Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1913/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sadıq qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5490/2024 nömrəli iş üzrə 23 aprel 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə mülki işə 12 iyun 2025-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X2 tərəfindən 08 iyun 2016-cı il tarixdə Cavabdeh verilmiş vəsiyyətnamənin heç bir məntiqə və hüquqa əsaslanmadığını, eləcə də Cavabdeh X2 ilə hər hansı bir qohumluq münasibətlərinin olmadığını, son vaxtlarda, yəni ölümündən əvvəl onların hər ikisinin münasibətlərinin kəskinləşdiyini, buna görə də ona ucuz qiymətə satmış olduğu X10 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzili geri qaytarması kimi halları nəzərə alıb, 08 iyun 2016-cı il tarixdə X2 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilmə si, X10 prospekti, ev 146 mənzil 47 ünvanında və X10 prospekti, ev 144, mənzil 6 ünvanında yerləşən mənzillərə görə pul ödədiyindən həmin mənzillərin onun adına keçirilməsinə və mümkün olmadığı halda isə X1 varislərindən onun həmin mənzillərə ödədiyi 162000 manat pulun alınıb iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(006)231/2024 saylı qətnaməsi ilə, (hakim G.Ç.Abidova) iddia rədd edilmişdir.
3. İddiaçı birinci instansiya məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(006)231/2024 saylı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2( 103)- 5490/2024 nömrəli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), G.T.Axundova, F.H.Qasımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(006)231/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Qətnamə 24 oktyabr 2024-cü il tarixdə işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının və nümayəndəsinin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmişdir.
6. Həmin qətnamədən 14 dekabr 2024-cü il tarixdə İddiaçı kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-5490/2024 nömrəli qərardadına əsasən (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), G.T.Axundova, F.H. Qasımov) İddia çı tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılması, nöqsanların iddiaçı tərəfindən qərardad rəsmi qaydada aldığı gündən (iddiaçı tərəfin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində aradan qaldırılması qərara alınmışdır.
8. Həmin qərardad iddiaçının və nümayəndəsinin elektron kabinetinə 16 dekabr 2024-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmişdir.
9. İddiaçı 23 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)5490/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir.
10. Ərizənin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5490/2024 saylı 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən 13 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasassiya şikayəti verilmişdir. Onun tərəfindən verilmiş kasassiya şikayəti dövlət rüsumunun düzgün ödənilməməsi səbəbi ilə geri qaytarılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh X4 nümayəndəsi və vəkili X5 tərəfindən kassasiya şikayəti verilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-cü il tarixli, 2(103)-5490/2024 nömrəli (hakimlər – F.Qasımov (sədrlik edən və məruzəçi), G.Axundova, M.Rüstəmli) qərardadı ilə İddiaçı apellyasiya instansiya məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(103)-5490/2024 nömrəli qətnaməsindən kas sasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, müddətin bərpasından imtina edilməsi və kassasiya şikayətinin İddiaçı qaytarılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)5490/2024 nömrəli qətnaməsi 26 oktyabr 2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemindəki elektron kabinetinə yerləşdirilməklə iddiaçıya çatdırılmış, 1 ay 20 gün sonra 14 dekabr 2024-cü il tarixdə İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, 16 dekabr 2024-cü il tarixli, 2(103)-5490/2024 nömrəli qərardada əsasən kassasiya şikayəti qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilm ədiyindən geri qaytarılmış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair ” 28 fevral 2024-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə uyğun olaraq nöqsanların iddiaçı tərəfindən qərardad rəsmi qaydada aldığı gündən (iddiaçı tərəfin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində aradan qaldırılması qərara alınmışdır.
14. Həmin qərardad iddiaçının və nümayəndəsinin elektron kabinetinə 16 dekabr 2024-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmiş, yəni, nönsanların aradan qaldırılması üçün müddətin başlanğıcı həmin tarixdən başlanmışdır.
15. Lakin iddiaçı tərəfindən nöqsan 22 yanvar 2025-ci il tarixdə - 1 ay 6 gün sonra aradan qaldırılaraq dövlət rüsumu ö dənilmiş və 1 gün sonra 23 yanvar 2025-ci il tarixdə kassasiya şikayəti, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir. Ərizədə müddətin bərpasının hansı səbəbdən ötürülməsi ilə bağlı heç bir əsaslandırma aparılmamışdır.
16. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası üçün cavabdehin irəli sürdüyü dəlillər əsassız olduğu üçün müddət üzrlü hesab edilə bilməz.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 128.1., 128.3., 129.1., 130.1, 130.3., 133.1., 133.2., 133.3, 405., 405.0.2.,408.5.-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2024-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdırişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (onun vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-5490/2024 saylı qərardadının ləğv edilməsi və iddiaçının ciddi xəstə olmasını, müddətin bu səbəbdən ötürülməsini nəzərə alıb, kassasıya şikayətinin müddətin barpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ağır dərəcəli xərçəng xəstəsidir (hətta 4-cü dərəcə). Qeyd olunan müddət ərzində dövlət rüsmunun qalığının ödənilməsi üçün onun 1 ay müddətində xəstəl iyi ilə bağlı tapılması mümkün olmadığından dövlət rüsumun ödənilməsi qeyri-mümkün olmuşdur. Hətta onun ailə üzvləri onun yaşayıbyaşamayacağı barədə tərəddüd edirdilər. Nəhayət İddiaçı vəziyyəti bir az yaxşılaşdıqdan sonra, o, əlaqə saxladı və dövlət rüsumunun qalıq hissəsini ödədi. Bu səbəbdən də, sadəcə olaraq 1 ay müddət ötürülmüşdür. Tərəflərindən dəfələrlə kassasiya şikayətləri, müddətləri ötürülmədən verildiyi halda, məhkəmə əsassız olaraq şikayətimizi geri qaytarır və müddəti bərpa eləmir. Hörmətli məhkəmə, İddiaçı xərçəng xəstəsi olmasını təsdiq edən sənədləri şikayətə əlavə edirəm.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Konsitutsiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarına,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 405.0.2-ci maddələrinə istinad olunaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinini qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
24. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:
25. Maddə 402.2.1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;
26. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;
27. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;
28. Maddə 402.2.4. İş üzrə icraata xitam verilməsi barədə;
29. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır.
30. Maddə 416.1. Kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Qərardaddan kassasiya şikayəti verən iddiaçı onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin akt larından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
36. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddə tin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
38. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, qətnamə elektron kabinetə yerləşdirilməklə tərəfə rəsmi qaydada təqdim olunmuş, lakin onun ilk kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Müddətin ötürülməsinin tərəfin iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.
39. Kollegiya bildirir ki, apellyas iya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının mülki iş üzrə 23 aprel 2025-ci il tarixli, 2(103)-5490/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m