Məhkəmə qərarları › İş №2(102)-1916/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1916/2023

31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1916/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nair oğlu, Cavabdeh3 və üçüncü şəxs DƏDRXnin 4 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(1*2)-1916/2*23 Açar sözlər: (əmlak tələbi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi) Bakı şəhəri, 31 may 2*23-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nair oğlu, Cavabdeh3 və üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı əmlak tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1712/2*22 nömrəli, 6 sentyabr 2*22-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 Əliyar oğlu 2**9-cu ildə faktiki nikah münasibətinə daxil olmaqla evlənmiş, nikahlarını 11.*6.2*11-ci ildə rəsmiləşdirmişlər.

2. Tərəflərin birgə nikahdan *9.*3.2*1*-cu il təvəllüdlü Aytac və 11.*4.2*15-ci il təvəllüdlü Nuray adlı uşaqları anadan olmuşdur.

3. Bərdə Rayon Məhkəməsinin *7.*2.2*19-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

4. İddiaçı ilə Cavabdeh1 Əliyar oğlunun birgə nikahları dövründə *1.*7.2*15-ci il tarixli alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən *.*6 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi əldə etmiş, Cavabdeh1 Əliyar oğlunun adına *4.*8.2*15-ci il tarixli çıxarış verilmişdir.

5. İddiaçı tərəfindən verilmiş 21.*2.2*17-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Əliyev X6 rayonu, Məmmədli kəndində yerləşən *.*6 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini 21.*1.2*19-cu il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh2 4**** manata satmış, sonuncuya 11.*2.2*19-cu il tarixli çıxarış verilmişdir.

6. X7 mülkiyyətində olan ünvan 2kı 29 saylı mənzili 18.*3.2*19-cu il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəm əyə iddia ərizəsi ilə müraciət edərək 3*265 (otuz min iki yüz altmış beş) manat dəyərində qızıl-zinət əşyalarının özünün və ya dəyərinin Cavabdeh1 alınıb ona qaytarılması, Cavabdeh3 Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair 21.*1.2*19-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanındakı fərdi yaşayış evi və ünvan 2kı 29 saylı mənzilə onun 1/2 və cavabdehin 1/2 hissədə paylarının müəyyən edilməklə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Ələbkər Əliyevlə 2**9-cu ildə faktiki nikaha daxil olmuş, *9.*3.2*1*-cu ildə qızları Aytac və 11.*4.2*15-ci ildə qızları Nuray anadan olmuşdur. 11.*6.2*11-ci ildə cavabdehlə nikahlarını rəsmiləşdirmişlər. Nikahları Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, 13.*3.2*19-cu ildə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Onlar bir müddət mehriban yaşadıqdan sonra həyat yoldaşının ona qarşı münasibəti kəskin pisləşmiş, özünün və valideynlərinin ona qarşı münasibəti kəskin olmuş, eyni münasibət uşaqlara qarşı da göstərilmişdir. Toydan bir müddət sonra ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını əlindən alaraq özlərində saxlayacaqlarını bildirmişlər. O, dəfələrlə öz əmlakını tələb etmiş, sonradan isə ziyan etdiklərinə görə qızılları lombarda qoyduqlarını bildirib qaytarmamışlar. Cavabdehlə birgə nikahları dövründə Abşeron rayonu Məmmədli kəndində fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanlarında mənzillər almışlar. Fərdi yaşayış evi və mənzillər keçmiş həyat yoldaşının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Bundan əlavə, cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzil onların birgə mülkiyyətlərindədir. Həmçinin ona məxsus qızıl zinət əşyaları: - 165* manat dəyərində, 15 qram çəkidə, 1* sot, 585 əyar italyan brilyant qaşlı qızıl sırğa; 1*5* manat dəyərində 1* qram çəkidə, 7 sot, 585 əyar italyan brilyant qaşlı qızıl üzük; 175* manat dəyərində, 25 qram çəkidə, 585 əyar italyan qızıl qolbaq; 11*** manat dəyərində, 4* qram çəkidə, 35 sot, 585 əyar italyan qızıl kolye dəsti; 12** manat dəyərində, 1*.3 qram çəkidə, 9 sot, 585 əyar italyan brilyant qaşlı q ızıl nişan üzüyü; 35* manat dəyərində, 5 qram çəkidə, 585 əyar italyan qızıl üzük; 28* manat dəyərində, 3.7 qram çəkidə, 583 əyar rus qızıl üzük; 26* manat dəyərində 3.2 qram çəkidə, 583 əyar rus qızıl üzük; 295 manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar italyan qızıl üzük; 275 manat dəyərində, 3.5 qram çəkidə, 583 əyar rus qızıl üzük; 18* manat dəyərində, 3 qram çəkidə, 583 əyar rus qızıl üzük; 2** manat eləyərində, 3.3 qram çəkidə, 583 əyar rus qızıl üzük, 285 manat dəyərində, 4.1 qram çəkidə, 585 əyar italyan qızıl üzük; 165* manat dəyərində, 21 qram çəkidə, 583 əyar rus qızıl sep kulonla; 1*2* manat dəyərində, 17 qram çəkidə, 583 əyar rus qızıl sep, 43* manat dəyərində, 5.9 qram çəkidə, 585 əyar italyan qızıl sep: 4** manat dəyərində, 5 qram çəkidə, 585 əyar italyan qızıl sep; 56* m anat dəyərində, 7.3 qram çəkidə, 585 əyar italyan qızıl sep; 48* manat dəyərində, 5.7 qram çəkidə, 585 əyar italyan qızıl sep; 11** manat dəyərində, 18.1 qram çəkidə, 585 əyar italyan qızıl sep; 45* manat dəyərində, 6 qram çəkidə, 585 əyar italyan qızıl sep; 5** manat dəyərində, 7 qram çəkidə, 585 əyar, italyan qızıl sep; 15** manat dəyərində, 1* qram çəkidə, 1* sot, 583 əyar rus brilyant qaşlı qızıl üzük-sırğa dəsti; 7** manat dəyərində, 1* qram çəkidə, 585 əyar italyan italyan qolbaq (tros); 45* manat dəyərində, 9 qram çəkidə, 583 əyar, rus qolbaq (rekert); 66* manat dəyərində, 11 qram çəkidə, 585 əyar, italyan qolbaq (enli), 55* manat dəyərində, 583 əyar rus kulon (beşlik); 24* manat dəyərində, 4 qram çəkidə, 585 əyar italyan kulon (gözmuncuq); 45* manat dəyərində, 9 qram çəkidə, 583 əy ar rus kulon (kitab Məkkə) və 35* manat dəyərində, 7 qram çəkidə, 583 əyar rus kulon (Nuray adı) cavabdehdə qalmışdır. Ona görə də siyahıda göstərilən 3*265 (otuz min iki yüz altmış beş) manat dəyərində qızılzinət əşyalarının cavabdehdən alınıb qaytarılması barədə qətnamə çıxarılmalıdır. Cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş Abşeron rayonu Məmmədli kəndində fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanındakı fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 29 ünvanında yerləşən mənzil onların birgə mülkiyyətlərindədir. Verilmiş sorğunun cavabından məlum olmuşdur ki, Cavabdeh1 onun xəbəri və razılığı olmadan birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evini C avabdeh3 G.İ.Mənsimova tərəfindən təsdiq edilmiş 21.*1.2*19-cu il tarixli, 4Ə-97 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Cavabdehə verdiyi etibarnaməni artıq iki ildir ki, ləğv etmiş, bu barədə onu notariusla məlumatlandırmışdır. Etibarnamədən əlavə, Məmmədli kəndində yerləşən evlərinin alğısatqısını razılıq ərizəsi ilə həyata keçirib, ancaq sadəcə, evdə torpağı öz yeznəsinin adına keçirməklə aldatmaq istəmiş, notarius isə razılığın qüvvədə olub-olmamasını yoxlamamışdır. Əslində, hüquqi nəticə yaratmayan əqd bağlanmış, satıcı və alıcı qəsdən ona ziyan vurmaq məqsədilə hətta evin və torpağın qiymətini üç dəfə az göstərmiş, notarius da bu fakta göz yummuşdur. Ona görə də Cavabdeh3 Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair 21.*1.2*19-cu il tarixdə bağlanmış, xüsusi notarius G.İ.Məsimova tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə97 reyestr nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanındakı fərdi yaşayış evi və ünvan 2kı 29 saylı mənzilə onun 1/2 və cavabdehin 1/2 hissədə paylarının müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmalıdır.

9. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2**9-cu il tarixdə evlənmiş, birgə nikahlarından 2 uşaqları olmuşdur. Aralarında yaranmış narazılıqlara görə ayrılmış, nikahları məhkəmə qaydasında pozulmuşdur. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi y aşayış evini iddiaçının razılığı ilə Abşeron rayonu 2 saylı Notariat Kontorunda Cavabdeh2 satmışdır. Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 5 ünvandakı fərdi yaşayış evini və ünvan 6ı 29 saylı mənzilin bölünməsinə razı deyil, iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyaları olmamışdır. Olan qızılları isə iddiaçının özündə olmuşdur. İddianın rədd olunmasını xahiş etmişdir. 10. "xxxx" Bərdə şəhər İctimai laşə Müəssisələri Birliyinin mütəxəssisi X8 tərəfindən verilmiş rəyə əsasən İddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarına mütəxəssisə təqdim edilən iki ədəd toy diskinə *2.12.2*19-cu il tarixdə, saat 15:**-da iddiaçının anasının və 28.11.2*19-cu il tarixdə, saat 12:**-da Cavabdeh1 iştirakı ilə baxarkən 18** manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti (2* qram çəkidə, 15 sot, 585 ayar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbağ, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 16* manat dəyərində, 3.5 qram çəkidə, 585 ayarlı bir ədəd üzük olmaqla, cəmi 2125 manat dəyərində qızıl-zinət əşyası müəyyən edilmişdir. 11. "xxxx" Bərdə şəhər İctimai laşə Müəssisələri Birliyinin mütəxəssisi X8 tərəfindən İddiaçı tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və yeni rəy verilmiş, rəydə 18** manat dəyərində, 37 qram çəkidə, 585 ayar qızıl kolye desti (2* qram çəkidə, 15 sot, 585 ayar brilyant qaşlı sep. 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 16* manat dəyərində, 3.5 qr am çəkidə, 585 əyar bir ədəd üzük və 8** manat dəyərində, çəkisi 2* qram olan qızıl sep olmaqla, cəmi 2925 manat dəyərində qızıl-zinət əşyaları göstərilmişdir.

12. Bərdə Rayon Məhkəməsinin (hakim M.Allahverdiyev) 1* yanvar 2*2*-ci il tarixli, 2(*21)-297/2*2* nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 18** manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 2* qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 16* manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük və 8** manat dəyərində, çəkisi 2* qram olan qızıl sep, həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bölünərək 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 pay hüquqlarının tanınması, Bərdə Rayon Məhkəməsinin 16 iyul 2*19-cu il tarixli, 2(*21)3*69/2*19 saylı qərardadı ilə qəbul edilmiş iddianı təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, 1* manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Abşeron rayonu Məmmədli kəndində *.*6 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsi mövcud qanunvericiliyin tələblərinə riayət edilməklə iddiaçının özü nün notariat qaydasında təsdiq edilmiş razılığı əsasında həyata keçirilmişdir. Bu vaxt mülki qanunvericiliyin tələblərinə tam riayət edilmişdir.

14. Hazırkı işdən görünür ki, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı öz iddiasını əsaslandırarkən cavabdehə verdiyi etibarnaməni artıq iki ildir ki, ləğv etdiyini, bu barədə onu notariusla məlumantlandırdığını, etibarnamədən əlavə Abşeron rayonu, Məmmədli kəndində yerləşən evin və torpağın alqı-satqısının onun öz razılıq ərizəsi ilə həyata keçirildiyini, ancaq bu zaman cavabdehin onu evlə torpağı öz yeznəsinin adına keçirməklə aldatmaq istədiyini, notariusun isə razılığın qüvvədə olubolmadığını yoxlamadığını, bununla da hüquqi nəticə yaratmayan əqd bağlandığını, satıcı və alıcının qəsdən ona ziyan vurmaq məqsədi ilə hə tta evin və torpağın qiymətini üç dəfə az göstərdiyini, notariusun isə bu fakta göz yumduğunu bildirmişdir.

15. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, Qanunvericiliyin müddəalarına əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Bu mənada, hazırkı iş üzrə Abşeron rayonu, Məmmədli kəndində *.*6 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 139.8 m2 olan fərdi yaşayış evi tərəflərinin birgə nikahı dövründə əldə edilməklə onların ümumi əmlakı sayıldığından həmin daşınmaz əmlakın Cavabdeh1 tərəfindən satılması üçün İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı tələb edilmiş, yalnız müvafiq razılıq verildikdən və n otariat qaydasında təsdiq edildikdən sonra alğı-satqının reallaşdırılması mümkün olmuşdur.

16. Belə ki, İddiaçı 21.*2.2*17-ci il tarixli ərizə ilə qeyd edilən torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına razılıq vermiş, onun razılığı notariat qaydasında təsdiq edilmişdir və razılıq ərizəsi hələ də qüvvədədir.

17. Eyni zamanda, hazırkı iddia ərizəsində İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən həmin fərdi yaşayış evinin satılmasına razılıq verdiyini özü də etiraf etmiş, həmçinin qeyd etmişdir ki, cavabdeh həmin razılığı verdiyi zaman torpağı yeznəsinin adına keçirməklə onu aldatmaq istəmiş, bundan başqa, qəsdən ona ziyan vurmaq məqsədilə hətta evin və torpağın qiymətini üç dəfə az göstərmiş, notarius isə bu faktlara göz yummuşdur. Lakin iddiaçı qeyd etdiyi həmin halları t əsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə, məhkəməyə Cavabdeh3 Cavabdeh1 ilə Cavabdeh2 arasında 21.*1.2*19-cu il tarixdə bağlanmış, xüsusi notarius G.İ.Məsimova tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-97 reyestr nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alacaq heç bir sübut təqdim edə bilməmiş, yalnız razılıq verərkən aldadıldığını bildirməklə kifayətlənmişdir.

18. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin, 29 nömrəli mənzilinə payın müəyyən edilməsinə dair hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin mənzil bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 Əliyar oğlunun mülkiyyətinə keçdiyindən onun ayrıca mülkiyyətindədir və İddiaçı həmin əmlak üzərində hər hansı payı müəyyən edilə bilməz.

19. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin 1/2 hissənə payın müəyyən edilməsinə dair tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

20. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin 1/2 hissəsinə payın müəyyən edilməsinə dair tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə (11.*6.2*11- 13.*3.19) cavabdehin adına qeydiyyata alındığından tərəflərin ümumi mülkiyyətindədir.

21. İddiaçının qızıl-zinət əşyaları tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində cəmi 3* adda, 3*265 (otuz min iki yüz altmış beş) manat dəyərində qızıl -zinət əşyasının, həmin əşyalar olmadıqda isə onların dəyərinin Cavabdeh1 tutulmasını xahiş etsə də, iddiaçı və cavabdehin təqdim etdyi toy disklərinə baxış keçirilərkən iddiaçıya 18** manat dəyərində, 37 qram çəkidə, 585 əyar qızıl kolye dəsti ( 2* qram çəkidə, 15 sot, 585 əyar brilyant qaşlı sep, 8 qram çəkidə, 585 əyar qolbaq, 9 qram çəkidə, 585 əyar brilyant qaşlı üzük-sırğa); 165 manat dəyərində, 3.7 qram çəkidə, 585 əyar bir ədəd üzük; 16* manat dəyərində, 3.5 qram çəkidə, 585 əyar bir ədəd üzük və 8** manat dəyərində, çəkisi 2* qram olan qızıl sep olmaqla, cəmi 2925 manat dəyərində qızıl-zinət əşyalarının hədiyyə olunaraq verildiyi müəyyən edilmişdir. Digər qızıl-zinət əşyalarının hədiyyə kimi iddiaçıya təqdim olunması bərədə hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi və özünün bildirdiyi kimi 2*14-2*15-ci illərdə çəkilmiş fotoşəkillərə hüquqi qiymət verərək hesab edir ki, bu fotoşəkillər iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tam əks etdirmədiyindən, həmin şəkildə' göstərilən qızıl-zinət əşyalarının həqiqətən ona hədiyyə kimi verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

22. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının onun iradəsinə zidd olaraq alınmasını təsdiq edən sübut kimi məhkəməyə təqdim etdiyi cavabdehin anası ilə olan telefon danışıqlarına qiymət verərək hesab etmişdir ki, həmin telefon danışıqlarında konkret olaraq iddiaçıya məxsus hansı qızıl-zinət əşyalarının qaynatasının işi ilə əlaqədar verilməsi öz əksini tapmadığından qızıl-zinət əşyalarının tam həcmdə təmin edilməsi üçün əsas ola bilməz və mötəbər sübut kimi qiymətləndirilməməlidir.

23. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı qeyd edilən qızıl-zinət əşyalarından başqa digər qızıl-zinət əşyalarının ona hədiyyə olunması barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

24. Cavabdeh1 isə öz növbəsində həmin qızılların mövcudluğunu inkar etmiş, olmuş qızılların isə iddiaçının özündə olduğunu bildirmişdir. Lakin cavabdehlər iddiaçı tərəfindən hər hansı qızılın aparılmış olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 213.5, 225.1, 324, 337, 567, 666.1, 666.2-ci, Ailə Məcəlləsinin, 29.1, 32, 33, 34.1, 34.2, 36.1, 36.3, 37.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 1*6.1, 1*7, 119.1, 162.4, 217.3, 217.4, 22*.5, 22*.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsində rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Qətnamədən həmçinin iddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər N.Quliyev (sədrlik edən və məruzəçi) R.Muradov və Ş.Rzaquliyev) 2(1*4)-1933/2*2* nömrəli iş üzrə 27 avqust 2*2*-ci il tarixl i qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 1* yanvar 2*2*-ci il tarixli, 2(*21)-297/2*2* nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

30. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apelyasiya şikayətində qeyd etdiyi hala, yəni birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin onun xəbəri və razılığı olmadan Cavabdeh1 tərəfindən 21.*1.2*19-cu il tarixli 4Ə-97 reyestr nömrəli a lqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmasına münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə etirazının əsası kimi istinad etdiyi halı əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə olaraq iş materiallarında olan X3 21.*2.2*17-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür o, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən *.*6 ha torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir. Həmçinin Abşeron 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 31.*7.2*19-cu il tarixli, 15* saylı məktubla müəyyən olunmuşdur ki. Rüstəmli (Əliyeva) Rüfanə Müstəcəb qızının 21 fevral 2*17-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində 7E-2725 reyestrlə təsdiq edilmiş Abşeron rayonu, Məmmədli kəndində *.*6 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və *.*6 ha torpaq sahəsinin satılması üçün verdiyi razılıq ərizəsi hələ də qüvvədədir və “Elektron notariat” Avtomatlaşdırılmış lnformasiya Sistemində ləğv edilməmişdir.

31. Eyni zamanda məhkəmə kollegiyasının iclasında qeyd olunan alqı-satqı müqaviləsi bağlanan zaman həmin müqavilənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından hər hansı birinin mövcud olması (MM-339-341, 347) aşkar edilməmişdir.

32. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdi r ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

33. Bundan başqa məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində qeyd etdiyi digər hala, yəni Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin, 29 nömrəli mənzilinə payın müəyyən edilməsinə münasibətdə qeyd etmişdir ki, apelyasiya şikayəti həmin hissədə də əsassız olduğundan təmin oluna bilməz.

34. Birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsinə qiymət verərək haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 29 ünvanında yerləşən ümumi sahəsi 46 m2 olan 2 otaqlı mənzil Cavabdeh1 mülkiyyətinə məhz bağışlanma müqaviləsi əsasında verildiyindən onun ayrıca mülkiyyətindədir və İddiaçı həmin əmlak üzərində hər hansı payı müəyyən edilə bilməz.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmış və bununla bağlı qeyd etmişdir ki, iş materiallarında olan 18.*3.2*19-cu il tarixli 4Ə-247 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən göründüyü kimi X7 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Koveriçkin küçəsi 21 nömrəli binanın 29-cu mənzilini oğlu Cavabdeh1 bağışlamışdır. Həmçinin məhkəmə baxışında tərəflərin nikahda olduğu dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına həmin əmlakın dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilməmişdir.

36. Bundan başqa məhkəmə kollegiyası tərəflərin apelyasiya şikayətin də qeyd etdikləri hala, yəni iddiaçının qızıl-zinət əşyalarının təmin edilməmiş hissəsinin təmin edilməsinə və cavabdehin qızıl-zinət əşyalarının təmin edilmiş hissəsinin ləğv edilməsinə dair göstərdikləri dəlilə münasibətdə qeyd etmişdir ki, iddiaçı təmin edilməmiş qızıl-zinət əşyalarının həqiqətən mövcud olmasını və həmin əşyaların ona hədiyyə olunmasını, cavabdeh isə təmin olunmuş qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişlər. Tərəflərin apelyasiya şikayətində qeyd etdikləri hallar məhkəmə kollegiyasını sübut edilməli faktlara inandırmaq üçün kifayət etmədiyindən məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, tərəflərin diqqətini buna cə lb etməklə əlavə sübutların məhkəməyə təqdim edilməsini təklif etsə də, tərəflər bu öhdəliyini yerinə yetirməmişlər.

37. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152, 157, 223, 225-ci maddələrinə, Ailə Məcəlləsinin 31, 32, 34, 35, 36 və 37-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 217, 372-ci maddələrinə istinadla əsaslandırılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

38. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının təl əblərini pozmuşdur.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Cavabdeh1 (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) 2(1*2)-1115/2*22 nömrəli, 15.*3.2*22-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1933/2*2* nömrəli iş üzrə 27 avqust 2*2*-ci il tarixli qətnaməsi Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair 21.*1.2*19-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin, həmin evə payların müəyyən edilməsinin rədd edilməsi və qızıl-zinət əşyalarına dair iddianın rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

41. Kassasiya instansiyası m əhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair 21.*1.2*19-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin, həmin evə payların müəyyən edilməsinin rədd edilməsi və qızıl-zinət əşyalarına dair iddianın rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

42. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair 21.*1.2*19-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin və həmin evə payların müəyyən edilməsinin rədd edilməsi hissələrində onunla əsa slandırmışdır ki, İddiaçı 21.*2.2*17-ci il tarixli ərizə ilə qeyd edilən torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına razılıq vermiş, onun razılığı notariat qaydasında təsdiq edilmişdir və razılıq ərizəsi hələ də qüvvədədir.

43. Qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş 21.*2.2*17-ci il tarixli razılıq ərizəsinə istinad etsə də nəzərə almamışdır ki, həmin razılıq ərizəsi 21.*1.2*19-cu il tarixli 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdan 2 il əvvəl, yəni tərəflər arasında normal ailə münasibətləri olduğu dövrdə verildiyi halda 21.*1.2*19-cu il tarixli alqı-satqı müqaviləsi tərəflər arasında faktiki ailə münasibətlərinin pozulduğu dövrdə bağlanmışdır.

44. Belə olan halda notarius 21.*2.2*17-ci il tarixli razılıq ərizəsinin İdd iaçı 21.*1.2*19-cu il tarixli müqavilənin bağlandığı anda həqiqi iradə ifadəsini əks etdiribetdirməməsini müəyyənləşdirməli olduğu halda bu halı müəyyən etmədən qeyd edilən razılıq ərizəsinə əsasən 21.*1.2*19-cu il tarixli alqı-satqı müqaviləsini təsdiqləmişdir.

45. Qeyd edilən sübutlar hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPMin 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

46. Bundan başqa apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qızı-zinət əşyalarının təmin edilməmiş hissəsinə münasibətdə qüvvədə saxlayaraq bu hissədə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır.

47. Birinci instansiya məhkəməsi qeyd edilən hissədə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi və özünün bildirdiyi kimi 2*14-2*15-ci illərdə çəkilmiş fotoşəkillər iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tam əks etdirmədiyindən, həmin şəkildə göstərilən qızıl-zinət əşyalarının həqiqətən ona hədiyyə kimi verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

48. Məhkəmələr qızı-zinət əşyalarının təmin edilməmiş hissəsinə münasibətdə qəbul etdikləri qətnaməni fotoşəkillərin qızıl-zinət əşyalarını tam əks etdirməməsi ilə əsaslandırsalar da, “tam əks etdirməmənin” nədə ifadə olunduğunu göstərməməklə həmin fotoşəkillərin mötəbər sübut kimi qəbul edilməməsinin səbəblərini göstərməmişdir.

49. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Pros essual Məcəllənin 14, 88, 217, 218, 22* və 417-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

50. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.T.Həsənov (sədrlik edən və məruzəçi) L.S.Süleymanov və A.H.Hüseynzadə) 2(1*4)1712/2*22 nömrəli, 6 sentyabr 2*22-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 1*.*1.2*2*-ci il tarixli, 2(*21)-297/2*2* saylı qətnaməsi «21.*1.2*19-cu il tarixli, AN-İ *75*275 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Abşeron rayonu, Məmmədli kəndində *.*6 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və *.*6 ha torpaq sahəsinin bölünərək 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 pay hüquqları ta nınmasının təmin edilməməsi» hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilərək Abşeron rayonu, Məmmədli kəndində ümumi sahəsi *.*6 ha olan torpaq sahəsi üzərində yerləşən 139,7 kv.m2 fərdi yaşayış evinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış 21.*1.2*19-cu il tarixli, AN-İ seriyalı, *75*275 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına mülkiyyət hüququna dair 15**2*4 nömrəli, 11.*9.2*19-cu il qeydiyyat tarixli, 1619**164* qeydiyyat nömrəli qeyd ləğv edilmiş, Abşeron rayonu, Məmmədli kəndində *,*6 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 139,7 kv.m olan yaşayış evinin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı, ½ (ikidə bir) hissəsi üzərində isə Cavabdeh1 payının müəyyən edilməsi, 21.*1.2*19-cu il tarixli, AN-İ *75*275 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Məmmədli kəndində *.*6 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və *.*6 ha torpaq sahəsinə görə ödənilmiş 4*.*** (qırx min) manat məbləğində pulun Cavabdeh1n alınaraq Cavabdeh2 geri qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin 15.*3.2*22-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.*8.2*22-ci il tarixli, 2(1*4)-1933/2*2* nömrəli iş üzrə qətnaməsi Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair 21.*1.2*19-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə paylarının müəyyən edilməsinin rədd edilməsi və qızıl-zinət əşyalarına dair iddianın rədd edilməsi hissələrində ləğv edildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.

52. Eyni zamanda məhkəmə kollegiyası göstərmişdir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiyası məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir.

53. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı ilə 2**9-cu ildə evlənsələr də, nikahlarını 11.*6.2*11-cu il tarixdə rəsmiləşdirmişlər. Sonradan tərəflər arasında ailə münasibətləri pisləşmiş və nikahları Bərdə Rayon Məhkəməsinin *7.*2.2*19cu il tarixli, 2(*21)-1649/2*19 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikahda olan dövrdə Abşeron rayonu, Məmmədli kəndində ümumi sahəsi *.*6 ha olan torpaq sahəsində yerləşən 139,7 kv.m2 fərdi yaşayış evinin və *.*6 ha torpaq sahəsini əldə etmişlər. Tərəflərin ailə münasibətləri normal olan dövrdə iddiaçı həmin torpaq sahəsinin satılması üçün keçmiş həyat yoldaşı olan cavabdehə 21 fevral 2*17-ci il tarixli razılıq ərizəsi vermişdir. Bundan sonra iddiaçı Cavabdeh1 alğı-satqı müqaviləsi əsasında 4*.*** (qırx min) manata Abşeron rayonu, Məmmədli kəndində ümumi sahəsi *.*6 ha olan torpaq sahəsində yerləşən 139,7 kv.m2 fərdi yaşayış evinin və *.*6 ha torpaq sahəsini iddiaçının 21.*2.2*17-ci tarixli razılıq ərizəsinə əsasən 21.*1.2*19-cu il tarixdə digər Cavabdeh2 satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üçün sonuncuya 11.*2.2*19-cu il qeydiyyat tarixli, RX seriyalı, 15**2*4 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə iddiaçı iddia edir ki, evləndikdən sonra Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy mərasimində iddiaçıya öz valideynləri tər əfindən cehiz əşyaları, cavabdeh tərəfindən isə mübahisələndirilən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Sonradan tərəflər arasında münasibət pisləşdiyindən aralarında bağlanmış nikah pozulmuş və nikahları məhkəmə qaydasında 2*19-cu ilin fevral ayında pozulsa da, faktiki olaraq tərəflər 2*18-ci ilin sonlarından faktiki ayrılmışlar.

54. Məhkəmə kollegiyası iddia ərizəsində qoyulmuş tələbləri işin halları baxımından araşdıraraq hesab etmişdir ki, ilk öncə 29.*3.2*11-ci il tarixdə Ağstafa rayon DNK-da 4Ə/61 reyestr nömrəli təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlı olub olmamasına hüquqi qiymət verilməlidir.

55. İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi iddiaçı Rufanə Rüstəmli ilə Cavabdeh1 birgə nikah münasibətlərində olduqları dövrdə yəni 21.*1.2*19-cu il tarixdə AN-İ seriyalı *75*275 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən 4*.*** manat müqabilində Cavabdeh2 satılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında maraqlı şəxs Cavabdeh2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.*2.2*19-cu il qeydiyyat tarixli, RX seriyalı, 15**2*4 nömrəli çıxarış almışdır. Cavabdeh1 isə həmin mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini iddiaçı Rufanə Rüstəmlinin 21 fevral 2*17-ci il tarixli razılıq ərizəsi əsasında satmışdır.

56. Birinci instansiya məhkəməsi Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair 21.*1.2*19-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edil məsinin və həmin evə payların müəyyən edilməsinin rədd edilməsi hissəsini onunla əsaslandırmışdır ki, İddiaçı 21.*2.2*17-ci tarixli ərizə ilə qeyd edilən torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına razılıq vermiş, onun razılığı notariat qaydasında təsdiq edilmişdir və razılıq ərizəsi hələ də qüvvədədir.

57. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş 21.*2.2*17-ci tarixli razılıq ərizəsinə istinad etsə də, nəzərə almamışdır ki, həmin razılıq ərizəsi 21.*1.2*19-cu il tarixli 4Ə-97 reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmamışdan 2 il əvvəl, yəni tərəflər arasında normal ailə münasibətləri olduğu dövrdə verildiyi halda 21.*1.2*19-cu il tarixli alğı-satqı müqaviləsi tərəflər arasında faktiki ailə münasibətlərinin pozu lduğu dövrdə bağlanmışdır. Doğrudur ki, tərəflərin arasında olan nikah *7.*2.2*19-cu il tarixdə pozulsa da, işin faktiki hallarından və Bərdə Rayon Məhkəməsinin *7.*2.2*19-cu il tarixli, 2(*21)-1649/2*19 saylı qətnaməsi ilə müəyyən olunur ki, tərəflərin ailə münasibətləri faktiki olaraq 21.*1.2*19-cu il tarixli, 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdan qabaq 2*18-ci il tarixdə pozulmuş, həmçinin məhkəmə tərəfindən barışıq üçün 3 aylıq vaxt verilməsinə baxmayaraq tərəflər yenə də ailə münasibətlərini bərpa etməmişlər.

58. Notarius 21.*2.2*17-ci il tarixli razılıq ərizəsinin iddiaçı X1 21.*1.2*19-cu il tarixli müqavilənin bağlandığı anda həqiqi iradə ifadəsini əks etdirib-etdirməməsini müəyyənləşdirməli olduğu halda bu halı müəyyən etmədən qeyd edilən razılıq ərizəsinə əsas ən 21.*1.2*19-cu il tarixli alğı-satqı müqaviləsini təsdiqləmişdir. Göründüyü kimi, notarius tərəfindən razılıq ərizəsinin 2 il qabaq verilməsi və alğı-satqı müqaviləsinin bağlanan zaman iddiaçının iradə ifadəsi yoxlanılmamışdır. Göstərilən hallar nəzərə alınmadan Abşeron rayonu, Məmmədli kəndində *.*6 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və *.*6 ha torpaq sahəsinin satılması barədə 21.*1.2*19-cu il tarixli, AN-İ seriyalı, *75*275 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilmişdir.

59. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün onların ümumi birgə mülkiyyəti hesab edilir. Lakin, Cavabdeh1 digər Cavabdeh2 ilə alğı-satqı müqaviləsi bağlayandа notarius i ddiaçı tərəfindən verilmiş razılıq ərizəsinin iddiaçının iradəsi ifadəsinin əks etdirib-etdirməməsini yoxlamamış, bununla da qanunvericiliyin tələblərini pozulmuşdur. Bu isə alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alğı-satqı müqaviləsinin etibarsız hesab etməməsi barədə mövqeyini əsassız hesab edir.

60. Eyni zamanda işin mübahisəsiz hallarına görə alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1 4*.*** (qırx min) manat məbləğində pul vəsaiti ödənilmişdir.

61. Mülki Məcəllənin 337.5-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, həmin müqavilə etibarsız olduğundan tərəflərdən həmin əqd üzrə aldığının hamısını digər tərəfə qaytarmalı, yəni ödənilmiş 4*.*** (qırx min) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Cavabdeh2 qaytarılmalıdır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə edildiyi sübuta yetdrildiyindən, həmin əmlaka dair tərəflərin payları da bərabər müəyyən edilməlidir.

63. Məhkəmə kollegiyası həmçinin iddianın qızıl-zinət əşyalarının rədd edilmiş hissəsi ilə bağlı qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi həmin qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericiliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.

64. Mülki Məcəll ənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

65. Kollegiya qeyd etmişdir ki, ilkin olaraq iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olub-olmaması, olduğu halda həmin qızıl-zinət əşyalarının ona məxsus olması, eləcə də, həmin qızılların dəyəri, çəkisi müəyyən edilməlidir. Çünki, iddia ərizəsində tələb olunan qızılların mövcudluğu cavabdeh tərəfindən inkar edilir, iddiaçı isə iddia ərizəsində qeyd olunan bütün əşyaların mövcud olduğunu iddia edir. Bu baxımdan iş materiallarındakı qızılların olmasını, olduğu halda həmin qızıl-zinət əşyalarının ona məxsus olması, eləcə də, həmin qızılların dəyəri, çəkisi təsdiq edə biləcək sübutlara istinad edilməlidir.

66. İddiaçının mübahisələndirdiyi qızıl-zinət əşyaları sübutetmə institunun tələbləri baxımından iddiaçıdan daha güclü sübutlar təqdim olunması tələb edilir. Sübutetmə qaydalarına görə iddiaçının istinad etdiyi dəlillər barədə sübutlar ın toplanması və təqdim edilməsi yükü bütünlüklə iddiaçının üzərinə düşür. Lakin iddiaçı Rüfanə Rüstəmovaya rəsmi qayda da, 21.*6.2*22, 16.*8.2*22 və *9.*9.2*22-ci tarixli məhkəmə kollegiyasının iclaslarında iştirak etməsi və tələbi ilə bağlı mötəbər sübutları kollegiyaya təqdim etməsi barədə məlumat verilsə də, o məhkəmə kollegiyasının iclaslarına gəlməmiş, həmçinin tələbi ilə bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

67. Hazırkı halda cavabdeh izahatında iddiaçının tələb etdiyi qızılların mövcud olmadığını bildirir.

68. Belə olan halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları (tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasını, olduğu halda həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını, eləcə də, həmin qızılların dəyərini, çəkisini) sübut etmə li idi. Çünki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. İddiaçı tərəfindən sübut kimi təqdim edilmiş “telefon danışıqları”nda konkret olaraq iddiaçıya məxsus olan hansı qızıl-zinət əşyalarının olması müəyyən edilməmiş, habelə iddiaçıya tələbi ilə bağlı mötəbər sübutları kollegiyaya təqdim etməsi barədə rəsmi qayda da məlumatlandırılsa da, o bunla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bununla da, həmin qızıl-zinət əşyalarının iddiaçının iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaların olduğunu, eləcə də, olduğu halda hansının olubolmamasını müəyyən etmək mümkün olmamışdır.

70. Odur ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən qızıl-zinət əşyalarının cavabdehdə qalması barədə dəlilləri əsassızdır və hər hansı sübuta söykənmir.

71. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 157, 225 və 337-ci maddələrinə, Ailə Məcəlləsinin 29, 31, 32, 33, 34, 35, 36, 37-ci maddələrinə, “Notariat haqqında” Qanunun 8, 45, 46-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

72. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

73. Kassasiya şikay ətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən ona məlumat verilməmişdir. İş üzrə qətnamə qəbul edən məhkəmə cavabdehin təqdim etdikləri dəlilləri sübut kimi qəbul etmiş, iddiaçının bildirdiklərinə isə əhəmiyyət verməmişdir. Apellyasiya instansiyasında işə baxılarkən əmtəəşünaslıq ekspertizasının təyin edilməsi tələb olunsa da, apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin etməmişdir. Bundan əlavə işə baxan məhkəmə iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyərini həddən artıq endirmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiq və təsvirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

74. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

75. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsi

76. Maddə152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

77. Maddə157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

78. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

79. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

80. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

82. Maddə 4*7.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qızıl-zinət əşyalarına dair tələbin rədd edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

87. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət ve rilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

88. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

89. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (qızıl-zinət əşyalarına dair tələbin rədd edilmiş hissəsində ) dəyişdirilmədən saxlanılmalıdır.

90. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1712/2*22 nömrəli, 6 sentyabr 2*22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (qızıl-zinət əşyalarına dair tələbin rədd edilmiş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar