Məhkəmə qərarları › İş №2(102)-1917/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1917/2021

22.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1917/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın bölünməsi və hədiyyə şəklində alınmış ziynət əşyalarının geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7256/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 23.03.2017-ci il tarixdə verilmiş AC seriyalı 839204 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daimler Benz C 180” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. X3 tərəfindən 31-ci polis bölməsində verilmiş izahatdan görünür ki, polisin köməkliyi ilə cehizlər çıxarılmış, heç bir problem yaşanmamışdır. Ancaq qızı İddiaçı alınan pay qızılları götürülmüşdür. Yəni onların aldığı qızıllar özlərində qalmışdır. Cavabdeh tərəfindən 31-ci polis bölməsində verilmiş izahatdan görünür ki, onlar bütün cehizləri və özlərinə məxsus qızılları qaytarıblar. “xxxx” MMC tər əfindən verilmiş 12 noyabr 2019-cu il tarixli, 00112\NR\11-2019 №-li qiymətləndirmə hesabatından görünür ki, İddiaçı tərəfindən təqdim edilən onun toy foto şəkillərində üzərində olan qızıl-zinət əşyalarının hal-hazırda bazar qiyməti aşağıdakı kimidir: komplekt İtaliyan istehsalı, 750 əyarlı, brilyant qaşlı ağ qızıldan ibarətdir. Komplektdə bir cüt sırğa, üzük, qolbağı və boyunbağı daxildir (alınma tarixi 05.09.2016, dəyəri 3500 AZN), İtaliya istehsalı, 750 əyarlı, brilyant qaşlı ağ qızıldan ibarət nişan üzüyü (alınma tarixi 05.09.2016, dəyəri 1300 AZN), Rusiya istehsalı olan, 583 əyarlı qızıldan ibarət üzük (alınma tarixi 03.09.2016, 100 AZN), üzük 750 əyar (alınma tarixi 21.07.2016, 400 AZN), üzük 750 əyar (alınma tarixi 31.12.2016, 400 AZN), boyunbağı klonla birgə (alınma tarixi 25.10.20 16, 1800 AZN), qolbağı (alınma tarixi 08.03.2016, 800 AZN). Cəmi 8300 AZN. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi və hədiyyə şəklində alınmış ziynət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nişan günündə, doğum günlərində, bayramlarda (yeni il və qadınlar günündə) ona hədiyyə şəklində alınmış iddia ərizəsində göstərilən ümumi dəyəri (qiyməti) 9600 (doqquz min altı yüz) manat məbləğində olan zinət əşyalarının ona geri qaytarılması,dəyəri 7000 (yeddi min) manat məbləğində olan ** ZO *** dövlət qeydiyyat nişanlı, Daimler Benz C 180 markalı minik avtonəqliyyat vasitəsinin əmlak bölgüsü aparılarkən ona çatacaq payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nişan günündə, doğum günlərində, bayramlarda (yeni il və qadınlar günündə) ona hədiyyə şəklində alınmış iddia ərizəsində göstərilən ümumi dəyəri (qiyməti) 8300 manat məbləğində olan zinət əşyalarının ona geri qaytarılması,dövlət rüsumu kimi ödənilmiş 40 manat, vəkilin göstərdiyi yardıma görə xərc olaraq ödənilmiş 200 manat və qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsinə görə qiymətləndirici şirkət “xxxx” MMC-yə xərc olaraq ödənilmiş 200 manat, ümumilikdə 440 manat məbləğin cavabdehdən tutulması, dəyəri 7000 manat məbləğində olan ** ZO *** dövlət qeydiyyat nişanlı, Daimler Benz C 180 markalı minik avtonəqliyyat vasitəsinin əmlak bölgüsü aparılarkən ona çatacaq payın müəyyən edi lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova, iş № 2(010)-4672/2019) iddia qismən təmin edilərək, ** ZO *** dövlət qeydiyyat nişanlı, Daimler Benz C 180 markalı minik avtonəqliyyat vasitəsi İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi əmlakları hesab edilsin və həmin əmlakın 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və vəkilə göstərilmiş yardıma görə 200 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulması, Ödənilmiş dövlət rüsumunun qalan 21,70 manat İnissəsi və qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsinə görə qiymətləndirici şirkət 'xxxx” MMC-yə xərc olaraq ödənilmiş 20 0 manat iddiaçı 'İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirilən zinət əşyalarının ona qaytarılmadığını sübut edə bilməmiş, cavabdeh isə əksinə, həmin əşyaları iddiaçıya qaytardığını sübut etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianı iddiaçının mülkiyyətində olan ** ZO *** dövlət qeydiyyat nişanlı, Daimler Benz C 180 markalı minik avtonəqliyyat vasitəsinin bölünməsinə dair hissədə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 23.03.2017-ci il tarixdə verilmiş AC seriyalı 839204 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daimler Benz C 180” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İddiaçı özü də bildirib ki, həmin avtomo bil birgə nikah dövründə, əvəzli qaydada əldə edilib və cavabdehlə onun birgə əmlakı hesab olunmalıdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-1552/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli, 2(010)-4672/2019 saylı qətnaməsinin qismən- təmin edilməyən (zinət əşyaları) hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, İddiaçı məxsus siyahı üzrə ümumi dəyəri 8300 manat olan qızıl-zinət əşyalarının; komplekt İtaliyan istehsalı, 750 əyarlı, brilliant qaşlı, ağ qızıldan ibarətdir. Komplektdə b ir cüt sırğa, üzük, qolbağı və boyunbağı 3500 AZN (alınma tarixi:05.09.2016), İtaliya istehsalı, 750 əyarlı, brilliant qaşlı, ağ qızıldan ibarət Nişan üzüyü 1300 AZN (alınma tarixi 05.09.2019), Rusiya istehsalı olan, 583 əyarlı qızıldan ibarət üzük 100 AZN (almma tarixi 03.09.2016), üzük 750 əyar 400 (dörd yüz) AZN (alınma tarixi 21.07.2016), üzük 750 əyar 400 (alınma tarixi 31.12.2016), boyunbağı klonla birgə 1800 AZN (alınma tarixi 25.10.2016), qolbağı 800 AZN (alnma tarixi 08.03.2016) və ya onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh qızıl zinət əşyaların mövcudluğunu təsdiq etmiş, onların aparılması təsdiqlənməmişdir. Tərəflərin əşyaların aparılması zamanı inzibati orqanında nümayəndəsinin iştirak et diyi prosesdə mübahisə edilən əşyaların aparılması barədə təhvil-təslim sənədləri tərtib edilməmiş, izahat və digər sübutlarla isə bu əşyaların aparılması təsdiq edilməmiş və hər iki tərəfin hədiyyə alınan zinət əşyalarının özlərində qalması barədə ehtimallarının mövcud olduğu məlum olmuşdur. Hazırki vəziyyətdə etiraza və hədiyyənin mövcudluğuna dair etiraflara dair sübut etmə yükü cavabdehin üzərində olmuş və sonuncu öz dəlillərin sübuta yetirməmişdir. Odur ki, İddiaçı məxsus siyahı üzrə ümumi dəyəri 8300 manat olan qızıl-zinət əşyaları; komplekt İtaliyan istehsalı, 750 əyarlı, brilliant qaşlı, ağ qızıldan ibarətdir. Komplektdə bir cüt sırğa, üzük, qolbağı və boyunbağı (3500 (üç min beş yüz) AZN (almına tarixi:05.09.2016), İtaliya istehsalı, 750 əyarlı, brilliant qaşlı, ağ qızıldan ibar ət Nişan üzüyü (1300 ( Bir min üç yüz) AZN (alınma tarixi 05.09.2019), Rusiya istehsalı olan, 583 əyarlı qızıldan ibarət üzük (100 (Bir yüz manat) AZN (almma tarixi 03.09.2016), üzük 750 əyar (400 (dörd yüz) AZN (alınma tarixi 21.07.2016), üzük 750 əyar (400 (dörd yüz) (alınma tarixi 31.12.2016), boyunbağı klonla birgə (1800 (bir min səkkiz yüz) AZN (alınma tarixi 25.10.2016 ), qolbağı (800 (səkkiz yüz) AZN (almma tarixi 08.03.2016) və ya onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir. Kassasiya instansiyası məhkməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov, iş № 2(102)-3847/2020) cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli 2(103)1552/2020 nömrəli qətnaməsi “qızıl-zinət əşyaları” hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli 2(103)-1552/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi apellyasiya kollegiyasının qızıl-zinət əşyaları ilə bağlı mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, apellyasiya kollegiyası iddia tələbinin qızılzinət əşyaları ilə bağlı hissəsini özünün qeyd etdiyi kimi ehtimallara əsaslanaraq təmin etmiş, iş materiallarında olan iddiaçının atası tərəfindən Suraxanı RPİ 31-ci P B-nin rəisinə ünvanlanmış ərizənin məzmununu məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə qarşılıqlı surətdə müqayisə etməmiş, bu barədə əsaslandırma aparmamış, iş materiallarında olan CD-diski tədqiq etməmiş və münasibət bildirməmişdir. Halbuki, qeyd edilən disk nəzərdən keçirilərkən müəyyən olunur ki, çəkiliş əşyaların çıxarıldığı gün həyata keçirilmiş, çəkiliş aparan şəxs “qızılların həll olunduğunu” soruşmuş və “hə” cavabını almış və bu hal lentə alınmışdır. Apelyasiya kollegiyası isə bununla bağlı hər hansı araşdırma aparmamışdır. Digər tərəfdən iddiaçının nümayəndəsi olan atasının ifadəsindən (səh 54) görünür ki, iddiaçının atası cavabdehlə danışığı əsasında əvvəlcədən cavabdehin evindən qızılları da götürəcəyini bilmiş, əmlaklar çıxarılarkən isə tərəflər arasında hər hansı müba hisə baş verməmişdir. Bu hal şahid ifadələri və təqdim edilmiş CD disk ilə təsdiq olunur. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış izahatın tarixindən də görünür ki, əmlakların çıxarılması 2017-ci ilin avqust ayında baş vermişdir. Bununla yanaşı, iddiaçının atası və cavabdeh tərəfindən yazılmış göstərilən izahatlardan görünür ki, cavabdehin izahatı alınarkən izahatın sonluğunda 18.08.2017-ci il tarixi qeyd edilmiş, iddiaçının atasının izahatında isə tarix qeyd edilməmişdir. Bundan əlavə, iddiaçının atası X3 tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış polisin iştirakı ilə cehizin çıxarılmasına kömək göstərilməsi barədə ərizədən görünür ki, ərizə 18.08.2017-ci il tarixdə tərtib edilmiş, 21.08.2017- ci il tarixdə ərizəyə dərkənar qoyulmuş, ərizə 22.08.2017-ci il tarixdə 31-ci PBnə daxil olmuşdur. Lakin yuxarıda qeyd olunmuş cavabdehin izahatının tarixindən görünür ki, əşyalar 18.08.2017-ci ildə çıxarılmışdır. Belə olan halda işə baxan məhkəmələr isə 18.08.2017-ci il tarixdə iddiaçıya məxsus əmlaklar çıxarılan zaman polis əməkdaşı Şahid hansı statusda əmlakların çıxarılması prosesində iştirak etdiyini, kim tərəfindən əmlakların çıxarılmasına dəvət edildiyini, onun ifadəsində olan ziddiyyətləri (gah qızılların qırmızı qabda gətirilib verilməsini gördüyü demiş, gah qızılları görmədiyini demiş) araşdırmamış, cavabdeh və iddiaçının atası tərəfindən yazılmış izahatların eyni şəxsin xətti ilə yazılmasını diqqətdən qaçırmış, izahatların kim tərəfindən yazılması barədə tərəflərə hər hansı su al ünvanlamamışdır. Bundan əlavə, apelyasiya kollegiyası əmlaklar çıxarıldığı zaman qızıllar iddiaçıya qaytarılmamışdısa, bundan qısa müddət sonra yox, 2 il sonra məhkəməyə müraciət edilməsinin səbəbini də araşdırmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)-7256/2020) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4672/2019 saylı iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilməyən - “qızıl-zinət əşyaları” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən zinət əşya larının ona qaytarılmadığını sübut edə bilməmiş, cavabdeh isə əksinə, həmin əşyaları iddiaçıya qaytardığını sübut etmişdir. Belə ki, iddiaçı cavabdehlə birgə yaşadıqları mənzildən zor tətbiq etməklə çıxarılmayıb, mənzili könüllü tərk edib, mənzili sonuncu dəfə tərk edən zaman ciddi psixoloji gərginlik vəziyyətində olmasını və mənzildən zor tətbiq edilməklə çıxarıldığını təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə, iddiaçı və onun nümayəndəsi etiraf edib ki, cavabdehə məxsus bəzi zinət əşyaları onlardadır və onları qaytarmağa hazırdırlar. İşin mübahisələndirilməyən xüsusi halı ondan ibarətdir ki, qızılların əsas hissəsi yalnız digər əşyalarla birgə, iddiaçının cavabdehin mənzilini tərk etdikdən bir müddət sonra çıxarılıb. Qızılların mənzildən çıxarılması zamanı tərəfl ərin qarşılıqlı anlaşmasını və rəftarını araşdıran məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi qızıllar həmin vaxt tam şəkildə ona qaytarılmışdır. Belə ki, iş üzrə dindirilən şahidlərin heç biri məhz qızıl-zinət əşyalarının götürülməsi zamanı tərəflər arasında mübahisə olması barədə ifadə verməmişlər. Əksinə, tərəflər qızıl-zinət əşyalarının qarşılıqlı anlaşma şəraitində verildiyini bildirmişlər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə 2 ildən sonra müraciət etmişdir, bu isə onun tələbinin əsaslı olmasını əsaslı şübhə altına alır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən ap elyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7256/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli, 2(010)-4672/2019 saylı qətnaməsinin qismən-təmin edilməyən “qızıl-zinət əşyaları” hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozunt ularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7256/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli, 2(010)-4672/2019 saylı qətnaməsinin qismən- təmin edilməyən “qızıl-zinət əşyaları” hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsini xahiş edir. Cavabdeh vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7256/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə ri ayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermiş və qətnamənin mübahisələndirilməsi «qızıl zinət əşyaları tələbi ilə bağlı hissə üzrə məhdudlaşır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri təl əb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslan dıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab e dilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürm əməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdiri lmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7256/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar