Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1916/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin sökülməsi, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı tələblər, mülkiyyət hüququna müdaxilənin qanuni və mütənasib olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1149/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyətçi Başçısının 21 avqust 2020-ci il tarixli 164 nömrəli sərəncamı ilə Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 4,20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlak istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binlarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərar alınmışdır.
2. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssis rəyinə görə, həmin sərəncamda göstərilən ərazidə yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir.
3. Həmin ərazidə yerləşən, Yasamal rayonu, Şirvanzadə (Seyfəddin Dağlı) küçəsindəki 36 nömrəli fərdi yaşayış evi (bundan sonra – fərdi ev) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur, bu barədə qeydiyyat vəsiqəsi verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət reyestrdən çıxarışa əsasən cavabdehlərin sərəncamında olan 26.1 m2 sahəsinin və 35.9 m2 qanunsuz tikintisi ilə bi rlikdə ümumi sahəsi 62 m2 əvəzində 90 m2 sahədən ibarət təmirli mənzil verilməsi, 24 ay ərzində (mənzilin təhvil verilmə müddəti) hər ay 500 mant kirayə haqqı və mənzilin boşaldılması üçün birdəfəlik ödəniş olararaq 300 manat ödənilməklə sözügedən mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, MMC, Bakı Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə ərazidə yaşayan sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirmə və ya kompensassiya müqavilələri bağlayır. Aparılan işlərlə paralel olaraq cavabdehlər dəfələrlə ofisə dəvət edilmiş və onlara yeni tikiləcək binalarda güzəştli sahə də ə lavə edilməklə mənzil və ya müvafiq kompensasiyanın verilməsi təklif edilmişdir. Cavabdehlər ilk görüşlərdə razılaşmaya meyilli olsa da, sonradan imtina edərək çox böyük məbləğdə kompensasiya tələb etmişlər, bu isə mənzilinin dəyərinin 4-5 qatına bərabər olmuşdur. Həmçinin Cavabdeh1 reyestrdən çıxarışa əsasən sərəncamında 22.5 m2 mənzilinin, cavabdeh Qasım Əlizadənin isə 5.5 m2 sahəsinin olmasına baxmayaraq, cavabdehlər sonradan qanunsuz olaraq, ikinci mərtəbə də tikərək ümumilikdə mənzillərini 62.07 m2 olmaqla artırmışlar və qanunsuz tikili üçün onlardan külli miqdarda kompensasiya tələb edirlər. Cavabdehlərin qanunsuz tikililərinin əvəzində külli miqdarda kompensasiya tələb etmələri və razılığa gəldikdən sonra dəfələrlə müqavilə bağlamaqdan imtina etmələri mülkiyyət hüquqlarından sui-ist ifadə edərək onlara ziyan vurmaq və ətrafdakı digər sakinlərin də mənzillə təmin edilməsini ləngidərək cəmiyyətin vəziyyətini ağırlaşdırmaqla onların tələbi ilə razılaşmağa məcbur etmək məqsədi daşıyır. Bu kimi hallara yol verməmələri və ağılabatan bir razılaşma ilə məsələnin həll edilməsi barədə cavabdehlərə dəfələrlə müraciət etsələr də, onlar hər dəfə tələblərini artırmışlar. Burda məqsəd üçüncü şəxslərə ziyan vurmaqla öz istəklərinə çatmaqdan ibarətdir ki, tələb edilən məbləğlə müqayisədə onlarla razılaşmaqları mümkünsüzdür. Aparılmış bütün danışıqların nəticəsiz qalmasından sonra məsələnin məhkəmə qaydasında həll edilməsindən başqa çarəsi olmadığından məcburən məhkəməyə müraciət etməli olmuşlar.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı MMC-nin direktoru Qanuni nümayəndə bildirmişdi r ki, MMC tərəfindən cavabdehlərə 90 kv.m. sahədən ibarət təmirli mənzil təklif olunur, razı olmadıqları halda hər birinə 45 kv.m. olmaqla iki ayrı mənzil də təklif olunur. Bu təkliflə də razı olmadıqları və binanın tikintisini gözləmək istəməkləri halda ekspertiza rəyinə əsasən evin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərini, yəni 132,620 manat məbləğində pulu ödəməyə hazırdırlar.
7. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddia tələbini qəbul etməyərək, izahatlarında bildirmişlər ki, yaşadıqları evin əvəzində hazır təmirli iki mənzil və ya evin dəyərinin ödənilməsini istəyirlər. Təklif olunan kompensasiya məbləği ilə razı deyillər.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/992-9/970 saylı rəyindən gö rünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı 36 ünvanında yerləşən Cavabdeh1 faktiki istifadəsində olan evin daxili parametrləri (içdən-içə) üzrə sahəsinin 69,8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan tikilinin ümumi sahəsinin 69,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan tikilinin ümumi sahəsinin 69,8 kv.m təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı 36 ünvanında yerləşən Cavabdeh1 faktiki istifadəsində olan evin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 132,620 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı 36 ünvanında yerləşən ümumi sahəsi 69,8 m2 təşkil edən mənzilinin hazırki dövrə olan icarə haqqı təxminən 450,00 manat müəyyən edilir.
9. Bakı şəhəri Yasa mal Rayon Məhkəməsinin 2(004)-294/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim X2 qızı) iddia təmin edilərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi, onların fərdi yaşayış evindən çıxarılmaqla həmin evin tam boşaldılması, fərdi yaşayış evi və qanunsuz inşa olunmuş tikilinin sökülməsi, sökülmüş evin əvəzinə iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı, Ələsgər Ələkbərov, İsmayıl Qutqaşınlı və Kazım Kazımzadə küçələrinin kəsişmələrində inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 90 kv.m. olan yeni, təmirli mənzil təhvil verilməsi, iddiaçı tərəfindən cavabdehlərin fərdi yaşayış evi və qanunsuz tikilidən çıxarıldığı gündən, yeni təmirli mənzil təhvil verilənədək (24 ay ərzində ) hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi və mənzilin boşaldılması ilə əlaqədar birdəfəlik ödəniş olararaq 300 manat pul verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərlə qarşılıqlı razılaşma yolu ilə əvəzləşdirmə və ya kompensasiya müqavilələri bağlamışdır. Lakin iş üzrə cavabdehlər mülkiyyətlərində olan əmlak üçün yüksək kompensasiya tələb edərək, kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayı ş sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. İddia tələblərinə əsasən cavabdehlərin istifadəsində olan fərdi yaşayış evləri Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehlərin istifadəsində olan fərdi yaşayış evlərini yaxınlığındakı mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdehlər istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etmələri və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə və hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar.
11. Məhkəmə hesab etmişdir ki, istismar müd dəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəs i ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonar hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin cavabdeh tərəf hal-hazırki vəziyyətdə ümumiyyətlə yaşayış evlərini tərk etmək, eləcə də kirayədə yaşamaq istəmədiklərini bildirmişlər. Təklif olunan kompensasiya ilə isə razı olmamışlar.
12. Araşdırma zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən cavabdeh tərəfin mülkiyyət, istifadə və sahiblik hüququ tanınaraq, hüquqlarının pozuntusuna yol verilməmişdir, MMC-nin bel ə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni həmin mənzillərin qanuni sahələrindən 30% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil verilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək aylıq kirayə haqqı verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı tərəfindən cavabdehlərin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci, 13-cü maddəsinin 1 və 3-cü, 29-cu maddəsinin 4-cü, 43-cü maddəsinin 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 180.1, 180.2, 180.4, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1149/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayətinin təmin e dilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia rədd olunmuşdur,
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu mübahisələr həll edilərkən sökülməsi tələb olunan fərdi yaşayış evlərinə və çoxmənzilli binalara fərqli yanaşma olmalıdır. Fərqli yanaşmanın iki səbəbi var: ictimai maraqlar və fərdi maraqlar.
17. İctimai maraqlar barədə qeyd edilməlidir ki, hazırda Bakı şəhərində fərdi yaşayış evlərinin yerində çoxmənzilli yaşayış binalarının inşası ictimai maraqlara cavab vermir. Çünki 1 ailənin yaşadığı və 1 avtomobilin park edildiyi yerdə 10-larla ailənin yaşamağa başlaması və 10-larla avtomobilin park edilməsi şəhər əhalisinin sıxlığının normanı aşmasına, avtomobil tıxaclarına, ictimai nəqliyyatda sərnişin sıxlığına və s. bu kimi hallara səbəb olur. Fərdi yaşayış evlərinin yerində çoxmənzilli binaların inşa edilməsi yalnız kommersiya hüquqi şəxslərin maraqlarına xidmət edir, yəni onun tikinti fəaliyyəti daha rentabelli olur. Belə ki, tikinti fəaliyyətinin çoxmənzilli köhnə binanın yerində aparılması daha çox xərc tələb edir. Bundan fərqli olaraq, tikinti fəaliyyəti fərdi yaşayış evinin yerində aparıldıqda yalnız 1 ailənin evinə görə kompensasiya verilir, nəticədə kommersiya hüquqi şəxsi həm də evin yerləşdiyi torpaq sahəsini əldə edir.
18. Bundan başqa, yeni inşa edilən binaların əksəriyyətinin 1-ci mərtəbəsi, bəzən isə 2-ci və 3-cü mərtəbələri qeyri-yaşayış sahəsi kimi tikilməklə kommersiya məqsədləri üçün istifadə olunur. Ona görə də fərdi evləri sökən kommersiya hüquqi şəxslərin öz fəaliyyətini “köhnə tikililərin yerində yeni yaşayış binaları nın tikintisi kimi” qələmə verməsi aldadıcıdır, onlar ilk növbədə özləri üçün kommersiya obyektləri inşa edirlər. Bu, qanunvericiliyə ziddir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a görə, şəhər və digər yaşayış məntəqələrinin əraziləri 12 zonaya (yaşayış zonası, ictimai-işgüzar zona və s.) bölünür, kommersiya obyektləri ictimai-işgüzar zonada yerləşə bilər (bənd 4.2). Bütün sivil şəhərlərdə ayrıca yaşayış zonası və kommersiya zonası var. Kommersiya obyektlərinin yaşayış zonasında yerləşməsinə ona görə icazə verilmir ki, onlar bir xidmət sahəsi olduğuna görə yerləşdiyi yerə ətraf ərazilərdən digər insanları (müştəriləri) və onların avtomobillərini cəlb e dir, bu isə avtomobil sıxlığı, normadan artıq səs-küy və s. bu kimi hallara səbəb olmaqla yaşayış zonasının təyinatı ilə ziddiyyət təşkil edir. Yaşayış zonasının təyinatı insanların yaşaması üçün rahat, sağlam və təhlükəsiz yaşayış mühiti yaratmaqdır.
19. Əgər fərdi ev istismar üçün təhlükəlidirsə, bu hal iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə görə, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Əgər cavabdehlər bu vəzifələrini yerinə yetirməyiblərsə, belə halda Mənz il Məcəlləsinin 28.3-cü maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə görə, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
20. Bundan başqa, əgər fərdi yaşayış evinin xarici görünüşü şəhərin estetik görünüşünə xələl gətirirsə, bu hal idd ianın təmin edilməsinə əsas ola bilməz. Səlahiyyətli subyekt fərdi yaşayış evin fasadının, dam örtüyünü və digər hissələrinin müasir tələblərə uyğunlaşdırılmasını qanunververicilikdə müəyyən edilmiş qaydada mülkiyyətçidən tələb edə bilər. Bununla yanaşı, fərdi yaşayış evinin mülkiyyətçisi öz evinin yerində yeni ev tikə bilər. Mülkiyyətçiyə bunun qadağan edilməsi, kommersiya hüquqi şəxsinə isə başqasının evinin yerində ev tikmək haqqının tanınması qanuna zidd sayılar. Digər ölkələrdə də fərdi yaşayış evinin kommersiya məqsədləri üçün mülkiyyətçinin iradəsi ziddinə sökülməsinə icazə verilmir. Hündürmərtəbəli yeni binaların yaxınlığına birmərtəbəli köhnə fərdi evlərin yerləşməsi barədə çoxsaylı nümunələr var. Həmin fərdi evlərin mülkiyyətçiləri evlərini satmaqdan imtina ediblər, mülkiyyət tox unulmaz olduğuna görə kommersiya hüquqi şəxsləri onların evini sökə bilməyib.
21. Məhkəmə kollegiyası fərdi maraqlarla bağlı isə qeyd etmişdir ki, hər bir insan yaşamaq istədiyi yaşayış sahəsinin növünü seçmək azadlığına malikdir: çoxmənzilli binada yerləşən yaşayış sahəsi və ya fərdi yaşayış evində yerləşən yaşayış sahəsi. Yaşayış sahəsinin növünü seçmək azadlığı “şəxsiyyət azadlığı” ilə əhatə olunur. Şəxsiyyət azadlığı (lat. liberum arbitrium) elə bir konstitusion-hüquqi kateqoriyadır ki, insana həm də öz həyat tərzini seçmək azadlığı verir. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclara uyğun olaraq inkişaf etdirilir. Bu ehtiyaclara uyğun olaraq ayrıca evdə yaşamaq və ayrıca həyətyanı sahəyə malik olmaq istəyən şəxs həyət tərzini dəyişməyə, yəni 100-lərlə insan la eyni binada yaşamağa və ümumi həyətdən istifadə etməyə məcbur edilə bilməz. Əks təqdirdə, hətta fərdi yaşayış evinin iqtisadi dəyəri çoxmənzilli binadakı mənzilin dəyəri ilə tam kompensasiya olunsa da, həmin insanın şəxsiyyət azadlığı pozulmuş sayılacaq. İnsanlar məhz fərdi maraqlarından çıxış edərək fərdi yaşayış evini satıb-satmadığını və satış qiymətini müəyyənləşdirə bilərlər. Əgər qanunla müəyyən edilmiş əsaslar yoxdursa (dövlət ehtiyacları üçün alınma və s.), heç kəs mülkiyyətçini fərdi yaşayış evini satmağa məcbur edə və ya satış qiymətini ona diktə edə bilməz.
22. Bundan başqa, öz evi olan insanı kommersiya hüquqi şəxsin maraqlarının təmin edilməsi üçün iradəsində zidd olaraq 24 ay başqasının evində kirayədə yaşamağa məcbur etmək şəxsiyyət azadlığına ziddir. Şəxsiyyət azadlığı insana həm də kirayədə yaşayıbyaşamayacağını seçmək azadlığı verir. Hər bir insan üçün kirayə yaşayış sahəsi tapmaq, həmin sahəyə köçmək və uyğunlaşmaq, müəyyən müddətdən sonra oranı tərk edərək yeni mənzilə köçmək lüzumsuz narahatlıq yaradır. Bir sıra ölkələrdə köhnə tikililərin yerində yeni binaların inşası elə təşkil olunur ki, evi sökülən hər bir mülkiyyətçiyə real mənzil təklif olunur, heç bir mülkiyyətçi kirayədə yaşamağa məcbur edilmir. Belə ki, əvvəlcə yeni bina tikilib başa çatdırılır, daha sonra yeni binadakı mənzillər onun yaxınlığındakı köhnə tikililərdə yaşayan şəxslərin mülkiyyətinə verilir, bundan sonra həmin köhnə tikililər sökülür, onların yerində inşa edilən yeni binadakı mənzillər isə yaxınlıqdakı digər köhnə tikililərdə yaşayan şəxslərin mülkiyyətinə verilir və bu qayd ada köhnə tikililərin sökülməsi davam etdirilir.
23. İddiaçının istinad etdiyi, Bakı Şəhər İcra hakimiyyəti başçısının sərəncamının cavabdehlərə münasibətdə hüquqi əhəmiyyəti yoxdur. Birinci, həmin sərəncamın özündə “qarşılıqlı razılıq əsasında” ifadəsindən istifadə olunub, lakin iddiaçı məhkəməyə iddia verməklə cavabdehləri razılığa gəlməyə məcbur edir. İkinci, fərdi yaşayış evi xüsusi mülkiyyətdir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudl aşdırıla bilər. Cavabdehlərin fərdi evinə münasibətdə belə zərurət yoxdur, odur ki, onların mülkiyyət hüququ müdafiə olunmalıdır.
24. Bundan başqa, sökülməsi tələb olunan mülkiyyətin əvəzinin veriləcəyinə real təminat yoxdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17-ci maddəsində qabaqcadan qeydiyyat qaydaları, Mülki Məcəllənin 144-1-ci maddəsində isə tikintisi başa çatmayan binalara münasibətdə təminat qeydinin aparılması qaydaları müəyyən edilib. Lakin cavabdehlərin hüquqları belə qeydlə təmin olunmayıb. Bundan başqa, iddiaçının yeni binanın tikintisini başa çatdırmaq iqtidarında olduğunu təsdiq edən sübutlar (iddiaçının maliyyə imkanı, sərəncamında olan tikinti texnikası, işçi qüvvəsi və s. barədə sübutlar) məhkəməyə təqdim olunmayıb. Binanın tikintisi uzana və ya ümumiyyətlə yarımçıq qala bilər. Ona görə də cavabdehlər haqlı olaraq evlərinin sökülməsinə etiraz edirlər. Bundan başqa, iddiaçının cavabdehlərə təklif etdiyi yeni mənzilin yerləşdiyi konkret yer (mənzilinyerləşdiyi binanın yeri, mənzilin binada yerləşdiyi mərtəbə, mənzilin mərtəbədə yerləşdiyi yer) bəlli deyil.
25. Konstitusiya Məhkəməsinin "xxxx" MTK-nın şikayəti üzrə xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Həmin ərazidə cavabdeh tərəfin xüsusi mülkiyyətində fərdi yaşayış evinin mövcud olması dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil etmir. Be lə ki, Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.1-ci bəndinə görə, şəhərin və digər yaşayış məntəqəsinin yaşayış zonasında çoxmənzilli yaşayış binaları ilə yanaşı, həm də həyətyanı sahələri olan fərdi yaşayış evləri tikilə bilər.
26. Məhkəmə öz mövqeyini Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 6.3-cü Mənzil Məcəlləsinin 28.1, 28.3-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.2-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və bu proses təxirə salınmadan davam etməkdədir. Cavabdehlərin etirazı nəticəsində MMC-nin fəaliyyəti dayanmış, bu isə yüzlərlə sakinin hüquq və maraqlarının pozulmasına səbəb olmuşdur. Əgər cavabdehlərin mülkiyyət hüququnun mütləq şəkildə qorunması nəticəsində, yüzlərlə digər sakinlərin hüquqları pozulursa, bu artıq hüquqdan sə mərəli istifadə kimi deyil, sui-istifadə halı kimi qiymətləndirilməlidir. MMC-nin fəaliyyəti icra hakimiyyətinin sərəncamı və təsdiqlənmiş layihə planı çərçivəsində aparılır, artıq yüzlərlə sakin bu layihəyə razılıq vermiş və köçürülmə işləri həyata keçirilmişdir. Məhkəmənin yalnız cavabdehlərin razı olmamasını əsas götürərək bütöv bir layihənin və digər sakinlərin maraqlarının nəzərə almaması, açıq-aşkar mütənasiblik prinsipinin pozulmasıdır.
29. Məhkəmənin MMC-nin fəaliyyətini “ictimai maraqlara zidd” və ya “mülkiyyət hüquqlarının pozulması” kimi qiymətləndirməsi tikinti fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyin məqsəd və prinsiplərinə uyğun olmayan yanaşmadır və hüquqi şəxsin qanuni maraqlarına zərər vurmaqla nəticələnir. İstismar müddəti keçmiş, qəzalı evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır.
30. Anoloji işlər üzrə dəfələrlə kassator tərəfindən məhkəmədə iddia qaldırılmış və iddia tələbi təmin edilmişdir. Bu, həm formalaşmış məhkəmə təcrübəsinin mövcudluğunu göstərir, həm də belə təcrübənin olması hazırkı iddianın da hüquqi əsasının möhkəm olduğunu bir daha sübut edir. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında “qarşılıqlı razılıq əsasında” ifadəsinin işlədilməsi iddiaçının yalnız və yalnız razılaşma yolu ilə hərəkət edə biləcəyi mənasına gəlmir. Bu ifadə ilkin məqsədi göstərir, yəni danışıqlar yolu ilə razılaşmaya üst ünlük verilməsi deməkdir. Ancaq razılıq əldə olunmadıqda, qanunla nəzərdə tutulan yolla, yəni məhkəməyə müraciət etmək hüququ məcbur etmə deyil, alternativ hüquqi mexanizmdir. Məhkəmə nümayiş etdirmiş olduğu mövqe ilə eyni ərazidə yaşayan digər sakinlərin şəxsiyyət azadlığına və seçiminə əsasən, öz evlərinin sökülməsinə və daha təhlükəsiz şəraitdə yaşamaq üçün MMC ilə razılaşdıqlarını nəzərə almamış, bununla da, bu razılığı verməyən cavabdehlərin hüquqları qalan yüzlərlə sakinin hüquqlarından üstün tutulmuş, sakinlərin şəxsiyyət azadlığı bərabər şəkildə qiymətləndirilməmiş, həmçinin tikinti şirkətindən real bazar dəyərindən dəfələrlə artıq kompensasiya tələb olunmasına dolayısı ilə şərait yaratmışdır.
31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyanın 29, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişlər ki, şikayətin dəlillərində qeyd olunan bütün məsələlərlə apellyasiya inatansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun lazımi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə 12 (hissə 1). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
34. Maddə 13 (hissə1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə 13 (hissə 3). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
36. Maddə 29 (hissə 4). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
37. Maddə 43 (hissə 2). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsus i tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
40. Maddə
15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız b aşqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
42. Maddə
18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zərurili yi əsaslı deyildir.
45. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
46. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
47. Maddə 560.3.5.1. Alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddianı təmin etməməklə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir.
57. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəli hüquqi məsələyə tətbiq etdiyi Mənzil Məcəlləsinin maddələri qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.
58. Kassasiya kollegiyası mübahisənin hüquqi həlli baxımından ilk növbədə qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçının sökülməsi barədə tələb irəli sürdüyü daşınmaz əşya çoxmənzilli yaşayış binası olmamaqla, cavabdehlərin xüsusi mülkiyyətində olan fərdi yaşayış evidir.
59. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. M ülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
60. Göründüyü kimi, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).
61. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən m üdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar, § 49).
63. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” i ş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).
64. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. B undan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
65. Bu baxımdan kassasiya kollegiyası hesab edir ki, çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları və qanunda nəzərdə tutulmuş digər hallar istisna olmaqla mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. İddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, cavabdehlərlə bu cür razılıq əldə edilməmişdir.
66. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin iddiaçı ilə onun təklif etdiyi formada raz ılaşmaması mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma, cavabdehlərin mülkiyyət hüquqlarının qanuni və müntənasib əsaslar olmadan pozulması ilə nəticələnmiş olar.
67. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia rədd olunmalıdır.
68. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1149/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı “fərdi yaşayış evinin və qanunsuz tikilinin sökülməsi, əvəzində yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.