Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1911/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinə və Respublika Xammal və X9 Mərkəzi Cavabdeh1nə qarşı (Abşeron rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: hərracın keçirilməsi qaydaları, hərracın yekunları barədə protokolun etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-ə və Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC-ə qarşı (Abşero n rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)402/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" BOKT MMC tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1303/2018 nömrəli, 16 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər İddiaçı və X4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya asasan ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-ə verilməsi, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış BAKU0- ***-**** saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya xitam verilməsi, BAKU0-327-4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709.80 ABŞ dolları məbləğində əsas borc, 5605.75 ABŞ dolları məbləğində faiz borcu və 7500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının İ ddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-ə verilməsi, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-ə verilməsi, tələbin X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 60000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" BOKT MMC-ə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay müddətinə boşal dılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov, 2(103)-6758/2018 saylı mülki iş) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1303/18 saylı, 16 mart 2018-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi, tərəflər arasında bağlanmış BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya xitam verilməsi, sığorta haqqına görə iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 287,66 manatın tutulması, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, BAKU0-327-3902 saylı razılaşmaya görə cavabdehlərdən dəbbə puluna görə 300 ABŞ dollarının, 11 noyabr 2015-ci il tarixli razılaşmaya görə isə 500 ABŞ dollarının ( ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulması və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 110.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2326/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6758/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcr a və Probasiya şöbəsinə göndərilmişdir.
5. İcra məmuru ipoteka predmeti olan əmlakın hərracdan satılması üçün xx.xx.2020-ci il tarixli məktubla Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC-ə (bundan sonra - hərrac təşkilatı) sifariş vermişdir.
6. Hərrac təşkilatı tərəfindən birinci hərracın keçirilməsi ipoteka predmetinin ilkin satış qiyməti 110.000 manat olmaqla xx.xx.2020-ci il tarixə təyin edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" MMC-ə, X3 və İddiaçı bu barədə xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş, “Birja yenilikləri” qəzetinin 7-xx.xx.2020-ci il tarixli nömrəsində elan verilmişdir.
7. Birinci hərrac baş tutmadığına görə təkrar hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmiş, ipoteka predmetinin satış qiyməti 15% azaldılaraq 93500 manat müəyyən edilmi ş, hərrac barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" MMCə, X3 və İddiaçı xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş, “Birja yenilikləri” qəzetinin 21xx.xx.2020-ci il tarixli nömrəsində elan verilmişdir.
8. Təkrar hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin 06-12 mart 2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir.
9. Həmçinin hərrac təşkilatı tərəflərə və icra məmuruna xx.xx.2020-ci il tarixli məktub göndərərək, təkrar hərracın baş tutmadığını bildirmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 70125 manata almağı təklif etmişdir.
10. İpoteka saxlayan "xxxx" MMC ipoteka predmetini əldə etmiş, bu barədə hərraçın yekunları barədə xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuşdur. 11. ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" BOKT MMC-ə və Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC-ə qarşı (Abşeron rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac təşkilatının tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən işin faktiki hallarına istinadla tələbini belə əsaslandırıb ki, hərrac keçirilən vaxt pandemiya şəraitində vətəndaşların küçəyə çıxmasına məhdudiyyətlər qoyulmuş, həmçinin hərracın keçirilməsinə dair ona hər hansı bir bildiriş verilməmiş, buna görə də, hərracın keçirilməsi barədə məlumatı olmamışdır. Cavabdehlər tərəfindən ondan xəbərsiz hərracın keçirməsi konstitusion hüquqlarını pozmuşdur.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3298/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi təmin olunmamışdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
16. Məhkəmə qeyd etmişdir ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki olduğu ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
17. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edib ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçiril məsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
18. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
19. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndiril ən hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi hərracda əmlakı əldə edən şəxsin əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir.
20. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 41.5, 42.1, 42.3, 46.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı apellyasiya şikay əti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11347/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hərracın təşkilatçısı olan Külək MMC “İpoteka haqqında” Qanunun 42.1ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair k ütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Göründüyü kimi, hərracların keçirilməsi barədə tərəflərin məlumatı olmuşdur.
24. Hərracların təşkili və keçirilməsi barədə bildirişlər hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanına göndərilmişdir (xx.xx.2020-ci il tarixli xəbərnamədə “ünvan bağlıdır”; xx.xx.2020-ci il tarixli xəbərnamədə “Əyyubov” soyadı qeyd edilərək imza edilmiş; xx.xx.2020-ci il tarixdə isə “ev satılıb” qeyd edilmişdir) və həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və iddiaçı özü də ən azı mənzilinin taleyinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur.
25. Həmçinin, hərraclar barədə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiymətləri, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiyməti nin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar təfsilatı ilə qeyd edilmişdir.
26. Odur ki, ipoteka predmeti olmuş əmlaka dair hərracın keçirilməsi və ipoteka saxlayana satılması ilə bağlı pozuntulara yol verilmədiyindən, xx.xx.2020-ci il tarixli 21/01 nömrəli hərracların yekunları barədə protokolun etibarsız hesab edilməsi üçün əsasların olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3362/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir.
29. Kassasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında da elan dərc etdirməlidir.
30. Hazırkı işdə hərrac təşkilatı tərəfindən təyin edilmiş hərraclar barədə “Birjanews.az” qəzetində elanlar verilsə də, təkrar hərracın keçirilməsi barədə elan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, təkrar hərracın keçirilməsi barədə elan “ Birjanews.az” qəzetinin 21-27 fevral tarixli buraxılışında verilmiş və təkrar hərracın keçirilmə tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Yəni təkrar hərracın keçirilməsi barədə elan hərracın keçirilməsinə 13 gün qalmış (elanın verilməsi xx.xx.2020-ci ildən hesablandıqda) verilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən hərrac təşkilatı tərəfindən elanların dərc edildiyinə istinad etsə də, həmin elanların qanunvericiliklə müəyyən edilmiş müddətdə verilibverilməməsinə hüquqi qiymət verməmişdir.
31. Bununla yanaşı, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair özünün rəsmi internet saytında elan dərc edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, hazırkı iddia hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydalarına əməl edilməməsi ilə bağlı olduğundan, məhz həmin təşkilat özünün rəsmi internet saytından müvafiq çıxarışı məhkəməyə təqdim etməklə qeyd edilən halı sübut edə bilərdi.
32. Digər tərəfdən, apellyasiya məhkəməsi hərracların keçirilməsi barədə bildirişlərin iddiaçıya göndərildiyinə istinad etsə də, iş materiallarından görünür ki, həmin bildirişlərdən xx.xx.2020-ci il tarixli bildiriş xəbərnamədə “ünvan bağlıdır” qeydi yazılaraq geri qaytarılmış, yəni iddiaçıya çatdırılmamış, xx.xx.2020-ci il tarixli bildiriş isə təkrar hərracın keçirilməsinə ən geci 20 gün qalmış göndərilməli olduğu halda 13 gün qalmış göndərilmişdir. Həmçinin, sonuncu bildirişin xəbərnaməsinə “Əyyubov” soyadı qeyd edilərək imza edilsə də iddiaçı heç bir bildi riş almadığını vurğulamışdır. Belə olan halda, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün qeyd edilən bildirişdəki imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsi yoxlanılmalı olduğu halda, apellyasiya məhkəməsi həmin hala hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Yeni apellyasiya baxışında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 4/1506 nömrəli rəyində qeyd edilmişdir ki, mülki işin 43-cü vərəqəsində olan ƏİV seriyalı 125177 və 125178 nömrəli 21 fevral 2020-ci il tarixli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun kserosurətlərində “Əyyubov” soyadlarından aşağıda əks olunan imzalar – iddiaçı tərəfindən yox, ba şqa şəxs tərəfindən icra olunmuşdur.
34. Apellyasiya instansiya məhkəməsinin 2(103)-402/2023 nömrəli, 10 yanvar 2023cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və N.Cəfərov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur.
35. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarındakı mövqeləri təkrarlamaqla qeyd etmişdir ki, hərraclar barədə “Birjanews.az” qəzetində elanlar verilsə də, təkrar hərracın keçirilməsi barədə elan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilməmişdir.
36. Birinci instansiya məhkəməsi hərrac təşkilatı tərəfindən hərracların keçirilməsi barədə bildirişlərin iddiaçıya göndərildiyinə istinad etsə də, iş materiallarından görünür ki, xx.xx.2020-c i il tarixli bildiriş xəbərnamədə “ünvan bağlıdır” qeydi yazılaraq geri qaytarılmış, yəni iddiaçıya çatdırılmamış, xx.xx.2020-ci il tarixli bildiriş isə təkrar hərracın keçirilməsinə ən geci 20 gün qalmış göndərilməli olduğu halda 13 gün qalmış göndərilmişdir. Həmçinin, sonuncu bildirişin xəbərnaməsinə “Əyyubov” soyadı qeyd edilərək imza edilsə də, iddiaçı heç bir bildiriş almadığını vurğulamış, bununla əlaqədar olaraq apellyasiya baxışında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə qeyd olunan imzaların iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.
37. Belə olan halda, hərrac mövcud qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən iddia təmin edilməli və xx.xx.2020-ci il tarixli, 21/01 nömrəli hərracın yekunları barədə protokol etib arsız hesab edilməlidir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh TBC Kredit BOKT MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş edib.
39. Şikayət belə əsaslandırılıb ki, bildirişlərin çatdırılması barədə qəbzlərdəki imza ipotekaqoyan X6 tərəfindən icra edilmişdir. Qanun məhz ipoteka saxlayan və ipoteka qoyana bildiriş göndərilməsini tələb edir, hazırkı iş üzrə iddiaçı isə ipoteka saxlayan deyil.
40. Digər tərəfdən, iddiaçı tərəf ilkin və təkrar hərracın keçirilməsi barədə bildirişin göndərilmədiyini iddia etmir, məhkəmə isə göndərilməməyə deyil, iddiaçının hərracın keçirilməsi barədə bildirişi almamasına əsas lanır. Lakin “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə 28 dekabr 2018-ci il tarixində edilmiş dəyişikliklə hərrac təşkilatı üzərinə “Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir” vəzifəsi qoyulmuşdur və əvvəlki mətndə olan “təsdiq etmə üsulu ilə bildiriş göndərilir” vəzifəsi hərrac təşkilatı üzərindən götürüldüyü üçün onun bildirişi tərəflərə çatdırmaq öhdəliyi yoxdur. Ə gər belə öhdəlik olardısa, qanuni əsaslarla ölkə hüdudlarından kənarda yaşayan və ya digər əsasla yaşayış və ya olduğu yeri dəyişən və ya bilinməyən ipoteka qoyanla bağlı qanuni qüvvəyə minmiş qərar üzrə ilkin hərracı 30 təqvim günü ərzində keçirmək mümkün olmaz və bununla da hərracın keçirilməsi qaydası pozulmuş olardı.
41. Bundan başqa, apellyasiya məhkəməsi hərracı etibarsız hesab edərkən, təkrar hərracın keçirilməsi barədə elan hərracın keçirilməsinə 20 gün deyil, 13 gün qalmış verildiyinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, qanunverici məhz bu vəziyyətlər üçün “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsində göstərilən normanı müəyyən etmişdir. Həmin normaya görə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tut ulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir, yəni hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixdən hesablanmaqla 16 gün ərzində (2020-ci ilin fevral ayı 29 təqvim günü olub) keçirilməsi tələbinə tam əməl edilib. Qanunun 43.5-ci maddəsi ilə təkrar hərracın qaydası bu hal üçün müddətlər istisna olmaqla müəyyən edilib və 43.4 və 43.5-ci normalar arasında ziddiyyət yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin dəlillərinin əsassız olduğunu, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmış qətnaməsinin ləğvi üçün əsas təşkil etmədiyini bildirmişdir. Tətbiq edilən hüq uq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, on un ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
44. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 2. hərracın iştirakçısı olmadıqda; 3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
45. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
46. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
47. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
48. Madd ə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
49. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
50. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olma qla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
51. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
52. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləs inin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində q ətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüququ normalarının pozulması ilə çıxarıldığına görə ləğv edilməli yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
65. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halları bu qərarın 1-11-ci paraqraflarında göstərilib.
66. İddiaçı hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan evin hərracın keçirilməsi qaydaları pozulmaqla satıldığına görə hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir.
67. Bu iddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 44-cü maddəsi çıxış edir. Həmin norm ada deyilir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
68. Mülki Məcəllənin 416-cı maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
69. Göründüyü kimi ipoteka predmeti olan əmlakın satılması üzrə hərracın etibarsız sayılması üçün zəruri olan dispozisiya şərti – hərracın “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrində müəyyən olunmuş qaydaların pozulması ilə keçirilməsidir.
70. Bu baxımdan iddiaçının bəhs etdiyi hal – ona hərracın keçirilməsinə dair sifarişli p oçt göndərişi (məktubu) ilə bildiriş göndərilməməsi - “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olan hal deyildir.
71. Çünki “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində hərracın təşkilatçısının hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməsi vəzifəsi müəyyən edilmişdir. Lakin iddiaçı ipoteka qoyan və ya ipoteka saxlayan şəxs deyildir. İddiaçı bu münasibətlərdə borcalan olmuşdur. Qanunverici, hərrac təşkilatı üçün ipoteka predmeti olan əmlakın satılması zamanı hərracın keçirilməsinin vaxtı və yeri barədə ipoteka qoyan və ipoteka saxlayandan əlavə şəxslərə bildiriş göndərilməsi vəzifəsini müəyyən etməmişdir.
72. Məhkəmə kollegiyası qeyd edi r ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
73. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəm ə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
74. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
75. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən edilir ki, “İpoteka haqqında” Qanunda hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə borcalana rəsmi bildiriş göndərilməsi barədə göstəriş yoxdur. Borcalana bildirişin göndərilməməsi, hərracın keçirilməsi qaydalarının pozuntusu deyildir. Buna görə də iddiaçının ona hərracın keçirilməsi barədə bildirişin verilməməsinə əsasən hərracın nəticələrinin etibarsız sayılmasını tələb etmək üçün qanuni əsası - subyektiv hüququ yoxdur.
76. Apelyasiya instansiyası məhkəməsinin “hərraclar barədə “Birjanews.az” qəzetində elanlar verilsə də, təkrar hərracın keçirilməsi barədə elan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilməmişdir” dəlili isə əsassızdır. Ona görə ki, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində iddia tələbinin faktiki əsası kimi buna istinad etməmişdir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-402/2023 nömrəli, 10 yanvar 2023cü il tarixli qətnaməsi ləğv edilsin. Yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.