Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1891/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və vəkili Babayev Bəxtiyar Rəhim oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Beyləqan Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qə tnaməsi ilə (hakim N.Əliyev, iş № 2(020)-262/19), İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 1 ədəd boyunbağı (lentvari), 583 əyarlı, çəkisi 16 qram, qiyməti 880 manat, 1 ədəd boyunbağı (zəncir formasında), 583 əyarlı, çəkisi 8 qram, qiyməti 440 manat, 1 ədəd bilərzik (uşaq üçün), 583 əyarlı, çəkisi 6,2 qram, qiyməti 341 manat, 1 ədəd üzük (qadın, nişan), 583 əyarlı, çəkisi 4,5 qram, qiyməti 247,50 manat, 1 ədəd üzük (qadın, qaşsız), 583 əyarlı, çəkisi 4,1 qram, qiyməti 225,50 manat, 1 ədəd üzük (kişi, nişan), 583 əyarlı, çəkisi 5,2 qram, qiyməti 286 manat, 1 ədəd üzük (qaşsız), 583 əyarlı, çəkisi 3,2 qram, qiyməti 176 manat, 1 ədəd üzük (qaşsız), 583 əyarlı, çəkisi 3,8 qram, qiyməti 209 manat, cəmi olaraq 2805 manat qətnamə icra olunan vaxt həmin qızıl-z inyat əşyaların yerində olmadıqda onların dəyəri 2805 manat, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və qiymətləndirilmə rəyi almaq üçün ödədiyi 42 manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh tərəfindən “xxxx” ASC-yə ödənilmiş 700 ABŞ dolları azərbaycan manatı ekvivalenti ilə İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov-sədrlik edən və məruzəçi, T.Kərimov və F.Abbasov, iş № 2(106)-3223/19) cavabdehin apelyasiya şikayəti təmin edilərək Beyləqan Rayon Məhkəməsinin 10 aprel 2019-cu il qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, 1 (bir) ədəd 585 əyyarlı 25.70 qram boy unbağı dəyəri 1800 (bir min səkkiz yüz) manat, 1 (bir) ədəd 585 əyyarlı 1.60 qram qolbağ dəyəri 120 (bir yüz iyirmi) manat, 1 (bir) ədəd 583 əyyarlı 7.00 qram üzük ”ağlı” dəyəri 500 (beş yüz) manat, 1 (bir) ədəd 583 əyyarlı 10.20 qram üzük dəyəri 720 (yeddi yüz iyirmi) manat, 1 (bir) ədəd 585 əyyarlı 1.50 qram sırğa dəyəri 110 (bir yüz on) manat, cəmi 3250 (üç min iki yüz əlli) manat dəyərində qızıl zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadığı halda onların dəyəri Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini, və ya yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarının ya naturada özünü, ya da onun dəyərinin 2805 manat məbləğində pulun, qiymətləndirilmə rəyi almaq üçün ödədiyi 42 manat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassasiya şikayətində cavabdeh göstərmişdir ki, iddiaçı iddia ərizəsində banka girov qoyulmuş qızıl zinət əşyalarının sayı və çəkisi ilə uyğun gəlməyən qızıl-zinət əşyaları göstərmişdir. Məhkəmələr bu ziddiyyətə əhəmiyyət verməmişdir. Qızıl-zinət əşyalarının iddiaçının özünün təqdim etdiyi rəydəki qiyməti məhkəmə tam təmin etmiş, bu qətnamə ilə iddiaçı razılaşmış, qətnamədən cavabdeh narazı qaldığı üçün əsasən qızıl-zinət əşyalarının dəyəri hissəsində qiymətin yüksəkliyi, şişirdilməsindən apelyasiya şikayəti verildiyi halda apelyasiya instansiyasında məhkəmə tələbdən kənara çıxmaqla iddiaçının qızılların 2805 manat qiyməti ilə razı olduğu halda cavabdehin mənafeyinə zidd, apellyasiya şikayətinin mahiyyətinə əks qərar qəbul etmiş və bunu apellyasiya şikayətinin təmini kimi qeyd etmişdir. Cavabdeh iddia tələbində göstərilən qiymətin aşağı hesablanması barədə apellyasiya şikayəti verir və məhkəmə qızılların qiymətinin idd iada göstərilən qiymətdən daha yüksək məbləğdə təmin edir. Cavabdeh və vəkili Babayev Bəxtiyar Rəhim oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktla rına təsir göstərə bilər. İddiaçı iddia ərizəsini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh bankdan kredit götürmək istəmişdir. Həmin kreditin götürülməsi üçün də bank girov qoyulmasını tələb etmişdir. Həmin vaxt cavabdeh onun yanında işləyirdi. Ona görə də o, özünə məxsus olan qızıl zinət əşyaları, o cümlədən 1 ədəd boyunbağı (lentvari), 583 əyarlı, çəkisi 16 qram, qiyməti 880 manat, 1 ədəd boyunbağı (zəncir formasında), 583 əyarlı, çəkisi 8 qram, qiyməti 440 manat, 1 ədəd bilərzik (uşaq üçün), 583 əyarlı, çəkisi 6,2 qram, qiyməti 341 manat, 1 ədəd üzük (qadın, nişan), 583 əyarlı, çəkisi 4,5 qram, qiyməti 247,50 manat, 1 ədəd üzük (qadın, qaşsız), 583 əyarlı, çəkisi 4,1 qram, qiyməti 225,50 manat, 1 ədəd üzük (kişi, nişan), 583 əyarlı, çəkisi 5,2 qram, qiyməti 286 manat, 1 ədəd üzük (qaş sız), 583 əyarlı, çəkisi 3,2 qram, qiyməti 176 manat, 1 ədəd üzük (qaşsız), 583 əyarlı, çəkisi 3,8 qram, qiyməti 209 manat, cəmi olaraq 2805 manat məbləğində qızıl-zinət əşyalarını cavabdehin adına girov qoyub ki, bankdan kredit götürsün, işləsin ailəsini dolandırsın. Cavabdeh bankdan krediti götürəndən bir xeyli vaxt keçməmiş krediti ödəyərək onun xəbəri olmadan ona məxsus banka girov qoyulmuş qızıl-zinət əşyalarını götürmüş və geri qaytarmamışdır. Hər dəfə qızıl-zinət əşyalarını tələb etsə də cavabdeh bir bəhanə gətirmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq, iş materiallarında toplanmış və əlavə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, birinci instansiya məhkə məsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinə düzgün hüquqi qiymət verməyərək maddi hüquq normalarını səhv tətbiq və təvsir etmiş və düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuş prosessual normaların pozuntusuna yol vermişdir. İşdə olan “xxxx” BOKT ASC-nin 07.03.2019-cu il tarixli, 46/PB nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh 30.11.2015-ci ildə əvvəlki “xxxxbank” ASC, indiki “xxxx” BOKT ASC-nin Beyləqan filialından 44,9 qram qızıl-zinət əşyaları girov qoyaraq 700 ABŞ dolları kredit götürmüşdür. 03.06.2016-cı il tarixdə Cavabdeh kredit borcunu tam şəkildə ödəyərək girov qoyduğu qızıl-zinət əşyalarını təhvil götürmüşdür. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qızıl zinət əşyalarının Cavabdeh alınıb İddiaçı verilməsi ilə yekun nəticəyə gələrkən iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının həqiqətən də girov qoyulan qızıl-zinət əşyaları ilə eynilik təşkil edib-etməməsini araşdırmamışdır. Belə ki, apelyasiya icraatı zamanı tədqiq edilmiş Cavabdeh və xxxxbank ASC arasında bağlanmış kredit və girov müqaviləsinə uyğun olaraq “xxxxbank” ASC-nin Beyləqan filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 5 predmet qızıl-zinət əşyası, yəni 1 (bir) ədəd 585 əyyarlı 25.70 qram boyunbağı, 1 (bir) ədəd 585 əyyarlı 1.60 qram qolbağ, 1 (bir) ədəd 583 əyyarlı 7.00 qram üzük ”ağlı”, 1 (bir) ədəd 583 əyyarlı 10.20 qram üzük, 1 (bir) ədəd 585 əyyarlı 1.50 qram sırğa girov qoyulmuş və qeyd olunan aktla da 23 iyun 2016-cı il tarixində Cavabdeh tərəfindən bütövlükdə təhvil alınmışdır. İddia ərizəsində sadalan, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən alınıb iddiaçıya verilməsi nəzərdə tutulan qızıl-zinət əşyaları ilə əslində girov qoyulmuş qızıl-zinət əşyaları eynilik təşkil etmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, mülki işdə olan “xxxx” MMC tərəfindən verilmiş 11.12.2018-ci il tarixli, 86 saylı qiymətləndirilmə rəyi də qızıl-zinət əşyalarının dəyərinin müəyyən olunması üçün əsas götürülə bilməz. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya icraatı zamanı hər iki tərəfə təhvil-təslim aktında qeyd olunan qızıl-zinət əşyalarının dəyərinin müəyyən olunması üçün ayrı-ayrılıqda mütə xəssis rəyinin gətirilməsi təklif olunmuş, 19 noyabr 2019-cu il tarixli məhkəmə iclasında yalnız İddiaçı tərəfindən mübahisə olunan qızıl-zinət əşyalarının dəyərinin müəyyən olunması ilə bağlı mütəxəss rəyi təqdim olunmuş, Cavabdeh isə mütəxəssis rəyini ala bilməməsini bildirmiş, həmçinin iddiaçı tərəfindən təqdim olunmuş rəy əsasında yekun nəticə verilməsinə etiraz etməmişdir. İşdə olan və apelyasiya icraatı zamanı tədqiq olunmuş X1 (VÖEN № **********) tərəfindən verilmiş rəydən görünür ki, 1 (bir) ədəd 585 əyyarlı 25.70 qram boyunbağı 1800 (bir min səkkiz yüz) manat, 1 (bir) ədəd 585 əyyarlı 1.60 qram qolbağ 120 (bir yüz iyirmi) manat, 1 (bir) ədəd 583 əyyarlı 7.00 qram üzük ”ağlı” 500 (beş yüz) manat, 1 (bir) ədəd 583 əyyarlı 10.20 qram üzük 720 (yeddi yüz iyirmi) manat, 1 (bir) ədəd 58 5 əyyarlı 1.50 qram sırğa 110 (bir yüz on) manat, cəmi 3250 (üç min iki yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, X1 (VÖEN № **********) tərəfindən verilmiş rəyin əsas götürülməsi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, bu da özlüyündə işin faktiki hallarına uyğun olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddia tələbini qismən təmin edilməsinə dair nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi faktiki olaraq iddiaçının iddia tələbini tam təmin etmiş, iddia tələbində göstərilən qızıl zinət əşyalarının dəyəri, çəkisi və miqdarı ilə üst-üstə düşən qətnamə qəbul etmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verməmiş, yalnız cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, «birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının dəyərini müəyyən edərkən qeyri möhtəbər sübuta əsaslanmışdır ki, bu düzgün deyildir. Məhkəmə qızılların şəkillərini görmədən yalnız iddiaçının şifahi təsviri əsasında havadan yazıdığı və alınmış qiymətləndirmə rəyini sübut kimi qəbu l etmiş, lakin iş üzrə möhtəbər sübut olan «xxxx» BOKT ASC-nin Beyləqan filalında qızıllar girov qoyularkən bank tərəfindən qızılların çəkisi, əyarı və sair göstəricilərinə əsasən vizual şəkildə baxılaraq qiymətləndirdiyi rəyi bankdan sorğu əsasında tələb edib işə əlavə etməmişdir.» İşin materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi «xxxx» BOKT ASC-in təqdim etdiyi əmlakın siyahısı üzrə X1 (VÖEN № **********) tərəfindən verilmiş rəyə əsaslanaraq 1 (bir) ədəd 585 əyarlı 25.70 qram boyunbağı 1800 (bir min səkkiz yüz) manat, 1 (bir) ədəd 585 əyarlı 1.60 qram qolbağ 120 (bir yüz iyirmi) manat, 1 (bir) ədəd 583 əyarlı 7.00 qram üzük ”ağlı” 500 (beş yüz) manat, 1 (bir) ədəd 583 əyarlı 10.20 qram üzük 720 (yeddi yüz iyirmi) manat, 1 (bir) ədəd 585 əyarlı 1.50 qram sırğa 110 (bir y üz on) manat, cəmi 3250 (üç min iki yüz əlli) manat məbləğində olmasını nəticəsnə gəlmiş və həmin həddə iddianın təmin olunmasını mümkün hesab etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, apelyasiya şikayətinin dəlili əşyaların çəkisinin, miqdarının və dəyərinin artırılmasına deyil, azaldılmalı olmasına yönəlmişdir. Bununla yanaşı apellyasiya məhkəməsinin istinad etdiyi rəydə birinci sırada olan 1800 manat məbləği bir əşyaya deyil, 4 əşyaya, 3-cü sırada olan 500 manat 2 əşyaya, 4-cü sırada olan 720 manat 3 əşyaya münasibətdə müəyyən edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı cavabdehdən 8 ədəd qızıl zinyət əşyalarını tələb etmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin istinad etdiyi zərgər (mütəxəssis) Elnur Hüseynovun qiymət müəyyən etdiyi aktda olan əşayaların sayı is ə 11 ədəddən ibarətdir. Göstərilənlərlə aşkar olaraq müəyyən olunmuş olur ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən tələbdən kənara çıxararaq iddianın məbləğini artırmış olsa da iddianın qismən təmin olunmalı olması nəticəsinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi və birinci instansiya məhkməsinin istinad etdiyi rəyin və özünün istinad etdiyi aktın məzmununa diqqət yetirməyərək qarşılıqlı olaraq hüquqi qiymət verməmişdir. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi aktla və onun üzərində müəyyən edilmiş qiymətlə kifayətlənməməli, əşyaların həqiqi dəyərinin müəyyən edilməsi istiqamətində araşdırmanı davam etdirməli, iddia tələbi, iddiaçıın istinad etdiyi rəy və özünün istinad etdiyi aktda olan ziddiyyətlərin müəyyən edilməsi istiqamətidə araşdırma aparmalı və məhz bundan sonra hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla işin faktiki hallarına hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən prosessual və maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işdə olan digər sübutlarla uzlaşmayan akta (onda əks olunmuş qiymətə, əşyaların sayının iddia tələbində göstərilən əşyaların sayına uyğun olmamasına dair hissədə) istinad edərək iddia tələbini qismən təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prose ssual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təm in etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında əşyaların çəkisi, dəyəri, miqdarı müəyyən edilməli və iddia tələbinin həcmi nəzərə alınmaqla həmin hədd üzrə araşdırmanın aparılmasını təmin etməli, müəyyən olunmuş faktlar əsasında iddia tələbinə hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi an
Məhkəmə qərarları › İş №2(102)-1891/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1891/2020
02.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver