Məhkəmə qərarları › İş №2(102)-1901/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1901/2025

25.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1901/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2025-ci il tarixli, 2(103)1532/2025 nömrəli qətn aməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 01 noyabr 2006-cı il tarixdən 16 noyabr 2023-cü il tarixədək Respublika Neyrocərrahiyyə Xəstəxanasında maqnit-rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsində işləmişdir.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş əlillik haqqında 07 iyun 2021 ci il tarixli arayışdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən, dağınıq skleroz, serebrospinal forma kəskinləşmə dövrü, aşağı ətrafların spastik dərin parez, çanaq orqanlarının funksiyalarının pozulması diaqnozu ilə 5 il müddətinə 2-ci dərəcə əli llik təyin edilmişdir.

3. İddiaçı 22 may 2012-ci il tarixdə, daha sonra 25 dekabr 2017-ci il tarixdə sertifikasiyadan keçmiş, ona verilmiş sonuncu şəhadətnamə 26 dekabr 2022-ci il tarixdə qüvvədən düşmüşdür.

4. İddiaçı sertifikasiya imtahanından keçməsi üçün 26 may 2023-cü il tarixdə test imtahanına buraxılış vərəqəsi verilmişdir.

5. İşəgötürənin 07 avqust 2023-cü il tarixli əmri ilə, İddiaçı 25 iyun 2023-cü il tarixdə sertifikasiyadan keçmədiyinə görə 05 avqust 2023-cü il tarixdən praktik tibb fəaliyyətinə buraxılmamışdır. 6. 01 sentyabr 2023-cü il tarixli əmrlə, İddiaçı ixtisasartırma kursu keçməsi üçün 25 sentyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutuna göndərilmişdir.

7. İddiaçının sertifikasiya imtahanından keçməsi üç ün ona yenidən 11 oktyabr 2023-cü il tarixdə test imtahanına buraxılış vərəqəsi verilmiş, iddiaçı həmin imtahandan keçə bilməmişdir.

8. Səhiyyə Nazirliyinin “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə ünvanladığı məktubla sertifikasiyadan təkrar keçə bilməyən şüa diaqnostika şöbəsində çalışan İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. 9. “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-nin 16 noyabr 2023-cü il tarixli 816 K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış 15 dekabr 2006-cı il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir.

10. İddiaçı Şüa diaqnostika ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün 19 dekabr 2023-cü il tarixdə sertifikasiyadan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsiniə xitam verilməsinə dair 16 noyabr 2023-cü il tarixli, 816/k saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin xəstəxananın maqnit-rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsinə işə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxmaya görə əmək haqq ının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Xəstəxanada 01 noyabr 2006-cı il tarixdən 16 noyabr 2023-cü il tarixədək maqnit rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsində işləmişdir. İki dəfə atestasiya imtahanlarından keçə bilmədiyi üçün Direktorun 16 noyabr 2023-cü il tarixli, 816/k saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı üçüncü dəfə atestasiya imhanından keçərək 19 dekabr 2023-cü il tarixdə sertifikasiya şəhadətnaməsi almışdır. Həmin şəhadətnaməni xəstəxanaya təqdim etmişdir. Lakin Direktor həmin şəhadətnaməni iddiaçıdan qəbul etməmiş və iddiaçını da işə bərpa etməmişdir. Onun verdiyi əmr qanunsuzdur, Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərinə ziddir. Belə ki, iddiaçı dağınıq skleroz diaqnozu ilə 2-ci qrup əlildir, məhz bu səbəblərə görə direktor iddiaçını işdən çıxara bilməzdi. Lakin, Əmək Məcəlləsinin 16-cı və 79-cu maddələrini tələbləri kobud surətdə pozulmuş, iddiaçı işdən çıxarılmışdır. İddiaçı Xəstəxananın Baş həkimindən, X1 Bakı şəhər İdarəsinin rəisinə və digər orqanlara şikayət etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Əmək Müfəttişliyi heç bir hərəkət etməmiş, iddiaçıya heç bir köməklik etməmiş, işi hərtəfli araşdırmamış, iddiaçının ərizəsini bir kənara atmış, Baş həkim barəsində inzibati tədbir görməmişdir. Əmək Müfəttişliyindən iddiaçıya cavab gəldikdən sonra iddiaçı Mediasiya Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh mediatorun yanına gəlməmişdir. Belə olan h alda iddiaçı məhkəməyə müraciət edir.

13. Cavabdeh “Respublika Neyrocərrahiyyə Xəstəxanası” PHŞ iddiaya etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasında ali və orta səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Belə ki, iddiaçı ilk dəfə 22 may 2012-ci il tarixdə, daha sonra 25 dekabr 2017-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində şüa diaqnostika ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İddiaçının sonuncu sertifi kasiya şəhadətnaməsinin müddəti 26 dekabr 2022-ci il tarixdə bitmişdir. İddiaçıya 02 fevral 2023-cü il tarixdə növbəti sertifikasiya imtahanında iştirakı üçün 16 dekabr 2022-ci il tarixdə test imtahanına buraxılış vərəqəsi təqdim olunmuşdur. Lakin, o, səhhətində olan problemlərini əsas gətirərək 02 fevral 2023-cü il tarixdə olan “Şüa diaqnostika” ixtisası üzrə test imtahanında iştirak etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova tərəfindən daxil olmuş məktuba əsasən şüa diaqnostika üzrə həkim İddiaçı 25 iyun 2023-cü il tarixdə test imtahanına buraxılış vərəqəsi təqdim olunmuşdur. İddiaçı həmin imtahanda iştirak etmiş, lakin, 26 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığ ı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən iddiaçı sertifikasiyadan keçməyən işçi hesab edilmişdir. Adı çəkilən məktubda əlavə olaraq, iddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət edə biləcəyi qeyd olunmuşdur. Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in direktorun 07 avqust 2023-cü il tarixli №535-K əmrinə əsasən Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı praktik tibbi fəaliyyətinə buraxılmaması qərara alınmış və “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu”n 49-1-ci maddəsinə uyğun olaraq iş yeri saxlanılmaqla 6 ay müddətində peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Kom issiyası”na müraciət etməsi qeyd olunmuşdur. Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı “Əhalinin sağlmlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu”nun 48-ci maddəsinə uyğun olaraq “Döş qəfəsi orqanlarını xəstəliklərinin şüa diaqnostikası” üzrə ixtisasartırma kursu keçmək üçün 25 sentyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək ADHTİ göndərilməsi haqda 01 sentyabr 2023-cü il tarixli №621-K nömrəli Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in direktorun əmri verilmişdir. 15 noyabr 2023-cü il tarixdə Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı 2-ci dəfə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası”nın təşkil etdiyi imtahanında iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları şöb əsinin müdiri Səidə Rüstəmova tərəfindən daxil olmuş məktuba əsasən şüa diaqnostika üzrə həkim İddiaçı təkrarən 15 noyabr 2023-cü il tarixdə test imtahanından keçə bilməyərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 671-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq (Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır) həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi, müvafiq tədbirlər görərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilməs i bildirilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in direktorun 16 noyabr 2023 cü il tarixli № 816-K nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən Radialogiya şöbəsinin şüa diaqnostika üzrə həkimi İddiaçı 16 noyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 15 dekabr 2006-cı il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. 17 iyul 2021-ci il tarixli Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-in ştat cədvəlinə əsasən Radiologiya şöbəsində süa diaqnostikası üzrə həkim vəzifəsi 8 ştat vahidi nəzərdə tutulmuş və hazırda bu vəzifə üzrə vakansiya mövcud deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyası”nın 20 avqust 1980-ci il təvəllüdlü İddiaçı barəsində so nuncu müayinəyə dair məlumatlarında qeyd olunmuşdur ki, “Dağınıq skleroz, Serebrospinal forma kəskinləşmə dövrü, aşağı ətrafların spastik dərin paraparez ilə” diaqnozu 20 mart 2020-ci il tarixdə qeyd edilmişdir. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyası”nın təqdim etdiyi sənədə əsasən yüngül xarakterli əmək fəaliyyətilə məşğul olması göstərilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X2 Heyətinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2020-ci il tarixli №02 Qərarının 7 bəndini (Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələ rin verilməsi şərtləri), 7.1, 7.1.12 və 7.1.16 bəndlərinə əsasən şüa diaqnostikası sahələrində vəzifələrini icra edən həkim və kiçik tibb personalı sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində çalışırlar.

14. Həmçinin, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(011)7735/2024 nömrəli qətnaməsi ilə (hakim A.Həsənova) iddia təmin edilməmişdir.

16. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı dağınıq skleroz xəstəsidir, 2-ci qrup əlildir. İddiaçı işdən çıxarıldıqdan sonra güclü stress keçirmiş, ayaqları tutulmuş və öz yaşadığı ünvanda 2023-cü il dekabr ayının ortasından 2024-cü il fe vral ayının axırınadək xəstə yatmış və ev şəraitində müalicə almışdır. Qonşular iddiaçının evdə xəstə yatmağına görə tez-tez gəlib evdə ona baş çəkmiş, müalicəsi ilə maraqlanmışlar. Ona görə də iddiaçı üzrlü səbəbə görə məhkəməyə vaxtında iddia ərizəsi ilə müraciət etməmişdir. İddiaçı sağalan kimi 20 fevral 2023-cü ildə və 13 iyun 2024-cü il tarixdə X3 Xidmətinə, habelə aidiyyəti orqanlar ərizə ilə müraciət etmiş və ərizənin cavabını gözləmişdir, lakin oradan ona məktub gec göndərilmişdir. Bundan başqa, iddiaçı Mediasiya Təşkilatına müraciət etmiş və beləliklə də iddiaçı üzrlü səbəblərə görə müddəti ötürmüşdür. Ona görə də iddiaçının xəstəliyi ilə əlaqədar buraxılmış müddətin üzrlü hesab olunub bərpa edilməsi mümkündür.

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddia çı ilə əmək müqaviləsinə iddiaçının sertifikasiyadan ardıcıl olaraq 2 dəfə keçməməsi səbəbindən xitam vermişdir. İddiaçının vəkili məhkəmə araşdırması zamanı verdiyi izahatda bildirmişdir ki, iddiaçının işdən azad edilməsi səlahiyyətli orqanın qərarı əsasında işəgötürənin əmri ilə rəsmiləşdirilməli olduğu halda, hər hansı orqanın belə bir qərarı mövcud olmamışdır. Odur ki, əmr qanunsuz və əsassızdır. Eyni zamanda əmr qəbul olunarkən iddiaçının ikinci qrup əlil olması, xəstəliyinin olması, yenidən sertifikasiyadan keçməsi halları nəzərə alınmamışdır.

18. İstinad olunan hala münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının səlahiyyətli orqanın qərarı olmadan işdən çıxarılması barədə əmr qanuna uyğun şəkildə qəbul edilmişdir. Belə ki, iddiaçının sertifikasiyadan keçməməsi əsası ilə onunla bağ lanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Səhiyyə Nazirliyindən cavabdeh quruma email vasitəsilə məlumat daxil olmuş, cavabdehə müqaviləyə xitam verilməsi ilə bağlı göstəriş verilmişdir.

19. Eyni zamanda iddiaçının onun ikinci qrup əlil olması ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki işin araşdırılması zamanı iddiaçı ilə əmək müqaviləsinə onun dağınıq skleroz xəstə olması səbəbindən xitam verilməsi halı aşkar edilməmişdir. Müqaviləyə xitam verilməsinin əsası iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlməməsi, yəni sertifikasiyadan keçməməsi olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iki nci qrup əlil olduğu üçün ona yüngül xarakterli əmək fəaliyyəti ilə məşğul olması nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” Qərarına əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı müəyyən edilmiş və radioaktiv və elektromaqnit şüalanma ilə bağlı işlər (rentgen müayinə kabinələri, radioaktiv maddələrlə işləyən laboratoriyalar, radio və telequrğular və s.) həmin siyahıya daxil edilmişdir.

20. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə iddiaçının ardıcıl olaraq 2 dəfə sertifikasiyadan keçə bilməməsi səbəbindən onunla əmək müqaviləsinə qanunun tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçının 3-cü cəhddən sonra sertifikasiyadan keçməsi hazırkı işin kontekstində heç bir əhəmiyyət kəsb etmir.

21. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə mü nasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, işdən çıxarılma ilə bağlı əmr 16 noyabr 2023-cü il tarixdə verilsə də iddiaçı 17 sentyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və bərpa edilməsini xahiş edərək həm iddia müddətini ötürməsini etiraf etmiş, həm də buna əsas olan səbəblərin üzrlü hesab edilməsini xahiş etmişdir. Üzrlü səbəb olaraq da iddiaçının keçirdiyi stress nəticəsində səhhətində problemlərin yaranmasını göstərmişdir. İstinad etdiyi hal sübuta yetirmək üçün qonşular tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir.

22. Məhkəmə iddiaçının göstərdiyi səbəbləri iddia müddətinin bərpa edilməsi üçün kifayət hesab etməmiş və göstərmişdir ki, iddiaçının xəstəliyi nəzərə alınmaqla onun müalicəsinin həkim müşahidəsi altında aparılmalıdır. Lakin, iddiaçı ev şəraitində müalicə aldığını, özünün həkimi olduğunu əsas gətirərək başqa həkim nəzarətinə ehtiyac olmadığını və həqiqətən də hər hansı müayinələrdən keçdiyini, stasionar və ya ambulator şəraitdə müalicə aldığını sübuta yetirə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, gecikmənin səbəbi olaraq müxtəlif dövlət orqanlarına şikayət etməsini və həmin orqanlardan cavab gözləməsini, həmçinin Əmək Müfəttişliyinin ona gec cavab verməsini əsas kimi göstərmişdir.

23. Məhkəmə iddiaçının bu əsaslandırmasını da məqbul hesab etməyərək belə qənaətə gəlmişdir ki, iddiaçının müraciət etdiyi dövlət orqanları məsələnin mahiyyəti üzrə həllinə nail ola biləcək orqanlar olmamış, iddiaçı medi asiyaya müraciət etməklə məhkəməyə iddia verməli olduğu halda prokurorluq və digər orqanlara müraciət ünvanlamışdır. Beləliklə, müddətin ötürülməsində hər hansı üzrlü səbəb aşkar edilmədiyindən, məhkəmə iddiaçının ərizəsini təmin etmədən iddia müddətinin ötürülməsi ilə iddianın verilməsi barədə qətnamə qəbul edilməsini qanunauyğun hesab etmişdir.

24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 3-cü maddəsinə, 68-ci maddəsinin 2-ci hissəsinə, 70, 71-ci maddələrinə, 67-ci maddəsinin 1-ci hissəsinə, 67-1-ci maddəsinin 1, 4, 5-ci hissələrinə, 296-cı maddəsinin 2 və 4-cü hissələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, “Əhalinin sağlamlığlının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə, Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydalarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 fevral 2025-cü il tarixli, 2(103)-1532/2025 nömrəli qətnaməsi ilə (hakim F.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Birinci instansiya məhkə məsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

28. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı birinci instansiya məhkəməsində iddia müddətinin üzrlü hesab edilməsi ilə bağlı ərizə versə də, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı məhkəməyə qədər digər dövlət orqanlarına müraciət etdiyini, həmin orqanlarının cavab məktublarını gözlədiyini, digər tərəfdən xəstə olduğunu və bu səbəblərdən iddia müddətini ötürdüyünü qeyd etmişdir. İddiaçının bu mövqeyi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, iddiaçı peşəkar hüquq i yardım almış və qanunvericilikdə birbaşa olaraq hazırkı qəbilədən olan işlər üzrə müraciət edilməli orqanın mediasiya şurası olması ifadə edilmişdir. Digər tərəfdən iddiaçı uzun müddət xəstə olduğunu bildirsə də, bununla bağlı xəstəlik vərəqəsi, müayinə və s. təqdim edə bilməmişdir.

29. İddiaçının 70-ci maddənin “c” bəndində nəzərdə tutulan səlahiyyətli orqanın qərarı olmadan işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal qanunla müəyyən edildiyindən göstərişə ümumilikdə zərurət olmasa da, iş materiallarında səlahiyyətli orqanın məlumatlı olması və cavabdehin mail adresinə rəsmi qaydada göstəriş verildiyi müəyyən edilir. Bütün sənədləşdirmənin elektron qaydada a parıldığı bu dövrdə məktubun kağız daşıyıcıda gəlməsinin və ya gəlməməsinin hər hansı üstün hüquqi mövqeyi yoxdur.

30. İddiaçının digər dəlili olan 2-ci qrup xəstə olması və Əmək Məcəlləsinin 66-cı maddəsindəki güzəştin ona tətbiq edilməli olması ilə bağlı dəlilinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, həmin maddədə təkcə əlilliyi müəyyən edilmiş şəxslər deyil, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər qeyd edilmişdir. Beləliklə, həmin güzəşt də iddiaçıya şamil edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

31. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 fevral 2025-ci il tarixli, 2(103)-1532/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinin, 42-cu maddəsinin 2-ci hissəsinin, 16, 17-ci maddələrinin, 45-ci maddəsinin 1-ci hissəsinin, 45-ci maddəsinin 5-ci hissəsinin 73-cü maddəsinin 1-ci hissəsinin, 79-cu maddəsinin, Mülki Prosessual Məcəllənin 9, 22, 77.1, 77.3, 217, 218-ci maddələrinin tələbləri pozulmuşdur.

33. Belə ki, məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin tələblərinin pozulduğunu, səlahiyyətli orqanın müvafiq qərar qəbul edilmədən cavabdeh tərəfindən iddiaçının işdən azad olunmağını m üəyyən etsə də, buna məhəl qoymamışdır. Bundan başqa, iddiaçı 2-ci qrup əlil və dağınıq skleroz xəstəsidir, cavabdeh iddiaçını bu xəstəliyə görə heç bir halda işdən çıxara bilməzdi. Cavabdeh iddiaçını işdən azad edərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əməl etməmiş, səlahiyyətli orqanın müvafiq qərar qəbul edilmədən hər hansı bir göstərişlə onu işdən azad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı Respublika Neyrocərrahiyyə Xəstəxanasında 01 noyabr 2006-cı il tarixdən 16 noyabr 2023-cü il tarixədək maqnit-rezonans tomoqrafiya şöbəsinin funksional diaqnostika üzrə həkim vəzifəsində işləmiş, iki dəfə attestasiya imtahanlarından keçə bilmədiyi üçün Direktorun 16 noyabr 2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilsə də, iddiaçı 3-cü dəfə attestasiya imtahanından keçərək 19 dekabr 2023-cü il tarixdə sertifikasiya şəhadətnaməsini almış, həmin şəhadətnaməni xəstəxanaya təqdim etmişdir. Lakin direktor həmin şəhadətnaməni iddiaçıdan qəbul etməmiş və iddiaçını da işə bərpa etməmişdir. İddiaçını işdən çıxaran zaman həmçinin həmkarlar ittifaqının razılığı olmamış, bu barədə heç bir iclas keçirilməmiş, iddiaçını iclasa dəvət edən olmamış və ona heç bir xəbərdarlıq edilməmişdir. İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin keçməsi ilə bağlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, vəsatət tam əsassızdır. İddiaçı məhkəməyə müraciət üçü n 1 aylıq müddəti ötürməmiş, vaxtında məhkəməyə müraciət etmiş, şikayətləri uzun müddət davam etdiyi üçün müddətin bərpası barədə ərizə vermiş, lakin məhkəmə əsassız olaraq buraxılmış müddətin bərpası barədə ərizəsini təmin etməmişdir.

