Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1890/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (X8, Bakı şəhəri Şüvəlan rayon Bələdiyyəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması tələbi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X6 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-179/2024 nömrəli 25 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı bildirir ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən ona Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1.200 kv.m torpaq sahəsi ayrılmış və bələdiyyə ilə aralarında alqı-satqı müqavilə bağlanmışdır.
2. İddiaçı həmin torpaq sahəsində cavabdehin qanunsuz sahiblik etdiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün İddiaçı Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torp aq sahəsindən çıxıralaraq həmin torpaq sahəsi İddiaçı istifadə və sahibliyinə verilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikili onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005- ci il tarixli sərəncamına əsasən ona Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və bələdiyyə ilə aralarında alqı-satqı müqavilə bağlanmışdır. O torpaq sahəsini 2.4 metr hündürlüyündə daş hasara almış, lakin maddi çətinlik səbəbindən tikinti işlərini dayandırmışdır. Cavabdehlər ona məxsus olan torpaq sahəsini zəbt etmişdir. Onların qanunsuz hərəkətlərinə görə polisə müraciət etmişdir. Polisin qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 polisə verdiyi izahatında qeyd edilən faktların hamısını etiraf etmişdir. İddia ərizəsinə əlavə etdiyi cizgi və xəritədən çıxarışdan görünür ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən ona ayrılmış Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsinin cizgi və xəritədən çıxarışı təsdiq edilmiş və torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etməmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 aprel 2022-ci il tarixli **********16 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 22 saylı sərəncamı əsasında İdd iaçı ayrılmış 0.12 ha topaq sahəsi Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha topaq sahəsinin daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsi Xəzər rayonu, Şüvəlan “X12”na (Mədəniyyət haziriyinə BİU-nə ayrılmışdır) ayrılmış ərazidə yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin qonşuluğunda 3952 v və 3952 y saylı bağ sahələri qeydiyyatdan keçmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3247 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən, 1 saylı Bakı Ərazi İdarəsinin X1 mütəxəssis rəyinə əsasən, Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 saylı sərəncamı əsasında İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha torpaq sahəsinin daxilində yerləşdiyi, elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsinin Xəzər rayonu, Şüvəlan “X10”na (Mədəniyyət Nazirliyinə BİUnə ayrılmışdır) ayrılmış ərazidə yerləşməklə dövlət mülkiyyəti torpağı olduğu və torpaq sahəsinin qonşuluğunda 3952v və 3952y saylı bağ sahələrinin qeydiyyatdan keçdiyi müəyyə n edilmişdir.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-96/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005- ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün İddiaçı Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin İddiaçı istifadə və sahibliyinə verilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikilinin onların hesabına sökülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə aparılmı ş mütəxəssiss tədqiqatının dəyəri olan 311 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dan tutularaq İddiaçı verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən ona Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və bələdiyyə ilə aralarında alqı-satqı müqavilə bağlanmışdır. İddiaçıa ayrılmış torpaq sahəsi barədə Şüvəlan bələdiyyəsinin sərəncamı və alqı satqı müqaviləsi mübahisələndirilməmiş və hazırda qüvvədədir. Eyni zamanda mütəxəssis və ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 22 saylı sərəncamı əsasında iddiaçı X4 ayrılmış 0.12 ha topaq sahəs i Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha topaq sahəsinin daxilində yerləşir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, bələdiyyə sərəncamı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 152, 157, 1097-ci, Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin iclasında iştirakı təmin edilməmiş, ona görə də iddianın əsassız olması barədə mövqeyi əsaslandıra bilməmişdir. İddiaçı Səidov X5 bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi ev in tikilməsi üçün ona Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsində cavabdehlərin ev tikdirməsini qeyd etsə də, hesab edir ki, onun həmin dəlilləri əsassızdır. Belə ki, onun hazırda istifadəsində və sahibliyində olan torpaq sahəsi iddiaçının iddia ərizəsində qeyd olunduğu kimi onun tərəfindən hasara alınmamışdır. Qeyd olunan ərazi zibillik kimi istifadə olunmuşdur. Onun atası X7 ikən 2003-2004- cü illərdə bələdiyyəyə müəyyən məbləğdə pul ödəyərək almışdır. Həmin sahəni onlar hələ cavabdeh ərə getməmişdən əvvəl təmizləmiş və hasar çəkdirmişlər. O, ailə həyatı qurandan sonra atası həmin torpağı ona bağışlayıb və onlar 2010-cu il tarixdə həmin yerdə ev tikdirmişlər. Qeyd olunan torpaq sahəsini nə zibildən təmizləyərkən, nə də hasar və ev tikdirərkən heç kim, o cümlədən İddiaçı gəlib həmin torpaq sahəsinin onun olmasını bildirməmiş, həmçinin kənd icra nümayəndəliyi və bələdiyyənin də tikilidən xəbərləri olmuş və onların orada yaşadıqlarını bilmişlər. Qeyd olunan torpaq sahəsində 2010-cu ildən yaşayırlar, torpaq sahəsinə isə 2004-cü ildə atası hasar çəkdirmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi kimi mübahisəli torpaq sahəsini Şüvəlan bələdiyyəsinin 24 nömrəli qərarı ilə 28 noyabr 2005-ci il tarixdə almışdırsa, niyə ddianı həmin torpaq sahəsində hasar çəkdirəndə və ev tikdirən zaman deyil, həmin vaxtdan 17 ildən çox vaxt keçdikdən sonra hazırda qaldırır. Ona görə də hesab edir, hazırda istifadələrində və sahibliklərində olan torpaq sahəsi İddiaçı guya Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün ayrılmış t orpaq sahəsi deyil, ya da qeyd olunan sənəd sonradan saxta yollarla alınmış sənəddir.
14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ayrılması barədə olan sənədlərin özlüyündə mötəbər olmaması iddiaçının mübahisəli torpaq sahəsinə hüquqlarının yaranmasını inkar edir. Belə olan halda iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Digər tərəfdən iş üzrə keçirilmiş ekspertiza rəylərinə əsasən cavabdehlərin istifadəsində hazırda 0.1506 ha torpaq olduğu müəyyən edilmişdir. Məhkəmə mübahisəli 0.12 ha torpaq sahəsinin 0.1506 ha torpaq sahəsinin daxilində yerləşdiyini müəyyən etsə də, cavabdehlərə məxsus fərdi yaşayış evinin torpaq sahəsinin hansı hissəsində yerləşməsini aydınlaşdırmamışdır. Belə ki, cavabdehlərin faktiki istifadəsində olan 0.1506 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddiaçıya sərəncam ilə ayrılmış sahədə yerləşmirsə, iddiaçının fərdi yaşayış evinin sökülməsinə dair tələblə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin sərəncamla ayrılan sahəyə düşməyən hissəsi ilə bağlı da aydınlıq gətirməmişdir. İş materiallarına əlavə edilmiş Şüvəlan Bələdiyyə sədrinin 28 noyabr 2005- ci il tarixli, 22 saylı sərəncamından görünür ki, iddiaçıya 1200 kv.m. torpaq sahəsinin ayrılmasını qərara almışdır. İş materiallarında olan torpaq sahəsinə dair tərtib edilmiş cizgi və xəritədən çıxarışdan görünür ki, cizgidə Şüvəlan Bələdiyyəsinin sərəncamının nömrəsi və tarixi 05/01-676 saylı, xx.xx.2005-ci il kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının maddi sübut olaraq məhkəməyə təqdim etdiyi və məhkəmənin qətnamədə istinad etdiyi hazırki sənədlərdə uyğunsuzluq vardır. İstinad edilən hazırki cizgi və xəritədən çıxarışın sərəncam əsasında ayrılmış torpaq sahəsinə məxsus olmadığı açıq-aşkardır. Qeyd edilən cizginin tamamilə başqa torpaq sahəsinə dair verilmiş sərancama aid olduğu görünür. Belə olan halda adı çəkilən sənədlər iş üzrə maddi sübut kimi qiymətləndirilə bilməzdi.
16. Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli cavab məktubuna əsasən, İddiaçı dair xx.xx.2005-ci il tarixli, 22 s aylı bələdiyyə sənədinin verilməsinə dair Şüvəlan Bələdiyyəsində heç bir məlumat aşkar olunmamışdır. 17. 23.10.2024-cü il tarixli, 3-48-2F/2-Ə-1896-8-2102/2024 saylı məktuba əsasən, 1 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətə əsasən bildirilir ki, Şüvəlan Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-179/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər F.F.Babayev - sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.V.Abdıyev) Şüvəlan bələdiyyəsinin əməkdaşlarının hərəkətlərində cinayət əlamətlərinin olub-olmaması müəyyən edilməsi üçün prokurora məlumat verilməsi, xüsusi qərardadın müvafiq tədbirlər görülməsindən ötrü Azərbaycan Respubli kası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-179/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev - sədrlik edən və məruzəçi, C.C.Musayeva və F.V.Abdıyev) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri həll edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki iş apellyasiya icraatında qəbul edildikdən sonra üçüncü şəxs X8 tərəfindən məhkəməyə ərizə ünvanlanmış, ərizə ilə sonuncunun cavabdeh qismində Bakı şəhər Şüvəlan Bələdiyyəsinə qarşı mübahisəli sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsi ilə əlaqədar hazırki iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Daha sonra həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)3190/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1903/2024 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)2015/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti mümkün sayılmamış və beləliklə, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 saylı sərəncamı əsasında ona Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0.12 ha torpaq sahəsinin ayrılmasını bildirsə və bununla bağlı müvafiq bələdiyyə sədrinin sərəncamını təqdim etsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində həmin torpaq sahəsinin ona ayrılması barədə digər təsdiqedici sənədləri və sənədlərin əsllərini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünmüşdür ki, İddiaçı dair xx.xx.2005-ci il tarixli, 22 saylı bələdiyyə sənədinin verilməsinə dair Şüvəlan Bələdiyyəsində heç bir məlumat aşkar olunmamışdır. Həmçinin iddiaçı ona 1200 kv.m. torpaq sahəsinin ayrılması ilə bağlı Şüvəlan Bələdiyyə sədrinin 28 noyabr 2005-ci il tarixli, 22 saylı sərəncamına istinad etsə də, iş materiallarında olan torpaq sahəsinə dair tərtib edilmiş cizgi və xəritədən çıxarışdan görünmüşdür ki, cizgidə Şüvəlan Bələdiyyəsinin sərəncamının nömrəsi və tarixi 05/01-676 saylı, xx.xx.2005-ci il kimi qeyd edilmiş, bununla da sözügedən sənədlər arasında uyğunsuzluğun olması aşkar olunmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyu l 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1391.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.
25. Kollegiya qeyd etmişdir ki, hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan norma nın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır. Belə ki, qanunvericilik normalarından göründüyü kimi bələdiyyə sədrinin torpağın kiminsə mülkiyyətinə verilməsi barədə sərəncam qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa iş materiallarının tədqiqi zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi, ümumiyyətlə, bələdiyyə fondu torpağına aid deyildir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 aprel 2022-ci il tarixli **********16 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsi Xəzər rayonu, Şüvəlan “X12”na (Mədəniyyət Nazirliyinin BİU-nə ayrılmışdır) ayrılmış ərazidə yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Göründüyü ki mi hazrki mülki işin predmeti olan torpaq sahəsi dövlət torpağıdır və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin istifadəsinə verilmişdir və bununla əlaqədar apellyasiya baxışı zamanı sonuncu qurum da iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı bələdiyyənin hər hansı sərəncam verməsi ümumiyyətlə mümkün deyildir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Bundan başqa, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqınd a” Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması, ümumiyyətlə, əsassızdır. Bundan başqa iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edən hər hansı sənəd təq dim etmədiyindən iddiaçının göstərilən torpaq sahəsilə ilə bağlı hər hansı subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1, 152.1, 157.2-ci, “Bələdiyyələrin statusu” haqqında Qanunun 19-cu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.2, 6.5-ci maddələrinə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına, MPM-in 14.2, 77.1, 384.0.2 və 385.1-ci maddələrinə istinadla əsas landırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil3 oğu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1, 152.1, 157.2-ci, MPM-in 88, 175.1, 175.2 və 175.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı, əvvəkli preyudisial qüvvəyə malik məhkəmə qərarlarını, mütəxəssis və ekspertiza rəylərini nəzərə almamış və nəticə etibarilə maddi hüquq normalarını pozmuşdur. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 aprel 2022-ci il tarixli ****** ****16 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci 8/12 il tarixli, 22 saylı sərəncamı əsasında İddiaçı ayrılmış 0.12 ha topaq sahəsi Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha topaq sahəsinin daxilində yerləşir. Lakin məhkəmə bu sübuta heç bir qiymət verməmişdir. Təəssüf ki, ən böyük sübutlardan biri olan və Cavabdeh1 polisə verdiyi izahatında İddiaçı məxsus torpağ sahəsini zəbt etmə faktını və bununla bağlı bütün digər faktların hamısını etiraf etmiş, lakin məhkəmə bu əhəmiyyətli dərə cədə olan sübuta heç bir qiymət verilməmişdir. Bundan sonra, mülki iş apellyasiya icraatında qəbul edildikdən sonra üçüncü şəxs X8 tərəfindən məhkəməyə ərizə ünvanlanmış, ərizə ilə sonuncunun cavabdeh qismində Bakı şəhər Şüvəlan Bələdiyyəsinə qarşı mübahisəli sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsi ilə əlaqədar hazırkı iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmış və daha sonra həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-3190/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)1903/2024 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2015/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti mümkün sayılmamış və beləliklə, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Məhkəmə preyudisial qüvvəyə malik olan sübutlara, heç bir qiymət verməmiş və nəzərə almamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırması və yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilməsi barədə mülahizələrinə baxmayaraq, faktiki mövcud olan və İddiaçı Şüvəlan bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il ta rixli müqaviləyə və İddiaçı dair xx.xx.2005ci il tarixli, 22 saylı bələdiyyə sənədinin verilməsi ümumiyyətlə heç bir əsas olmadan inkar edilmişdir. Halbuki, bu mövqe ilə, cavabdehlərdən heç birinin ümumiyyətlə bu qeyd olunmuş torpağa dair heç bir sənədi mövcud olmamışdır. Əlavə olaraq, mütəxəssis və ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 22 saylı sərəncamı əsasında İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsi Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha topaq sa həsinin daxilində yerləşir. Yəni, ekspertiza tədqiqatının nəticəsi də heç bir sübut kimi nəzərə alınmamışdır. Halbuki, təqdiqatın nəticəsindən məlum olmuşdur ki, İddiaçı ayrılmış 0.12 ha torpaq zəbt olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 3-cü şəxs kimi işə cəlb edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iş materiallarında olan xx.xx.2025 tarixli 3-24/2-8xxxx/2025 saylı məktubu ilə təsdiq edilmişdir ki, mübahisəli torpaq sahəsi Mədəniyyət Nazirliyinə ayrılmış bağçılıq-yoldaşlığın (Şimal Dres) ərazisi və dövlət mülkiyyətində olan torpaq sahəsidir. Beləliklə, iş materiallarında olan sənədlərlə mübahisəli torpağın Dövlət Mülkiyyətində olduğu təsdiq olunduğu və bu torpaq sahəsinin Şüvəlan “X10”na (Mədəniyyət Nazirliyinə BİU-nə) ayrılmasına görə subyektiv hüquq yalnız bu təşkilata məxsusdur və nə bələdiyyənin, nə də iddiaçının cavabdehlərin mübahisəli torpaqdan çıxarılması haqqında iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. X3 məxsus torpağa sərəncam vermək üçün subyektiv hüququ olmadığı kimi, həmin bələdiyyənin iddiaçıya verdiyi sənədlər də verildiyi gündən əhəmiyyətsiz sənədlərdir və məhz buna görə də iddiaçının da bu torpaq sahəsi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquql arın məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iş üzrə tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gə ldiyi nəticə ətraflı şəkildə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə ma ddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-179/2024 nömrəli 25 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.