin olunm ası barədə yeni qətnamə çıxarılmalıdır.
22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 339.2, 339.3, 339.4, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m² olan qeyri-yaşayış sahəsini alıcı Cavabdeh AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satdıqdan və tərəflərin qarşılıqlı razılaşdığı məbləği aldıqdan sonra əlavə gəlir əldə etmək məqsədi ilə əsassız iddia qaldırması və iddiaçının əvvəlki rəftara zidd mövqe nümayiş etdirməsi hüquqdan sui-istifadə etmə kimi qiymətləndirilməlidir.İddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi bağlandıqdan sonra satıcının əlavə olaraq ödəməli olduğu 416.250 manat məbləğin isə heç bir hüquqi əsası yoxdur. İddiaçı bu hissədə haqlı olmuş olsaydı belə alqı-satqı müqaviləsinin etibarsızlığı deyil, öhdəliyin icra edilməməsi ilə əlaqədar pul tələbi ilə iddia qaldıra bilərdi. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara və faktiki hallara düzgün qiymət verməyərək əsassız olaraq birinci instansiya məhkəməsinin qətnamə sini ləğv etmişdir.
25. İddia ərizəsində və apellyasiya şikayətində alqı-satqı üçün ödənilmiş 311.603 manat pul mübahisələndirilməmiş və notariat kontorunda iddiaçı həmin pulu götürərək qəbzə imza atmışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddia həcmindən kənara çıxaraq iddiaçının mübahisələndirmədiyi hissədə işin mübahisəsiz halına qiymət verərək ödənişin ödənilmədiyini alqı-satqının formal olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi prossesual qanunvericiliyin tələblərini pozaraq birinci instansiya məhkəməsində baxışın predmeti olmayan və proses iştirakçıları tərəfindən mübahisələndirilməmiş İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə görə ödən ilmiş 311.603 manat pulu şübhə altına almaqla ədalətsiz qərarın qəbul edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi özünün gəldiyi nəticələri işin müəyyən edilən faktiki halları, sübutlarla deyil, ehtimallarla əsaslandırmışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsinin 6-cı səhfəsinin 27-ci və 28-ci bəndlərində cavabdehin nümayəndəsi və vəkili ƏlVəkil2 birinci instansiya məhkəməsində vermiş olduğu izahata istinad etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Halbuki, cavabdehin nümayəndəsi həmin alqı-satqıda iştirak etməmişdir. Məhkəmə birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsinə verdiyi yazılı etirazı oxumuş olsa idi, apellyasiya instansiyası məhkəməsi nümayəndənin izahatına əhəmiyyət verməzdi. Cavabdehin, nümayəndəsi ƏlVəkil2 vermiş o lduğu etibarnamədə iddianın etiraf edilməsi barədə səlahiyyət nəzərdə tutulmamışdır. Nümayəndə və vəkil ƏlVəkil2 birinci instansiya məhkəməsində hüquqlarını müdafiə etdiyi şəxsin mənafeyinə zidd davranış nümayiş etdirməklə vermiş olduğu ifadə sübut kimi qəbul edilə bilməz. Hesab edir ki, apellyasiya məhkəməsi iddiaçı tərəflə qeyri-prossesual əlaqəyə girməklə cavabdehin mövqeyini kənara qoymaqla onun nümayəndəsinin mövqeyinə əsaslanaraq yekun nəticəyə gəlmişdir.
27. Kassasiya şikayəti əsaslandırılarkən maddi hüquq normalarının pozuntusu kimi Mülki Məcəllənin 324, 389.1, 560.3 və 560.3.4, 567, 646.1, 646.2-ci maddələrinə, prosessual hüquq normalarının pozuntusu kimi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə və 5-ci maddəsinin 2-ci bəndinə, Mülki Prosessual Məcəlləni n 9.3, 74, 372.4, 418.1, 417.1.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
31. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
32. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlar dan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
33. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlm ədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspe rtlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. İddiaçının tələbi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 kv.m. qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanılmış xx.xx.2021-ci il tarixli müqvailənin etibarsız hesab edilməsi və onun həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun bərpa olunması barədədir.
47. İddianın faktiki əsası olaraq isə göstərilir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 418,4 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi onun mülkiyyətində olmuş, qarşılıqlı razılıq əsasında dəyəri 716.250 manat olan sahənin 300 kv.m. 48. hissəsini Xalidə Məsimovanın bacısı qızı Cavabdeh adına rəsmləşdirmiş, lakin alqısatqı müqaviləsi rəsmiləşdirildikdən sonra qalan 416.250 manat pul tələb etməsinə baxmayaraq həmin məbləğin ona ödənilməsindən imtina edilmişdir. Xalidə Məsimova, bacısı qızı Cavabdeh ilə birlikdə onu aldatmaqla, etibarından sui istifadə etməklə onu mülkiyyətində olan əmlakın öz mülkiyyətinə keçirilməsinə nail olmuş, nəticədə Cavabdeh ondan almış olduğu əmlakın dəyərini tam olaraq ödəməmişdir.
49. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, Bakı şəhəri, N izami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 m² olan qeyri-yaşayış sahəsi xx.xx.2004-cü ildən İddiaçı mülkiyyətində olmuş, Daşınmaz Əmlakın AN-1 ******* saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv.metr olan qeyri-yaşayış sahəsinin 286,5 kv.metr hissəsi İddiaçı Məmməd oğlu tərəfindən Cavabdeh 311.603 manat 25 qəpik qiymətə satılmış və yerdə qalan 131,9 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı Məmməd oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Müqavilə notarial qaydada bağlanılmış, Cavabdeh tərəfindən satış qiyməti ödənilmiş, eyni zamanda əmlak satılan zaman həmin əmlak üzrə digər şəxslərdən, yəni iddiaçının ailə üzvlərindən razılıq alınmış, hər iki tərəf müqavilə üzrə onlara yeni çı xarış verilməsini tələb etmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmə iclasında izahat verərkən (i.v.82) bu faktı təsdiq edərək göstərmişdir ki, həqiqətən də notariat ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən heç kim heç kəsə pul verməmişdir, orada sadəcə valyuta dəyişmə məntəqəsəindən adam gələrək pulu depozitə qoymuş, müqavilə təsdiq olunduqdan sonra götürmüş və çıxıb getmişdir. Notariat ofisində alqı-satqı müqaviləsi formal bağlanmışdır. Cavabdeh alqı-satqı zamanı pulun ödənilmədiyini etiraf etməklə Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir. Cavabdehin iddiaya etirazın əsası kimi istinad etdiyi əs as dəlil mübahisəli qeyri-yaşayış sahəsinin əsl sahibinin iddiaçı yox, üçüncü şəxs Sevda Salamaova olmasıdır. Cavabdehin deməsinə görə Sevda Salamova həmin sahəni formal olaraq qaynı oğlu olan iddiaçının adına özəlləşdirmiş, bütün xərcləri özü çəkmiş, iddiaçının sadəcə idarəçiliyinə vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu halı, yəni mübahisəli qeyri-yaşayış sahəsinin əsl sahibinin Sevda Salamova olmasını, həmin sahənin formal olaraq iddiaçının adına özəlləşdirilməsini sübut etmək yükü cavabdehin öz üzərinə düşür. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan hallar sübuta yetirilməmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2004-cü ildən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır və bu hüquq heç kim, o cümlədən cavabdeh və üçüncü şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən bu qənaətə gəlmişdir ki, 286,5 kvm qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən cavabdehin qeyri-yaşayış sahəsinin dəyərini ödəmək niyyəti olmamışdır, müqavilə aldatma təsiri altında bağlanılmışdır və ona görə də Mülki Məcəllənin 337.1, 337.2, 339.2, 339.3-cü maddələrinin tələbinə müvafiq olaraq həmin müqavilə etibarsız hesab edilməlidir.
51. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddianın etiraf olunmasına əsaslanmaqla iddiaçını pulun ödənilməməsi ilə bağlı halı sübut edilməkdən azad edildiyini göstərsə də, cavabdehin şəxsən belə izahat verib-verməməsi, onun şəxsən məhkəmə iclaslarında iştirak edib-etməməsi, birinci instansiya məhkəməsində iştirak edən nümayəndənin iddianın etiraf edilməsi ilə bağlı səlahiyyətə malik olub-olmaması aydınlaşdırılmamışdır.
52. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uy ğun olması, razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
53. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
54. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əh əmiyyətsiz əqdlər ola bilər.
55. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
56. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
57. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat ver ilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
58. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vi cdanla bunu gözləsin.
59. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
60. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
61. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;
62. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərt lərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;
63. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
64. Baxılan işdə isə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar, o cümlədən sözügedən iddiaçının ümumiyyətlə mübahisəli qeyri-yaşayış sahəsini satmaq istiqamətində iradəsinin ol ub-olmaması (işin halları ilə aydın olur ki, iddiaçı və hüquqa malik olan digər şəxslər satışa razılıq vermişlər), satılmadan umulan faydanın nədən ibarət olması, ona çatılıb-çatılmaması (satış pulu ilə başqa əmlak alınması və ya digər real ehtiyacın qarşılanması və s.), bu istiqamətdə tərəflərin etdiyi hərəkətlər (məsələn, satış pulunun iddiaçıya verilib-verilməməsi və s.) konkret hallar çəkişmə prinsipinə riayət edilməklə tam və hərtərəfli araşdırılmamış, işdəki sübutlar əlaqəli şəkildə təhlil edilməmiş, tərəflərin dəlillərinə lazımi hüquqi qiymət verilməmişdir.
65. Belə ki, iddiaçı tərəfin mövqeyindən aydın olur ki, müqavilənin bağlanmasından əvvəl digər tərəflə danışıqları olmuş, müqavilədə nəzərdə tutulmuş məbləğin ona ödənilməsini qəbul edir, müqavilənin forma və məzmunu ilə bağlı hə r hansı iradı yoxdur, hər iki tərəf əqdi bağlamağa səlahiyyətlidir, ona qarşı həmin anda məcburetmənin tətbiq olunmasına istinad etmir, yalnız müqaviləninin bağlanmasından sonra iddia etdiyi razılaşdırılmış dəyərin bir hissəsinin (halbuki müqavilədə göstərilənlərdən daha artıq məbləğdə cavabdehin öhdəliyinin mövcud olmasına dair hansı möhtəbər sübut təqdim etmir) ona ödənilmədiyinə əsaslanmaqla, aldadıldığını iddia edir və müqaviləninin etibarsızlığını tələb edir.
66. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının əsaslandığı işin faktiki hallarından fərqli mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin qeyri-yaşayış sahəsinin dəyərini ödəmək niyyəti olmamışdır, müqavilə aldatma təsiri altında bağlamışdır.
67. Halbuki, iddiaçı göstərilən ə saslarla müqaviləninin etibarsızlığını tələb etməmiş, qeyri-yaşayış sahəsinin tam dəyərinin deyil, yalnız onun iddia etdiyi həcmdə olan hissəsinin ona ödənilmədiyini göstərmişdir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilmiş hüquqi mövqelərə görə, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən iddia tələbləri nin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.
69. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidi r. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.
70. Kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün əvvəlcə tərəflərin bildirdikləri halların tam və hərtərəfli yoxlanılması üçün tərəflərə lazımi şərait yaradılmalıdır Buna baxmayaraq hazırkı işdə həmin prosessual qaydaya apellyasiya məhkəməsi tərəfindən əməl edilməmiş, istinad edilən halların yoxlanılması üçün tərəflərə imkan yaradılmamışdır.
71. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilyə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırı cı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir.
72. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya m əhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
74. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik akt ları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə, o cümlədən istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı tələblərə cavab vermir.
75. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
76. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, müba hisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
77. Göstərilənlərə əsasən, MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7289/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.