34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublik asının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 67-1.4-cü maddəsinə görə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. 67-1.5-ci maddəsinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bə ndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququ nun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətb iq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 40. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll e tmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada ardıcıl olaraq 2 dəfə sertifikasiyadan keçə bilməməsi işin mübahisəsiz halıdır. Belə olan təqdirdə, iddiaçının barəsində qəbul edilmiş mübahisələndirilən əmr qanunauyğun olmuş və bu əmrin qəbulundan sonra iddiaçının üçüncü cəhddən sertifikasiyadan keçməsi, onun işə bərpa olunması üçün əsas ola bilməz.

45. Bundan başqa, iddiaçının barəsində əmr qəbul edilərkən, həmkarlar ittifaqının razılığının alınmamasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində bu Məcəllənin 70-ci maddəsinin “c” bəndində göstərilən əsaslarla əmək müqaviləsinə işəgötürən tərəfindən ləğv edilməsi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı nın alınması tələbi nəzərdə tutulmamışdır.

46. İddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad etməklə, barəsində qəbul edilmiş əmrin qanunsuz olmasına dair dəlili həmçinin qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, bu maddənin 1-ci hissəsinə əsasən işçinin dağınıq sklerozla xəstə olması səbəbinə görə işəgötürən tərəfindən işçinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağa edilmişdir. Hazırkı halda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun müvafiq xəstəliyi səbəbi ilə ləğv edilməsi iddia olunmur.

47. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr mübahisəyə iddia müddətini tətbiq etməklə də, mövqelərini qanuna uyğun əsaslandırmışlar.

48. Belə ki, işəgötürənin 16 noyabr 2023-cü i l tarixli əmrinin iddiaçı tərəfindən 17 sentyabr 2023-cü il tarixdə, yəni 10 aydan sonra məhkəmə qaydasında mübahisələndirməsi işin mübahisəsiz halıdır.

49. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində 2024-cü ilin fevral ayının sonlarınadək xəstə olmasını, sonradan isə X3 Xidmətinə və Mediasiya Təşkilatına müraciət etməsini müddətin buraxılmasının üzrlü səbəbləri kimi nəzərə alınmasını xahiş etmişdir.

50. Bununla bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr iddiaçının qeyd olunan dövrdə xəstə olmasının sübut olunmamasını müəyyən etmişlər.

51. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçının xəstəliyi ilə bağlı göstərdikləri həqiqət kimi qəbul olunsa belə, onun Medisasiya Təşkilatına müraciəti 15 avqust 2024-cü il tarixdə, yəni yenidən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunan müddət ötürüldükdən sonra olmuşdur.

52. Bu müddət ərzində iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Xidmətinə müraciət etməsi müddətin bərpası üçün əsas kimi qiymətləndirilə bilməz.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında izah etmişdir ki, X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı t ədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

54. Odur ki, iddiaçının qeyd olunan Xidmətə müraciət etməsi iddia müddətinin axımını kəsmir və müddətin bərpası üçün əsas kimi qiymətləndirilmir.

55. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araş dırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2025-ci il i tarixli, 2(103)-1532/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar