Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-190/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, müqavilə öhdəliklərinin icrası, mənzilin ümumi sahəsinin hesablanması qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı yaşayış sahəsi üçün artıq ödənilmiş pul vəsaitinin qaytarılması və əlavə faizin tutulması tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1067/2022 nömrəli mülki iş üzrə 30 avqust 2022-c i il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 01 iyul 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı 103750 manat məbləğində pul vəsaitini cavabdehə ödəməyi, sonuncu isə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində yerləşən 82 saylı, 3 otaqlı, ümumi sahəsi 83 kv.metr olan mənzili (bundan sonra – mübahisəli mənzil) iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə əsasən mübahisəli mənzilin hər kv.m-nin dəyəri 1250 manat razılaşdırılmışdır.
3. Mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış, çıxarışda və texniki pasportda mənzilin ümumi sahəsi 71,6 kv.metr göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzillə bağlı artıq ödənilmiş 14250 manat pulun, özgənin pul vəsaitindən faydalanmağa görə 696 manat faizin, hüquqi xidmətə sərf etdiyi 500 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarındakı müqavilənin şər tlərinə müvafiq olaraq qeyd olunan pul məbləği cavabdehə tam ödənilmişdir. Lakin mülkiyyət hüququna dair sənəd verilərkən mənzilin ümumi sahəsi səlahiyyətli orqan tərəfindən 71,6 kv.m müəyyən edilmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə 14250 manat artıq ödənilmişdir. Buna görə də, artıq ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 449-cu maddəsinin tələblərinə əsasən, cavabdehdən iddiaçının xeyrinə bank uçot dərəcəsi ilə faiz tutulmalıdır. İddiaçı tərəfindən sonuncu ödəniş 23 iyun 2020-ci ildə edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankını sonuncu dəfə 18 dekabr 2020-ci il tarixə müəyyən etdiyi uçot faiz dərəcəsi 6,25 faiz təşkil edir ki, beləliklə faiz məbləği 696 mana t təşkil edir. Həmçinin, iddiaçının məhkəməyə müraciət etmək üçün hüquqi xidmətlərə ödədiyi 500 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən evlər layihəyə uyğun ölçüdə, qiymətə satılır. Daşınmaz Əmlakın Dövlət Reyestrinin mütəxəssisləri tərəfindən evin ölçüləri müəyyənləşdirilərkən evin arakəsmə divarları ölçüyə daxil edilmir. İddia ərizəsində göstərilən mənzil cavabdeh tərəfindən layihəyə uyğun ölçüdə iddiaçıya satıldığından iddia rədd edilməlidir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3867/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin ol unmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə Mülki Məcəllənin 385.1, 425.1, 442, 443.1, 448.1 və 449-cu maddələrinə istinadla qeyd etmişdir ki, mənzilin dəyərinə görə artıq ödənilmiş 14250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, mənzilin öhdəliyə uyğun olaraq təhvil verilməli olan sahəsi (83 kv.m) ilə çıxarışla müəyyən olunmuş sahəsinin (71,6 kv.m) arasında olan fərqin 11,4 kv.m olması və hər kv.m-nin dəyərinin 1250 manat olması nəzərə alınarsa, iddiaçıya vurulmuş zərərin məbləği (11,4 x 1250) 14250 manat təşkil edir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan aldığı pulla gəlir əldə etmişdir. 14250 manat məbləğində pul vəsaiti hal-hazıradək iddiaçıya qaytarılmadığından, iddiaçı tərəfindən cavabdehə son ödənişinin tarix i olan 23 iyun 2020-ci il tarixdən iddia tələbində göstərilən 16 aprel 2021-ci il tarixədək bank uçot dərəcəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 6,25% müəyyən olunduğu nəzərə alınaraq 696 məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. İddianın hüquqi xidmətə görə ödədiyi 500 manata münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı hüquqi yardım üçün vəkilə 500 manat ödəniş etmişdir. Buna görə də, həmin pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Birinci instansiya məhkəməsi öz qənaətini, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin (bundan sonra – MPM) 13.7-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya mənzilin layihə sənədlərində müəyyən olunmuş 83 kv.metr ölçüdə mənzil verilməklə cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, məhkəmə yalnız iddiaçının dediklərinə əsaslanmaqla mənzilin sahəsinin 71,6 kv.metr olması qənaətinə gəlmiş, mənzilin sahəsinin hesablanması üçün ekspertiza təyin etməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2022-ci il qərardadı ilə təyin edilmiş məhkə mə tikinti-texniki ekspertizasının 02 iyun 2022-ci il tarixli, 10/1664 saylı rəyinə əsasən, mübahisəli mənzilin tikililərinin planlı yerləşməsi, ölçüləri, konfiqurasiyası və digər texniki parametrlərinin həmin mənzilə dair xx.xx.2021-ci il tarixdə tərtib olunmuş 04/3862 inventar nömrəli texniki pasporta uyğun olduğu və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda qeyd olunan azaltma əmsalları tətbiq olunmaqla sözügedən mənzilin ümumi sahəsinin 71,6 kv.m təşkil etdiyi müəyyən olunur.
15. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1067/2022 nömrəli iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əzizli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, mənzilin dəyərinə görə artıq ödənilmiş 9750 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmin pulun vaxtında ödənilməməsinə görə faiz qismində 696 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, mənzilin sahəsi ilə bağlı yalnız iddiaçının dediklərinə istinad etmiş, mənzilin sahəsinin müəyyən olunması üçün məhkəmə tikinti texniki ekspertizası təyin etməmişdir.
17. İddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsi hesablanarkən azaltma əmsalları tətbiq olunmadıqda həmin mənzilin faktiki sahəsinin 75,2 kv.metr təşkil etdiyi müəyyən olunur. Mövcud məhkəmə təcrübəsində mənzilin sahəsi hesablanarkən azaltma əmsallarının tətbiq olunmaması nəzərə alındıqda, iddiaçıya satılmış mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahəsindən (83-75,2=7,8 kv.m) az olması müəyyən edilmişdir. Buna görə də mənzilə görə artıq ödənilmiş 7,8x1250=9750 manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
18. İddia tələbinin pul vəsaitinin cavabdeh tərəfindən əsassız olaraq özündə saxlanması və onu qaytarmaqdan boyun qaçırması nəticəsində faydalanmağa görə vurulmuş zərərin əvəzi kimi faizlərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh mənzilin layihə sənədlərinə istinad etməklə iddiaçıdan 83 kv.metr ölçüdə mənzilə görə pul almış, hazırkı mübahisədə özünü haqlı hesab edərək, iddiaçının tələb etdiyi pul vəsaitini geri qaytarmamışdır. Cavabdeh tərəfindən pul vəsaitinin əsassız olaraq özündə saxlanması və onu qaytarmaqdan boyun qaçırması, habelə həmin vəsaitdən faydalanması iş materialları ilə sübuta yetməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməklə işin faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir.
19. Həmçinin, iş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən vəkilə 500 manat m əbləğində pul ödənilməsi müəyyən olunduğundan, qətnamə bu hissədə əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsində işin araşdırılması zamanı sahənin təkrar ekspertizanın təyin olunması və ölçülərin yenidən hesablanması məqsədi ilə şifahi vəsatətlər verilsə də həmin vəsatətlər heç bir əsaslandırma olmadan təmin edilməmişdir. İş materiallarında olan mənzilin layihə sənədlə rindən də görünür ki, mənzilin ölçüsü 83 kv.metrdir, lakin məhkəmə bu hala və sübutlara məcmu halında qiymət verməyərək yalnız ekspert rəyinə əsaslanmaqla öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyi qənaətinə gəlmiş beləliklə də Mülki Məcəllənin 443.1-ci maddəsini yanlış tətbiq etmişdir. Həmçinin cavabdeh tərəfindən iddiacıya verilən mənzilin ölçüsü mənzilin layihə sənədlərində müəyyən olunmuş 83 kvadrat metrdir və həmin ölçüdə mənzilin hazırkı iş üzrə iddiaçıya verildiyi üçün onlar arasında olan müqavilə öhdəliyinə də xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsi evin layihə sənədləri ilə ekspert rəyi arasında olan ziddiyyətləri nəzərə almamış təkrar ekspertizanın keçirilməsindən əsassız imtina etmiş, həmin vəsatətlərə qətnaməsində münasibət bildirməmiş və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 437.2. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zə ruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012- ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları
28. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Ma ddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyas iya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı i craat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1 və 766-cı maddələrinə əsasən podrat müqa viləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
39. Oxşar mübahisələr üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal- podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin faktiki halları üzrə düzgün hüquqi dəyərləndirmə aparmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş ekspert rəyini iş materialları ilə müqayisəli şəkildə qiymətləndirmiş və bununla bağlı mövqeyini əsaslandırmışdır. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəf əlavə və ya təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət təqdim etməmişdir.
41. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsi tərəfləri müqavilənin qüvvədə olduğu dövrdə öhdəliyin pozulmasından irəli gələn zərərlə bağlı Mülki Məcəllənin 443-cü maddəsinə əsasən digər tərəfə qarşı tələb irəli sürmək hüququndan məhrum etmir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1067/2022 nömrəli mülki iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.