Məhkəmə qərarları › İş №2(102)-1925/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1925/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1925/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 firması və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 firması və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(105)-39/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh3 firması tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 0 4.10.2013-cü il tarixli “baş kredit razılaşması”na əsasən həmin razılaşma ilə müəyyən edilmiş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün Bank kredit alana xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü ilədək 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır.

2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 yenidən maliyyələşmə və obyektin təmiri məqsədi ilə 60 ay müdd ətinə illik 12 faizlə 1.910.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175.1 kv.m ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir.

4. Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 və Cavabdeh3 firması arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsasə, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir və həmin müqavilənin 3.5-ci bəndinə əsasən qeyri yaşayış sahəsinin bazar qiyməti 4.915.000 manat, likvid dəyəri 2.850.000 manat müəyyən edilmişdir.

5. Cavabdeh3 firması xx.xx.1998-ci il tarixdə Cavabdeh1 tərəfindən təsis edilmişdir. xx.xx.2013-cü il tarixdə firmanın nizamnaməsinə dəyişiklik edilmiş və firmanın təsisçisi, əmlakının mülkiyyətçisi Cavabdeh6 olmuşdur.

6. Həmçinin öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh6 ilə xx.xx.2013cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-774/2020 nömrəli,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı zaminliyə və ipotekaya xitam verilməsi tələbinə dair iddiası rədd edilmiş və qətnamə bütün instansiyalar üzrə dəyişdirilmədən saxl anılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 firması və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 117836-1-9130/1 saylı xx.xx.2013-cü il tarixli Kommersiya krediti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə banka borclu olduğu 1.497.791,64 ABŞ dolları məbləğində əsas borcun və 143.080,64 ABŞ dolları məbləğində faizin, cəmi 1.640.872,28 ABŞ dolları pul məbləğinin həmçinin məhkəməyə müraciət etmək üçün və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh3 firma sına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 3.257.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “Bank VTB ( Azərbaycan)” ASC-ə ödənilməsi, ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması və 117836-19130 saylı, xx.xx.2013-cü il tarixli Baş kredit razılaşmasının və 117836-1-9130/1 saylı, xx.xx.2013-cü il tarixli Kommersiya krediti müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etm əklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmədiyindən onun banka borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq, müvafiq borc banka ödənilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, Cavabdeh1 1.497.791,64 ABŞ dolları məbləğində əsas borcu, 143.080 ABŞ dolları məbləğində faiz, ümumiikdə 1.640.872,28 ABŞ dolları borcu var. 11. "xxxx" MMC-nin məhkməyə təqdim etdiyi rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsasə, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 m ərtəbəli qeyri-yaşayış sahəsinin 15 iyul 2019-cu il tarixinə olan real bazar dəyəri 5.833.000 manat təşkil edir.

12. Məhkəmə mühasibatlıq ekspertizasının 21312 saylı 30 aprel 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 04 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 21 iyun 2016-cı il tarixə əsas borca görə 1.500.124,84 ABŞ dolları, faiz borcuna görə 138.011, 49 ABŞ dolları borcu mövcuddur.

13. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi qismən təmin edilmiş, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 117836-1-9130 saylı, xx.xx.2013-cü il tarixli “baş kredit razılaşması” və 117836-1-9130/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 İddiaçı ASCnin xeyrinə milli manat ekvivalentində əsas borc üzrə 1.497.791,64 ABŞ dolları, faiz borcu üzrə 138.011,49 ABŞ dolları, ümumilikdə 1.635.803,13 ABŞ dolları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 manatın tutulması, tələbin Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 5.833.000 manat müəyyən edilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıl dıqdan sonra 1.635.803,13 ABŞ dolları pul və dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh3 firmasına qaytarılması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borc öhdəliyin təminatı olaraq zaminlər Cavabdeh3 firması və Cavabdeh6 ilə "xxxx" (Azərbaycan) arasında zaminlik müqaviləsi bağlanmışdır. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə xx.xx.2023-cü il tarixindən gec olmayaraq ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmiş və nəticədə kreditora borcu yaranmışdır. Buna görə də kreditorun borcun əsas hissəsinin və ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilmiş əsas borc id diaçının tələb etdiyi məbləğdən artıq olduğuna görə cavabdehlərdən tutulacaq əsas borc iddia tələbində göstərildiyi məbləğdə, faiz borcu isə ekspertin rəyinə əsasən hesablanmış məbləğə uyğun olmalıdır. Məhkəmənin hər hansı məbləğin tutulmasını qət etməsi üçün tutulacaq məbləğ konkret rəqəmlərdə ifadə etməlidir.

15. Belə ki, MPM-in 222.2-ci maddəsinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qanundan göründüyü kimi, alınmalı olan məbləğ qətnamədə göstərilməlidir. O cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqında” xx.xx.2005-ci il tarixli, 4 № Qərarının 9.3-cü bəndinə görə pul vəsaitlərinin tutulma sı haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır.

16. Kredit müqaviləsinin digər təminatı olaraq Bank VTB (Azərbaycan) ASC ilə Kənan firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsasə, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka ha qqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hü ququna malikdir.

18. Kredit müqaviləsi üzrə Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4175,92 kv.m ümumi, 2159,01 kv.m. əsasə, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

19. Lakin ipoteka ilə yüklü edilmiş qeyri yaşayış sahəsindən əmlakların çıxarılması yalnız qeyri yaşayış sahəsi satıldıqdan sonra çıxarıla bilər. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilən 1 aylıq müddətin axımı mənzilin satıldığı (alqısatqı müqaviləsinin bağlandığı) tarixdən başlayır. Çünk i hərrac baş tutmaya bilər, ipoteka saxlayan isə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilə bilər (“İpoteka haqqında” Qanun, maddə 43). Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. 20. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka predmeti ilə bağlı mübahisə olduğuna görə müstəqil qiymətləndiricinin rəyi alınmış və həmin rə yə əsasən ipoteka predmetinin real bazar dəyəri 5.833.000 manat göstərilmişdir. Ona görə də hesab olunur ki, ipoteka predmetinin ilkin satış qiyməti 5.833.000 manat göstərilməlidir.

21. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi tədqirdə, kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununlada iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsində nəzərdə tutulmuş müqavilənin birtərəfli qaydada ləğv edilməsi vaxtı tərəfə göndərilmiş təklifə riayət etmişdir.

22. Məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılma sı hissəsini araşdıraraq, hesab edir ki, həmin qeydri yaşayış sahəsində hansı əşyaların olması. O cümlədən kimlərin yaşaması barədə məhkəməyə dəlil təqdim edilmədiyinə görə bu hissədə iddia tələbi təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin faiz borcuna dair hissədə dəyişdirilməsi, qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılması hissəsində ləğv edilməsi, həmin hissələrdə iddianın tam təmin edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə mahiyyət etibarı ilə düzgün olsa da, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, habe lə iş üçün bütün zəruri əhəmiyyətli hallar araşdırılmadığından məhkəmə yekun olaraq qismən əsassız qətnamə qəbul etmişdir. Belə ki, qətnamə ilə qət edilən faiz borcu məbləğində məhkəmə xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir ki, həmin rəy faiz borcunu düzgün hesablamamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə ekspert rəyi arasında mövcud faiz borcunun məbləğləri arasında ziddiyət vardır. Məhkəmə də, ekspertin əsassız rəyinə istinad etmiş, nəticədə banka olan real borc məbləğindən daha az məbləğdə faiz borcunun tutulması qənaətinə gəlmişdir. Digər tərəfdən məhkəmə öz qətnaməsində ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına istinad etmişdir ki, bu barədə məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Çünki həmin rəylə mübahisəli əmlakın qiymətləndirildiyi məbləğ əmlakın real dəyərindən kifayət qədər yüksək qiymətləndirilmişdir. Bununla yanaşı qətnamənin ipoteka predmetinə tutma yönəldikdən sonra əmlakın boşaldılması hissəsində rədd edilməsi əsası tamamilə qanunsuz və əsassızdır. Məhkəmə bu barədə öz mövqeyini düzgün və hüquqauyğun şəkildə əsaslandırmamışdır. Məhkəmənin bu qənaətə gələrkən ipoteka hüququnun məhdud əşya hüququ olması nəzərə almamışdır. Sadalanan hallar əsasında apellyasiya şikayəti təmin edilməlidir.

25. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 saylı qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə si bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iş üzrə bütün zəruri hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbində qeyd olunan faiz borcunun hansı əsaslarla hesablanması məlum deyildir. Bundan əlavə iddia ərizəsi məhkəməyə daxil olan vaxtdan banka müəyyən ödənişlər edilmişdir. Bu ödənişlərin nəzərə alınması və mövcud borcun real məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir. Qeyd olunanlara əsasən qətnamə ləğv edilməli, iddia rədd edilməlidir.

27. Cavabdeh3 firması apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 saylı qətnaməsinin ona dair hissədə ləğv, iddian ın həmin hissədə rədd edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iş üzrə bütün zəruri hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə ödəniş cədvəli bir neçə dəfə dəyişdirilib və öhdəliyin həcmi də artmışdır. Lakin zamin və ipoteka qoyanın bununla bağlı razılığı alınmamışdır. Mövcud qanunvericilik isə zaminlik instituna xüsusi önəm verərək, zaminlik müqaviləsində əsas öhdəliyin yəni borclunun kreditor qarşısında öhdəliyinin həddi barədə göstərişin mütləq qeyd olunmasına önəm vermişdir. Başqa sözlə kredit xətti müqaviləsində qeyd olunan zəruri şə rtlər (məbləğ, müddət, faiz dərəcəsi valyuta) ipoteka müqaviləsində də göstərilməlidir. Hazırkı halda isə zaminin komersiya krediti müqaviləsi üzrə öhdəliyi üzərinə götürməsinə dair hər hansı razılığı alınmadığından, başqa sözlə zaminin bank qarşısında belə bir öhdəliyinin yarannmadığından, bu öhdəliyə görə ondan borc tələb edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, onlara aid hissədə ləğv edilməli, iddia rədd edilməlidir.

29. Apellyasiya icraatı zamanı işə əlavə edilmiş "xxxx" MMC-nin 20 aprel 2020-ci il tarixli rəyinə əsasən mübahisəli ipoteka predmetinin orta bazar qiyməti 3 048 000 manat müəyyən edilmişdir. 30. "xxxx" MMC-nin 11 oktyabr 2021-ci il tarixli rəyinə əsasən mübahisəli ipoteka predmetinin bazar dəyəri 5 900 000 manat, likvid dəyəri isə 5 400 000 manat müəyyən edilmişdir. 31. “X2 və Ekspertiza Mərkəzi” MMC-nin 21 fevral 2022-ci il tarixli rəyinə əsasən mübahisəli ipoteka predmetinin bazar dəyəri 5.545.000 manat, likvid dəyəri isə 5.270.000 manat müəyyən edilmişdir.

32. Apellyasiya instansiyası Məhkəməsinin iş üzrə təyin etdiyi təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 10/3036 nömrəli ekspert rəyinə əsasən Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən ******* milyon manat, likvid dəyəri isə ******* milyon manat təşkil edir.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 13 dekabr 2022-ci il tarixli, 2(105)-39/2022 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Şəmsəddin Abasov, Elman Rəhimov və Məhəmmədəli Rzayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(060)-35/2019 nömrəli qətnaməsi “tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdən sonra, əmlakın məcburi qaydada boşaldılmasının rədd edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53- cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. kömək çi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin tutma yönəldikdən sonra boşaldılması, qətnamənin “ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 5.833.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi açıq hərraca çıxarılarkən ilkin satış qiyməti onun likvid dəyərinə uyğun ******* manatın müəyyən edilməsi, qətnamənin qalan his sədə "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 117836-1-9130 saylı, xx.xx.2013-cü il tarixli “baş kredit razılaşması” və 117836-1-9130/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 İddiaçı ASC-nin xeyrinə milli manat ekvivalentində əsas borc üzrə 1.497.791,64 ABŞ dolları, faiz borcu üzrə 138.011,49 ABŞ dolları, ümumilikdə 1.635.803,13 ABŞ dolları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 25 manatın tutulması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 firmasından və Cavabdeh6 tutularaq X1 ödənilməsi” hissələrində dəyişdirilmədən saxlanılması qət edilmiş, ekspertiza xərci iddiaçıya və Cavabdeh3 firmasına aid ed ilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 firmasının apellyasiya şikayətləri təmin edilməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının və Cavabdeh1 apellyasiya şikayətlərinin faiz borcu ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspert rəyində faiz borcu əsas borca mütənasibdir. Habelə, faiz borcunun məbləğinin ekspert rəyində qeyd olunan məbləğdən aşağı olması barədə Cavabdeh1 tərəfindən, yaxud əksinə faiz borcunun rəydə qeyd olunan məbləğdən yuxarı olması barədə mötəbər sübut iddiaçı bank tərəfindən məhkəməyə təqdim edilməmişdir.

35. Mülki işin materillarından göründüyü kimi hazırkı iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi barədə bir sıra müstəqil qiymətləndiricilərin fərqli r əyləri mövcuddur. Məhkəmə öz qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkıən həmin müstəqil qiymətləndiricilərdən birinin ( "xxxx" MMC) rəyinə istinad etmişdir. Bu rəy isə hazırda İddiaçı ASC tərəfindən apellyasiya şikayətində mübahisələndirilir. Məhkəmə kollegiyası iddiaçının şikayətinin ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi barədə dəlilini nəzərə alaraq mülki iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir. Yuxarıda qeyd olunduğu kimi iş üzrə sonuncu əmtəəşünaslıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 10/3036 nömrəli ekspert rəyində Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4. 175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5 000 000 manat, likvid dəyəri isə 4 000 000 manat məbləğdə qiymətləndirilmişdir. Kollegiya prosessual qənaət prinsipini, iş üzrə bu istiqamətdə kifayət qədər araşdırma aparılmasını nəzərə alaraq, daha uyğun və obyektiv rəy kimi məhz həmin rəyə istinad edilməsini zəruri hesab edir.

36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan Cavabdeh3 firmasına məxsus Sumqayıt şəhəri 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli, 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m. əsas, 2.016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi açıq hərraca çıxarılarkən ilkin satış qiymə ti onun likvid dəyərinə uyğun 4 000 000 manat müəyyən edilməlidir. Başqa sözlə, hazırkı halda ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini birinci instansiya məhkəməsi düzgün müəyyən etməmişdir.

37. Həmçinin İddiaçı ASC-nin apellyasiya şikayətinin, tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdən sonra, əmlakın məcburi qaydada boşaldılmasının rədd edilməsi hissəsində dəlilini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu barədə mövqeyi əsaslı hesab edilə bilməz və iddia bu hissədə təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” qanunun 59-cu maddəsi yalnız yaşayış sahələri ilə bağlı müəyyən məhdudiyyətlər müəyyən etmişdir. Həmin məhdudiyyət tədbirləri qeyriyaşayış sahələrinə şamil oluna bilməz.

38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 26 9.5, 319.1, 385.1, 442, 445.2.1, 448.1, 448.2, 460.1, 470.1, 472.2-ci, «İpoteka haqqında» AR Qanununun 1.0.9, 34.1.1, 36.1, 39.3.3-cü və MPM-nin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabehlər Cavabdeh1 və Cavabdeh3 firması ( Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddia ərizəsində 1.497.791,64 ABŞ dolları məbləğində əsas borcun və 143.080,64 ABŞ dolları məbləğində faizin hesablandığı göstərilsə də, həmin faiz məbləğinin necə hesablandığı qeyd olunmamışdır. Pretenziya məktubunda isə faiz məbləğinin 10.891,28 ABŞ dolları, gecikdirilmiş əsas borc məbləğinin 190,837,01 ABŞ dolları, gecikdirilmiş faiz borc məbləğinin 96.914,65 ABŞ dolları, gecikdirilmiş əsas borca hesablanmış faiz məbləğinin 9.312,98 ABŞ dolları olduğu göstərilmişdir. Lakin qeyd olunan faiz məbləğlərinin hesablanacağı müqavilədə razılaşdırılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(060)-79/2018saylı qərardadına əsasən, Banka olan borcun hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin ekspert ümumi boc məbləğini bankın hesabladığı ilə təxminən eyni hesablamış (ümumi borc məbləğindən cəmi 5000 ABŞ dolları az), lakin iddia ərizəsində qeyd olunan faiz borclarının necə hesablandığını əsaslandırmamışdır. Əlavə olaraq bildiririk ki, iddia ərizəsi məhkəməyə təqd im edildikdən sonra cavabdeh tərəfindən ödənişlər edilmişdir (qəbzlərin əsli məhkəməyə təqdim edilmişdir). Lakin həmin məbləğlər ekspert tərəfindən hesablanmış borcdan çıxılmamışdır. Ona görə də hesab edirik ki, təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməli və borc məbləği yenidən hesablanmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmamış və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Hesab edirik ki, təkrar ekspertiza keçirilməməsi iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə maneə yaratmaqla bərabər, məhkəmə aktlarının preyudisial əhəmiyyətini də şübhə altında qoya bilər. Ona görə də iş üzrə təkrar ekspertiza keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızl ığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bundan əlavə bildiririk ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları da pozulmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Maraqlarına toxunan şəxsin ərizəsi

42. Maraqlı şəxs (bundan sonra - ərizəçi) işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi Azərbyacan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün hüquqlarının müəyyən edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir.

43. Ərizə belə əsaslandırılmışdır ki, o, Cavabdeh6 ilə 11 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikah dövründə Cavabdeh3 Firmasının 100% payını alqı-satqı yolu ilə Cavabdeh2 adına almışlar. Cavabdeh3 Firmasının 100% payı 7798 manat əmlak şəklində olmaqla, Azərbaycan. Respublikası Vergilər N azirliyində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Cavabdeh2 ilə 5 ildən artıqdır ki, birlikdə yaşamırlar. Bu müddətin böyük bir hissəsini Türkiyədə yaşamışdır. Hazırda əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etmək istədikdə ona məlum olmuşdur ki, Cavabdeh3 Firmasının nizamnamə kapitalını təşkil edən əmlakı 3-cü şəxs tərəfindən kredit götürülərkən onun məlumatı və razılığı olmadan girov qoyulmuşdur. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli Baş kredit razılaşmasına əsasən, Cavabdeh1 04 oktyabr 2023-cü ilədək 5 000 000 ABŞ dolları həcmində kredit xətti açılmışdır. Cavabdeh3 Firması, Cavabdeh1 və Bank arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh3 firmasına məxsus olan Sumq ayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175.92 kv.m, ümumi, 2159.01 kv.m. əsas, 2016.92 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış sahəsi (kommersiya və iaşə obyekti) ipoteka qoyulmuşdur. Bununla bağlı həmin ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Hesab edir ki, Cavabdeh2 Cavabdeh3 Firmasında olan payı ümumi birgə mülkiyyət hesab edildiyindən nizamnamə kapitalını təşkil edən yeganə əmlakının girov qoyulması barədə müqavilə təsisçi Cavabdeh6 qərarı ilə və eyni zamanda onun notarial qaydada razılığı alınmaqla bağlana bilərdi. Ona görə də apellyasiya instansiya məhkəməsinin hazırki qərarı onun maraqlarına toxunur.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2023- cü il tarixli 2(102)-1714/2023 saylı qərardadı ilə ərizə təmin olunmamışdır.

45. Kassasiya instansiyasının mövqeyinə görə Cavabdeh2 Cavabdeh3 firmasının hər biri 2 manat olmaqla 3899 ədəd payını əldə etmiş, firmanın nizamnaməsinə edilmiş dəyişikliyə əsasən firmanın təsisçisi olmuş, ipotekaya qoyulan əmlak Cavabdeh2 deyil, firmaya məxsus olmuşdur. Firmaya məxsus olan əmlakın isə ipotekaya qoyulması barədə razılıq yalnız firmanın təsisçilərinin yığıncağı və hüquqi şəxsin səlahiyyət verdiyi şəxslər, idarələr tərəfindən qanunla müəyyən edilmiş qaydada verilə bilərdi. İşdən də, firmanın təsisçilərinin yığıncağı tərəfindən firmaya məxsus əmlakın Cavabdeh1 kreditinin təminatı qismində ipoteka ilə yüklü edilməsi barədə razılığın verildiyi müəyyən edilib. Hazırki mübahisəli hüquqi vəziyyətə ər-arva dın birgə mülkiyyətinin hüquqi vəziyyətini müəyyən edən normaları deyil hüquqi şəxsin əmlakının idarə edilməsini təsbit edən qanunun normaları tətbiq edilməlidir. Tətbiq edilən hüquq Mülki Məcəllə

46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 440.4. Borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.

48. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ( vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

50. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;

51. Maddə 448.1. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

52. M addə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir;

53. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

54. Maddə 1.0.9. İlkin satış qiyməti - qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir;

55. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazım ınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər;

56. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu bax ımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Belə ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən kredit borcuna dair sənədlər (maliyyə arayışı, ödəniş cədvəli və s.) ətraflı araşdırılaraq,ödənişlər nəzərə alınmaqla müvafiq rəy verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının və mənzilin qiymətləndirilməsinə dair qiymətləndiricinin rəyi kifayət qədər əsaslandırılmışdır, həmin rəyləri şübhə altına almaq üçün əsaslar yoxdur.

70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyas ı Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 firmasının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-39/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar