Məhkəmə qərarları › İş №2(102)-1898/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1898/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1898/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-466/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları

1. Sumqayıt ŞPİ-nin İŞin müstəntiqi, polis kapitanı X2 28 mart 2024-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı şikayəti ilə iş mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin işin materiallarına əsasən Cavabdeh İddiaçı aldığı qızıl əşyalarının dəyərini ödəmədiyini etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 492.000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 782 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı heç bir yerdə işləmədiyindən qızıl-zi nət əşyalarının satışı və ya krediti ilə məşğuldur. Belə ki, o mağazadan əldə etdiyi qızıl-zinət əşyalarını bir illik müddətə kreditə istəyən şəxslərə 30 faizlə, bir aylıq müddətə kreditə istəyən şəxslərə isə 5 faiz əlavə olmaqla verir. İddiaçıya qızıl alış-verişində həyat yoldaşı kömək edir. Cavabdeh iddiaçıyla qonşuluqda yaşayır. Onu və ailə üzvlərini uzun illərdir ki, tanıyır, aralarında münasibətlər həmişə normal olub, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqribən 2022-ci il tarixdə cavabdeh iddiaçının həyat yoldaşına müraciət edərək, ona da az miqdarda qızıl-zinət əşyaları vermələrini xahiş edib, özünün də həmin qızılları qramına cüzi miqdarda əlavə etməklə satacağını bildirmişdir. Cavabdeh mütəmadi olaraq az miqdarda, 1000-1500 manat məbləğində iddiaçıdan qızıl əşyaları sata raq daha sonra pulunu iddiaçıya ödəyirdi. Bir müddət sonra da bu hal belə davam edirdi. 2023-cü il tarixə cavabdeh ilin tamamında 30 faiz əlavə dəyərini ödəməklə qızıl-zinət əşyalarını kreditə götürmüşdür. 2023-cü il ərzində cavabdeh əlavə faiz dəyəri də hesablanmaqla, iddiaçıdan 266.040 (iki yüz almış altı min qırx) manat dəyərində qızıl əşyası almışdır. Cavabdeh aldığı qızılların dəyərini aylıq faizlərini toplamaqla ilin sonunda təhvil verəcəyini bildirmişdir. İddiaçı aralarında olan qonşuluq münasibətinə, həmçinin cavabdehin ondan əvvəllər də alver etməyinə etibar edərək qızıl-zinət əşyalarını cavabdehə nisyə vermişdir. Lakin cavabdeh 2023-cü ilin may ayında iddiaçıya artıq borclu olduğu yuxarıda qeyd olunan 266.040 (iki yüz almış altı min qırx) manat məbləğində qızıldan əlavə yenə böyü k məbləğə kreditə qızıl istəmişdir. İddiaçı cavabdehə artıq ona borclu olduğunu, bu istədiyi qızıllarla birlikdə bu borcu necə ödəyəcəyini soruşduqda, cavabdeh bunu heç bir problem yaratmadığını ilin sonunda da aldığı bütün qızılların dəyərini iddiaçıya ödəyəcəyini bildirmişdir. Cavabdehin dediyi sözləri təsdiq etmək üçün onun həyat yoldaşı Elnur da cavabdehin pulu qaytaracağına zəmanət vermişdir. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 492.000 (dörd yüz doxsan iki min) manat borcu yaranmışdır. Qeyd edir ki, cavadehin iddiaçıdan nisyə qızıl aldığını, aldığı qızılların dəyərini ödəməkdən boyun qaçırdığına dair səs yazıları və Whatsapp danışıqları da mövcuddur. Həmin səs yazıları və yazışmalar məhkəmə iclasında təqdim olunacaqdır. Cavabdeh borcunu ödəməkdən boyun qaçırdığına görə iddiaçı ərizə ilə Sumqayıt ŞPİ-yə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X2 28 mart 2024-cü il tarixli qərarı ilə iş mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin işin materiallarından da aydın görünür ki, cavabdeh iddiaçıdan aldığı qızıl əşyalarının dəyərini ödəmədiyini etiraf etmişdir. Qərar da iddia ərizəsinə əlavə olunur. İddiaçı cavabdehlə əlaqə saxlayaraq nəyə görə borcunu ödəmədiyini soruşduqda, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bu zaman iddiaçı cavabdehin onu aldatdığını başa düşmüşdür. Bu günə qədər də cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbədən də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 492.000 (dörd yüz doxsan iki min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

4. Cavabdeh iddia tələbini qismən qəbul edərək qeyd etmişdir ki, onun iddiaçıya 235000 manat borcu vardır. Qızılları Nuranə adlı şəxsə vermiş, Nuranə də onların dəyərini ona ödəmədiyindən o da iddiaçıya qaytara bilməmişdir. 492000 manat məbləğində qızılı üç nəfərdən götürmüşdür, yəni ümumi borcu üç nəfərə Münirəyə, Ağaşirinə və Ruslanadır. İddiaçıya 235000 manat borcu vardır. Məhkəmə baxış iclasında CD diskə baxış keçirdikdən sonra sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Ruslana illik qızılların pulunu ödəmişdir. O, həcc ziyarətində olan zaman ödənişləri saxlamağı demişdir.

5. İddiaçı əlavə olaraq onu da qeyd etmişdir ki, cavabdeh həm “Nasosnıy” adlanan ərazidə, həm də Sumqayıtda olan zaman 492.000 manat borcu olduğunu etiraf etmişdir. Eləcə də, cavabdehin qızılları verdiyi adam etiraf etmişdir ki, qızılları götürüb. 2023-cü ilə kimi bir neçə dəfə 1 illik müddətə cavabdehə qızıl vermişdir. 492.000 manat məbləğində pul vəsaiti həm qızılın maya dəyəri, həm də üstünə qoyduğu puldan, yəni qazancından ibarətdir. Demək olar ki, qızılın maya dəyəri 400.000 manat civarında olmuşdur. Cavabdehin ona 1 illik müddətə verdiyi qızıl üzrə 200.000 manata yaxın borcu qalmışdı və ona etibar etdiyindən əlavə olaraq 1 aylıq müddətə qızıl verdi. Lakin nə əvvəl götürdüyü qızılın, nə də sonrakının ödənişini etməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, cavabdehə verilmiş 492.000 manat məbləğində malın maya dəyəri 400.000 manat idi.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)2620/2024 nömrəli qətnaməsi ilə ( hakim Gülnar Babazadə) iddia qismən təmin edilərək, Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 782 (yeddi yüz səksən iki) manat məbləğində pulun 636 (altı yüz otuz altı) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə tədqiq olunmuş sübutlarla müəyyən etmişdir ki, İddiaçı qızıl-zinət əşyalarının satışı və ya krediti ilə məşğuldur. 2022-ci il tarixdə Cavabdeh İddiaçı həyat yoldaşına müraciət edərək, ona da az miqdarda qızıl-zinət əşyaları vermələrini xahiş edib, özünün də həmin qızılları qramına cüzi miqdarda əlavə etmək lə satacağını bildirmişdir. Bununla da tərəflər aralarında şifahi razılığa gəlmişlər. Hazırda isə İddiaçı Cavabdeh 492.000 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 782 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsini xahiş etmişdir.

8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Cavabdeh məhkəmə iclasında 232.000 manat borcunun olmasını etiraf etsə də, iş materiallarında olan səs yazısından və Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin müstəntiqinin qərarından görünür ki, Cavabdeh İddiaçı 492.000 manat (faizləri ilə birlikdə) məbləğində borcunun olmasını bildirmişdir. Məhkəmə baxış iclasında iddiaçı bildirmişdir ki, verilmiş qızılların maya dəyəri 400.000 manat, faizləri ilə birlikdə 49.000 manat təşkil edir.

9. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfində n iddiaçıya qızılların dəyərinin ödənilməsinə dair hər hansı sübut təqdim edilmədiyindən, iddia 400.000 (dörd yüz min) manat hissədə əsaslıdır və təmin edilməlidir.

10. Məhkəmə cavabdehin məhkəmə baxış iclasında veridiyi izahatına münasibət bildirib qeyd etmişdir ki, 492.000 manat borcun üç nəfər şəxsə aid olduğunu bildirsə də, həmin iclasda CD diskə baxış zamanı yalnız iddiaçı ilə borc barədə danışıqlar aparılmış və 492.000 manat borcun olduğu bildirilmiş və sədrlik edənin həmin şəxslərin adının diskdə çəkilməməsi ilə bağlı sualına cavabda isə cavabdeh iddiaçıya ödənişlərin edildiyini və 235.000 manat borcu qaldığını bildirmişdir. Göründüyü kimi cavabdeh ziddiyyətli izahat vermiş və məhkəmə bunu özünümüdafiə xarakterli izahat olaraq qiymətləndirir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, i ddia tələbinin tələb olunan qalan 92.000 manat hissəsi isə faiz borcu kimi hesablandığından məhkəmə bu hissədə tələbi əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, göründüyü kimi 92.000 manat əldən çıxmış faydanın nədən ibarət olması, faiz məbləğinin hansı formada hesablanaraq tələb edilməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 442, 448.1, 448.2, 600.1, 600.2, 600.3, 600.4, 601.1, 601.2, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apel lyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddianı qismən təmin etmiş və əsas kimi də qızılların maya dəyərini götürmüşdür. Halbuki, iddiaçının öz iddiasında tələb etdiyi məbləğ qızılların maya dəyəri deyil, satış qiyməti olmuşdur. Bu səbəblə də məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edilir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması xahiş olunur.

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməs inin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mütəmadi olaraq az miqdarda, 1000-1500 manat məbləğində iddiaçıdan qızıl əşyaları sataraq daha sonra pulunu iddiaçıya ödəyirdi. Bir müddət sonra da bu hal belə davam edirdi. 2023-cü il tarixə cavabdeh ilin tamamında 30 faiz əlavə dəyərini ödəməklə qızıl-zinət əşyalarını kreditə götürmüşdür. 2023-cü il ərzində cavabdeh əlavə faiz dəyəri də hesablanmaqla, iddiaçıdan 266.040 manat dəyərində qızıl əşyası almışdır. Cavabdeh aldığı qızılların dəyərini aylıq faizlərini toplamaqla ilin sonunda təhvil verəcəyini bildirmişdir. İddiaçı aralarında olan qonşuluq münasibətinə, həmçinin cavabdehin ondan əvvəllər də alver etməyinə etibar edərək qızıl-z inət əşyalarını cavabdehə nisyə vermişdir. Lakin cavabdeh 2023-cü ilin may ayında iddiaçıya artıq borclu olduğu yuxarıda qeyd olunan 266.040 manat məbləğində qızıldan əlavə yenə böyük məbləğə kreditə qızıl istəmişdir. İddiaçı cavabdehə artıq ona borclu olduğunu, bu istədiyi qızıllarla birlikdə bu borcu necə ödəyəcəyini soruşduqda, cavabdeh bunu heç bir problem yaratmadığını il sonunda da aldığı bütün qızılların dəyərini iddiaçıya ödəyəcəyini bildirmişdir. Cavabdehin dediyi sözləri təsdiq etmək üçün onun həyat yoldaşı Elnur da cavabdehin pulu qaytaracağına zəmanət vermişdir. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 492.000 manat borcu yaranmışdır. Qeyd edir ki, cavabdehin iddiaçıdan nisyə qızıl aldığını, aldığı qızılların dəyərini ödəməkdən boyun qaçırdığına dair səs yazıları və Whatsapp danışıqları da mövcuddur. Həmin səs yazıları və yazışmalar məhkəmə iclasında təqdim olunacaqdır. Cavabdeh borcunu ödəməkdən boyun qaçırdığına görə iddiaçı ərizə ilə Sumqayıt ŞPİ-yə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin İŞin müstəntiqi, polis kapitanı X2 28 mart 2024-cü il tarixli qərarı ilə iş mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin işin materiallarından da aydın görünür ki, cavabdeh iddiaçıdan aldığı qızıl əşyalarının dəyərini ödəmədiyini etiraf etmişdir. Bu günə qədər də cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Aşağıda qeyd olunanlara əsasən qətnamə əsassız və qanunsuz olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmə qətnaməsi ilə irəli sürülən əsas tələblər yerinə yetiril məmiş, məhkəmə gəldiyi nəticələri əsaslandıra bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən 492.000 manat borcun etiraf edilməsi ilə bağlı istinad etdiyi sübut tərəflər arasında olan səs yazısı və cinayət işçinin icraatına xitam verilməsi haqqında qərar olsa da, lakin həmin səs yazısı cavabdehlə iddiaçı arasında olmadığı, həmin səs yazısında konkret olaraq cavabdehin iddiaçıya 492.000 manat borcunun olması öz təsdiqini tapmamışdır. Eyni zamanda qərarda cavabdeh iddiaçıdan 492.000 manat borc alması konkret olaraq cavabdeh tərəfindən etiraf edilməmişdir. Amma buna baxmayaraq məhkəmə həmin sübutları təhrif etmiş və nəticədə borcun cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-466 /2025 nömrəli 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.R.Səlimova (sədrlik edən və məruzəçi), Ə.A. İsgəndərov və M.Ə.Rüstəmli) iddiaçı və cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətinə münasibətdə hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində 492.000 manat borcun üç nəfərə aid olmasını, iddiaçının ona qarşı iddia qaldırmasına subyektiv hüququnun olmamasını, borcun 235.000 manat olmasını bildirsə də, bu dəlilləri təsdiq edən mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə tədqiq olunan sübutlarla yanaşı apellyasiya instansiyasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş S.A.Əliverdiyevanın izahatı ilə cavabdehə qızıl-zinət əşyalarının onun əri, yəni İddiaçı tərəfindən satılması, nisyə alqı-satqı müqaviləsi üzrə aparlımış qarşılıqlı hesabat nəticəsində borcun faizlərlə birlikdə 492.480 manat olması öz təsdiqini tapmışdır.

19. Bundan başqa kollegiya qeyd etmişdir ki, satılmış qızılın dəyərinin yarısı qədər faiz hesablanması və ya tələb olunması halı da ağlabatan, inandırıcı deyildir.

20. Apellyasiya instansiyası məhkəməsi İddiaçının şikayətinə münasibətdə hesab etmişdir ki,, iddiaçı apellyasiya şikayətinin dəlilində qızılların satış qiymətinin 492.000 manat olmasını qeyd edib, iddia tələbinin təmin edilməyən 92.000 manat hissəsinin də təmin edilməsini xahiş etsə də, tələbində istinad etdiyi bu halı, yəni iddianın təmin edilməyən hissəsi olan 92.000 manatın satılan qızılın dəyərinə daxil olmasını sübuta yetirə bilməmişdir.

21. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, iddiaçının tələbinin 92.000 manat hissəsi faiz borcu kimi hesablanmış, tərəflərin şifahi qaydada bağladıqları nisyə alqı-satqı müqaviləsinin şərtləri ilə bağlı, yəni satış günü qüvvədə olmuş qiymətlər, faizlər və s. barədə hazırda onlar arasında qarşılıqlı razılaşma yoxdur. Ona görə də, iddia tələbini bu hissədə təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə kollegiya razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb olunan 92.000 manatın hansı dövr üçün, hansı qaydada hesablanaraq tələb edilməsi müəyyən edilmədiyindən bu tələbin təmin edilməsi qeyri-mümkündür.

22. Məhkəmə kollegiyası öz mö vqeyini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər.

23. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 25, 60,125,127,129-cü, Mülki Məcəllənin 6.1, 385.1, 386.1, 425.1, 567, 600.1, 600.2, 600.3,600.4,600.5-ci, MPM-in 14.2, 77.1, 217.1-ci maddələr inə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-466/2025 saylı qətnaməsini ləğv edərək işin yenidən baxılması üçün apellyasiya inistansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 740-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iştirakçılardan biri – borc verən – pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya – borcalana – keçirməyi öhdəsinə götürmüş, digər iştirakçı – borc alan – isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiy yətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Təkrar qeyd edilməlidir ki, iş materiallarında məhkəmənin istinad etdiyi səs yazısı və cinayət işinin icraatına xitam verilməsi barədə qərarda həmin şəxsin iddiaçıdan 492.000 manat borc pul alması öz təsdiqini tapmamışdır. Borc müqaviləsi tərəflərin razılığı ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduqda və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

26. İşə baxan məhkəmə araşdırma zamanı istər səs yazısında, istərsə də cinayət işinin icraatına xitam verilməsi barədə Sumqayıt ŞPİ-nin istintaq şöbəsinin qərarında həmin şəxsin pul vəsaitini etiraf etməs i ilə bağlı hər hansı bir sübuta rast gəlmədiyi halda, qeyd olunan prosessual hüquq normalarının tələblərini pozaraq, əsassız tələb əsasında ondan külli miqdarda pulun tutulub iddiaçıya verilməsi ilə bağlı iddia ərizəsini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə

25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

29. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə mü dafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

30. Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəy yən edilməsini təmin etməlidir.

31. Maddə

127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

32. Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:

34. Maddə 6.1.1. Mülki hüquq subyektlərinin bərabərliyi;

35. Maddə 6.1.2. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi;.

36. Maddə 6.1.5. Müqavilələr azadlığı;

37. Maddə 385.

1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

42. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan də yişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

43. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

44. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

45. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə a lıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçıdan qətnamə ilə müəyyən olunan hissədə nisy ə alğı-satqı müqaviləsi üzrə icra edilməyən öhdəliyi qalmışdır. Cavabdeh almış olduğu qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini ödəməsi və daha az miqdarda borcunun qalmasını göstərsə də bu dəlilini əsaslandıran heç bir mötəbər sübuta istinad etməmişdir.

58. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 59. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi tox unulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan b aşqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

60. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, iddianın sübut olunmamasına dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4 07.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(103)-466/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar