Məhkəmə qərarları › İş №2(102)-1921/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1921/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1921/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, eyni tərəflər arasında və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-607/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. 2. “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçına arasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə qaz təchizatı üçün müqavilə bağlanmışdır.

3. İddiaçına Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 15D ünvanında yerləşən fərdi-yaşayış sahəsinə görə vergi ödəyicisi kimi Xırdalan Bələdiyyəsində qeydiyyata alınmışdır. İddiaçı Xırdalan Bələdiyyəsinin hesablaşma hesabına son olaraq cəmi olaraq 7.24 manat vəsait ödəmişdir.

4. Daşınmaz Əmlakın Ekspert Qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus ünvan 2 ünvanındakı evin dəyə ri 25.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı X5 ilə birlikdə ona məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 2015-ci il tarixdən etibarən ona məxsusdur. Həmin evi qardaşı X7 məxsus Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evi satılmamışdan əvvəl özü üçün almışdır. Cavabdeh Rizvan ova (Naqornova) Aygün Aydın qızı qardaşının keçmiş həyat yoldaşı olmuşdur. Cavabdeh (Naqornova) əslən Göyçay rayonundandır və həmin ünvana qeydiyyatdadır. Cavabdeh (Naqornova) qardaşıma məxsus Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən evə gəlin gəlmişdir. Cavabdehin hərəkətlərinə görə qardaşına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evi 2018-ci il tarixdə 10.000 manata satmışlar. Həmin pulu Göyçay rayonunda torpaq almaq və ev tikib köçüb orda yaşamaq məqsədilə qardaşı X7 vermişdir. Daha sonra X8 ailəsi ilə 7-8 ay Göyçay rayonunda yaşamışdır. 2019-cu ildə cavabdeh və onun qardaşı verdiyi pulları xərclədikdən sonra qayıdıb onun yanına gəlmişlər. Körpə uşaqları olduğuna görə onlara özünə məxsus evdə müvəqqəti yaşamağa razıl ıq vermişdir. Razılığıa əsasən onlar daha sonra kirayə ev tutub köçməli idilər. Qardaşı Cavabdeh (Naqornovadan) məhkəmə qaydasında boşanmışdır. X10 fevral ayının 14-dən ona məxsus evi tərk etsə də, onun keçmiş həyat yoldaşı Cavabdeh (Naqornova) oğlu ilə birlikdə orada yaşamağa davam etmişdir. O, halhazırda mübahisəli evdə qeydiyyatdadır. Lakin, həmin evdə yaşamamış, evi həmişə kirayə vermişdir. Həmin evdən aldığı kirayə ilə dolanmışdır. O, cavabdehə sözügedən evdə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Ev əşyaları onun pulu ilə alınıb. Hal-hazırda həmin evdə olan əşyaların yarısı onundur. O, mübahisəli fərdi yaşayiş evinin potensial mülkiyyətçisidir, evə dair bütün sənədlər onun adınadır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi onun yeganə qazanc mənbəyidir. Belə ki, Cavabdeh həmin fərdi yaşayış evini zəbt etmədən öncə həmin evi kirayə verərək müəyyən gəlir əldə edirdi. Hazirda bundan da məhrum olmuşdur. Özü də yeni əməliyyat olunmuş, ağır xəstədir. Cavabdehin hərəkətləri onun həyat şəraitinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olur. xx.xx.2018-ci il tarixdə X11 rayonu, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 2-ci döngə, dalan 1, ev 6A ünvaninda yerləşən fərdi yaşayış evini 10.000 manata X1. Hazırki mübahisəli ev isə 2015-ci ildən onun sahiblik və istifadəsindədir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019cu il tarixli, kod-1340 sayli daşsnmaz əmlakın ekspert qiymətləndirmə rəyində tikinti sahibi kimi o göstərilmişdir. Həmçinin o, fərdi yaşayış sahəsinə görə vergi ödəyicisi kimi X ırdalan bələdiyyəsində qeydiyyata alınmışdır, onun əmlak və torpaq vergisi borcu yoxdur. Rizvanova (Naqornova) Aygün Aydın qızı onun ailə üzvü deyildir. Mübahisəli evdə təbii qazdan, elektrik enerjisindən və sudan istifadəyə dair sənədlərdə isteklakçı qismində o qeyd edilmiş və bu xidmətlərdən cavabdeh istifadə etsə də, heç bir ödəniş etmir. Səlahiyyətli şəxslər də məcbur qalaraq pulu ondan tələb edirlər. Mövcud vəziyyət də onun halını daha da pisləşdirir. Buna görə də o, hal-hazırda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 2(012)-4020/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh azyaşlı uşağı X6 ilə birlikdə onlara (özlər inə) məxsus əmlakları ilə birgə Cavabdeh hesabına İddiaçı sahiblik və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 15d ünvanında yerləşən evdən çıxarılması və həmin fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim M. Mirhəsənli).

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən edildiyi kimi, Cavabdeh İddiaçı qardaşının keçmiş arvadı olmuşdur. İddiaçı qardaşı və ailəsinin yaşamağa yeri olmadığı üçün, onlara öz evində bir müddət yaşamağa icazə vermişdir. Hazırda qardaşı ilə cavadeh arasında olan nikah pozulsa da, cavabdeh iddiaçının evində yaşamağa davam edir. İş materialları ilə təsdiq olunmuşdur ki, fərdi yaşayış evi iddiaçının vəsaiti hesabına inşa edilmişdir. Torpaq sahəsi və fərdi yaşa yış evinə dair V. Vahidovanın adına hüquq müəyyənedici sənədlər olmasa da, işdən görünür ki, hər iki əmlak onun sahiblik və istifadəsindədir.

9. Məhkəmə qeyd etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən y aşayış sahəsi kimi istifadə olunur. İddiaçının da bu evdə yaşamaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh azyaşlı uşağı X5 ilə birlikdə İddiaçı sahiblik və istifadəsində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia təmin edilməlidir.

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165, 180.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “O.ROUK Birləşmiş Krallığa qarşı” Qərarına və “X2rşı” işi üzrə xx.xx.1986-cı il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2528/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Sözügedən özbaşına tikili olan fərdi yaşayış evində 2018-ci il tarixdən cavabdehlər X8 və Rizvanova (Naqornova) Aygün Aydın qızı yaşamışlar. Cavabdehlərin həmin tikilidə yaşamaq hüquqları vardır. Cavabdeh Oleq Naqornovun 2021-ci ilin fevralından mübahisəli tikilidə yaşamaması halına münasibətdə məhkəmə bunu digər cavabdehə münasibətdə iddianın təmin edilməsi üçün iddiaçı ilə razılaşma kimi qiymətləndirir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İşə apellyasiya və kassasiya qaydasında baxılarkən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, heç bir rəsmi məlumat verilməmiş və ya hər hansı bildiriş göndərilməmiş, bununla da hüquqları kobud şəkildə pozulmuş, qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, hazırkı işdə iddiaçı özbaşına tikilinin ona məxsus olması, onun vəsaiti hesabına alınması, inşa edilməsi halını sübuta yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi bütün sənədləşmələr, kommunal xidmət haqlarının ödənilməsinə dair müqavilələr, qiymətləndirmə hesabatı və s. hamısı mübahisə başlandıqdan sonra, yəni 2019-cu ildən sonraya təsadüf edir. Hansı ki, iddiaçı evin 2015-ci ildən ona məxsus olduğunu israr edir. Mübahisəli evin onların əvvəl yaşadıqları evin satılmasından əldə edilən pul vəsaiti də daxil olmaqla 18.000 manata satın aldığını bildirir. Məhkəmə qətnamə qəbul edərkən qətnaməni formal əsaslandırmaqla kifayətlənmiş, iş üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarlarını ümumiyyətlə nəzərə almamışdır. İş üzrə iddiaçı eyni tələb üzrə ona qarşı müvafiq instansiya məhkəmələrinə müraciət etmiş, tələbi rədd edilmiş, məhkəmə qərarı qanuni qüvvəsini almasa da işə baxan hakim qeyd olunan məhkəmə qərarlarını görməzdən gəlmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-607/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərardadı ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), M.Hüseynov v ə İ.Dəmirov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, 2(012)-4020/2024 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

14. Məhkəmə kollegiyası nəticəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsindən sorğu ilə tələb edilərək öyrənilmiş 2(012)-2528/2021 saylı mülki işin materiallarından görünür ki, həmin iş üzrə xx.xx.2021-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər X8 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı “fərdi yaşayış evindən çıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş, Sumqayı t Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Beləliklə, göründüyü kimi həmin qətnamələr ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən ç ıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması” barədə iddiası təmin edilməsə də, iddiaçı təkrərən hazırkı iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehin yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Ona görə də, eyni tərəflər arasında eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir.

16. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 119, 233.3, 261.0.2, 262.1, 384.0.5, 387.2.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkili Vəkil) kassasiya ş ikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mülkiyyət hüququ, o cümlədən sahiblik hüququ mütləq hüquqdur. Belə hüquq münasibətləri davam edən hüquq münasibətləridir. Davam edən hüquq münasibətləri tərəflər arasında uzun müddət dəyişmədən mövcud olan, müəyyən sabitlik əldə edən hüquq münasibətlərinin bir növüdür. Davam edən hüquq münasibətlərindən yaranan mübahisələr bu münasibətlərin mövcud olduğu müxtəlif dövrlərdə və müxtəlif şəraitdə baş verə bilir. Belə mübahisələr MPM-nin 233.3-cü maddəsinin mənasında eyni mübahisə hesab edilmirlər. Bu halda yenidən eyni iddianın qaldırılması pozuntu sayılmır.

19. İddiaçının 2021-ci ildə qaldırdığı iddia ərizəsinin bax ıldığı dövrdə özbaşına tikililərə münasibətdə (yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə köçürmə barədə mübahisələrə) fərqli məhkəmə təcrübəsi tətbiq edilirdi. Hazırda bu prizmadan məhkəmə təcrübəsi dəyişmişdir. Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının müxtəlif zamanlarda qərarlarında olan fərqli yanaşma ilə təsdiq edilir. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırki mülki mübahisəyə dair MPM-in 233.3 və 261.0.2-ci maddələrinin təbiqi qanunsuz və əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

25. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

26. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi mü əyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər X8 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı “fərdi yaşayış evindən çıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması” barədə iddia tələbi təmin edilməmişdir. Həmin fərdi yaşayış evinin boşaldılması barədə iddiası təmin edilməsə də, iddiaçı təkrarən hazırkı iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehin yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Ona görə də, eyni tərəflər arasında eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mü lahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-607/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar