Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1910/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı X3 vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili X4 iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qızıl-zinyət əşyaları və əmlak” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-3018/2019 nömrəli qətnaməsindən iddiaçı X7 və v əkili Vəkil kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl-ziynət əşyalarının və əmlakın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-131/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Həmid Əzizov) Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3018/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək Hacıqabul Rayon Məhkəməsinin 2(071)-131/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi (hakimlər Qəzənfər Kərimov(sədrlik edən v ə məruzəçi) Zəki Babayev, Nüsrət Mirzəyev) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ədəd 5 qram çəkidə, 300 manat dəyərində sadə üzüyün; 1 ədəd 5,6 qram çəkidə, 450 manat dəyərində brilyant qaşlı nişan üzüyünün; 1 ədəd 8 qram çəkidə, 450 manat dəyərində brilyant qaşlı üzüyün; 1 ədəd 4 qram çəkidə, 250 manat dəyərində yumru halqalı üzüyün; 1 ədəd 25 qram çəkidə, 1500 manat dəyərində komplekt sırğaüzük, boyunbağı və bilərzik dəsti olmaqla, ümümilikdə 2940 manat dəyərində qızıl ziynət əşyalarının və ya onların hər hansı biri olmadıqda onun pul ilə dəyərinin tutularaq iddiaçı X6 verilməsi hissəsində ləğv edilmiş,iddia tələbi həmin hissədə təmin edilməmişdir. İddiaçı X7 və vəkili Vəkil kassasiya ş ikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Cavabdehlərin arqumentləri araşdırmadan qəbul etməklə iddiaçının dəlliləri isə nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və onların vəkili X2 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və iddianın rədd edilməsini xahiş etdilər İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada İşdə iştirak edən iddiaçıya xəbərdar edilsələr də onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiya sı iddiaçının vəkilinin və cavabdehlərin, onların izahatlaını dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki,iddiaçı cavabdehlərdən ona məxsus qızılzinyət əşyalarının və əmlakın alınaraq ona verilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin 1 ədəd sadə üzüyün, 1 ədəd brilyant qaşlı nişan üzüyünün, 1 ədəd Brilyant qaşlı üzüyün, 1 ədəd yumru halqalı üzüyün, 1ədəd komplekt sırğa-üzük, boyunbağı, bilərzik dəstinin onlarda qalması, yaxud da ondan məcburi qaydada almaları iş materialları ilə subut olunmadığından, həmçinin iddiaçının özünün verdiyi izahatlarında cava bdehlərin evindən anasına kömək məqsədi ilə atası ilə birlikdə getdiyindən və geri qayıtmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissədə təmin olunmasına dair gəldiyi nəticəni qanuni hesab etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2ci maddəsinə əsasən isə ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaysan Respublika sının Mülki Məcəlləsinin 666.1-ci maddəsinəəsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini tam araşdırmış, 1 ədəd sadə üzüyün, 1 ədəd brilyant qaşlı nişan üzüyünün, 1 ədəd Brilyant qaşlı üzüyün, 1 ədəd yumru halqalı üzüyün, 1ədəd komplekt sırğa-üzüyün, boyunbağı və bilərzik dəstinin çəkidə cavabdehlərdə qalması halı nın sübut olunmamasına istinad etməklə apelyasiya şikayətini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı X1 şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-3018/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1910/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1910/2020
02.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver