Məhkəmə qərarları › İş №2(102)-1918/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1918/2025

03.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1918/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı “intizam tənbehi haqqında əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, intizam tənbehin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(105)271/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməs inin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh əmək müqaviləsi əsasında riyaziyyat müəllimi işləyir.

2. Cavabdeh direktorunun 22 may 2024-cü il tarixli 125 saylı əmri ilə məktəbin riyaziyyat müəllimi İddiaçı, müəllimlərin etik davranış qaydalarının 2.1.4.-2.1.5.-2.1.6.2.1.8-ci müddəalarını pozduğu üçün, töhmət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh məktəbin direktoru Nümayəndə iddiaçıya “töhmət” intizam tədbiri verməsi barədə 22 may 2024-cü il tarixli 125 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-c i ildən Cavabdeh fənn müəllimi işləyir və riyaziyyat fənnindən dərs tədris edir. Üzərinə düşən vəzifələrini layiqincə və bacarıqla yerinə yetirir. Müəllim adını, şərəf və ləyaqətini daim uca tutmuşdur. Onun tədris prosesinə ciddi yanaşması, məktəbdə bu sahədə mövcud olan nöqsan və qanunsuzluqlara dözülməz mövqe sərgiləməyi məktəbin hazırkı rəhbərliyinin, yəni direktor Nümayəndə, tədris hissə müdirləri Gülçin Salmanovanın, Tünzalə Əliyevanın, Vüsalə Əliyevanın xoşuna gəlmədiyindən ona qarşı qərəzli münasibət sərgiləməyə başlamışlar. Məktəb direktoru Nümayəndə və seçdiyi tədris hissə müdirləri məktəbdə dözülməz vəziyyət yaratmışlar. Məktəbdə qeyri-sağlam atmosfer yaranmış, müəllim kollektivi və şagird valideynləri ilə rəhbərlik arasında dözülməz və həlli müşkülə çevrilmiş ziddiyyətlər yaranm ışdır. Məktəb daxilində gedən çəkişmələr, bacarığı, savadı, mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənməyən adamların yüksək vəzifələrə soxulması və özbaşınalığı, sabaha inamsızlıq toxumunun səpilməsi, şagirdlərin əksəriyyətinin təhsildən yayınmasına, bu sahənin tənəzzülünə zəmin yaratmışdır. Rüşvətxorluq, korrupsiya cinayətləri onların məktəbində adi bir hala çevrilmişdir. Bununla mübarizə aparan müəllimlər isə məktəb rəhbərliyi tərəfindən təqib olunur, hər vasitə ilə ləkələmək üçün yalan məlumatlar yayılır, təhqir olunurlar. Şəxsən iddiaçıya qarşı əsl düşmən mövqeyi sərgiləyən məktəb rəhbərliyi onu susdurmaq üçün hər vasitəyə əl atır. İddiaçı dəfələrlə məktəb siniflərində mövcud olan vəziyyəti video vasitəsi ilə çəkib kollektivdə paylaşmışdır ki, fəlakətli vəziyyət barədə təbil zəngi çalına raq bu dözülməz hal aradan qaldırılsın. Bomboş siniflər insanların vicdanını sızladır. Bu vəziyyətlə bağlı məktəblərinə jurnalist Rövşən Qasımov gəlmiş və jurnalist araşdırması aparmışdır. Bundan xəbər tutan məktəbin direktoru Nümayəndə və əlbir olan tədris hissə müdirləri müəllimləri, xüsusilə də iddiaçını təqib etməyə başlamışlar. İddiaçı 5 ildir ki, Xırdalan şəhər 2 saylı orta məktəbin X “c” sinfinin sinif rəhbəridir. Ona verilmiş hüquqları əsasında o, daim şagirdlərinin dərsə davamiyyətini, onların dərsləri müvəffəq mənimsəmələrini diqqət və nəzarətdə saxlayır.

5. Cavabdeh nümayəndəsi, Vəkil1 iddiaya etiraz verərək göstərmişdir ki, iddia ərizəsi ümumi, qeyri-müəyyən və mücərrəd fikirlərdən ibarət olmaqla, orada qanuniliyi mübahisələndirilən əmrin ləğv edilməsi üçün konkret və aydın dəl ilə və ya fakta istinad edilməmişdir. Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı tərəfindən “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.4-2.1.6-cı və 2.1.8-ci bəndlərinin tələbləri davamlı olaraq pozularaq, özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin direktorunun, müavinlərinin, müəllimlərin əmək fəaliyyətinə və nüfuzuna xələl gətirən, müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz ifadələr işlətməsi, işlədiyi məktəbin şagird və valideyn kontingenti arasında heç bir sübut olmadan məktəbin rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan xarakterli mənfi fikirlər formalaşdırmağa çalışması, valideynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etməsi müəyyən edilmişdir. Bununla bağlı məktəbin direktoru Nümayəndə məktəbin direktor müavinlərinin ərizələri və təqdimatları, 17 may 2024-cü il, 21 may 2024-cü il və 22 may 2024-cü il tarixdə tərtib edilmiş aktlar təqdim edilmişdir. Ona görə də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə tərəfindən imzalanmış 22 may 2024-cü il tarixli 125 nömrəli əmrlə məktəbdə riyaziyyat müəllimi işləyən İddiaçı intizam tənbehi olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Belə ki, məktəbin direktoru Nümayəndə ünvanlanmış 5 “v” sinif şagirdi Nadir Səttarovun valideyni Əminə Rzayeva 20 aprel 2024-cü il tarixli ərizəsində riyaziyyat müəllimi İddiaçı şagirdlərlə kobud davranışından və valideynlərlə ədavət aparmasından narazılığını bildirmişdir. Belə ki, müəllim İddiaçı onun övladı barədə nalayiq sözlər demiş, sosial şəbəkədə yaratdığı qrupda ailəsinin ünvanına nalayiq və təhqiramiz sözlər demişdir. İddiaçı müəllim olaraq öz peşəsi ilə məşğul olmaq əvəzinə valideynlərin ailə həyatı ilə maraqlanır, valideynlərin övladları ilə valideynlərin adını bir yerdə çəkərək, tərbiyəsizliyə və ailə münaqişələrinə səbəb olur. Ən böyük ittihamı isə övladı Nadir Səttarovun məktəbdə ağ vərəqin içində nəsə gətirib satması iddiasını irəli sürür. Bu yazdıqları barədə o, Elm və Təhsil Nazirliyinə, məktəbin direktoruna, hətta polisə müraciət etmişdir. Belə bir müəllimin təhsildə saxlanılması bütün müəllimlərə hörmətsizlik olar. Ona görə də müəllim İddiaçı barəsində tədbir görülməsini xahiş edir. Bundan başqa, məktəbin direktoru Nümayəndə ünvanlanmış 5 “v” sinif şagirdi İsmayıl Məmmədlinin valid eyni Səbiyə Dəryahquluyevanın 20 aprel 2024-cü il tarixli ərizəsində bildirilir ki, müəllim İddiaçı şagirdlər üzərində çox təzyiq edir. Övladının sinif rəhbəri olduğu bir ay müddətində o, bütün valideynləri bir-biri ilə düşmən etmişdir. Hətta, onların ailəsinə, namusuna kimi ləkə yaxır. “Qoy bu valideynin torbasını tikim, növbə Səbiyəyə gələcək” kimi müəllimə yaraşmayan ifadələr işlədir. Vəfa müəllim cəmiyyətdə müəllim peşəsində işləyə bilməz, ona ləkədir. Bu adam töhmətlə təhsildən uzaqlaşdırılmalıdır, o gələcək nəslin təlim-tərbiyəsinə ləkədir. Onun haqqında yalnız xoşagəlməz sözlər eşidir və yararlı şəxsiyyət olmamasını düşünür. Bundan başqa, məktəbin direktoru Nümayəndə ünvanlanmış 5 “v” sinif şagirdi Xədicə Nəsirlinin valideyni Nərminə Nəsirovanın 20 aprel 2024-cü il tarixli ərizəsind ə bildirilir ki, müəllim İddiaçı ailəsini, qızını tanımadan başqa valideynin həyat yoldaşı ilə bir yerdə olduğunu israr edərək, təsdiqləyib. Bu Vəfa nə müəllim kimi, nə də qadın kimi cəmiyyətə layiq deyil. Axşamlar ona zəng edərək, təhdid və təhqir etmişdir. Ona görə də müəllim İddiaçı barəsində ölçü görülməsini xahiş edir. Bundan başqa, 17 may 2024-cü il tarixli aktdan görünür ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı məktəbin direktoru Nümayəndə: “Gülçöhrə”, “Başıbatmış” kimi qeyri-etik ifadələr işlətmişdir. Bundan başqa, 20 may 2024-cü il tarixli aktdan görünür ki, həmin gün məktəbin direktoru Nümayəndə davamiyyətə nəzarət etmək üçün sinifləri yoxlayarkən eyni zamanda X “c” sinfinə daxil olmuşdur. Həmin vaxt sinifdə müəllim Aygün Mahmudova Azərbaycan dil i fənnindən dərs deyirdi. Sinifdə şagirdlərin arasında partada ikinci cərgədə arxası şagirdlərə tərəf olmaqla, riyaziyyat müəllimi İddiaçı da oturmuşdu. Məktəbin direktoru Nümayəndə sinfə daxil olanda şagirdlər və müəllim Aygün Mahmudova ayağa qalxsa da, müəllim İddiaçı ayağa qalxmamışdır. Lakin, məktəbin direktoru Nümayəndə sinifdə müəllim İddiaçı davranışına heç bir münasibət bildirmədən şagirdlərə sözünü bitirdikdən sonra İddiaçı: “Müəllimə, Aygün müəllimin dərsinə mane olursunuz, burada niyə əyləşmisiniz?”-deyə sual vermiş, müəllim İddiaçı: “Mən jurnal yazıram.”-deyə cavab vermişdir. Məktəbin direktoru Nümayəndə: “Müəllimə, jurnalı müəllimlər otağında yazın. Zəhmət olmasa, sinifdən çıxın” deyə sözünü tamamlamışdır. Müəllim İddiaçı isə əsəbi tərzdə ona cavabında: “Mən jurnalı burada yaz ıram, sinifdən çıxmıram. Məni heç kim sinifdən çıxara bilməz” deyə cavab vermişdir. Bundan sonra məktəbin direktoru Nümayəndə polis çağırmaq məcburiyyətində qalmışdır. Nəzərə alınmalıdır ki, həmin gün müəllim Aygün Mahmudova tərəfindən dərsin tədrisi zamanı sinifdə başqa bir müəllimin oturacağı barədə məktəbin direktoruna əvvəlcədən məlumat verilməmişdir. Ən vacibi isə, sinifdə başqası tərəfindən dərsin tədris edildiyi zaman müəllim İddiaçı orda hansı statusla iştirak etməsi anlaşılmazdır. Bundan başqa, məktəbin direktoru Nümayəndə ünvanlanmış 8 “a” sinif şagirdi Zəhra Əliyevanın valideyni Gülnarə Əliyevanın 21 may 2024-cü il tarixli ərizəsindən aydın olur ki, onun övladına 20 may 2024-cü il tarixdə 3-cü dərs saatı riyaziyyat fənnindən dərs keçməli olan riyaziyyat müəllimi İddiaçı 45 dəq iqə ərzində dərs demək əvəzinə, şagirdlərə səhər-səhər müdiriyyətlə aralarında baş verən münaqişədən danışmışdır. Müəllim İddiaçı bundan əvvəlki dərslərdə də özünün şəxsinə aid problemlərdən danışmışdır. Ona görə həmin müəllim barəsində ölçü götürülməsini və şagirdlərin sağlam mühitdə təhsil almasına şərait yaradılmasını xahiş edir. Bundan başqa, 21 may 2024-cü il tarixli aktdan aydın olur ki, riyaziyyat müəllimi İddiaçı məktəb rəhbərliyinə şər və böhtan xarakterli yazı və səs yazısını öz “WhatsApp” səhifəsində paylaşmış, onun kontaktında olan bütün məktəb kollektivinin, şagirdlərin və onların valideynlərinin yanında rəhbərliyin nüfuzuna xələl gətirmişdir. Bununla bağlı izahat verməsi riyaziyyat müəllimi İddiaçı təklif edilsə də, iddiaçı səbəbini göstərmədən izahat verməkdən imtina etmişdi r. Bundan başqa, 22 may 2024-cü il tarixli aktdan görünür ki, məktəbin 8 “a” sinfində təhsil alan X6 dərs saatı bitməmiş dəfələrlə dərsdən icazəsiz getmişdir. Nurlan Həziyev 22 may 2024-cü il tarixdə yenə dərs saatı bitməmiş dərsdən gedərkən sinif rəhbəri A.Süleymanova bu barədə direktor müavini Ə.Mustafayevaya məlumat vermişdir. X9 vaxtından qabaq dərsdən getməsinə icazə vermədiklərini desələr də o, “Mənə anam icazə verib, mən getməliyəm.” ifadəsini işlətmiş və dərsdən getmişdir. Həmin gün Nurlan Həziyev Vİ-Vİİ dərslərdə iştirak etməmişdir. Məlumat üçün qeyd edilir ki, X6 hazırkı iş üzrə iddiaçı riyaziyyat müəllimi İddiaçı övladıdır. Bundan başqa, 22 may 2024-cü il tarixli aktdan görünür ki, riyaziyyat müəllimi İddiaçı həmin gün məktəbin direktoru Nümayəndə tərəfindən təşkil edilən iclasd a iştirak etməkdən imtina etmişdir. Müzakirə zamanı İddiaçı məktəbin direktoru Nümayəndə və metodbirləşmə rəhbəri L.Rüstəmovanın zənglərinə cavab verməmiş, riyaziyyat müəllimi Afət Osmanovanın “WhatsApp” vasitəsilə yazışmasında məktəb direktorunun dəvəti ilə iclasa gəlməkdən imtina etmişdir. Rəhbərliyin ona öz hüquqlarını müdafiə etmək təklifinə bu sözlərlə cavab vermişdir: “Gəlmirəm, məni ora heç kim gətirə bilməz.” Bundan sonra riyaziyyat müəllimi İddiaçı verilən töhmət kollektivə çatdırılmışdır. Qeyd edir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı məktəbin direktoru hüquqlarını müdafiə etdiyi Nümayəndə tərəfindən imzalanmış 22 may 2024-cü il tarixli 125 nömrəli əmrlə töhmət verilməsi barədə 2146 nömrəli 29 may 2024-cu il tarixli bildirişlə yazılı məlumat da verilmişdir. Məktəbin riyaziyyat müəllimi İddiaçı şagirdlərlə, valideynləri ilə və müəllimlərlə kobud və qeyri-etik davranışları, onlarla mütəmadi olaraq münaqişələrə və mübahisələrə səbəb olması, yaratdığı özünə məxsus sosial şəbəkədə çıxışlarında mütəmadi olaraq məktəb rəhbərliyinin, müəllimlərin və şagird valideynlərinin ünvanına şər, böhtan və təhqiramiz ifadələr işlətməsi, xidməti fəaliyyəti ilə bağlı iradlara və tənqidi fikirlərə dözümsüz və əsəbi yanaşması, daxili nizam-intizam qaydalarına əməl etməməsi, bütövlükdə isə müəllim adına və nüfuzuna, işlədiyi məktəbin nüfuzuna ciddi xələl gətirən çoxsaylı sübutlar mövcuddur və onların bir qismini məhkəməyə təqdim edir. Şərh edilən faktlarla və hallarla təsdiq edilir ki, riyaziyyat müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Tə hsil Nazirliyinin Kollegiyasının 1/2 nömrəli 06 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın “Loyallıq” prinsipi adlanan 2.1.4-cü, “Mədəni davranış” prinsipi adlanan 2.1.5-ci, “Qərəzsizlik” prinsipi adlanan 2.1.6-cı və “Konfidensiallıq” prinsipi adlanan 2.1.8-ci bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.42.1.6-cı və 2.1.8-ci bəndlərində irəli sürülən davranış prinsiplərinin tələblərinə görə müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. M üəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalı dır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir. Həmçinin, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı 22 may 2024-cü il tarixli 125 nömrəli əmrlə töhmət verilməsi üçün hüquqi əsaslar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın “Loyallıq” prinsipi adlanan 2.3-cü, “Mədəni davranış” prinsipi adlanan 2.4-cü, “Qərəzsizlik” prinsipi adlanan 2.5-ci, “İctimai etimad” prinsipi adlanan 2.6-cı və “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət” prinsipi adlanan 2.7-ci bəndlərinin tələblərinə tam uyğundur. “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin tələbində göstərilir ki, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Ona görə də riyaziyyat müəllimi İddiaçı məktəb rəhbərliyinə şər və böhtan xarakterli yazı və səs yazısını öz “WhatsApp” səhifəsində paylaşmamalı idi. Halbuki, müəllim İddiaçı “WhatsApp” səhifəsində p aylaşdığı məlumatlara məktəbin müəllimləri, şagirdləri və onların valideynləri də baxırlar. “Təhsilverənlərin etik davranış Qaydaları”nın 3.5-ci bəndində göstərilir ki, müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət intizam tənbehi verə bilər. Riyaziyyat müəllimi İddiaçı davranışına mövqe bildiriləndə nəzərə alınmalıdır ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 6000-ə yaxın şagird təhsil alır, pedaqoji kollektiv üzvlərinin sayı isə 450 nəfərdən artıqdır. Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə riyaziyyat fənnini tədris edən İddiaçı müəllimə diaqnostik qiymətləndirmədən cəmi 31 bal toplamışdır ki, onun da 19 balı ixtisas üzrə bala aiddir. Beləliklə, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı tərəfindən “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.4-2.1.6-cı və 2.1.8-ci bəndlərinin, eyni hallara uyğun hazırda “Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.3-2.7-ci bəndlərinin tələblərinin pozulduğu təsdiqini tapdığına görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət verilməsi qanuni və əsaslı sayılacaqdır.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Cavabdehdə təlim-tərbiyə sahəsi üzrə direktor müavini işləyir. O, direktor Nümayəndə ilə 9, 10 və 11-ci sinif şagirdlərinin davamiyyətinin yoxlanılması üçün sinif otaqlarını gəzərkən, 11c sinfinə daxil olmuşlar. Onlar sinfə daxil olarkən bütün şagirdlər və həmin müəllimə Aygün Mahmudova ayağa qalxmış, lak in həmin vaxt 2-ci sırada əyləşmiş İddiaçı isə ayağa qalxmamışdır. Həmin vaxt direktor iddiaçıdan bu otaqda nə etdiyini soruşmuş, iddiaçı isə jurnal yazdığını bildirmişdir. Bu zaman direktoru iddiaçıya jurnalı müəllimlər otağında yazmasını bildirmiş, iddiaçı isə burada yazacağını söyləmişdir. Direktоrun 2-ci dəfə təkrar edərək jurnalı müəllimlər otağında yazmasını xahiş etmişdir. İddiaçı isə direktora hazırda Aygün müəllimənin dərsində olduğunu və yalnız Aygün müəllimə deyərsə otaqda çıxacağını bildirmişdir. Hətta iddiaçı şagirdlərin qarşısında direktora onu burdan heç kəsin çıxara bilməyəcəyini bildirmişdir. Daha sonra direktor otağına gedərək, polisə müraciət etmiş və polis gələrək iddiaçını otaqdan çıxarmışdır. Bundan əlavə iddiaçı “Whatsapp” sosial şəbəkəsində statusunda müavinləri v ə onu təhqir etmişdir. Həmçinin iddiaçının digər müəllimlərlə də mübahisələri olmuşdur. Lakin, əvvəllər iddiaçı ilə direktor arasında hər hansı mübahisənin olduğu barədə məlumatı yoxdur.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, sözügedən hadisə baş verərkən o, otaqda olmamışdır. Sadəcə o, iddiaçını polis tərəfindən çıxarılarkən görmüşdür. Bu zaman iddiaçı polisə etirazını bildirmişdir. Bundan əlavə iddiaçı məktəbə yeni təyin olunanda onu ilk dəstək olan o, olmuşdur. İddiaçının hərəkətiylə bağlı iclas keçirilmişdir. İddiaçı məktəbdə daim gərginlik yaradır.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hadisə onun sinfində baş vermişdir. Belə ki, iddiaçı onun dərsində 2-ci partada əyləşərək jur nal yazmış, həmçinin dərsə qulaq asmışdır. Belə ki, müəllimənin öz qızı da həmin sinifdə oxuyur. Direktor sinfə daxil olarkən direktor iddiaçıya jurnalı müəllimlər otağında yazmasını bildirmiş, iddiaçı isə burada yazacağını bildirmişdir. Lakin direktor otağa girərkən iddiaçının ayağa qalxıb-qalxmadığı onun yadında deyildir.

9. Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(012)-4443/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsi təmin edilmiş, Cavabdehin İddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin verilməsi barədə 22 may 2024-cü il tarixli 125 saylı əmrinin ləğv edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə əmək müqaviləsi bağlamaqla sözügedən məktəbdə əmək fəaliyyətinə başlamışdır. Cavab dehin direktoru Nümayəndə 22 may 2024-cü il tarixli 125 saylı əmrinə əsasən, məktəbin riyaziyyat müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarının 2.1.4.2.1.5.-2.1.6.-2.1.8-ci müddəalarını pozulması əsasında iddiaçıya töhmət verilmişdir. “Müəllimlərin etik davranış qaydaları” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli, KQ-07 nömrəli qərarı ilə ləğv edilərək qüvvədən düşmüş və onun yerinə “Təhsilverənlərin etik davranış qaydaları” təsdiq edilmişdir. Lakin Cavabdehin 22 may 2024-cü il tarixli 125 saylı əmrində İddiaçı töhmət verilməsinin əsaslarında “Təhsilverənlərin etik davranış qaydaları”na istinad olunmamış, əvvəlki qüvvədən düşmüş qaydalara əsaslanmışdır. Həmin qaydalar mahiyyətcə eyni qaydaları tənzimləsə də, normalarda dəyişiklik olmuş cavabdeh isə yeni normalara istinad etməmişdir. Buna görə əmr maddi hüquq normalarının pozulması ilə verilmişdir.

11. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35, 60-cı, Əmək Məcəlləsinin 10, 42, 43.1, 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(105)-271/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Hüseynov və Z.Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(012)4443/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdehə qarşı “töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifə öhdəliyi kimi qeyd edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin İddiaçı Cavabdehin riyaziyyat müəllimi işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirmişdir.

15. İşin halları ilə də müəyyən edilir ki, İddiaçı əmək intizamını kobud şəkildə pozmuş, nəticədə müəllimlərin və valideynlərin narazılıqlarına səbəb olmuşdur. Qeyd edilən hal iş materiallarında olan 17 may 2024-cü il, 21 may 2024-cü il və 22 may 2024-cü il tarixdə tərtib edilmiş aktlarda öz əksini tapmışdır. Həmçinin cavabdeh tərəfindən İddiaçı məxsus sosial şəbəkələrdəki statusların görüntüləri təqdim edilmiş, həmin statuslarda onun məktəbin kollektivi və valideynlər haqqında yazıları öz əksini ta pmışdır. Bununla əlaqədar iddiaçı məhkəmə kollegiyasının iclasında həmin yazıların ona məxsus olmadığını mübahisələndirmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş fləşkarta məhkəmə kollegiyasının iclasında baxış keçirilən zaman, həmin statusların ona məxsus olduğunu iddiaçı etiraf etmişdir.

16. Bundan əlavə, İddiaçı Xırdalan şəhər 2 saylı orta məktəbin X “c” sinfinin sinif rəhbəri olduğundan ona verilmiş hüquqları əsasında o, daim şagirdlərinin dərsə davamiyyətini, onların dərsləri müvəffəq mənimsəmələrini diqqət və nəzarətdə saxladığını, buna görə də direktor sinfə daxil olan zaman da sinif rəhbəri kimi dərsdə oturduğunu qeyd etmiş, bunu da “Sinif rəhbərinin əsasnaməsi”nə istinad edərək əsaslandırmışdır. Lakin məhkəmə kollegiyasının sonuncu iclasında cavabdeh tərəfindən tə qdim edilmiş fləşkarta baxış keçirilmiş orada iddiaçı Həziyev Vəfa statuslarında səs yazısı ilə bildirmişdir ki, “Rəhbərlik etdiyim sinifdə riyaziyyat dərsimdən 2 saat sonra 3-cü saat Azərbaycan dili dərsi idi. Dərs vaxtı jurnal yazmadığım üçün “Azərbaycan dili” dərsində Aygün müəllimədən icazə aldım, o da icazə verdi və jurnal yazırdım. Bu zaman direktor və müavinləri sinifləri gəzirdi, sinfə daxil olanda məni gördü. Mənə bildirdi ki, müəllimə burda nə edirsiz? Mən də bildirdim ki, jurnal yazıram. Mənə bildirdi ki, təcili çıxın, gedin müəllimlər otağında yazın. Mən də bildirdim ki, orada rahat deyiləm burada yazıram. Mənə mütləq çıxmağımı dedi, mən də dedim ki, çıxmıram” (bax: xx.xx.2025-ci il tarixli iclas 20-ci dəqiqə). İddiaçının səs yazılarından da göründüyü kimi, o dərs intizamını po zmuş, bununla əlaqədar direktorun qanuni göstərişlərinə əməl etməmiş, “Sinif rəhbərinin əsasnaməsi”nin tələblərini, həmçinin etik davranış qaydalarını pozmuşdur. Belə ki, iddiaçı sinif rəhbəri kimi şagirdlərin dərsə davamiyyətini yoxlamaq üçün dərsdə oturduğunu qeyd etsə də, səs yazıları ilə bu halı təkzib etmiş, sinifdə jurnal yazmaq üçün oturduğunu etiraf etmişdir ki, “Sinif rəhbərinin əsasnaməsi”nə əsasən də sinif rəhbərinin belə bir hüququnun olduğu öz əksini tapmamışdır.

17. Göründüyü kimi iddiaçı Əmək Məcəlləsi və “Müəllimlərin etik davranış qaydaları” ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyindən, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən onu Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən töhmət intizam məsuliyyətinə cəlb etməkdə cavabdeh haqlı olmuşdu r. 18. “Təhsilverənlərin etik davranış qaydaları”na deyil, qüvvədən düşmüş “Müəllimlərin etik davranış qaydaları”na istinad olunduğundan iddianı əsaslı hesab edən birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almadan düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisənin predmeti olan İddiaçı Sevdimal qızına “töhmət” intizam tənbehinin təqdim edilməsi barədə 125 nömrəli əmr 22 may 2024-cü il tarixdə qəbul edilmişdir. 20. “Təhsilverənlərin etik davranış qaydaları” Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 15 may 2024-cü il tarixli qərarı ilə qəbul edilmiş, həmin qaydalar hüquqi aktların dövlət reyestrinə 22 may 2024-cü il tarixdə daxil edilmiş, 23 may 2024-cü il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin əmrinin “Təhsilverənlərin etik davranış qaydaları”na istinad edilmədiyindən həmin əmrin ləğv edilməsi nəticəsinə gəlsə də, qaydaların qüvvəyə minmə tarixini nəzərə almamış, nəticədə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Təhsilverənlərin etik davranış qaydaları” 22 may 2024-cü il tarixli əmrdən sonra qüvvəyə minmiş olsa belə, “Müəllimlərin etik davranış qaydaları” ilə mahiyyətcə eyni normaları tənzimləyir. Belə ki, 22 may 2024-cü il tarixli 125 nömrəli əmrdə istinad olunan “Müəllimlərin etik davranış qaydaları”nın 2.1.4, 2.1.5, 2.1.6, 2.1.8-ci maddələrində loyallıq, mədəni davranış, qərəzsizlik və konfidensiallıq davranış qaydaları həmçinin “Təhsilverənlərin etik davranış qaydala rı”nda da öz əksini tapmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127, 129-cu, Əmək Məcəlləsinin 3.9, 10, 42, 43.1, 186.1, 186.2, 186.3, 190.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 6, 46, 47-ci, Əmək Məcəlləsinin 16, 186-cı, Mülki Prosessual Məcəllənin 77.1, 88, 104.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.

25. B elə ki, apellyasiya instansiyası məhkəməsi ədalətli məhkəmə araşdırma hüququnun pozuntusuna yol vermişdir. Cavabdehin gətirdiyi şahidlərin qərəzli yanaşmaları olmuş, məhkəmədə təqdim edilən şahid ifadələri əsasən məktəb rəhbərliyinə yaxın şəxslərdən ibarət olmuşdur. Bütün şahidlərin mövqeləri vahid, təlimatlandırılmış formada olmuş, onların ifadələri arasında obyektiv müstəqil müşahidə fərqliliyi olmamışdır. Qeyd edilənlər şahid ifadələrinin mötəbərliyi üçün əsaslı şübhədir. Töhmət intizam tənbehin əsas motivlərindən biri iddiaçının sosial şəbəkə yazıları olmuşdur. Halbuki, bu paylaşımlar ədavət, zorakılıq və ya nifrət çağırışları xarakteri daşımamış, ictimai əhəmiyyət daşıyan məsələlərə şəxsi münasibəti olmuşdur. İş materiallarında iddiaçının fənn üzrə savadına, dərs keyfiyyətinə, pedaqoj i fəaliyyətinə dair obyektiv mənfi rəy deyil və ya ciddi faktik sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası tərəfindən qəbul edilən qərarda sosial media hesablarında yayımlanan ifadələrə əsaslanaraq İddiaçı işgüzar nüfuzuna və peşə etikasına xələl gətirdiyi iddia olunmuş, lakin bu ittihamlar hüquqi baxımdan əsaslandırılmamış və obyektiv şəkildə sübut edilməmişdir. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi materiallarda iddiaçının dəqiq hansı sosial media hesabında, hansı tarixdə, hansı paylaşım və ya ifadələri yaydığı barədə hər hansı texniki sübut (məsələn, rəsmi qaydada təsdiqlənmiş ekran görüntüləri, elektron izlər, İP ünvanı qeydləri və ya hesabın sahibinin identifikasiyası haqqında ekspertiza rəyi) təqdim edilməmişdir. Yalnız ümumi şəkildə, sosial şəbəkə hesablarında “böhtan xar akterli ifadələr yayıldığı” iddia edilmiş, ancaq həmin hesabların faktiki olaraq İddiaçı məxsus olub-olmaması məhkəmə iclasında sübut olunmamışdır.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tə rəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 186-cı maddəsinin birinci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “töhmət” intizam tənbehini verə bilər. 190-cı maddəsinin üçüncü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prin sipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış və işdə olan sübutlara səlahiyyətləri çərçivəsində hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir (bax bənd 14-22). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

34. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məktəbdə müəllim kimi işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməməsi, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozması, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən etdiyi hal olduğunda n, iddiaçının barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbeh tədbirinin tətbiqinə pozuntu olmamışdır.

35. İddiaçının əməlinin sübut olunmaması, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinin mötəbər olmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnməsinin ləğvi üçün əsas ola bilməz. Belə k, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-c ı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2025-ci il i tarixli, 2(105)-271/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar