Məhkəmə qərarları › İş №2(102)-1894/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1894/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1894/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində quraşdırılmış istixananın cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-399/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. KOD - 50411018, JN-1047 nömrəli “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı”na əsasən, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2. 31.07.2023-cü il tarixli akta əsasən DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndisi Nizami İsmayılov tərəfindən JN-1047 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron uçot məlumatlarına əsasən döngə nöqtələri yerində (naturada) ölçülərək İddiaçı1 tanıdılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-1047 saylı “Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktı” əsasında mülkiyyətlərində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində özbaşına quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh onların icazəsi olmadan t orpaq sahəsini zəbt edərək orada istilikxana quraşdırmışdır. Hazırda da cavabdeh torpaq sahəsindən təyinatına uyğun istifadə edir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsələr də, cavabdeh buna məhəl qoymamış, onlara məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşlar.

5. Məhkəmə iclasında iddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişlər ki, cavabdehin sahibliyi qanunsuzdur. Belə ki, onlar qanuni əsaslarla mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilməmiş, öz hüquqlarını həyata keçirməkdən məhrum olmuşlar. Ona görə də cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmalı, quraş dırılmış istilikxana cavabdehin vəsaiti hesabına sökülməlidir.

6. Məhkəmə iclasında cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi bir neçə il əvvəl bələdiyyə tərəfindən ölçülərək ona verilmişdir. O da həmin torpaq sahəsində istilikxana inşa etdirmiş və torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. O, tam qanuni əsaslarla torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda ona qarşı qaldırılmış iddianı əsassız hesab etmişdir. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirl iyi yanında ƏMDX DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 0,96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0,3584 hektaradək hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan həmin torpaq sahəsində istilikxanaların bir hissəsi mövcuddur.

8. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(076)-742/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Allah yarov) iddia qismən təmin edilmiş, JN-1047 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən iddiaçıların mülkiyyətlərində olan Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,96 ha torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0,3584 ha–dək hissəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən inşa edilmiş istilikxananın həmin 0,3584 ha sahədə yerləşən hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etmişdir ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 0, 96 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına JN-1047 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0,3584 hektaradək hissəsi cavabdeh tərəfindən istifadə olunur və cavabdeh tərəfindən inşa edilmiş istilikxananın bir hissəsi həmin zəbt edilmiş 0,3584 ha hissədə yerləşir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2–ci maddəsinə əsasən mülki yyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçılar mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır.

11. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə qanunsuz zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövc uddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub qərb tərəfindən şimali qərb tərəfinə doğru istiqamətində olan 0,3584 ha–dək hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Həmçinin, cavabdeh tərəfindən inşa edilmiş istilikxananın bir hissəsi həmin zəbt edilmiş 0,3584 ha hissədə yerləşir. Halbuki, cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü və Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 117.1, 217.4, 218.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu, Keçili kəndində yaşayır. Yaşadığı kənddə kənd təsərrüfatı məhsulları əkib-becərməklə məşğul olur. 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi onun mülkiyyətinə verildikdən sonra daim onun və ailə üzvlərinin istifadəsində olmuş, torpaq sahəsində ailəsini dolandırmaq üçün hər il əkin əkmişdi r. Təxminən 10 ildən çoxdur ki, ona məxsus 32 ha torpaq sahəsində istilikxana qurmuş, həmin vaxtdan bu günə kimi torpaq sahəsi və istilikxana ilə bağlı ona hər hansı vətəndaşın yaxud Bələdiyyənin iradı olmamışdır. O, hazırda istifadəsində olan torpaq sahəsindən tam qanuni əsaslarla istifadə etmişdir. İddiaçılar isə ona qarşı hazırkı iddianı qaldıraraq illərdir onun sahibliyində və istifadəsində olan torpaq sahəsindən çıxarılmağını tələb edirlər. Halbuki, illərdir torpaq sahəsinə qonşuluqda olan iddiaçılar da mübahisəli torpaq sahəsinin ona məxsus olmasını bilmişlər və heç bir etiraz bildirməmişlər. Əgər torpaq sahəsi iddiaçıların mülkiyyətində olsaydı o, hələ illər əvvəl istilikxana qurub istifadə etməyə başlayarkən onlar ona qarşı iddia qaldırardılar. Həmin torpaq sahəsi 1998-ci ildən onu n istifadəsində olduğundan və o, orada qərəzli olaraq və özbaşına istilikxana inşa etmədiyindən bu gün həmin istilikxananın onun vəsaiti hesabına sökülməsi ona ziyan vurmaqdan başqa bir şey deyildir. Torpaq sahəsi 26 ildir ki, onun fasiləsiz sahibliyindədir. İddia əsassızdır və qanunsuz olaraq qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilməsi və özbaşına istilikxana inşa edilməsi müəyyən edilsə də, işin həqiqi halları ondan ibarət deyildir.

15. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, iddiaçılar ilə qonşudur və münaqişə yaranm asını istəmir. Əgər avqust ayına kimi ona möhlət verilsə, istixananı sökə bilər. İddiaçıların heç olmasa, taxıl biçininə kimi gözləməsini xahiş etmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-399/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh özünə məxsus torpaq sahəsinə 26 ildir ki fasiləsiz sahiblik edir. Tər əflərə məxsus torpaq sahələri qonşuluqda yerləşir. AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli ekspert rəyi verilmişdir Mütəxəssis və ekspert rəylərinin mötəbərliyi məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksinə sübut edən heç bir sənəd məhkəmə kollegiyasına təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında cavabdeh iddianı qismən qəbul edərək, əgər avqust ayına kimi ona möhlət verilsə, istixananı sökə biləcəyini və zəbt etdiyi hissəni azad edəcəyini bildirmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.4 və Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 217.3, 384.0.1 və 285.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən etdiyi hallar işin faktiki halları ilə tamamilə ziddiyyət təşkil edir. İddiaçılar məhkəmənin müəyyən etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Mövcud olmayan sübutlar əsasında məhkəmənin hər hansı nəticəyə gəlməsi isə qanunvericiliyin tələblərinə zidddir.

22. İddiaçılar hazırkı vəziyyətdə öz hüququndan cavabdehə ziyan vurmaq məqsədilə istifadə edirlər. İşə baxan məhkəmə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsində illərdir istilikxana qurub oradan maneəsiz istifadə etməsini və həmin istilikxananın özbaşına tikili olmamasını nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı1 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiyasısı məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

24. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

27. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb ed ə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyy ən edilir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları a raşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

50. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-399/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar