Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-192/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şəki şəhər X3, X7 İdarəsi, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Cava bdehin vəkili Mədətov Asif Höküməli oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1125/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1x xxxxx 1982-ci il tarixli, 67 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən MKS-yə rəssam vəzifəsinə qəbul edilmişdir. 2. 0x xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Şəki şəhər MKS-də tərtibatçı rəssam vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Seriya SN 00006, 478854 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, qızıl yelin kəskinləşmə si diaqnozu ilə İddiaçı xx xxxxxx 2020-ci il tarixdən işə başlamalıdır. 3. xx xxxxxx 2019-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, MKS-nın tərtibatçı rəssamı İddiaçı onun əmək müqaviləsinin xx.xx.2019-cu il tarixədək uzadılmasını xahiş etmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrdən görünür ki, Şəki şəhər MKSin tərtibatçı rəssamı İddiaçı ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılması əmr edilmişdir.
4. Eyni zamanda həmin əmrlə xx xxxxxx 2019-cu il cari ilin sonuncu iş günü olduğu nəzərə alınaraq İddiaçı ilə bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən həmin tarixdən xitam verilməsi və ona axırıncı haqq-hesabın ödənilməsi əmr edilmişdi r.
5. ƏƏSMN yanında DƏMX 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Şəki şəhər X1 direktoru tərəfindən qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin X10 Şöbəsinə şikayət ərizəsi daxil olmamış və bununla əlaqədar heç bir araşdırma aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Şəki şəhər X3, X7 İdarəsi, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə barpa və dəymiş zərərin ödən ilməsi” tələbinə dair iddia verərək, onunla bağlanmış əmək müqavləsinə xitam verilməsi barədə Şəki şəhər X1 direktoru X4 xx xxxxxx 2019-cu iltarixli 46 nömrəli əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh1nə tərtibatçı rəssam vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə, əmək qanunvericiliyini kobud surətdə pozmuş Şəki şəhər X1 direktoru X4 barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1982-ci ildə müddətsiz əmək müqaviləsi ilə Şəki şəhər X2 tərtibatçı rəssam vəzifəsinə işə qəbul edilmişdir. 2018-ci ilin dekabr ayının 23-də iddiaçının 65 yaşı tamam olmuş və onunla bağlanmış əmək müqaviləsi 1 (bir) il müddətinə yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019- cu il tarixədək uzadılmışdır. Lakin Şəki şəhər X1 direktoru X6 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmri ilə qanunsuz və əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə ƏM) 68-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. Həmin əmrin məzmunu qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, həmin əmrdə müəssisənin adı, hüquqi ünvanı, işəgötürənin adı və ata adı göstərilməmişdir. Əmrin başlığında “MKS-üzrə” qeyd edilsə də bu əmri hansı MKS üzrə verildiyi bəlli deyil. Həmçinin əmrdə müəssisənin hüquqi ünvanı qeyd edilməmişdir. Əmrin imza bölümünə nəzər saldıqda isə "MKS”-nin direktoru “S.Vahabov” qeyd edilmişdir ki, yenə buradan da hansı MKS-nin direktorunun olması və “S.Vahabov"-un kim olm ası iddiaçıya məlum deyil. Həmçinin həmin əmrin “§1" paraqrafına nəzər yetirdikdə görünür ki, həmin paraqrafda işçinin adı və soyadı qeyd edilsə də onun atasının adı və əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd qeyd edilməmişdir. Ümimiyyətlə xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrə nəzər yetirdikdə həmin əmrin əmək müqaviləsinə xitam verilməsi barədə əmr olması da görünmür. Belə ki, əmrin girişində “Əmək müqaviləsinin müddətinin uzadılması barədə” əmr olması qeyd edilmişdir. Belə adla qeyd edilmiş əmrə əlavə paraqraf əlavə etməklə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinin kobud pozulmasıdır. Buradan da aydın görünür ki, işəgötürən “Əmək müqaviləsinin xitam verlməsi barəd ə” əmr olmadan əmək müqaviləsinə xitam verərək işçini işdən çıxarmışdır. Bundan əlavə Şəki şəhər X1 direktoru X4 xx xxxxxx 2019-cuil tarixli 46 nömrəli əmrinə əlavə edilmiş "§ 1” paraqrafla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş və həmin tarixdə iddiaçını əmrlə tanış etməmişdir. İddiaçının həmin əmrin varlığından xx xxxxxx 2020-ci il tarixdə bayram günlərindən sonra işə qayıdarkən məlumatı omuşdur. Bundan başqaq işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmri müqavilənin müddətinin bitməsindən əvvəl verməsi də məlum deyil. Belə ki, iddiaçı müddətsiz İİ qrup əlildir və bır sıra xəstəliklərdən əziyyət çəkir. xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək xəstəliklə əladədar iş yeri saxlanılmaqla işə gəlməkdən azad edilmişdir. Lakin işəgötürən onun xəstəliklə əla qədar iş yeri saxlanılmaqla işə gəlməkdən azad edilməsinə məhəl qoymadan qanunsuz və əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə olması və xx.xx.2019-cu il tarixdən xx.xx.2020- ci il tarixədək bayram günlərinin olmasını nəzərə alanda qanunvericiliyin tələbinə görə işəgötürən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verə bilməzdi.
8. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-cu il tarixli, 2(075)-376/2020 saylı qətnaməsi ilə (hakim C.İmanov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, onunla bağlanmış fərdi əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən xəstə olduğunu bi ldirsə də, iddiaçı bu barədə Şəki şəhər X1 direktoru X5 hər hansı məlumat verməmiş, həmçinin İddiaçı xəstə olmasına dair hər hansı arayış Şəki şəhər X2 təqdim edilməmişdir. Cavabdeh həmin arayış barəsində məhkəmə prosesində olarkən məlumatı olmuşdur. İddiaçı məhkəmə prosesində onun xəstələnməsi barədə cavabdehi əvvəlcədən məlumatlandırması haqqında hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.2, 10-1.1, 10-1.2, 68, 70, 73.2, -ci maddələri, Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bu ndan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1125/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-376/2020 nömrəli qətnaməsinin nəticə hissəsində “xx xxxxxx 2019-cu il” tarixindəki “30” rəqəmi “20” rəqəminə dəyişdirilərək, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı onunla bağlanmış fərdi əmək müqaviləsinə xitam verilməsi əmri verilərkən iddiaçının xəstə olduğunu bildirsə də, bu barədə Şəki şəhər X1 direktoru X5 hər hansı məlumat verilməmiş, həmçinin İd diaçı xəstə olmasına dair hər hansı arayış Şəki şəhər X2 təqdim edilməmişdir. Cavabdeh həmin arayış barəsində məhkəmə prosesində olarkən məlumatı olmuşdur. MPM-nin 77-ci maddəsinin tələbləri baxımından iddia üzrə ifadə edilmiş bütün fikirlər iddiaçı tərəfindən sübut edilməlidir və bu vəzifə qanunvericiliyə əsasən iddiaçının üzərinə düşür. Bu baxımdan iddiaçının işə davam etməklə sonradan xəstələnməsi barədə arayış alaraq onu məhkəməyə təqdim etməklə barəsində çıxarılmış əmrin ləğv edilməsinə çalışması məhkəmə tərəfindən qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmamış, təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız qətnamə qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Mədətov izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkə məsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəllsi 23. işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.. (maddə 3.2)
24. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. (maddə 10-1.1)
25. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. (maddə 10-1.2) 26. əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır.. (maddə 68) 27. əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biri kimi həmçinin - dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması göstərilmişdir. (maddə 70)
28. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179- cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftə si keçməmiş xitam verilə bilər (maddə 73.2) Mülki Prossesual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək qətnamə qəbul etmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1125/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.