Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1898/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs «X2» Firması MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ekspert rəyinin mötəbərliyinin əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3563/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs «X2» Firması MMC tərəfind ən verilmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs «X2» Firması MMC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 25.08.2009-cu il tarixli xxxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənziliə ("1-ci Əmlak”) və 31.07.2009-cu il tarixli xxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus x xxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2-ci Əmlak”) tutmanın yönəldilməsi və 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X2” Firması-in iddiaçı X qarşısında 410000 (dörd yüz on min) manat məbləğində əsas borc, 15.07.2016-cı il tarixdən 05.05.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 19816,67 (on doqquz min səkkiz yüz on altı manat 67 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 05.05.2017-ci il tarixinə qədər vaxtı keçm iş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 53828,67 (əlli üç min səkkiz yüz iyirmi səkkiz manat 67 qəpik) manat məbləğində penya, cəmi 483645,34 (dörd yüz səksən üç min altı yüz qırx beş manat 34 qəpik) manat və 05.05.2017-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərind ən iddiaçı X xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin ipoteka predmetlərinin müvafiq İpoteka müqavilələrinin 2,1-ci bəndində qeyd olunmuş dəyərləri məbləğində - 1-ci Əmlak üzrə 95000 (doxsan beş min) manat və 2-ci Əmlak üzrə 700000 (yeddi yüz min) manat məbləğində olan qiymətlərlə təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı X nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 25.08.2009-cu il tarixli xxxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus xxxx küçəsində istifadədə o lan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1- ci Əmlak”) və 31.07.2009-cu il tarixli xxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus xxxx küçəsində yerləşən 0,35825 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2- ci Əmlak”) tutmanın yönəldilməsi, 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X2” Firmasının iddiaçı X qarşısında 410000 manat məbləğində əsas borc, 15.07.2016-cı il tarix dən 10.04.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 42708,33 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 10.04.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 111057,84 manat məbləğində penya, cəmi 563766,17 manat və 10.04.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qayda sında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçı X xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İşə məhkəmədə baxılan dövrdə iddiaçı X nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair təkrar ərizə ilə məhkəməyə müraciət edərək, 25.08.2009-cu il tarixli xxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1-ci Əmlak”) və 31.07.2009-cu il tarixli xxxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus xxxx küçəsində yerləşən 0,35825ha tor paq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2-ci Əmlak”) tutmanın yönəldilməsi və 31.07.2009cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X2” Firmasının iddiaçı X qarşısında 410000 manat məbləğində əsas borc, 15.07.2016-cı il tarixdən 24.09.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 53915 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 24.09.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 139074,51 manat məbləğində penya, c əmi 602989,51 manat və 24.09.2018-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçı X xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı X nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair təkrar ərizə ilə məhkəməyə müraciət edərək, 25.08.2009-cu il tarixli xxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1- ci Əmlak”) və 31.07.2009-cu il tarixli xxxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus xxxxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2- ci Əmlak”) tutmanın yönəldilməsi və 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X2” Firması-in iddiaçı X qarşısında 410000 manat məbləğində əsas borc, 15.07.2016-cı il tarixdən 16.12.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 84.118,33 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 16.12.2019-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 214582,84 manat məbləğində penya, cəmi 708701,17 manat və 16.12.2019-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predm etlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetlərinin dəyərindən iddiaçı X xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İşin mübahisə edilməyən hallarından görünür ki, 31.07.2009-cu il tarixli Kredit müqaviləsi ilə iddiaçı tərəfindən borc alan “X2” Firmasına 60 ay müddətinə, illik 7 % ödəmək şərtilə 3.000.000 manat məbləğində kredit verilmişdir. 31.07.2009-cu il tarixli kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 saylı Əlavə saziş əsasında kredit müqaviləsinin 1.5- ci bəndinə: "1.5. Bu müqavilə üzrə Borc alanın öhdəliklərinin icrasının təminatı qismində, 31.07.2009-cu il tarixli xxxx saylı, 31.07.2009-cu il tarixli xxxx saylı, 25.08.2009-cu il tarixli xxxx saylı, 25.08.2009-cu il tarixli xxxx saylı, 25.08.2009-cu il tarixli 004003/0061/09/09 saylı ipoteka müqavilələrində göstərilmiş əmlakın ipotekası çıxış edir” kimi redaksiya verilmişdir.
6. Həmçinin o da mübahisə edilmir ki, 25.08.2009-cu il tarixli, xxxx №-li İpoteka müqaviləsi ilə Cavabdeh1 özünə məxsus xxxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzili X ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə görə tərəflərin razılaşmasına əsasən ipoteka predmetinin dəyəri 95000 manat məbləğində müəyyən edilmişdir.
7. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, 31.07.2009cu il tarixli, xxxx №-li İpoteka müqaviləsi ilə Cavabdeh2 özünə məxsus xxxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasını Xa ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə görə 22.07.2009-cu il tarixli "xxxx” MMC tərəfindən Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatına əsasən ipoteka predmetinin dəyəri 700.000 manat məbləğində müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.06.2018-ci il tarixli ekspert rəyindən görünür ki, 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X2» Firmasının X 30.07.2014-cü il tarixə əsas borcu 787746,89 manat, faiz borcu 9190,38 manat təşk il edir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.05.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X2» Firmasının X 30.07.2014-cü il tarixə əsas borcu 787746,89 manat, faiz borcu 9190,38 manat; 15.07.2016-cı il tarixə əsas borcu 0,00 manat, faiz borcu 0,00 manat, artıq ödəniş isə 190496,91 manat təşkil edir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X2» Firmasının X 30.07.2014-cü il tarixə əsas borcu 1.031.418,81 manat, faiz borcu 15394,21 manat, cərimə borcu 22709,97 manat; 05.05.2017-ci il tarixə əsas borcu 410 000 manat, faiz borcu 19816,67 manat, cərimə borcu 5 3828,67 manat təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2020-ci il tarixli ekspert rəyinə əsasən, 17 dekabr 2019-cu il tarixə (qətnamə qəbul olunan tarixə) “X2” Firmasının banka olan əsas borcu 410.000 manat, faiz borcu 84.118,33 manat, cərimə borcu 214.852.84 manat təşkil edir.
12. «xxxx» MMC tərəfindən verilmiş 06.08.2018-ci il tarixli ekspert rəyindən görünür ki, xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin bazar dəyəri 95000 (doxsan beş min) manat, xxxxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının bazar dəyəri 750000 (yeddi yüz əlli min) manat təşkil edir.
13. İddiaçının nümayəndəsi bildirir ki, iddiaçı (kreditor) X ilə “X2” Firması (Borc alan) arasında bağlanmış 31 iyul 2009-cu il tarixli Kredit müqaviləsinə (Kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla)(bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (bundan sonra – “Fond” adlandırılacaq) vəsaitləri hesabına Borc alana 60 (altmış) ay müddətinə, illik 7 % (yeddi faiz) ödəmək şərtilə 3 000 000 (üç milyon) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan “X2” Firması-in öhdəliklərinin l azımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı X ilə cavabdehlər: Cavabdeh1 arasında sonuncuya məxsus xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin (bundan sonra “1-ci Əmlak”) ipotekaya qoyulması barədə 25.08.2009-cu il tarixli xxxxx №-li; Cavabdeh2 arasında sonuncuya məxsus xxxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının (Qennadı sexi) (bundan sonra “2-ci Əmlak”) ipoteka qoyulması barədə 31.07.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqavilələri (bundan sonra b irlikdə - “İpoteka müqavilələri”) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair X AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1-ci Əmlak üçün 05.09.2009-cu il tarixli RX seriyalı ******* №-li və 2-ci Əmlak üçün 07.08.2009-cu il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 2.1-ci, 2.2-ci bəndlərinə və onun 1 saylı Əlavəsi olan Ödəniş cədvəlinə əsasən Borc alan hər təqvim rübünün sonuncu iş gününədək əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini, əsas borc məbləğinin isə kreditin verildiyi müddətin ilk 24 ayı üçün müəyyən olunmuş güzəşt müddəti bitdikdən sonra növ bəti aydan başlamaqla hər ayın sonuncu iş günündən gec olmayaraq bərabər hissələrlə qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin Borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni 31.07.2014-cü il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə Borc alanın Kreditor qarşısında gecikdirilmiş ümumi borcu 1130143,56 (bir milyon bir yüz otuz min bir yüz qırx üç manat 56 qəpik) manat olmuşdur ki, bunun da 1114749,35 (bir milyon bir yüz on dörd min yeddi yüz qırx doqquz manat 35 qəpik) manatı əsas borc məbləğini, 15394,21 (on beş min üç yüz doxsan dörd manat 21 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kreditin müddətinin bitdiyi tarixdən (31.07.2014-cü il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (05.05.2017-ci il) olan dövr ərzində Borc alan tərəfindən Banka cəmi ******* (bir milyon altmış iki min) manat ödəniş həyata keçirilmişdir. Beləliklə, 05.05.2017-ci il tarixinə Borc alanın Kreditor qarşısında gecikdirilmiş ümumi borcu 410000 (dörd yüz on min) manat təşkil edir ki, bu da tamamilə vaxtı keçmiş əsas borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin qaytarılmasının gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir. Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götü rdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak obyektləri hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq cavabdehlər Cavabdeh1 06.12.2013- cü il tarixli 2569 №-li və Cavabdeh2 06.12.2013-cü il tarixli 2570 №-li ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak obyektləri hesabına ödənilməsi üçün müvafiq ipoteka predmetlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında 06.12.2013-cü il tarixli 2569 və 2570 №-li bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq 10.12.2013-cü il tarixli 2586 №-li və 13.12.2013-cü il tarixli 2620 №-li Ərizələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında 06.12.2013-cü il tarixli müvaiq olaraq 2569 №-li bildirişin qeydə alınması barədə 10.12.2013-cü il tarixli 2586 nömrəli Ərizənin üzərində həmin İdarə tərəfindən ********** nömrə ilə və 2570 №- li bildirişin qeydə alınması barədə 13.12.2013-cü il tarixli 2620 nömrəli Ərizənin üzərində həmin İdarə tərəfindən ********** nömrə ilə qeydə alınmaları barədə müvafiq qeydlər aparılmışdır. İddiaçı tərə findən Cavabdehlərə ipoteka predmetlərinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. 14. 3-cü şəxs «X2» Firması MMC-nin nümayəndəsi bildirir ki, iddia ərizəsində qeyd edilmiş əsas borcun və faiz borcunun məbləği həddindən artıq yüksəkdir və iddia məbləği reallığı əks etdirmir.
15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(004)45/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 25.08.2009-cu il tarixli xxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə və 31.07.2009-cu il tarixli xxxxx №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus xxxxk küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılmaları və əldə olunmuş vəsait hesabına 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan “X2” Firmasının iddiaçı qarşısında 410000 (dörd yüz on min) manat məbləğində əsas borcu, 15.07.2016-cı il tarixdən 16.12.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 70097 (yetmiş min doxsan yeddi) manat məbləğində zərər (əldən çıxmış fayda), 25000 (iyirmi beş min) manat məbləğində penya, cəmi 505097 (beş yüz beş min doxsan yeddi) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı X xeyrinə tutulması, ipoteka predmeti xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahə sində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin ilkin satış məbləğinin 95000 (doxsan beş min) manat, xxxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının ilkin satış məbləğinin 750000 (yeddi yüz əlli min) manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti müvafiq olaraq, Cavabdeh1 və Cavabdeh2 verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.70 %-i, yəni 8 (səkkiz) manat 60 (altmış) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 71.30 %-i, yəni 21 (iyirmi bir) manat 40 (on) qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı X ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 550 (beş yüz əlli) manat ekspertiza xərcinin 28.70 %-i, yəni 158 (bir yüz əlli səkkiz) manatı iddiaçıdan, qalan 71.30 %-i, yəni 392 (üç yüz doxsan iki) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, borcun ödənilməsi məqsədi lə tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə və Cavabdeh2 məxsus xxxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına yönəldilməli və həmin əmlaklar açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka predmeti xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sa həsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin ilkin satış məbləği 95000 (doxsan beş min) manat, xxxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının ilkin satış məbləği 750000 (yeddi yüz əlli min) manat müəyyən edilməlidir. Belə ki, «xxxx» MMC tərəfindən verilmiş 106/E nömrəli, 06.08.2018-ci il tarixli ekspert rəyindən görünür ki, xxxx küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin bazar dəyəri 95000 (doxsan beş min) manat, xxxx küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzər indəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının bazar dəyəri 750000 (yeddi yüz əlli min) manat təşkil edir.
19. Məhkəmə iddia tələbinin 15.07.2016-cı il tarixdən 05.05.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 84118,33 (səksən dörd min yüz on səkkiz manat 33 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin ipoteka predmetlərinin dəyərindən iddiaçı X xeyrinə tutulması tutulması hissəsi ilə belə qərara gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, 15.07.2016-cı il tarixdən 16.12.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 70097 (yetmiş min doxsan yeddi) manat məbləğində zərə r (əldən çıxmış fayda) ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə hesab etmişdir ki, tələb olunan 214582,84 manat cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və 25000 (iyirmi beş min) manat məbləğədək azaldılmalıdır.
21. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 manat məbləğində pul vəsaitinin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması hissəsində də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.12.2013-cü il tarixli 128 və 131 nömrəli qəbzlərdən görünür ki, iddiaçı təşkilat ipoteka predmeti nə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 manat məbləğində pul xərcləmişdir.
22. Məhkəmə iddia tələbinin 16.12.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penyanın ) ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tutulması hissəsi ilə belə qərara gəlmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir.
23. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 269.1, 269.5, 269.7, 317.1,319.1, 385.1, 442, 445.1, 445.2.1, 462, 467, 739.1, 739.2-ci, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs “X2” Firması MMC apellyasiya şikayəti vermişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3563/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) üçüncü şəxs «X2» Firması MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(004)-45/2019 nömrəli qətnaməsi cavabdeh «X2» Firması MMCyə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkəmə-mühasibatlıq ekspertiza sının dəyəri 200 manat pulun üçüncü şəxs «X2» Firması MMC-dən tutularaq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməsi qət edilmişdir.
26. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan a) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadü fən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın borcun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17901 nömrəli, 18.11.2019-cu il tarixli ekspert rəyinə əsaslanaraq əsas borcu müyyən etmişdir. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş rəydə də, əsas borcun məbləği həmin məbləğdə, yəni, 410.000 manat məbləğində müəyyən edilmişdir.
29. Kollegiya apellyasiya şikayətinin faiz borcunun tutulması hissəsində qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən faiz borcunun tutulmasını tələb etməmişdir.
30. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
31. Mülki Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Məhkəmə k ollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Apellyator tərəfindən cərimə borcu mübahisələndirilməsə də, iddia tələbinə həmin hissədə qiymət verilməsini zəruri hesab etmişdir.
33. Göründüyü kimi apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Belə olan halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas ola bilməz Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
34. Üçüncü şəxs «X2» Firması MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
37. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər və üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəm ə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
39. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
40. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində 3-cü şəxs apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
43. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
44. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. (maddə 76.1) 45. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vide o yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (maddə 76.2)
46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
48. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (maddə 102.2)
49. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1)
50. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
51. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
52. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxara rkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. (maddə 220.4)
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
54. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
56. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (50)
57. İş materiallarından görünür ki, 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcun, faizlərin və cərimənin müəyyənləşdirilməsi üçün dörd dəfə ekspertiza keçirilmişdir. 58. 12.06.2018-ci il tarixli ekspert rəyində əsas borc 787746,89 manat, faiz borcu 9190,38 manat, 18.11.2019-cu il tarixli ekspert rəyində əsas borc 410 000 manat, faiz borcu 19816,67 manat, cərimə borcu 53828,67 manat, 19 avqust 2020-ci il tarixli ekspert rəyində əsas borcu 410.000 manat, faiz borcu 84.118,33 manat, cərimə borcu 214.852.84 manat müəyyən edilmişdir.
59. Bundan başqa 23.05.2019-cu il tarixli ekspert rəyi il ə «X2» Firması MMC-nin Xa borcunun olmadığı və 190496,91 manat məbləğində artıq ödəməsinin olduğu müəyyən edilmişdir
60. Göründüyü kimi iş üzrə keçirilmiş ekspertizalarla əsas borcun, faiz borcunun və cərimənin məbləğləri arasında kəskin fərqlər mövcuddur və bu rəylərdən biri ilə «X2» Firması MMC-nin 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə ümumiyyətlə borcunun olmadığı və borcdan artıq məbləğdə ödəmələrin edildiyi müəyyən edilmişdir.
61. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertizaların nəticələri arasındaki bu ziddiyyətə hüquqi qiymət verməmiş, həmin ziddiyyətin səbəblərini araşdırmamış və hansı əsasa görə qəbul etdiyi qətnaməni iş üzrə keçirilmiş sonuncu ekspertizaya (19 avqust 2020-ci il tarixli ekspert rəyinə) istinadla əsaslandırdığını göstər məmişdir.
62. Halbuki, ekspert rəyi sübut növlərindən biri olmaqla, məhkəmə üçün məcburi deyildir və Mülki Prossesual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (44-45,49)
63. Bununla yanaşı qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. (53)
64. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia tələbində verilmiş kredit üzrə faizləri deyil müqavilə müddəti bitdikdən sonra illik faiz dər əcəsi ilə hesablanan əldən çıxmış faydanı tələb etdiyi halda verilmiş ekspert rəylərində kredit müqaviləsi üzrə faiz borcu hesablanmış, əldən çıxmış fayda ilə bağlı heç bir araşdırma aparılmamış və müvafiq rəy verilməmişdir.
65. Göründüyü kimi məhkəmə tərəfindən əldən çıxmış faydanın müəyyənləşdirilməsi tələb olunduğu halda nə birinci instansiya məhkəməsi nə də apelyasiya instansiyası məhkəməsi əldən çıxmış faydanın müəyyənləşdirilməsi üçün müvafiq araşdırmalar aparılmamışdır.
66. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
67. Şərh edilənlər i və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs «X2» Firması MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3563/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.