Məhkəmə qərarları › İş №2(102)-1941/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1941/2022

18.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1941/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, xxx Cavabdeh2, Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlak bölgüsü və bərabər paylı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qətnaməsinin icrası qaydasında ümumi birgə əmlakın hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)5306/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC (hazırki adı "xxxx" MMC) və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xxx Cavabdeh2 və xxxa (xxx) xxxı 24 oktyabr 1992-ci il tarixdə nikaha daxil olmuşlar. xxx Cavabdeh2 adına 15 yanvar 2014-cü il tarixdə ünvan 1 yerləşən 0,09 ha torpaq sahəsi, 17 yanvar 2014-cü il tarixdə ünvan 2 kəndində yerləşən 0,19 ha torpaq sahəsi və 14 iyul 2017-ci il tarixdə ünvan 1 sahəsi 0,10 ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli icra sənəd inə əsasən xxx Cavabdeh2 57500 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Cavabdeh3 ödənilməlidir. Qətnamə 21 iyun 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilərək, xxx Cavabdeh2 mülkiyyətində olan qeyd edilən torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 MMC (hazırda "xxxx" MMC) tərəfindən ünvan 1 yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, ünvan 2 kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələrinə dair Cavabdeh1 MMC-nin 17 oktyabr 2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı protokollarına və hərracın yekunları üzrə əmlakın alqı-satqısı bar ədə müqavilələrə əsasən həmin torpaq sahələri Cavabdeh3 tərəfindən əldə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və xxx Cavabdeh2 arasında nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, xxx Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 sahəsi 0,09 ha olan, ünvan 2 kəndində sahəsi 0,19 ha olan və ünvan 1 sahəsi 10 ha olan torpaq sahələrinin 17 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş açıq hərracla satışı nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 yerləşən 0,09 ha torpaq sahəsinin, Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin, ünvan 1ndə sahəsi 10 ha olan torp aq sahəsinin bərabər şəkildə onunla cavabdeh xxx Lətif Cavabdeh2 oğlu arasında bölünməsi və həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırilmışdır ki, Cavabdeh1 MMC tərəfindən hərrac qanunsuz keçirildiyindən, onun nəticəsi də etibarsız hesab edilməlidir. Belə ki, hərrac keçirilərkən torpaq sahələrinin birgə nikah dövründə əldə olunmuş ümumi birgə əmlak olması nəzərə alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(005)110/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, ünvan 2 kəndində yerləşən 0,19 ha torpaq sahələrinə İddiaçı və xxx Cavabdeh2 hər birinin ½ hissədə payı müəyyən edilərək, həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüquqlarının tanınması, ünvan 1 yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, ünvan 2 kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC-nin 17 oktyabr 2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı hərracın yekunları haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2-ci, Mülki Məcəlləsinin 213.2, 225.1, 225.6-cı maddələrinə istinad edərək qeyd etmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti dir. Mübahisəli torpaq sahələrinin İddiaçı və cavabdeh xxx Cavabdeh2 nikah müddətində əldə etdikləri ümumi mülkiyyət olması isə mübahisəsizdir. Məhkəmə, mübahisələndirilən əmlaklara dair keçirilmiş hərracın etibarsızlığı ilə bağlı isə qeyd etmişdir ki, Cavabdeh1 MMC ("xxxx" MMC) tərəfindən ünvan 1 yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, ünvan 2 kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərrac, o cümlədən, Cavabdeh1 MMC-nin 120 saylı, 121 saylı və 122 saylı, 17 oktyabr 2019-cu il tarixli hərracın yekunları haqqında protokolları və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilməlidir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 415.2, 415.4, 415.5, 416.1, 416.2-ci, “İcr a haqqında” Qanunun 53.2, 62.1, 62.2-ci maddələrini tətbiq etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(005)110/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-5306/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(005)-110/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarından əlavə olaraq Mülki Məcəllənin 224-cü maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına istinad etmiş və hesab etmişdir ki, ünvan 1 yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, ünvan 2 kəndində yerləşən 0,19 ha torpaq sahələri İddiaçı və xxx Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş ümumi əmlakları olduğundan və hərrac qanunvericiliyin tələblərinə zidd keçirildiyindən iddia tələbi əsaslıdır. Cavabdehin bildirdiyi kimi alınan borcun ümumi borc olması öz təsdiqini tapmamışdır. Hətta bu birgə borc hesab edilmiş olsa belə, onların bölgüsü kreditor qarşısında birgə borclu olmasını aradan qaldırmır. Qanunverici ümumi mülkiyyətdə olan əmlaka tutmanın yönəldilməsi üçün ayrıca qayda müəyyən etmişdir. Apellyasiya şikayətləri formal mülahizələrə əsaslanır və heç bir dəlilə söykənmədiyindən təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdehlər "xxxx" MMC (əvvəlki Cavabdeh1 MMC) və Cavabdeh3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-5306/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məzmunu eyni olan hər iki kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 225.1, 225.2, Ailə Məcəlləsinin 32.1, 32.2.2 və 37.3-cü maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarının tələbləri pozulmuşdur. Belə ki, borclu tələbkardan aldığı borcları ailənin ehtiyacları üçün xərcləmiş, o cümlədən 0,10 hektar torpaq sahəsini tələbkardan götürdüyü borc hesabına əldə etmişdir. İddiaçı və cavabdeh xxx Cavabdeh2 arasında nikah Cavabdeh3 və xxx Cavabdeh2 arasında borc müqaviləsi bağlandıqdan 1 il 7 ay sonra, habelə icra vərəqəsinin verilməsindən 1 il 1 ay sonra pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalar ını düzgün tətbiq etmədiyindən əmlakların və borcun birgə nikah dövründə əldə edildiyini, icra vərəqəsi verilərkən tərəflərin birgə nikahda olduqlarını, hətta bir əmlakı borc müqaviləsindən sonra əldə etdiklərini, icra vərəqəsi verilən tarixdə iddiaçının nikah müqaviləsinə xitam verilməsi barədə iddiasının olmadığını, süni şəkildə məhkəmə aktının icrasından yayınmalarını nəzərə almamış, qeyd olunan faktlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlərlə tam mübahisələndirdiyindən və tələblər bölünməz olduğundan, kassasiya baxışını n hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmal ıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müva fiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kredi tor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birini n əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətin də satılmalıdır. 53.2-ci maddəsinin birinci hissəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüquq una malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tə ləb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uy ğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan hüquq norması tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisələndirilən torpaq sahələrinin iddiaçı ilə cavabdeh xxx Cavabdeh2 ümumi birgə mülkiyyətləri olması mübahisə predmetini təşkil etmir. Mübahisəli məsələ həmin əmlakların cavabdeh xxx Cavabdeh2 borclu kimi tanındığı icra sənədinin icrası qaydasında hərracdan satılmasının qanuniliyidir. İddianı təmin edərək keçirilmiş hərrac nəticəsində bağlanılan alqı-satqı müqavilələrini etibarsız hesab edən birinci instansiya məhkəməsi və həmin qərarı dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi mövqelərini MM-in 337.1 və 416.1-ci maddələri ilə əsaslandırmışlar. Lakin Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu M əcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmələr tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. İddiaçının tələbinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan əmlakın onunla cavabdeh xxx Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olması və həmin əmlak hərracdan satılarkən mülkiyyət hüququnun pozulması təşkil edir. Bununla bağlı nəzərə alınmalıdır ki, mübahisələndirilən hərrac cavabdeh xxx Cavabdeh2 təşəbbüsü ilə deyil, sonuncudan borc məbləğinin tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci ma ddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Hazırki işdə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi üzrə tələb borclu xxx Cavabdeh2 adına rəsmi qeydiyyata alınan torpaq sahələrinə icra məmurun qərarı (sifarişi) ilə yönəldilmiş və iddiaçı “İcra haqqında” Qanunun 89-cu maddəsinə uyğun olaraq əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə deyil, artıq keçirilən h ərracın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişdir. Digər tərəfdən müəyyən olunmuşdur ki, cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunan borc birgə nikah dövründə yaranmış, o cümlədən mübahisələndirilən torpaq sahələrindən biri məhz həmin borc vəsaiti hesabına alınmışdır. Dolayısı ilə cavabdehlər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunan borcun cavabdeh xxx Cavabdeh2 ilə yanaşı iddiaçının da birgə öhdəliklərinin olmasını və bu səbəbdən tələbin onların birgə mülkiyyətlərinə yönəldilməklə iddiaçının mülkiyyət hüququnun pozulmamasını iddia etmişlər. Cavabdehlərin həmin dəlillərinə hüquqi qiymət verən ape llyasiya məhkəməsi hesab etmişdir ki, alınan borcun ümumi borc olması öz təsdiqini tapmamışdır. Lakin apellyasiya məhkəməsi gəldiyi həmin nəticəni əsaslandırmamışdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. 23 iyul 2021-ci il tarixli qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir.... Həmçinin kr editor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Göründüyü kimi, Konstitusiya Məhkəm əsi MM-in 224.1-ci maddəsindən çıxış edərək, yalnız şəxsi xarakterli öhdəliklərin icrası üçün ər-arvadın ümumi əmlakındakı payına ödəməni yönəltmək məqsədi ilə kreditorun həmin payın ayrılması tələbi ilə iddia verməli olmasını təsbit etmişdir. Öhdəlik ümumi olduqda isə tələbkarın belə iddia ilə müraciət etməyə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumu G.Cavabdeh2zadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında göstərilmişdir ki, mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Məhkəm ə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər "xxxx" MMC (Cavabdeh1 MMC) və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-5306/2021 nömrəli qətnaməs i ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar