Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1919/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Həsənov ixtiyar Zakir oğlunun cavabdeh "xxxx" MMC-nə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1919/22 (Açar sözlər: hərracın etibarsızlığı ilə bağlı məsələlər) Bakı şəhəri, 19 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Həsənov ixtiyar Zakir oğlunun cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9498/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Həsənov İxtiyar Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzil öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmişdi. Öhdəlik vaxtında icra edilmədiyi üçün məhkəmənin müvafiq qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş həmin mənzilə yönəldilməsi qət edilmişdir. Həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1822/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Binəqədi Rayon İcra Şöbəsinin si fariş məktubuna əsasən mübahisəli mənzilə dair hərracın keçirilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. İddiaçı hərracın qanua müvafiq şəkildə keçirilməməsini əsas gətirərək, hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Həsənov İxtiyar Zakir oğlu cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC cəlb olunmaqla hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilərək, nəticələrin ləğv edilməsi və hərracın yenidən təşkil edilərək keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" şirkətinə və iddiaçı Həsənov İxtiyar Zakir oğluna qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia tələbi Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-13300/2015 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər "xxxx" şirkətindən və Həsənov İxtiyar Zakir oğlundan müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğin cavabdeh Həsənov İxtiyar Zak ir oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı "Muğanbank” ASC-nə olan borclarının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 may 2019-cu il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MKnın 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli icra sənədinin icrası qaydasında ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilin ilkin qiyməti 300.000 manat olmaqla satılması üçün açıq hərraca çıxarılmışdır. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 61.3.4-cü maddəsinə əsasən, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülki yyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə olunur. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Lakin hazırki işdə hərracın keçirilməsini sifariş edən icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirməmişdir. İcra məmuru mənzilin 24 oktyabr 2018-ci il tarixli, 2(103)1822/2018 saylı qətnaməsindəki qiymətini ilkin satış qiyməti kimi göstərmişdir. Halbuki, mənzil ipotekaya götürülməsindən 6 il sonra hərraca çıxarılmışdır. Bu müddətdə mənzilin dəyəri daha da artmış, orada bi r sıra yaxşılaşdırmalar edilmişdir. Yəni, mənzil hərraca çıxarılan vaxtda həqiqi dəyərini daha da artırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, mənzil ipotekaya qoyularkən onun qiymətləndirilməsi 6 il öncəki mülki dövriyyə şəraitinə uyğun şəkildə müəyyənləşdirilmişdir. Hazırda isə həmin mənzilin dəyəri hərrac üçün müəyyən olünmuş satış qiymətindən dəfələrlə artıqdır. Ancaq icra məmuru “İcra haqqında” Qanunun tələblərinə zidd olaraq, əmlakda yenidən qiymətləndirmə həyata keçirməmiş, bununla da, əmlak dəyərindən qat-qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmış və hərrac keçirilmişdir. Belə ki, mənzil qiymətləndirilərkən mövcud bazar qiymətlərinə uyğun hallar tətbiq edilməklə mənzilin istifadədə olma vəziyyəti, təmirli olubolmaması ilə bağlı məsələlər, mənzildə istifadədə olan vəsaitlərin keyfiyyəti və dəyəri, şəhərdə yerləşdiyi yer kimi hallara diqqət olunmalı idi. İddiaçı hesab edir ki, belə bir qiymətləndirmə və təklif ədalətsiz və qərəzlidir və bütün halların bankın xeyrinə uyğunlaşdırılmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qətnaməsi ilə (hakim. K.Əmirxanova) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı Ağayev İlyas İnqilab oğlu kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- V.İbayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.H əsənov) 15.11.2021-ci il tarixli, 2(103)-9498/2021 nömrəli qətnaməsi ilə iddiaçı Həsənov İxtiyar Zakir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-85/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı Həsənov İxtiyar Zakir oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı Həsənov İxtiyar Zakir oğlu apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edə rək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının iddiası təmin edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
12. Əlavə olaraq qeyd edilmişdir ki, əmlakın satış qiyməti düzgün müəyyən olunmamışdır. Belə ki, əmlak girov qoyulduqdan 6 il sonra hərraca çıxarılmışdır. Bu müddət ərzində qiymət ilkin satış dəyərindən dəfələrlə çoxdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə. 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
15. Maddə. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilmə lidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
16. Maddə. 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
17. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğı c qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə ilə bağlı apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
26. Məhkəmələr müəyyən etmişlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2019-cu il tarixli 2(104)-3004/2019 saylı qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli 2(103)-1822/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13300/2015 saylı iş üzrə 01 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, cavabdehlər "xxxx" şirkəti ndən və Həsənov İxtiyar Zakir oğlundan müştərək qaydada əsas borc üzrə 299.416.06 manat, faiz borcu 113.206.51 manat, cərimə 1000 manat, ümumilikdə 412.632.57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nə verilməsi, cavabdehlərdən tutulmalı olan borcun cavabdeh Həsənov İxtiyar Zakir oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 2 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçı "Muğanbank” ASC-nə olan borclar ının ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin 75 manatı müştərək qaydada cavabdehlər "xxxx" Şirkətindən və Vəkil, 75 manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ34AZEG**********517130000L VÖEN: **********. Benefısiar bank: "xxxx" ASCŞ kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülməsi qət edilmişdir. 27. "xxxx" MMC tərəfindən göndərilmiş 18 oktyabr 2019-cu il tarixli a/4007 nömrəli açıq hərracın keçirilməsiə dair 2 nömrəli bildirişdən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1822/2018 saylı, 03.07.2019-cu il tarixli icra qeydi üzrə Həsənov İxtiyar Zakir oğluna məxsus ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İş materiallarında olan 05.05.2021ci il tarixli QXM 333/M nömrəli "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 18 A saylı evin 10 nömrəli mənzilə baxışın keçirilməsi üçün şərait yaradılmadığına görə icra sənədi icra olunmadan geri qaytarılmışdır.
28. Apellyasiya Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Həsənov İxtiyar Zakir oğlu onun mənzilinə borcla bağlı tutmanın yönəldilməsindən məlumatlı olmuş, o borcun ödənilməsi üçün tədbirlər görmək əvəzinə icra ilə bağlı hərəkətlərin yerinə yetirilməsindən yayınmış, mənzilinin ipotekadan azad olunması üçün heç bir fəaliyyət göstərməmişdir. Mülki dövriyyədə sabitliyin təmini üçün müqavilə münasibətlərinə daxil olan tərəflərin öz öhdəliklərinə vicdanla yanaşması zəruridir. Bank tərəfindən kredit verilərkən daşınmaz əmlakların kreditin təminatı kimi yüklü edilməsi də mülki dövriyyənin sabitliyinin təmin olunmasına yönəlir. Kredit əvəzində əmlakını ipoteka ilə yüklü edən şəxs, vaxtında kreditin ödənilməsinin təmini üçün fəaliyyət göstərməli, kredit borcunun ödənilmədiyi təqdirdə ipoteka qoyduğu əmlaka tutmanın yönəldilərək hərracdan satılma ehtimalını göz önünə almalıdır.
29. Kassator yekun qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı aydın dəlili irəli sürməmiş, işin faktiki hallarının tam araşdırılmamasını qeyd etmişdir.
30. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. İşə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlillər əsassızdır. Həmin hallarla bağlı iddiaçı heç bir sübut təqdim edə bilməmişdir.
32. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Həsənov İxtiyar Zakir oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9498/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qə bul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova