Məhkəmə qərarları › İş №2(102)-1941/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1941/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1941/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə, bərabərlik hüququ, qadağan edilmiş özbaşınalıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)5389/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 anadan olmuşlar.

3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2860/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş uşaqların yaşayış yerinin müəyyən olunması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması məsələləri həll edilmişdir.

4. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də yerləşən 12 nömrəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) özbaşına tikilidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X9 və X6 ilə birlikdə cavabdehin istifadəsində olan mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, birgə yaşadıqları müddət ərzində cavabdehlə birlikdə ailələri üçün əlavə 4 otaqlı ev inşa etmişlər və birlikdə həmin evdə yaşamışlar, ona və uşaqlarına məxsus əml ak da həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aralarında olan narazılığa görə nikahları pozulmuşdur. Nikahları pozulduğuna görə onu yeni tikilmiş evə buraxmamışlar. Həmin ev qanunsuz tikili olsa da, cavabdehlə birlikdə onun da evdən istifadə hüququ vardır. Həmin ev onun yeganə yaşayış yeridir,.

7. Məhkəmə baxışı zamanı X11 (bundan sonra – üçüncü şəxs) mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Mustafayev Bəybala Sərxan oğlu və onun vəkili iddia ərizəsinin dəlillərinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişlər.

9. Üçüncü şəxs iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli evi 1984-1985-ci illərdə tikmişdir. Həmin evdə ailəsi ilə birlikd ə yaşamışdır. Özbaşına tikilinin cavabdehə heç bir aidiyyətı yoxdur, ev ona məxsusdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X8 göstərmişdir ki, iddiaçının xalasıdır. İddiaçı evli olduğu müddətdə mübahisəli evdə yaşamışdır. Dəfələrlə yığıncaq olanda qonaq getmişdir. Həyətin qapısından girəndə 1-ci evin mətbəxində iddiaçı onlara süfrə açmışdır. İddiaçı gəlin köçəndə qayınatasının evinə köçmüşdür. Mübahisəli evi isə iddiaçı və həyat yoldaşı tikmişdir. Mübahisəli evə daxil olanda iri mətbəx, oradan içəri evə daxil olanda sağ tərəfdə iddiaçının yataq otağı yerləşmişdir. X11 cavabdehin əmisidir. Təzəkənd deyilən yerdə yaşamış və mübahisəli evdə heç vaxt yaşamamışdır. Axırıncı dəfə iddiaçı mübahisəli evdə n çıxmamışdan 10-15 gün əvvəl həmin mənzildə olmuşdur. İddiaçı toyu olandan sonra qayınatasının evinə köçmüş, cehizlər də həmin evə gətirilmiş, 2-3 il orada yaşadıqdan sonra öz evlərinə köçmüşdür.

11. X2 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır. Bacısı ailə qurmamışdan əvvəl də cavabdeh tərəflə qohumluq münasibətləri olmuşdur. Belə ki, Mustafayev Bəybala atasının əmisidir. Bacısı ailə qurmamışdan əvvəl də həmişə Bəybala əmisigilə qonaq getmişlər. Bacısı 2006-cı ildə ailə qurduqdan sonra qayınatasına məxsus evə gəlin köçmüşdür. 2-3 il orada yaşadıqdan sonra öz tikdikləri evə köçmüşdür. X11 mübahisəli mənzildə yaşamamışdır. Mübahisəli ev yarımçıq tikili idi, sonradan cavabdeh oranı təmir etdirmiş və bacısıgil ora köçmüşlər. Evin bütün xərclərini cavabdeh özü çəkmişdir. Babayev Nurb alanın özünün ayrı evi olmuş və bir neçə dəfə onun özünə məxsus evində xeyir işlərdə, məclislərdə iştirak etmişdir. Yarımçıq tikilidə əvvəllər heyvan saxlanılırdı.

12. Şahid Səfərov Vəkil Ağamehdi oğlu ifadəsində bildirmişdir ki, 20 ildir Qobustan qəsəbəsində yaşayır. Cavabdeh tərəflə münasibətləri 1997-ci ildən yaranmışdır. O və yoldaşı cavabdehin evinə həmişə qonaq getmişlər. Digər evdə də olmuşdur. Rəsul, yəni Nurbala əmini tanımış və mübahisəli mənzildə yaşadığını sonradan bilmişdir.

13. X3 ifadəsində bildirmişdir ki, Bəybala əmi xalasının yoldaşıdır. Hər iki evin təmir işlərini görmüşdür və iddiaçının əşyalarını avtomobilə yükləmişdir. Əşyaların daşınması tarixi dəqiq yadında olmamışdır. İddiaçı gəlin köçəndə hacının, yəni Bəybalanın evinə köçmüşdür. Evləri təmir edəndə iddiaçı ona in ternetdən təmirin hansı formada olunması ilə bağlı şəkillər göndərmişdir ki, təmiri bu formada etsin. Mübahisəli evdə Rəsul əmi, yəni Nurbala yaşamışdır. Evin təmiri pulunu da ona Rəsul əmi vermişdir.

14. X1 ifadəsində bildirmişdir ki, zalda olanların çoxu qəsəbə sakinləridirlər. Onu cavabdeh iddiaçının əşyalarını aparmaq üçün çağırmış, 50 manat da pul vermişdir. Əşyaları Umbakı qəsəbəsinə aparmışdır.

15. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış keçirilmişdir. Fotoşəkildə iddiaçı və övladlarının evdə yaşadıqları vaxt müxtəlif tarixlərdə görüntüləri əks olunmuşdur.

16. Məhkəmə tərəfindən mübahisə edilən tikiliyə yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, mübahisəli fərdi yaşayış evi 3 otaqlı tikilidir. Qonaq otağı, yataq otağı və mətbəxdən ibarət tikili iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə əks olunan otaqlar olmuşdur. İddiaçının bildirdiyinə görə, həmin tikilidə ona məxsus əşyalar olmuşdur, cavabdeh tərəf onun icazəsi və razılığı olmadan ona məxsus əşyaları avtomobilə yükləyərək ona göndərmişlər. Bundan başqa, iddiaçıya məxsus paltaryuyan maşın da tikilidən çıxarılaraq, həyətdə olan anbara yerləşdirilmişdir.

17. Məhkəmə baxışı zamanı təqdim edilmiş Qobustan Bələdiyyəsinin 10 oktyabr 2022-ci il tarixli 538 nömrəli arayışına əsasən iddiaçı mübahisəli özbaşına tikilidə 2007-ci ildən 2021-ci ilədək yaşamışdır. Nurbala Babayev həmin ünvanda yaşamamışdır, sonuncunun qeydiyyat və yaşayış yeri ünvan 1 ünvanı olmuşdur.

18. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-1579/2022 n ömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia təmin edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməməsi üçün əsas sayıla bilməz. Belə ki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması və mübahisə edilən evin özbaşına tikili olması evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz.

20. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli ev barəsində «gözlənti» hüququna malik olması halında belə bu, iddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 68-ci maddəsi ilə t əminat verilən hüquqlardan məhrum edilməsi üçün əsas olmamalıdır. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etməmişdir.

21. İddiaçı mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq çıxarılmışdır. O, əvvəllər ailə üzvləri ilə yaşadığı və ondan icazəsiz və xəbəri olmadan çıxarılanadək əşyalarının olduğu tikiliyə köçmək, övladları ilə orada yaşamaq istəmişdir.

22. Üçüncü şəxs mübahisəli tikilidə yaşamamış, istifadə etməmiş, başqa ünvanda qeydiyyatda olmaqla yaşamışdır. İddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdikdən sonra, cavabdeh tərəf görüntü yaratmaq məqsədi ilə üçüncü şəxsi mübahisəli tikiliyə yerləşdirmişlər. Halbuki, tikilinin kommunal xərcləri ilə bağlı sənədlər üçüncü şəxsin adına deyil, sonuncu həmin tikilidən heç vaxt istifadə etməmiş, orada yaşamamış, başqa ünvanda daimi yaşamaqla, özbaşına tikiliyə hər hansı aidiyyəti olmamışdır.

23. Məhkəmə qeyd etmişdir ki, mübahisəli özbaşına tikilidə sərf edilən elektrik enerjisinin hesabatını aparan sayğac və abunə kodu cavabdehin atası Bəybala Mustafayevin adına olmuşdur. Həmin sayğac xx.xx.2008-ci il tarixdə quraşdırılmış, xx.xx.2016-cı ildə yenisi ilə əvəz edilmişdir. Bəybala Mustafayevin adına abunə kodu xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, onunla elektrik enerjisinin alqı-satqısına dair müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır.

24. Tərəflər özbaşı na tikilini birgə nikahda olduqları dövrdə inşa etmişlər, tikilinin inşası başa çatdıqdan sonra iddiaçı gəlin köçdüyü qayınatasına məxsus evdən əri ilə özünün inşa etdiyi özbaşına tikiliyə köçmüş, 2007-ci ildən 2021-ci ilədək, oradan çıxarılanadək həmin tikilidə yaşamış, əmlakı orada olmuş, qonaqları həmin tikilidə qəbul etmiş, bir sözlə, həmin tikilidən təyinatı üzrə yalnız tərəflər istifadə etmişlər.

25. İddiaçı məhkəmə çəkişməsi gedən vaxt yenə də mübahisənin sülh yolu ilə həll edilməsi üçün övladları ilə birlikdə yaşamaq üçün mübahisəli tikiliyə getmiş, cavabdehin atası onu evə buraxmamış, məhkəmə mübahisəyə baxdıqdan sonra gəlib yaşamasını bildirmişdir. Qeyd olunanlar təqdim olunmuş video materialdan aşkar şəkildə görünmüşdür.

26. Üçüncü şəxsin mübahisəli evi daha əvvəl inşa etməsi ba rədə dəlilləri təsdiq olunmamışdır.

27. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 11, 180-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

29. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ev üçüncü şəxs olan əmisi tərəfindən 1984-1985-ci illərdə tikilmiş, hazırda da əmisi ailəsi ilə birlikdə həmin evdə yaşayır. Mübahisəli ev ilə onun heç bir əlaqəsi olmamışdır. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmamışdır. İddiaçı iddia tələbində həmin tikilinin onun atasına məxsus olmasını və birgə nikah dövründə tikildiyini iddia etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Ev 1984-1985-ci illərdə inşa edilmişdir. Bunun müəyyən edilməsi üçün məhkəməyə vəsatət verərək, ekspertiza keçirilməsini xahiş etsə də, əsassız olaraq vəsatəti təmin edilməmişdir. Hətta bu barədə məhkəməyə videogörüntülər də təqdim edilmişdir ki, iddiaçı həmin evə zorla daxil olaraq yaşamağa başlamışdır. Onun həmin evdə yaşamasına heç kimin razılığı olmamışdır. Bundan başqa məhkəməyə həmin evin köhnədən, yəni 1984-85-ci illərdə tikilməsini təsdiq edən, 2002-ci ildə və 2004-cü illərdə olmuş toyların videogörüntülərini təqdim etsə də, məhkəmə bunu da qəbul etməmişdir. Həmin toy görüntülərindən aydın olur ki, mübahisəli ev həmin vaxt mövcud olmuşdur. Bütün kommunal xərclər atası tərəfindən ödənilmişdir. İddiaçı bir gəlin kimi həmin evə gəlib-getmiş, lakin evin tikintisi ilə heç bir əlaqəsi olmamış və orada daimi yaşamamışdılar. Lakin bütün bunlar məhkəmədə tam araşdırılmamışdır. Üçüncü şəxs öz oğlu Bəylərə də toy edərək, gəlini mübahisəli evə gətirmişdir. Bunu təsdiq edən toy görüntüsünü təqdim etsə də, buna da məhkəmədə əhəmiyyət verilməmişdir. Məhkəməyə dəvət edilmiş şahidlərdən X8 iddiaçının xalası, X10 iddiaçının bacısıdır. Şahidlər iddiaçının qohumu olduğundan və onun mənafeyinə uyğun ifadə verdiklərindən onların ifadələri mötəbər sübut sayıla bilməz. Bundan başqa, onun tərəfindən dəvət edilmiş şahidlər bildirmişlər ki, iddiaçı onun atasına məxsus evə gəlin köçmüşdür. Əmisinə məxsus olan ev də həmin vaxt mövcud olmuşdur. Sonradan əmisinin razılığı ilə onlar müvəqqəti yaşamaq üçün mübahisəli evə köçmüşlər. Cehiz əşyalarını da özü ilə apararkən (şahid ifadələri ilə təsdiq olunmuşdur) mübahisəli evdə yaşamaq niyyətinin olmadığını nümayiş etdirmişdir. İddiaçının hazırda yaşamağa Qaradağ rayonu, Umbakı qəsəbəsində, Sanqaçal qəsəbəsində və Bakı şəhərində 3 evi vardır. İddiaçı qəsdən əlavə problemlər yaratmaq üçün bu iddianı qaldırmışdır. O, ikinci dəfə ailə həyatı qurmuş, yeni nikahdan bir övladı olmuş, iddiaçı ilə birgə nikahdan olan iki oğlu da onunla yaşayırlar.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5389/2023 nömrəli, 06 noyabr 2023-cü il ta rixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Qasımov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evin birgə nikah dövründə və cavabdehin vəsaiti hesabına yaşayış üçün yararlı vəziyyətə gətirilməsini, o cümlədən əsaslı təmir edilməsini, bu əmlakın məhz onlara məxsus olmasını və 2007-2021-ci illər ərzində orada yaşamasını sübut etməli idi. Bu istiqamətdə ən real görünən tədbirlər iddiaçının tikinti materiallarının cavabdeh tərəfindən alınmasını təsdiq edən qəbzlərin təqdim edilməsindən, təmir-tikinti işlərinin yerinə yetirilməsində iştirak edən, habelə məsələ barədə məlumatlı olan digər şəxslərin şahid qismində iştirakının təmin edilməsindən, istinad etdiyi hallara dair fotoşəkillərin və videogörüntülərin təqdim edilməsindən ibarət olmuşdur. Bu zaman cavabdehin özünün məsələyə münasibəti, o cümlədən təqdim etdiyi sübutlar da iddianın təmin edilibedilməməsi baxımından həlledici rol oynayır.

32. Məhkəmə qeyd etmişdir ki, formalaşmış təcrübəyə uyğun olaraq əksər hallarda tikinti materiallarının alqı-satqısının rəsmiləşdirilməsi, zəruri bilinmədiyi səbəbindən, aparılmır. İddiaçının özü də bu mövqedən çıxış etmişdir. Həmçinin, aparılmış təmirtikintidən xeyli vaxt keçmişdir. Bu da öz növbəsində hər hansı qəbzin hazırda əldə edilməsini qeyri-mümkün etmişdir. Şahid qismində ifadə verən şəxslərdən ikisi iddiaçının xalası və bacısıdır. Onlar iddiaçının nikaha daxil olduqdan sonra ilk olaraq qayınatasının evində, 2-3 il sonra isə həmin evin həyətində yerləşən mübahisəli evə köçdüyünü, üçüncü şəxsin həmin evdə heç vaxt yaşamadığını vurğulamışlar. İfadəsi alınmış digər 3 şahiddən 2-i qonşu, 1-i isə qohum olmuşdur. Qonşu olan şahid Səfərov Vəkil Ağamehdi oğlu mübahisəli evdə üçüncü şəxsin yaşadığını sonradan bildiyini qeyd etmişdir. Qohum olan X3 hər iki evin təmir işlərini gördüyünü, mübahisəli evdə üçüncü şəxsin yaşadığını və təmir pulunun da onun tərəfindən verildiyini bildirmiş, eyni zamanda, evlərin təmiri zamanı iddiaçının ona təmirin hansı formada olması ilə bağlı internetdən şəkillər göndərdiyini qeyd etmişdir (halbuki, evlərin birinin cavabdehin atasının mülkiyyətində olduğu, mübahisəli evin isə üçüncü şəxsə məxsus olduğu bir halda, təmirin formasının məhz iddiaçı tərəfindən müəyyən edilməsi də başa düşülən olmamışdır (yalnız mübahisəli evin iddiaçının sahibliyində olması qənaəti bu fikri başa düşülən etmişdir). Mübahisəli ev (əvvəlki vəziyyətdə) 2002-ci ilə aid çəkilişdə də əks etdirilmişdir.

33. Mübahisəli ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamış, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikili olmuş, bir tikinti olaraq tərəflər arasında bağlanmış nikahdan əvvəl inşa edilmiş və ilk olaraq yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Lakin yaşayış üçün tam yararlı, yəni hazırki vəziyyətə isə artıq tərəflər nikahda olduqları dövrdə çatdırılmış, o cümlədən əsaslı təmir edilmişdir.

34. Cavabdeh və üçüncü şəxs mübahisəli evin 1984-1985-ci illərdə üçün cü şəxs tərəfindən inşa edildiyini, ona məxsus olduğunu və onun həmin evdə yaşamasını bildirsələr də, bu şəxsin iddiaçı evdən çıxarılan tarixədək (2021-ci ilin ortalarına kimi) evlə nə hüquqi, nə də ki, fiziki bağlılığı müəyyən edilməmişdir. Halbuki, onun 30 ildən artıq müddətdə istifadə və sahibliyini təsdiq edən xeyli sayda sübutu olmalı idi və mövcud sübutlar qarşısında ümumiyyətlə bu hal işin mübahisəsiz halına çevrilməli idi. Lakin bu faktı təsdiq edən bir sübut belə təqdim edilməmişdir (Qobustan Bələdiyyəsinin xx.xx.2022- ci il tarixli, 538 nömrəli arayışı ilə bunun əksi sübut olunmuşdur). Həmin evə kommunal xidmətlərin göstərilməsinə dair onunla hər hansı bir müqavilə bağlanmamış, evlə bağlı aparılmış hər hansı bir ödənişdə onun adı qeyd edilməmişdir. O, bu halı həmin sahənin ata yurdu olması, cavabdehin atasının isə onun böyük qardaşı olması ilə əsaslandırmışdır. Lakin cavabdehin atasının X5 başqa da qardaşları olmuşdur. Belə olan halda, hansı meyarla “ata yurdu”nda digər qardaşların da ev inşa etmədikləri sual doğurmuşdur. Digər tərəfdən mübahisəli ev ümumiyyətlə cavabdehin atasının mülkiyyətində olan evin həyətində yerləşmişdir.

35. Məhkəmə qeyd etmişdir ki, bununla bağlı izahatlar və şahid ifadələri də ziddiyyətli olmuşdur (bu səbəbdən məhkəmə kollegiyası nəticə etibarı ilə şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir). İlk növbədə qeyd edilmişdir ki, qətnamədən apellyasiya şikayəti mübahisəli evin sahibi kimi təqdim edilən üçüncü şəxs deyil, məhz həmin evə hər hansı aidiyyətinin olmadığı iddia edilən cavabdeh tərəfindən verilmişdir. Halbuki, onların m övqeləri baxımından hazırki qətnamə nəinki daha çox, hətta bilavasitə üçüncü şəxsin maraqlarına toxunmuşdur. Cavabdeh hətta uşaqları doğulanadək üçüncü şəxsin onunla və iddiaçı ilə birlikdə mübahisəli evdə yaşadığını, onun illərlə həmin evdə qaldığını bildirmişdir. Bu səbəbdən cavabdehin nümayəndəsi (cavabdehin atası) və şahidlər Səfərov Vəkil Ağamehdi oğlu və X12 tərəfindən də təkrarlanmışdır. Lakin heç bir zaman bu şəxsin həmin evdə ailəsi ilə yaşadığı bildirilməmişdir. Halbuki, üçüncü şəxs ailəli olmuş, uşaqları olmuş və ailəsi ilə mübahisəsinin olduğu nə bildirilmiş, nədə ki, belə bir hal müəyyən olunmuşdur. Bu fikirlər onun ailəsi ilə sıx və etibarlı münasibətlərdə olduğu bir halda illərlə, o cümlədən bir müddət iddiaçı və cavabdehlə bir yerdə, yəni ailəsindən ayrı, mübahisəli evdə ya şaması ümumiyyətlə inandırıcı görünməmişdir. Bu izahatların qarşılığında üçüncü şəxsin özü mübahisəli evdə son iki ildir yaşadığını bildirmişdir. Onun özünün bu izahatı ümumiyyətlə həmin izahatları heçə endirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş videogörüntüdən də (iddiaçı evdən çıxarıldıqdan sonra xəbər vermədən həmin evə getmiş və yenidən orada yaşamağa davam etməyi cəhd etmişdir. Lakin buna razılıq verilməmişdir. Həmin vaxt orada baş verənləri iddiaçı videoqeydə almışdır) müəyyən edilmişdir ki, mübahisəli ev hazırda cavabdehin atasının və anasının istifadə və sahibliyində olmuşdur.

36. İddiaçının həmin evdə yaşaması ilə bağlı qeyd edilmişdir ki, cavabdehin nümayəndəsi (atası) iddiaçı və cavabdehin mübahisəli evdə bir neçə ay yaşadığını bildirmişdir. Halbuki, cavabdehin özü bu halın bir neçə il davam etdiyini söyləmişdir. Hər bir halda, eyni həyətdə yaşayan şəxslərin eyni bir məsələ ilə bağlı müddət etibarı ilə belə bir fərqli mövqedən çıxış etməsi yalnız onların bu məsələ ilə bağlı mövcud olan reallığı gizlətmək kimi qiymətləndirilə bilər. Artıq müəyyən edildiyi kimi, əsas məqsəd həmin evin iddiaçı və cavabdehə məxsus olmadığını, iddiaçının evdə çox az bir müddət və yaranmış zərurətlə bağlı yaşamasını göstərmək olmuşdur. Halbuki, son illərə aid şəkillərdə iddiaçının həmin evdə yaşaması açıq və aydın şəkildə görünmüşdür. Birinci uşaq doğulduqdan sonra iddiaçının orada yaşamasını isə cavabdeh özü etiraf etmişdir.

37. Nikaha daxil olduqdan sonra iddiaçı cavabdehin atasının mülkiyyətində olan evdə yaşamışdır. Həmin vaxt mübahisəli ev (artıq qeyd edildiyi kimi, nikahadək yaşayış üçün yararsız vəziyyətdə) mövcud olmaqla, cavabdehin atası Mustafayev Bəybala Sərxan oğluna məxsus olmuşdur (məhz onun vəsaiti hesabına inşa edilmişdir). Həmin evin onun mülkiyyətində olan evin yerləşdiyi həyətdə inşa edilməsi, habelə kommunal xidmətlərlə bağlı müqavilələrin onunla bağlanması bu qənaətə gəlmək üçün kifayət etmişdir. Sonradan bu ev aparılmış əsaslı təmir-tikinti nəticəsində yaşayış üçün yararlı vəziyyətə gətirilmiş və ilk uşaq doğulduqdan sonra iddiaçı və cavabdeh mübahisəli evə köçmüşlər və iddiaçı cavabdeh və uşaqları ilə birlikdə həmin evdən çıxarılanadək (2021-ci ilin ortaları) fasiləsiz olaraq orada yaşamışdır.

38. Cavabdehin iki qardaşı olmuşdur. Onların hər ikisi ailəli olmuş və ayrı yaşamış, istifadə və sahibliklərində ayrıca evləri olmuşdur. Yalnız cavabdeh atasının və anasının yanında qalmışdır. Atasının digər övladlarını cavabdehdən üstün tutması müəyyən edilməmişdir. Bu da öz növbəsində ədalətlilik baxımından hər hansı evə sahib olmayan cavabdehə də qardaşlarının şəraitinə oxşar şəraitin yaradılmasını şərtləndirmişdir. Tərəflər illərlə birgə və mehriban ailə kimi həmin evdə yaşamışlar. Onların birgə nikahından 3 uşağın doğulması şübhəsiz ki, həmin ərəfədə ailə bağlarının daha da sıxlaşmasına səbəb olmuşdur. Onlar 10 ildən artıq müddət ərzində maneəsiz şəkildə həmin evdə yaşamışlar. İddiaçı cavabdehin atasının qardaşı nəvəsidir, yəni qohumudur, onunla birbaşa qan bağlılığı olmuşdur. Qeyd edilənlər cavabdehin atasına iddiaçıya öz doğma övladı kimi yanaşmasını şərtləndirmişdir.

39. Məhkəmə kollegiyası həmin özbaşına tikintinin nikahdan əvv əl inşa edilməsinə baxmayaraq, sonradan aparılmış əsaslı təmir-tikinti nəticəsində (birgə nikah dövründə həm cavabdehin, həm də onun atasının vəsaiti hesabına) hazırki vəziyyətə çatdırılmasını, iddiaçının cavabdeh və uşaqlarla birlikdə ilkin olaraq yaşadıqları Mustafayev Bəybala Sərxan oğlunun mülkiyyətində olan evdən bu evə köçməsini, fasiləsiz və maneəsiz qaydada evdən çıxarılana kimi evə sahiblik və ondan istifadə etməklə orada yaşamasını məhz bu evin (ilkin tikili olaraq) mənzil şəraitinin daha da yaxşılaşdırılması və sair məqsədlərlə bütövlükdə cavabdehin ailəsinə (iddiaçı və uşaqlara) verilmiş hədiyyə kimi qiymətləndirmişdir (ortaya qoyulan niyyət və həqiqi iradə bundan ibarət olmuşdur). Belə olan halda, iddiaçı həmin evə münasibətdə cavabdehlə eyni, o cümlədən evdən istifadə etmək v ə ona sahiblik etmək hüquqlarına malik olmuş və həmin evin hüquqi vəziyyətinə görə özbaşına tikinti olması iddiaçının da cavabdeh kimi bu evə sahiblik etmək və ondan istifadə etmək hüquqlarına malik olmasını istisna etməmişdir (tərəflərin birgə nikahından olmuş və hazırda həmin evdə yaşayan X4, onun qardaş və bacısının da həmin evdən istifadə etmək hüququnu yaratmış olur). Bu baxımdan cavabdeh əsassız olaraq iddiaçını həmin evdən istifadə və ona sahiblik etmək, o cümlədən evdə yaşamaq hüququndan məhrum etmişdir. Bu da öz növbəsində iddianın əsaslı olmasına dəlalət etmiş və onun təmin edilməsini şərtləndirmişdir.

40. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, 71, 125-ci, Mülki Məcəllənin 5, 11, 152, 157, 180-cı, MPM-in 14.2, 77.1, 217-ci maddələrinə istinadl a əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

42. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180-cı maddəsini tətbiq etməklə özbaşına tikili aparan şəxsin həmin əmlakdan istifadə və sahiblik hüququnun olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, bununla belə qeyd olunan özbaşına tikilinin cavabdehin özü və atası tərəfindən inşa edilməsi, cavabdehin atası tərəfindən iddiaçı və uşaqlarına bağışlanmasını qeyd etməklə maddi hüquq normalarını pozmuşdur. Qanunun tələbinə görə daşınmaz əmlakla bağlı bağışlama müqaviləsi notarial qaydada bağlanmalıdır. Hazırkı halda əmlak özbaşına tikili olduğu üçün notarial müqavilə bağlanması mümkün olmamışdır. Bununla belə hesab olunsa ki, cavabdehin atası öz əmlakını iddiaçı və nəvələrinə bağışlamışdır, bunu təsdiq edən heç bir sübut mövcud olmamışdır. Tərəflər 2006-cı ildə nikaha girdikdən sonra cavabdehin atasına məxsus evdə yaşamışlar. Evin yerləşdiyi torpaq sahəsində ev tikilməsi üçün icazə cavabdehin atasına verilmiş, bununla belə apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisəli evin əsaslı təmirinin cavabdehin özü və atasının vəsaiti hesabına aparılması, qeyd olunan mənzilin cavabdehin atası tərəfindən oğlunun ailəsinə, yəni iddiaçı və onun uşaqlarına hədiyyə edilməsi, buna görə də iddiaçının qeyd olunan evə istifadə və sahiblik hüququnun olmasını qeyd etsə də, məhkəmənin həmin nəticəsi də iş materiallarına zidd olmuşdur. Belə ki, iddiaçı və cavabdehin mübahisəsiz qaydada qəbul etdikləri dəlildən göründüyü kimi iddiaçı cavabdehlə ailə həyatı quraraq cavabdehin atasının yaşadığı evə gəlin köçmüşdür və iddiaçının iddia etməsinə görə 1 il qeyd olunan ünvanda qayınatasının evində birlikdə yaşamışlar. Lakin iddiaçı qeyd olunan mənzilə qeydiyyata alınmamışdır (2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun). Bu hal onu deməyə əs as vermişdir ki, cavabdehin atasının mülkiyyətində olan evə öz gəlinini yaşadığı müddətdə qeydiyyata salmaması onun həmin evdən istifadə hüququnun yaranmaması nəticəsi güdmüşdür. Hətta evin kommunal xidmətləri də cavabdehin atasının adına olmuşdur. Yəni, gəlininə mənzilindən istifadə hüququ verməyən qayınatanın oğlu ilə birlikdə öz əmlakı hesabına tikdirdiyi evi hədiyyə etməsini inandırıcı etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin atasının əmlakla bağlı mülkiyyət hüququnu pozmuşdur. Cavabdehin atasının əmlakı hesabına tikilmiş evə onun bağışlamadığı şəxsin köçürülməsi əmlakın mülkiyyətçisinin hüquqlarının pozulması ilə nəticələnmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin digər mövqeyinə görə mübahisəli evin yararsız halda olarkən cavabdehin atası Bəybala Mustafayevə m əxsus olması, birgə nikah dövründə əsaslı təmir etdirilməsinə görə yaşayış üçün yararlı vəziyyətə gəldiyindən iddiaçının da həmin evdən istifadə və sahiblik hüququnun olması qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 35-ci maddəsindən göründüyü kimi yalnız ər-arvadın hər hansı birinə məxsus olmuş əmlaka birgə nikah dövründə əsaslı təmir etməklə dəyərini artıran vəsait qoyularsa onda həmin əmlak hər ikisinin əmlakı sayılır. Hazırki halda isə, məhkəmə kollegiyasının özünün də qəbul etdiyi kimi qeyd olunan mübahisəli ev yararsız vəziyyətdə belə cavabdehə deyil, onun atasına məxsus olduğundan həmin əmlakın əsaslı təmir etdirilməsi belə iddiaçının cavabdehlə birgə mülkiyyətinin sayılması üçün əsas ola bilməz. Beləliklə apellyasiya instans iyası məhkəməsi qətnamə qəbul edərkən iki mövqe nümayiş etdirmiş: mübahisəli evin cavabdeh və atası tərəfindən əsaslı təmir etdirilərək, cavabdehin atası tərəfindən iddiaçıya bağışlanması və mübahisəli ev iddiaçının atasına məxsus olsa da iddiaçı və cavabdehin birgə nikah dövründə əsaslı təmir etdirildiyi üçün onların birgə mülkiyyəti sayılması. Bununla da, qətnamə qəbul edilərkən müxtəlif və ziddiyyətli maddi hüquq normalarına istinad edilmiş və həmçinin maddi hüquq normaları pozulmaqla düzgün tətbiq edilməmişdir.

44. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə mübahisəli ev yararsız vəziyyətdə olarkən cavabdehin atasına məxsus olmuşdur. Bu halda həmin evin əsaslı təmir etdirilməsi iddiaçı və cavabdehin birgə mülkiyyəti sayılması üçün əsas olmadığından, hazırki iş üzrə əsl Cavabdehin atası müəyyən olunmalı idi, lakin məhkəmə kollegiyası gəldiyi nəticə ilə ziddiyyət təşkil edən əsl cavabdehlə işə baxılmalı olmasına baxmayaraq qanunun bu tələblərini də pozmuşdur.

45. Apellyasiya instansiyası məhkəməsi qətnamədə şahid Rafiq Şıxəliyevin ifadəsinə istinadən evin təmir olunması zamanı iddiaçının təmirin formasını müəyyən etməsinin məhz mübahisəli evin onun sahibliyində olması qənaətinə gəlməyə əsas verdiyini qeyd etsə də, bununla yanaşı elə həmin şahid ifadəsindəki hər iki evin, yəni iddiaçının mübahisələndirdiyi və qayınatasına məxsus evin təmiri zamanı iddiaçının təmirlə bağlı internetdən şəkillər göstərməsi və təmir pulunun məhz Nurbala Babayev tərəfindən ödənilməsinə qiymət verməmişdir. Beləliklə, qeyd olunan hallar işin bitərəf və qeyriobyektiv, həmçinin pro sessual hüquq normalarının pozulması ilə araşdırılmasını təsdiq etmişdir.

46. Cavabdeh şikayətini Mülki Məcəllənin 180, 668-ci, Ailə Məcəlləsinin 35-ci, MPMin 54, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

48. Maddə

25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat ver ir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

49. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

50. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

51. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülki Məcəllə

52. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi...

53. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

54. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumet mədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

55. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

56. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

57. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiz iki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

58. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

59. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Prosessual Məcəllə

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

70. Mülki qanunvericilikdə özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı barədə qayda müəyyən etsə də, tikinti aparılmış torpaq sahəsi mülkiyyətində olan şəxsin özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını istisna etmir. Bu baxımdan qanunverici özbaşına tikilidə yaşayan şəxslərin həmin tikiliyə istifadə hüquqlarını da tanımır.

71. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Əsas Qanunun 25-ci maddəsinə müvafiq o laraq isə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

72. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.

73. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səyləri varsa, onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ da vardır. Bu yanaşmanın əksi, yəni özbaşına tikilidə eyni əsaslarla yaşayan digər şəxslərin həmin tikilini onlarla birlikdə inşa etmiş şəxsə orada yaşamağa mane olması hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, digər şəxslərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

74. Bu cür yanaşma həm də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olduğu barədə Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbindən irəli gəlir.

75. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikilidə yaşayan şəxs(lər)in eyni əsaslarla orada yaşayan digər şəxs(lər)i onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarması və ya başqa qaydada yaşamasına mane olması Mülki Məcəllənin 164.1-cü maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq sayılır v ə Məcəllənin 165.1-ci maddəsinə əsasən pozuntuya məruz qalan şəxs(lər)in pozucudan pozuntulara son qoymağı tələb etmək, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda isə onlara son qoyulması üçün məhkəmə iddia qaldırmaq hüququ tanınır.

76. Beləliklə, oxşar mübahisələrə baxarkən məhkəmələr iddiaçının mübahisəli tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səylərinin olduğunu, ötən dövr ərzində cavabdeh(lər)lə eyni şərtlər daxilində həmin tikilidə yaşadığını və cavabdeh(lər) tərəfindən qadağan edilmiş özbaşınalıq yolu ilə onu tikilidə yaşamasına maneələr yaradıldığını müəyyən edərsə iddianı təmin etməlidir.

77. Eyni zamanda əgər özbaşına tikili ər-arvadın birgə nikahda olduqları dövrdə onlar tərəfindən inşa edilmişdirsə, Mülki Məc əllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrində nəzərdə tutulan, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyaya əsasən onların tikilinin faydalı xassələrindən istifadə etməklə bağlı bərabər imkanları tanınmalıdır.

78. Baxılan iş üzrə məhkəmələr tərəfindən mübahisəli tikilinin iddiaçı ilə cavabdehin birgə nikahları dövründə onlar tərəfindən inşa edildiyi və nikah pozulanadək həmin evdə yaşadıqları müəyyən edildiyi üçün iddia təmin olunmuşdur.

79. Yuxarıda ifadə edilmiş hüquqi mövqelər baxımından hazırkı mübahisə üzrə tikilinin hüquqi statusu və tərəflərin həmin tikiliyə mülkiyyət (istifadə) hüquqlarının yaranıbyaranmadığı müzakirə predmeti olmadığı üçün tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi və təyinatı mübahis ənin həlli üçün əhəmiyyət kəsb etmir. İddiaçının mübahisəli mənzilə köçürülməsi onun özbaşına tikiliyə mülkiyyət (istifadə) hüquqlarının yaranması əsası ilə deyil, birgə inşa edilmiş tikilinin faydalı xassələrindən cavabdehlərlə eyni şərtlərlə istifadə etmək üçün qanunla qorunan bərabər imkanların tanınması və bu imkanın özbaşınalıqdan müdafiə edilməsi zərurətindən irəli gəlir.

80. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5389/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar