Məhkəmə qərarları › İş №2(102)-1895/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1895/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1895/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ekspert rəyi, kassasiya instansiyası məhkəməsinin göstərişləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması F ondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-212/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi ilə borcalan Cavabdeh 180 ay müddətinə, illik 14 faiz dərəcəsi ilə 99450 manat məbləğində kredit verilməsi, kredit müqaviləsinin təminatı olaraq 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh şəxsi mülkiyyətində olan mənzilin ipoteka qoyulması nəzərdə tutulmuşdur.

2. Borcalan müqavilə üzrə öhdəliklərini icra etmədiyindən Bank hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı” və “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borcalan”) arasında xx.xx.2011-ci il tarixdə bağlanmış, 126 saylı “Kredit müqaviləsi” üzrə yaranmış 99074,35 manat əsas, 160704 manat faiz borcunun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 550 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və cavabdehə məxsus daşınmaz əmlaka – ünvan1 də yerləşən bin anın B blokunda 2 otaqlı x saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada tutulması, ipoteka predmeti olan mənzil hərracdan satıldığı halda mənzilin boşaldılaraq, mənzili alacaq şəxsə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla Bank arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 14 faiz dərəcəsi ilə 99450 manat məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsinin” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinin” şərtlərinə görə kredit b orcu, ona hesablanmış faizlə birlikdə 180 ay müddətində hissə-hissə və ayba-ay Banka ödənilməli idi. “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdeh, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq cavabdehlə Bank arasında xx.xx.2011-ci il tarixli 126/1 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, Banka olan borcun cüzi bir hissəsini ödəmiş, qalan borcu isə ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka 99074,35 manat məbləğində əsas, 160704 manat məbləğində faiz borcu yaranmışdır. Bank borcun ödənilməsi barədə borcalana yazılı və şifahi qaydada dəfələrlə müraciət etsə də, müsb ət nəticə əldə olunmamışdır. Bu səbəbdən Bank hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 550 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddia tələbinə etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, cavabdehə iddia tələbində göstərilən kredit vəsaiti ümumiyyətlə verilməmişdir. Kreditin cavabdehə verilməsini təsdiq edən əsas sənəd – “Kassa məxaric” orderi iddia ərizəsinə əlavə edilməmiş, Bank tərəfindən məhkəməyə təqdim edilməmişdir. Çünki belə sənəd mövcud deyildir. Cavabdehə xx.xx.2011-ci il tarixdə kredit məbləği ayrılmış olsaydı, həmin dövrdən gecikmələr olması səbəbindən 12 il ərzində iddiaçı Bank tərəfindən tələb irəli sürülərdi. Cavabdehə ilk və yeganə bildiriş məktubu xx.xx.2022-ci il tarixdə, yəni kr edit müqaviləsinin bağlanmasından 12 il sonra göndərilmiş və əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələb olunmuşdur. Bundan başqa, ipoteka predmeti olan mənzil nə, ipoteka müqaviləsinin bağlandığı qeyd edilən tarixdə, nə də sonra cavabdehə məxsus olmamış və cavabdeh tərəfindən ipoteka ilə yüklü edilməmişdir. Cavabdeh həmin mənzilin kimə məxsus olduğunu bilmir. İddiaçı Bank tərəfindən iş materiallarına “İpoteka müqaviləsinin” surəti əlavə edilmiş və həmin ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi xahiş edilmişdir. Lakin həmin mənzilin ipotekaya qoyulmasına dair qeydiyyat sənədləri və hansı notariat ofisində təsdiq olunmasına dair sənəd təqdim edilməmişdir. Hüquq müəyyənedici sənədi olmayan daşınmaz əmlak ipoteka predmeti ola bilməz. Göründüyü kimi, iddiaçı Bank idd ia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddianı sübut edən sənədlər mövcud deyildir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(001)1328/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Fərid Hətəmzadə).

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlə Bank arasında 99450 manat məbləğində kredit götürülməsinə dair müqavilə 16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi imzalansa da, iddiaçı tərəfindən kredit müqaviləsinin predmeti olan 99450 manat məbləğində pul vəsaitinin cavabdehə təhvil verilməsi barədə kassa məxaric orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcluya verilməsi öz təsdiqini tap mamışdır.

8. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdehlə Bank arasında arasında imzalanmış 16 may 2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi ilə Bank tərəfindən borcalana 99450 manat məbləğində kredit verilməsi öhdəliyi və borcalanın da aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi ilə şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşılıqlı icra kimi nəzərdə tutulsa da, Bank öz öhdəliyini yerinə yetirməmiş, yəni Kredit müqaviləsi ilə nəzərdə tutulan 99450 manat məbləğində pul vəsaitini borcalana verməmişdir. Bu səbəbdən də, qarşılıqlı icra öhdəsinə düşən cavabdeh də Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir. Cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərin ə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaiti almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tutmanın ipoteka ilə yüklü edilmiş, mənzilə yönəlməsi ilə bağlı iddia tələbi də rədd edilməlidir. Belə ki, 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsi borclunun həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin üsulu olaraq bağlanmış olduğundan, cavabdehin həmin kredit müqaviləsi üzrə öhdəlik daşımadığı müəyyən edildiyindən, cavabdeh ipoteka qoyan kimi 16 may 2011-ci il tarixli, 126/1 saylı ipoteka müqaviləsi üzrə hər hansı bir öhdəlik daşımır.

10. Bundan əlavə, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunv ericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, yəni ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu hallar da tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 307, 309, 324, 385, 441, 460, 739-cu, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üzrə cavabdeh, "xxxx" MTK-dan 114450 manat dəyəri olan mənzilin alınması məqsədilə Banka müraciət edərək, ona 15 il müddətinə 99450 manat məbləğində ipot eka krediti verilməsini xahiş etmişdir. Kredit və ipoteka müqavilələri ilə cavabdehlə "xxxx" MTK arasında bağlanmış müqavilənin tarixləri eynidir. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh özü və arvadı X1 (cavabdeh arvadının adından verilmiş etibarnamə əsasında çıxış etmişdir) mənzilin ipoteka qoyulması ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizələr vermişdir. Cavabdeh tərəfindən mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə həmin sübutlara düzgün qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Halbuki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən “Hesabdan çıxarışa” əsasən müəyyən e dilir ki, kredit borcuna görə cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Bu hal Mərkəzi kredit reyestri barədə çıxarışla da təsdiq olunur. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu halları da nəzərə almamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4347/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bank xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 99450 manat kredit verməsini, cavabdeh isə həmin məbləği almadığını bildirir. Belə olan halda, xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 99450 manatın verilməsini sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Lakin Bank tərəfindən “Kredit müqaviləsinin” predmeti olan pul vəsaitinin cavabdehə təhvil verilməsi barədə “Kassa məxaric” orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəmələrə təqdim edilməmişdir. Halbuki “Kredit müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fər qli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Bank kredit müqaviləsi üzrə pulu cavabdehə təhvil verilməsini sübuta yetirə bilmir.

17. Apellyasiya instansiyası məhkəməsinin hesab etmişdir ki, bu hal sübuta yetirilmədiyindən, cavabdehin qeyd edilən “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə öhdəlik götürməsi və həmin öhdəliyi yerinə yetirməməsi halı da təsdiqini tapmır. Belə olan halda, qəbul edilməlidir ki, Bankın “kredit m üqaviləsi üzrə yaranmış kredit borcunun tutulması barədə” tələbi Mülki Məcəllənin 441 və 442-ci maddələrinin tələbləri baxımından əsaslı hesab edilə bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üzərində Bank ilə cavabdeh arasında bağlanması qeyd edilən xx.xx.2011-ci il tarixli “İpoteka müqaviləsi” notariat qaydasında bağlanmamış, ipoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamışdır.Buna görə də Bankın “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbi əsaslı hesab edilə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 307, 309, 385 və 739-cu maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbin in təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ipoteka müqaviləsinin predmeti olan əmlakın Bankın xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2011-ci il tarixdə Bank tərəfindən cavabdehin hesabına 99450 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2011-ci il tarixli, 146/R nömrəli kredit müqaviləsi üzrə kredit məbləğinin borcluya verilməsini təsdiq edən kassa məxaric orderi Bank tərəfindən məhkəməyə təqdim oluna bilməsə də, işin faktiki hallarından da görünür ki, tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarında o lan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdə 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində kredit müqaviləsi üzrə göstərilən məbləğin onun tərəfindən bankdan götürülmədiyini bildirmişdir. Belə olduğu halda, cavabdeh götürmədiyi kredit üçün niyə ödəniş etmişdir? Bu sualın cavabı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində araşdırılmamışdır. İddiaçı tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə cavabdehə məhkəmə iclasına gəlməsi təklif olunsa da, bütün məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili iştirak etmişdir. Qeyd edilən hal isə cavabdehin öz mövqeyini lazımı səviyyədə əsaslandıra bilməməsi ilə nəticələnmiş və onun mövqeyinin əsaslılığını şübhə altına almışdır. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan mübahisəli halları araşdırmadan və hüquqi qiymət vermədən iddia tələbini rədd etmiş və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Nəticədə dövlət vəsaiti hesabına maliyyələşən kredit müqaviləsi üzrə ayrılan kredit məbləğinin tutulması tələbinin rədd olunması ilə yekunlaşan əsassız qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən borcun tutulması barədə iddia rədd edilərkən iddiaçının hüquqlarının pozulması nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Cavabdeh tərəfind ən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə 99450 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Bank tərəfindən MB-ACCR.E-CBAR.AZ-dan əldə edilən cavabdehə 99450 manat məbləğində kredit ayrılması haqqında mərkəzi kredit reyestri barədə çıxarışla da təsdiq edilir. Lakin apellyasiya instansiyası məhkəməsi buna da əhəmiyyət verməmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-494/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilmiş, qətnamə qismən, yəni 16 may 2011-ci il tarixdə bağlanmış 126 saylı Kredit müqaviləsi üzrə 99074,35 manat əsas, 160704 manat faiz borcunun, 550 manat məbləğində dövlət rüsumunun tutulmasın ın rədd olunması hissədə ləğv olunmuş və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - ilk növbədə qeyd edilməlidir ki, iddia tələbinin tutmanın ipoteka predmeti olan ünvan1də yerləşən binanın B blokunda olan 2 otaqlı, x saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada tutulması, ipoteka predmeti olan mənzil hərracdan satıldığı halda mənzilin boşaldılaraq təhvil verilməsi hissədə iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya məhkəməsi haqlı olaraq həmin hissədə qətnaməni dəyişdirmədən saxlamışdır; - belə ki, işin müəyyən edilmiş hallarına görə tərəflər arasında ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, müqavilə notariat qaydasında təsdiqlənməmiş, ipoteka dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. İddiaçı həmin etibarsız müqaviləyə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edə bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur; - cavabdehdən 99074,35 manat əsas, 160704 manat faiz, cəmi 259778,35 manat borcun, 550 manat məbləğində dövlət rüsumunun tutulması tələbinın rədd olunması barədə apellyasiya məhkə məsinin gəldiyi nəticə ilə bağlı isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həlli zamanı tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutları nəzərə almamasını əsaslandırmamış, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir; - Belə ki, iş materiallarından görünür ki, cavabdeh mənzil almaq üçün kredit verilməsi barədə 13 may 2011-ci il tarixdə Banka yazılı ərizə ilə müraciət etmiş, 16 may 2011-ci il tarixli Kredit sifarişi adlanan sənəddə şəxsi məlumatlarını banka təqdim etmiş, tərəflər arasında ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzilin alınması üçün 99450 manat məbləğində kredit verilməsi barədə 16 may 2011-ci il tarixli 126 nömr əli Kredit müqaviləsi bağlanmışdır; - 16 may 2011-ci il tarixli, 126/1 nömrəli İpoteka müqaviləsinə görə Kredit müqaviləsi üzrə ödənişlərin təminatı kimi cavabdehin mülkiyyəti olan ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzil ipotekaya qoyulmuşdur. Həmin mənzilin ipoteka ilə yüklü olunmasına razılıq verilməsi barədə cavabdeh həm özünün, həm də etibarnamə əsasında arvadının adından ərizələr yazmış, 16 may 2011-ci il tarixli 146/R nömrəli Müqaviləyə görə "xxxx" MTK tərəfindən Cavabdeh ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzil 114450 manata satılmışdır; - cavabdehin adına olan hesabdan çıxarışa əsasən, cavabdeh xx.xx.2011-ci il tarixli, 126 nömrəli kredit müqaviləsi üzrə ödənişlər etmişdir; - göstərilən sənədlərin tərtibində cavabdehin iştirakı və sənədlərdəki i mzanın ona məxsusluğunu cavabdeh mübahisələndirməmişdir; - kredit borcu barədə iddianı rədd edən aşağı instansiya məhkəmələrinin qənaətinə görə cavabdehin iştirakı ilə tərtib edilmiş və imzalanmış yuxarıda göstərilən sənədlər yalnız kreditin alınması üçün hazırlıq hərəkətləri ilə bağlı olmuş, cavabdeh tərəfindən bankdan 99450 manat məbləğində kredit alınması sübuta yetirilməmiş, cavabdeh bankdan pul aldığını inkar etmiş, iddiaçı isə həmin halı təsdiq edən yeganə sübut olan kassa məxaric orderini və ya pulun hesabdan hesaba köçürülməsini təsdiq edən sübutları təqdim edə bilməmişdir; - cavabdehin 99450 manat məbləğində krediti bankdan götürməsini təsdiq edən sübutun kassa məxaric orderi olması, məsələnin həlli üçün digər sübutların əhəmiyyət kəsb etməməsi, pul məbləğinin cavabdehə verilməsin in və ya onun hesabına köçürülməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsi qənaətinə gələn apellyasiya məhkəməsinin yuxarıda göstərilən hallara tam və hərtərəfli baxmadan, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz; - məhkəmə müəyyən etməmişdir ki, cavabdeh almadığı kredit məbləğinə görə niyə banka ödənişlər etmiş, cavabdehin "xxxx" MTK-dan aldığı mənzilə görə ödənişlər kim tərəfindən və hansı qaydada həyata keçirilmişdir. Həmçinin məhkəmə mürəkkəb və çoxsaylı sənədləşmə işlərinin aparılmasının yalnız kreditin alınması üçün hazırlıq hərəkətləri ilə bağlılığı barədə cavabdeh tərəfin izahatını inandırıcı olmasını qəbul etmişdir; - iddiaçı tərəfin izahatından görünür ki, cavabdehə kreditin verilməsi "xxxx" MTK tərəfindən inşa olunan binada onun üçün mənzil alınması ilə bağlı olmuş, həmin mənzil də ipotekaya qoyulmuşdur. Cavabdehə ayırlmış kredit vəsaitinin "xxxx" MTK-ya köçürülübküçürülməməsi, cavabdehin həmin MTK-dan mənizil alıb-almaması, almışdırsa, pul vəsaitinin hansı qaydada və kim tərəfindən ödənilməsi kimi işin nəticəsi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsindən ötrü "xxxx" MTK-nın müstəqli tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb olunması barədə iddiaçı tərəf vəsatət vermiş, birinci instansiya məhkəməsi həmin vəsatəti yeni sübutun tələb olunması kimi qəbul edib işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməməsini, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsinin əsaslandırılmamasını, habelə qəbul ediləcək qərarın MTK-nı n maraqlarına toxunmadığını əsas gətirərək vəsatəti təmin etməmişdir. Halbuki işdən görünür ki, bir neçə dəfə keçirilmiş işin məhkəmədə baxılmasına hazırlıq iclaslarında cavabdeh krediti almadığını göstərməmiş, bu barədə ilk dəfə iddia ərizəsinə etirazda qeyd etmiş, iddiaya etirazın verilməsindən sonra bir dəfə, 19 aprel 2023-cü il tarixdə işin məhkəmədə baxılmasına hazırlıq iclası keçirilmiş və iş məhkəmə baxışına təyin olunmuş, iddiaçı tərəf həmin iclasda iştirak etməmiş, cavabdehin iddiaya etirazının iddiaçı tərəfə təqdim olunması da iş materialları ilə müəyyən edilmir. Belə olan halda aydın olur ki, cavabdehin kredit məbləğini almasını inkar etməsini iddiaçı məhkəmə baxışı mərhələsində bilmişdir, bundan sonra cavabdehin "xxxx" MTK-dan mənizil alıbalmaması, almışdırsa pul vəsaitinin h ansı qaydada və kim tərəfindən ödənilməsi, ayırlmış kredit vəsaitinin MTK-ya köçürülüb-küçürülməməsi kimi halların müəyyən olunması zərurəti ortaya çıxmışdır; - qəbul ediləcək qərarın "xxxx" MTK-nın maraqlarına toxunmadığına görə onun 3-cü şəxs kimi işə cəlb edilməsi zəruri olmadığı halda belə, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halların müəyyən edilməsi üçün məhkəmə işdə olan sübutlar əsasında həmin halların müəyyən edilməsinin mümkün olmaması, sübutların təqdim olunmamasının nəticələri izah edilməmiş, iddiaçıya əlavə sübutlar təqdim edilməsi təklif edilməmiş, məhkəmə iclasında iddiaçı tərəf göstərilən sübutları müstəqil əldə edə bilmədiyini göstərsə də, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnu izah etməmiş, göstərilən mə sələlərlə əlaqədar iddiaçı tərəfə prosessual hüquqlarının həyata keçirməsinə kömək göstərməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. İşin təkrar apellyasiya baxışı zamanı "xxxx" MTK iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin 5 iyun 2024-cü i tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası, daha sonra 4 sentyabr 2024-cü il tarixli qərardadla əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

26. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsas o olmuşdur ki, kredit məbləğinin cavabdehə hansı qayda verilməsinə aydınlıq gətirlməmişdir.

27. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7731 nörməli ekspert rəyinə görə Bankla cavabdeh arasında ba ğlanmış, xx.xx.2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi üzrə təyin olunmuş 99450,0 manat məbləğinin kassa məxaric orderi iş materiallarında mövcud deyildir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 99450 manat məbləğ cavabdehin bank hesabı üzrə yəni, 3801 029662 0000 nömrəli hesabına köçürülmüşdür. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2011-ci il tarixdə bağlanmış 126 saylı kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə ödənilmiş 2000,0 manat məbləği nəğd ödənişlə deyil, hesabdan hesaba köçürülmə yolu ilə, yəni **********000 filiallar arası hesablaşmalar üzrə digər bank tərəfindən köçürülmüşdür.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-212/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə Bankın apellyasiya şikayəti qismən təm in edilmiş, Binəqədi Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(001)-1328/2023 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin 16 may 2011-ci il tarixdə bağlanmış 126 saylı Kredit müqaviləsi üzrə 99074,35 manat əsas borc, 160704 manat faiz borcunun, 550 manat məbləğində dövlət rüsumunun tutulmasının rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qeyd olunan hissədə qismən təmin edilmiş, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-in xeyrinə 99074,35 (doxsan doqquz min, yetmiş dörd manat, otuz beş qəpik) manat əsas borc, 158238,25 (yüz əlli səkkiz min iki yüz otuz səkkiz manat, iyirmi beş qəpik) manat faiz borcu, cəmi 257312,6 (iki yüz əlli yeddi min, üç yüz om iki manat, altmış qəpik) manat pul və 544 (beş yüz qırx dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov).

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda mübahisələndirilən hissədə işin mahiyyəti ondan ibarətdir ki, Bank cavabdehə qarşı kredit borcunun və ona hesablanmış fazilərin qaytarılmasını tələb etməklə, tələbini onlar arasında bağlanmış xx.xx.2011-ci il tarixli 126 saylı kredit müqaviləsinə əsasən cavabdehin borcunu ödəməməsi ilə əsaslandırır, cavabdeh isə iddia tələbini qəbul etməyərək bildirir ki, həmin müqavilə üzrə kredit vəsaiti ona verilməmiş, bunu təsdiq edən kassa məxaric orderi iş materiallarında yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi 99450 manat məbləğində pul vəsaitinin cavabdehə təhvil verilməsi barədə kassa məxari c orderi və ya hər hansı bir rəsmi sənədin (mötəbər sübut) məhkəməyə təqdim edilməməsi əsası ilə iddianı rədd etməsi ilə razılaşmayaraq göstərmişdir ki, iş materiallarına əsasən cavabdeh mənzil almaq üçün kredit verilməsi barədə 13 may 2011-ci il tarixdə Banka yazılı ərizə ilə müraciət etmiş, 16 may 2011ci il tarixli Kredit sifarişi adlanan sənəddə şəxsi məlumatlarını banka təqdim etmiş, tərəflər arasında ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzilin alınması üçün 99450 manat məbləğində kredit verilməsi barədə 16 may 2011-ci il tarixli 126 nömrəli Kredit müqaviləsi bağlanmışdır. 31. "xxxx" MTK ilə cavabdeh arasında 16 may 2011-ci il tarixdə bağlanmış 146/R saylı müqavilənin 1-ci bəndinə əsasən bu müqavilənin predmeti icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxm ənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə Alıcıya satmasından, Alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödənilməsindən ibarətdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən İcraçı və Alıcı ilə tikintisini razılaşdığı mənzil ünvan1də 1-ci yaşayış binasının B blokunda 16 mərtəbəsində x saylı mənzilində yerləşməklə ümumi sahəsi 109 kv.m. olmaqla, 2 otaqdan ibarət olacaq. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m. üçün 1050 manat, cəmi 114.450 manat məbləğində müəyyən edilir. 32. 16 may 2011-ci il tarixli 126/1 nömrəli İpoteka müqaviləsinə görə Kredit müqaviləsi üzrə ödənişlərin təminatı kimi cavabdehin mülkiyyəti olan ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzil ipotekaya qoyulmuşdur. Həmin mənzilin ipotek a ilə yüklü olunmasına razılıq verilməsi barədə cavabdeh həm özünün, həm də etibarnamə əsasında arvadının adından ərizələr yazmış, 16 may 2011-ci il tarixli, 146/R nömrəli Müqaviləyə görə "xxxx" MTK tərəfindən ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzil 114450 manata cavabdehə satılmışdır. Göstərilən sənədlərin tərtibində cavabdehin iştirakı və sənədlərdəki imzanın ona məxsusluğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

33. Bundan başqa, işdəki cavabdehin adına olan hesabdan çıxarışa əsasən cavabdeh xx.xx.2011-ci il tarixli, 126 nömrəli kredit müqaviləsi üzrə ödənişlər (xx.xx.2011ci il tarixdə 2000 manat) etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, apellyasiya mərhələsində əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7731 nömrəli ekspert rəyinə əsasən, Bank ilə cavabdeh arasında bağlanmış, xx.xx.2011-ci il tarixli, 126 saylı kredit müqaviləsi üzrə təyin olunmuş 99450,0 manat məbləğinin kassa məxaric orderi iş materiallarında mövcud deyildir. Hesabdan çıxarış məlumatlarına əsasən 99450 manat məbləği cavabdehin bank hesabı üzrə yəni, 3801 029662 0000 nömrəli hesabına köçürülmüşdür. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2011-ci il tarixdə bağlanmış 126 saylı kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə ödənilmiş 2000,0 manat məbləği nəğd ödənişlə deyil, hesabdan hesaba köçürülmə yolu ilə, yəni **********000 filiallar arası hesablaşmalar üzrə digər bank tərəfindən köçürülməsi müəyyən edilir.

35. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çartdırmışdır ki, xx.xx.20 24cü il tarixli qərardadla sözügedən mənzillə bağlı cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 16 may 2011-ci il tarixlli 146/R nömrəli Müqavilə, həmin mənzil cavabdehin adına özgəninkiləşdirilmişdirsə mənzilin dəyərinin kim tərəfindən, hansı qaydada ödənilməsini təsdiq edən sənədlər və mənzilin cavabdehə təhvil verilib-verilməməsi ilə bağlı təhvil-təslim aktları, mənzilin kimlərdə olması və hal-hazırda kimdə olması ilə bağlı məlumatların "xxxx" MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınmış və icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. 36. ”Lalə” MTK-nın sədri X5 tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, "xxxx" MTK-ya məxsus ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzil 16 may 2011-ci il tarixli, 146/R nömrəli müqaviləyə əsasən cavabdehə satılmış, sonradan isə alıcının müraciətinə əsasən müqavilə ləğv olunmuşdur. Lakin ləğv olunan sənədlərin saxlanma müddətinin bitməsi səbəbindən sənədlər arxivə təhvil verilmişdir. Bu səbəbdən göstərilən müqavilənin surətini təqdim etmək mümkün deyildir. Qeyd edilmişdir ki, mənzil hal-hazırda X2 məxsusdur və həmin ünvanda yaşayır.

37. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə "xxxx" MTK-nın sədri X5, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Emil Abıyev və LPO İddiaçı ASC-nin Hüquq xidmətləri şöbəsinin hüquqşünası Xanlar Əliyevin iştirakı ilə tərtib edilmiş təhvil-təslim aktına əsasən "xxxx" MTK tərəfindən inşa edilən ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzil 16 may 2011-ci il tarixli, 146/R nömrəli müqaviləyə əsasən cavabdehə satılmış, sonradan isə alıcının müraciətinə əsasən müqavilə ləğv olunmuşdur. Hal-hazırda müqavilənin surəti MTK ofisində aşkar edilməmiş, həmin sənədlərin saxlanma müddətinin bitməsi səbəbindən sənədlər həmin dövrdə sədr işləyən X6 tərəfindən arxivə təhvil verilmişdir. Sənədlərin arxivə təhvil verilməsi barədə təhvil-təslimə dair akt aşkar edilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit vəsaitinin verilməsi barədə kassa məxaric orderinin təqdim edilməsi mümkün olmasa da, cavabdehin mənzil almaq üçün kredit verilməsi barədə 13 may 2011ci il tarixdə Banka müraciət etməsini göstərən yazılı ərizəsindən, kredit götürülməsi üçün Banka şəxsi məlumatlarını təqdim etdiyini göstərən 16 may 2011-ci il tarixli Kredit sifarişi adlanan sənəddən, mənzilin alınması ilə bağlı "xxxx" MTK ilə cavabdeh arasında 16 may 2011-ci il tarixli, 146/R saylı müqavilədən, mübahisələndirilən kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzilin ipoteka ilə yüklü olunmasına razılıq verilməsi barədə cavabdehin həm özünün, həm də etibarnamə əsasında arvadının adından yazdığı ərizələrdən, həmçinin kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdə 2000 manat ödəniş edilməsindən, 99450 manat məbləğin cavabdehin bank hesabı üzrə yəni, 3801 029662 0000 nömrəli hesabına köçürülməsini təsdiq edən hesabdan çıxarış və ekspert rəyindən müəyyən olunur ki, cavabdehin mənzil ("xxxx" MTK tərəfindən inşa edilən ünvan 1 ünvanda yerləşən binanın B blokunda x saylı mənzil i) almaq üçün kredit verilməsi barədə 13 may 2011-ci il tarixdə Banka yazılı ərizə ilə müraciəti əsasında onlar arasında xx.xx.2011-ci il tarixli, 126 nömrəli kredit müqaviləsi bağlanaraq cavabdehə 180 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 99.450 (doxsan doqquz min dörd yüz əlli) manat məbləğində kredit verilməsi razılaşdırılmış və həmin kredit vəsaiti cavabdehin bank hesabı üzrə 3801 029662 0000 nömrəli hesabına köçürülmüş, nəticədə cavabdeh mənzili almışdır.

39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə "xxxx" MTK-nın sədri tərəfindən təqdim edilən sənədlərdən də göründüyü kimi, sözügedən mənzil 16 may 2011ci il tarixli, 146/R nömrəli müqaviləyə əsasən cavabdehə satılıb sonradan isə onun müraciətinə əsasən həmin müqavilə ləğv olunsa da, bu, hazırkı mübahisənin həlli üçün əhə miyyət kəsb etmir.

40. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit vəsaitinin verilməsini təsdiq edən kassa məxaric orderinin təqdim edilməməsi əsası ilə iddia tələbini rədd edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd olunan xüsusatlara əsasən kredit müqaviləsi üzrə kredit vəsaitinin mənzil alınması üçün cavabdehə verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, tərəflər arasında müqaviləyə əsaslanan öhdəlik hüququndan irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı tərəf öz öhdəl iyini yerinə yetirmiş, işdə olan sübutlara əsasən cavabdehə kredit müqaviləsində nəzərdə tutulmuş vəsait verilmiş, cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

42. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7731 nömrəli ekspert rəyinə əsasən cavabdehin banka maliyyə arayışı müddətinə, yəni xx.xx.2022-ci il tarixinə 99074,35 manat əsas, 158238,25 manat faiz borcu olduğundan həmin məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi həmin ekspert rəyini qiymətləndirərək göstərmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanlar, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınmaqla, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1. 462.1, 467, 739.1, 739.2-ci, Mülki prosessual Məcllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh (vəkillər Vəkil1, Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hi ssəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mövqeyini nəzərə almadan əlavə araşdırma aparmamış, kredit ödənişinin hesabdan hesaba köçürülmə yolu ilə aparılması deyilərkən məhz cavabdehə məxsus hesabdan, yoxsa başqa şəxs və ya şəxslər tərəfindən ödəniş edilməsini araşdırmamışdır. X4 keçmiş sədri barədə Azərbaycan Respublikasının CM-nin müvafiq maddələri ilə araşdırma aparılmış və məhkəmə hökmü ilə həmin bankda vaxtilə vəzifəli şəxslər tərəfindən başqa-başqa fiziki və hüquqi şəxslərin adlarına bankın vəsaiti hesabına uydurma kredit məbləğləri ayrıldığı və mənimsənildiyi sübut olunmuşdur. Həmçinin, həmin cinayət işində birbaşa sübut olunmuşdur ki, hazırkı mülki işdə də adıçəkilən "xxxx" MTK Bankın vəzifəli şəxslərinə məxsus olmuş və cinayət əməlləri törədilərkən kredit vəsaitləri həmin MTK-dan müxtəlif mənzillərin alınması adı ilə rəsmiləşdirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu hallarına hüquqi qiymət verməmiş və nəticədə cavabdehə heç vaxt verilməmiş 99450 manat məbləğində kreditin faiz və dəbbə pulu da hesablanmaqla, cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə öz qətnaməsində 99450 manat məbləğin cavabdehin bank hesabı üzrə yəni, 3801 029662 0000 nömrəli hesabına köçürülməsinin müəyyən edilməsini bildirsə də, həmin vəsaitin sonrakı taleyi barədə (nağdlaşdırılması, başqa hesaba köçürülməsi, həmin hesabın kimə məxsus olması və s.) araşdırma aparmamışdır. Cavabdeh dəfələrlə bildirmişdir ki, kredit a lınması ilə bağlı Bankla onun arasında ilkin razılıq olsa da, sonda kredit alınmasından imtina etmişdir. Əgər vəsait ona məxsus hesaba köçürülübsə və cavabdeh də həmin vəsaitin onun sərəncamına verilmədiyini bildirirsə, kredit kimi ayrılmış 99.450 manat vəsaitin sonrakı taleyi barədə araşdırma aparılmalı idi. Çünki iş materiallarından əsaslı şübhələr yaranmaqdadır ki, həmin vəsait cavabdeh tərəfindən yox, üçüncü şəxslər tərəfindən istifadə olunmuşdur. Cavabdehin həmin bank hesabından və ona pul vəsaiti daxil olmasından, ümumiyyətlə, məlumatı olmamışdır. Görünür ki, bank daxilində hansısa şəxslər həmin vəsaiti mənimsəmişdir. Bu halın digər əyani sübutu ondan ibarətdir ki, əgər bank tərəfindən ayrılmış kredit üzrə cəmi 1 dəfə, xx.xx.2011-ci ildə 2000 manat ödəniş edilibsə, bəs nə üçün cavabd ehə 12 il ərzində kreditin qaytarılması ilə bağlı heç bir yazılı və ya şifahi müraciət olunmamış, məhkəmədə iddia qaldırılmamışdır. Bankın ləğv etmə prosesində olduğu əsası gətirilərsə, bununla bağlı Bank kredit vəsaiti ayrılandan sonra uzun illər ərzində fəaliyyət göstərmiş, sonradan Mərkəzi Bank tərəfindən lisenziyası ləğv olunmuş, aparılan audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən cinayət əməlləri aşkar edilmiş və araşdırma üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. Cavabdeh heç vaxt adıçəkilən mənzil üzərində ilkin və ya sonrakı mülkiyyət hüququna malik olmamış, mənzil üzərində sərəncam verməmiş, həmin mənzildə yaşamamış, mənzillə bağlı müqavilənin ləğvi üçün və ya üçüncü şəxsə verilməsinə etiraz etməməsi barədə MTK-ya müraciət etməmişdir. "xxxx" MTK bu formada iddia edirsə və məhkəmə də öz növbəsində bunu mötəbər sübut edirsə, o zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən mənzilin dəyərinin cavabdehə hansı formada qaytarılmasını da tədqiq etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müdd ətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu dig ər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəmə sinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamənin tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti kredit müqaviləsi üzrə borcun tutulması olmuşdur. Bu baxımdan qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 2943-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin fak tiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları, o cümlədən ekspert rəylərini MPM-in 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, hazırkı iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

56. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinə etirazın dəlilləri ilə eyni məzmunda olmaqla kredit məbləğinin cavabdehə verilməməsi ilə bağlıdır. Lakin məhz həmin dəlillərə də təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üs təlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-212/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar