Məhkəmə qərarları › İş №2(102)-1908/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1908/2025

03.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1908/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işçinin vurduğu maddi ziyanın ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-244/2025 nömrəli iş üzrə 26 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019cu il tarixli X2 əsasən “Baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. 2. 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixdə cavabdehin “Oba–Shuvelan 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya zərər vurduğu müəyyən edilmiş, həmin tarixlərdə tərtib edilmiş “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8984,37 manat müəyyən edilmişdir.

3. İddiaçı MMC-nin xx.xx.2 022-ci il tarixli 666 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 8984,37 manat, mediasiya xərci kimi ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli X2 əsasən “Baş satıcı” vəzifəsi nə keçirilmiş, xx.xx.2020-ci il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixli 666 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilnin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərti b edilir. Birinci inventarizasiva yoxlaması: İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2022ci il tarixli 783 saylı Əmrindən göründüyü kimi “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2021-ci il -xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 6198,54 manat məbləğində maddi ziyan vurulası (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, saydan miqdarlara görə cavabdehlik daşıdığını etiraf etmişdir. İkinci inventarizasiya yoxlaması: İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2143 saylı Əmrindən göründüyü kimi, “Oba Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 4262,34 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan miqdarlara görə cavabdehdik daşıdığını etiraf etmiş, əskik gələn mallarla tanış olmuşdur. Üçüncü inventarizasiya yoxlaması: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2351 saylı Əmrindən göründüyü kimi, “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 2460,43 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamalarının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 8984,37 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

6. Cavabdeh iddia müddətinin tətbiqinə dair etiraz ərizəsi və vəsatət ilə məhkəməyə müraciət etmiş və izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilən iddia müddəti ötürülmüşdür. Belə ki, o, Oba Market” MMCnin iddiasını qanuni və əsaslı hesab etmir. Çünki əgər İddiaçı MMC-nin iddiasında haqlı olduğunu fərz etsək belə idd ia müddəti ötürülmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-7-ci bəndlərinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1035/2024 nömrəli qətna məsi ilə (hakim Babək Qasımov) İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli X2 əsasən “Baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2020- ci il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixli 666 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixdə cavabdehin Oba– Shuvelan 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində iddi açıya zərər vurması müəyyən edilmiş, 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8984,37 manat təşkil edir.

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona maddi ziyanın vurulmasını 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il (sonuncu inventarizasiya aktı ilə) tarixlərdə artıq bilirmiş, yəni iddiaçı hüqununu n pozulmasını 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci ildə bildiyi halda, xx.xx.2023-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə X1 iştirak edilməməsi barədə arayış tərtib edilmiş, mövcud iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, 18 aprel 2022-ci il inventarizasiya aktı üzrə 18 aprel 2022-ci il tarixdə, 10 oktyabr 2022-ci il inventarizasiya aktı üzrə 10 oktyabr 2022-ci il tarixdə və 03 noyabr 2022-ci il inventarizasiya aktı üzrə 03 noyabr 2022-ci il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti müvafiq olaraq 18 aprel 2023-cü il, 10 oktyabr 2023-cü il və 03 noyabr 2023-cü il tarixdə bitmişdir.

11. Göstərilən xüsus atlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375 və 377-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Ağsu Rayon Məhkəməsinin inzibati binasında hazırk i iş üzrə keçirilmiş məhkəmənin baxış iclasında tərəflər məhkəməyə izahatlar verərkən, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbi üzrə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ödəyə biləcəyini bildirmiş, bununla da borcunu etiraf etmişdir. Həmin iclasda İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə cavabdehə “Fəxri bəy, siz nə qədər pul ödəyə bilərsiniz?” sualını vermiş, Cavabdeh isə həmin suala “Son olaraq 1500 manat ödəyə bilərəm” cavabını vermişdir. Faktın etirafını bir daha dəqiqləşdirmək üçün iddiaçının nümayəndəsi “Yəni, ümumi tələb olunan məbləğdən 1500 manat?” sualını vermiş, Cavabdeh isə “Bəli” cavabını vermişdir. İşin hallarından göründüyü kimi, Cavabdeh mövcud borcun etiraf etməsini göstərən hərəkətlər etmiş, bunun nəticəsində AR Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əs asən iddia müddətinin axımı kəsilmişdir. Lakin birinci instansiya məhkəməsi bu faktı və halı nəzərə almamış və əsassız olaraq iddia müddətini tətbiq etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-244/2025 nömrəli iş üzrə 26 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), E.İsayev, E.Mehdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələbinin əsaslı olduğu birinci instansiya məhkəməsinin araşdırmaları ilə öz təsdiqini tapmışdır və kollegiya həmin nəticə ilə razılaşır.

17. Cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermiş, birinci instansiya məhkəməsi iddia təl əbini iddia müddəti tətbiq etməklə rədd etmişdir.

18. İddiaçı apellyasiya şikayətində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasındakı cavabdehin izahatlarını borcun etirafı kimi qəbul etməklə iddia müddətinin axımının kəsildiyini iddia etmiş, kollegiya apellyasiya şikayətinin bu dəlillərinə qiymət verərək qeyd etmişdir ki, hətta iddia müddətinin axımı iddiaçı təşkilat tərəfindən cavabdehin işdən azad edildiyi xx.xx.2022-ci il tarixdən hesablansa belə, həmin tarixdən mediasiyaya müraciət edildiyi xx.xx.2023-cü il tarixə qədər 7 ay 19 gün müddət keçmişdir. Mediasiya prosesinin davam etdiyi müddət hesablanmadıqda, X1 iştirak edilməməsi barədə arayışın verildiyi xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixədək daha 11 ay 8 gün müddət keçmişdir. Ümumilik də, 18 ay 27 gün keçmiş olur ki, bu da iddia müddətinin 6 ay 27 gün ötürülməsi anlamına gəlir.

19. İddiaçının iddia etdiyi xx.xx.2024-cü il tarixdə keçirilmiş Ağsu Rayon Məhkəməsinin məhkəmə iclasındakı cavabdehin izahatlarını borcun etirafı olaraq qəbul edilsə belə, həmin izahatlar iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti ərzində deyil, həmin müddət başa çatdıqdan sonra baş vermişdir. Belə ki, iddia müddəti xx.xx.2024-cü ildə iddia verilərkən artıq ötmüşdü. Həmin izahatların 2024-cu ilin noyabr ayında verilməsi nəzərə alınsa, həmin izahatlar bir illik müddətin keçməsindən sonra edilməsi aşkar edilir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər artıq bitmiş müddəti bərpa edə bilməz.

20. Kollegiya onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh İddiaçı MMCyə maddi ziyan vurması 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən təsdiq edilmişdir. Həmin aktlarla müvafiq olaraq 6198.54 manat, 4262.33 manat və 2460.44 manat ziyan vurulduğu müəyyən edilmişdir. Həmin aktlarda və əlaqəli sənədlərdə hər bir akt üzrə yoxlamanın hansı dövrü əhatə etdiyi, hər sonrakı yoxlama üzrə aktın öncəki yoxlamanın nəticələrini ehtiva edib etmədiyi, nəticədə, hər bir sonraki yoxlamada dəymiş zərərin azaldığı, yoxsa hər bir akt üzrə nəticələrin toplanmalı olduğu müəy yən edilmir. Hər bir akt üzrə nəticələr toplandıqda belə ümumi zərər 12921.31 manat edir. Hazırki iddia ərizəsi ilə cavabdehdən 8984,37 manat pul tələb olunur. Cavabdeh tərəfindən iddiaçıya hər hansı ödəniş edildiyi barədə məhkəməyə heç bir sənəd təqdim edilməsə də, iddiaçı MMC tərəfindən tərtib edilmiş 22 may 2023-cü il tarixli Arayışda cavabdehin iddiaçıya həmin tarixə olan ümumi borcunun 8984.37 manat təşkil etdiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbi həcmində, apellyasiya məhkəməsi isə apellyasiya şikayəti həcmində işə baxmışdır.

21. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 10, 43, 44, 191.1, 192, 194, 296.5, Mülki Məcəlləsinin 372.1, 373.5, 375.2, 377.1, 380.1, MPM-nin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Ağsu Rayon Məhkəməsinin inzibati binasında hazırki iş üzrə keçirilmiş məhkəmənin baxış iclasında tərəflər məhkəməyə izahatlar verərkən, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbi üzrə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ödəyə biləcəyini bildirmiş, bununla da borcunu etiraf etmişdir. Həmin iclasda İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə cavabdehə “Fəxri bəy, siz nə qədər pul ödəyə bilərsiniz?” sualını vermiş, Cavabdeh isə həmin suala “Son olaraq 1500 manat ödəyə bilərəm” cavabını vermişdir. Faktın etirafını bir daha dəqiqləşdirmək üçün iddiaçının nümayəndəsi “Yəni, ümumi tələb olunan məbləğdən 1500 manat?” sualını vermiş, Cavabdeh isə “Bəli” cavabını vermişdir. İşin hallarından göründüyü kimi, Cavabdeh mövcud borcun etiraf etməsini göstərən hərəkətlər etmiş, bunun nəticəsində AR Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilmişdir. Lakin apelyasiya instansiya məhkəməsi bu faktı və halı nəzərə almamış və əsassız olaraq iddia müddətinin tətbiqini düzgün hesab etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipini pozmuşdur. İddiaçı tərəf məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməmiş, bununla bağlı məhkəməyə sübutlar təqdim etmişdir. İlk dəfə xx.xx.2024-cü il tarixinə təyin edilmiş iclasın 1 aylıq müddətə təxirə salınması ilə bağlı iddiaçı tərəf məhkəməyə ərizə təqdim etsə də, məhkəmə bu xahişi nəzərə almamış və iclası 2 həftəlik müddətə təxirə salmaqla, xx.xx.2024-cü il tarixinə təyin etmişdir. Qısamüddətli təxirəsalma səbəbindən iddiaçının icraatında olan digər məhkəmə iclasları ilə üst-üstə düşmə halları baş vermişdir ki, bunun təsdiqi olaraq iddiaçı tərəf məhkəməyə müvafiq sübutları təqdim etmişdir. Bununla belə, apellyasiya məhkəməsi bu üzrlü halları nəzərə almamış və iştirakları olmadan işə baxmaqla prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd ediməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyi şdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan R espublikasının Əmək Məcəlləsi:

27. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

28. Maddə

192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

29. Maddə

194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziya nın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

30. Maddə 296.5 işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

32. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil ed ilir.

33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

34. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

35. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur.

41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan iddia müddətinin hesablanması ilə bağlı dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

45. Kollegiya apelyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəmə kollegiyası iddiaçının birinci vəsatətini nəzərə alaraq məhkəmə iclasını təxirə salmış, yeni məhkəmə iclası barədə tərəf lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı hüquqi şəxs olaraq onun iştirakı ilə olan məhkəmə mübahsilərinin çoxluğunu nəzərə alaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etmək vəzifəsi daşıyır. İddiaçının və ya onu nümayəndəsinin iştirak etdiyi məhkəmə mübahisələrinin çoxluğu konkret məhkəmə işinin təxirə salınması üçün üzürlü səbəb deyildir. İddiaçı məhkəmə mübahisələrinin çoxluğunu nəzərə alaraq nümayəndələrinin sayını və onların iş yükünü özü tənzimləməlidir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-244/2025 nömrəli iş üzrə 26 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar