Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1941/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin həcminin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-294/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Müalicə-İstirahət Kompleksind ə dövlət qulluqçusu, məsləhətçi kimi fəaliyyət göstərir, rəsmi əmək haqqı 4624 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı Cavabdeh qarşı «alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin “Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)2374/2024 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində aliment in tutulması barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış nikah Abşeron rayon Məhkəməsinin 2(012)-4026/2023-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ilk olaraq 220 manat olmaqla, cəmi 660 manat, sonuncu Abşeron Rayon Məhkəməsinin 2(012)-2374/2024 saylı qətnaməsi ilə isə hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd olunan məhkəmələr gedişində məlum olmuşdur ki, cavabdeh “X15” Mərkəzində direktor vəzifəsində çalışaraq 4760 manat rəsmi əmək haqqı alır. Bununla belə, cavabdeh öz uşaqlarına olduqca biganə yanaşır. Hətta mediasiya prosesi zamanı cavabdeh iddiaçıya iddiaçı ərizəsindəki tələb olunan aliment məbləğindən 200 manat artıq aliment ödəyəcəyi təqdirdə iddiaçının iddia tələbini geri çəkməsini təklif etmişdir. İddiaçının hər 3 uşağı yaşça böyük olduqları üçün ehtiyacları artmış, bu baxımdan iddiaçı bir ana kimi övladlarının tərbiyəsi, qidalanması və digər ehtiyaclarını təkbaşına qarşılayarkən çətinlik çəkir.
7. Abşeron rayon Məhkəməsinin 2(012)-4895/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə müəyyən olunan ali mentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulması qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə aliment miqdarı müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində, gəlirlərində dəyişiklik olmuşdur. Belə ki, hazırda Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Müalicəİstirahət Kompleksində dövlət qulluqçusu, məsləhətçi kimi fəaliyyət göstərir, rəsmi əmə k haqqı 4624 manat təşkil edir. Hazırkı şəraitdə birgə nikahdan olan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, eyni zamanda, müəyyən edilmiş aliment miqdarının cavabdehin gəlir miqdarına nisbətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği uşaqların saxlanması üçün yetərli hesab edilmir.
9. Hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. 10. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliy in məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
11. Ona görə də məhkəmə qeyd etmişdir ki, hazırkı halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1,75.4, 76.1.3, 78.1, 100.2, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən yalnız iddia ərizəsində göstərilənlərə əsaslanmış, ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyətini, həmçinin “Yaşayış minimumu haqqında” Qanunun normalarını əsas götürmək əvəzinə yalnız formal faktiki-hüquqi əsasa (yəni əmək haqqının olması hər bir halda onun müəyyən hissəsindən 50% olmaqla alimentin tutulmalı olması barədə) istinad etməklə iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, qısa müddət əvvəl, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə aliment miqdarı müəyyən edilmiş və həmin qətnaməyə əsasən hər ay 705 manat olmaqla aliment tərəfindən ödənilir. Qeyd edilən məbləğ uşaqların saxlanması üçün kifayətdir. Ona görə ki, o, həmin məbləği tam şəkildə cavabdehə ödəyir, əlavə olaraq isə uşaqların digər xərclərində ata kimi öz zəruri bildiyi formada təşkil etməklə iştirak edir. Bu onun valideyn kimi hüququdur. Hazırda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə uşaqların saxlanması üçün müəyyən meyar kimi çıxış edir və həmin məbləğin tam ödənilməsi halında valideynin uşaqların saxlanması üçün daha yüksək məbləğdə nəyə görə əlavə məbləğ ödəməli olması barədə sübutlar təqdim etmək vəzifəsi iddiaçının üzərinə qoyulmalıdır. Belə ki, əmək haqqının olması öz-özlüyündə o demək deyildir ki, iddiaçı bütün əmək haqqının 50%-ni almaq hüququ əldə edir. Bu yolverilməzdir və atanın hüquqlarını, o cümlədən elə uşaqlara münasibətdə valideynlik hüquqlarını maddi baxımdan öz istəd iyi kimi həyata keçirmək hüququnu məhdudlaşdırır. İddia ərizəsində nəyə görə uşaqların saxlanması üçün iddiaçıya hər ay 2000 manatdan yuxarı məbləğ lazım olması və uşaqların hansı xərclərini ödəmək üçün bu məbləğin zəruri olması əsaslandırılmamışdır. Həmçinin cavabdehin uşaqların saxlanılması və s. ilə maraqlanmadığı barədə həqiqəti əks etdirməyən və heç bir dəlilə sübuta əsaslanmayan məlumatlar qeyd edilmişdir. Əksinə, nəzərə alınmalıdır ki, ailənin dağılmasının səbəbi məhz iddiaçının əxlaqa, tərbiyəyə, sadiqliyə və ailə dəyərlərinə zidd hərəkətləri olmuşdur ki, bunu təsdiq edən təkzibedilməz sübutlar mövcuddur. Hansılar ki, uşaqların gələcək mənafeyi nəzərə alınaraq hüquqi sənədlərdə olmasını məqsədəuyğun hesab etməyərək təqdim etmir. Belə olan halda, iddiaçının hansı xidmətlərinə görə o na bu qədər yüksək məbləğdə aliment adı ilə pulun verilməsinin təmin edilməsi anlaşılmazdır. Birinci instansiya məhkəməsi alimentin miqdarını və tutulma qaydasını dəyişərkən digər mühüm əhəmiyyətli xüsusatları da araşdırmamış, birtərəfli qaydada qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı özünün gəlirləri və qazancı haqqında sübutlar təqdim etməmiş, uşaqların saxlanması üçün aldığı alimentin nəyə görə kifayət etmədiyini əsaslandırmamışdır. Onun rəsmi əmək haqqından əlavə gəliri və qazancı yoxdur. Həmçinin cavabdeh göründüyü kimi, daimi yaşayış yerindən uzaqda yaşayır və işləyir ki, bunun üçün onun əlavə xərcləri vardır (kirayə, nəqliyyat və s.). Lakin məhkəmə bunları nəzərə almadan, formal olaraq qanuna istinad etməklə, əmək haqqının 50%-ni aliment kimi müəyyən etmişdir. Uşağın saxlanılması ü çün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin bir tərəfə həvalə edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Bundan əlavə, alimentin miqdarının çox olması ilə əlaqədar vaxtlıvaxtında ödənilməməsi uşağının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Həmçinin məhkəmə yuxarıda qeyd edildiyi kimi, yalnız cavabdehin işləyibişləməməsi məsələsini araşdırsa da, iddiaçının işləyib-işləməsini, hər hansı gəlirə malik olmasını araşdırmamışdır. Odur ki, göstərilən hallar məhkəmə kollegiyası tərəfindən araşdırılmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Uşaqların aylıq dolanışığını qarşılamağa dair istinad edilən qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etm ək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib maddi-hüquqi vəzifələridir. Yəni hazırkı halda, uşaqların saxlanması üçün orta xərc müəyyən edilmədən bu qədər yüksək məbləğdə aliment təyin edilməsi əsassız və qanunsuzdur. Beləliklə də, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Hazırkı halda qətnamə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət etmir, əksinə ailəyə sədaqəti olmayan iddiaçının mənafeyini təmin edir. İddiaçı tərəf İddia ərizəsində nəyə görə uşaqları n saxlanması üçün iddiaçıya hər ay 2000 manatdan yuxarı məbləğ lazım olması və uşaqların hansı xərclərini ödəmək üçün bu məbləğin zəruri olması əsaslandırılmamışdır. Lakin qeyd edilən ərizə heç bir hüquqi və faktiki əsasa söykənməmişdir. Hər hansı sübut təqdim edilməmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-294/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi) X8 və X9) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyator şikayətin dəlillərini uşaqların saxlanılması üçün tərəflərin birgə və bərabər məsuliyyət daşımaqları, bütün xərclərin bir tərəfə həvalə edilməsinin məqsədə müvafiq hesab edilməməsi, qət edilən məbləğin uşaqların saxlanması üçün kifayət etməsi, uşaqların hansı xərclərini ödəmək üçün tələb olunan məbləğin zəruri olmasının iddiaçı tərəfindən subuta yetirilməməsi ilə əsaslandırılmışdır.
17. Kollegiyanın qənaətincə şikayətin qeyd olunan dəlilləri cavabdehin hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.
18. Kollegiya hesab etmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş aliment miqdarının digər valideyndən tutulmasına əsas verir.
19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəy işdirilməsini tələb etmişdir.
20. Qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
21. Məhkəmə uşaqların üstün maraqlarını, əvvəlki təminat səviyyəsini və qanunvericiliyin göstərişlərini nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması iddia olunan məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin və 112ci maddəsinin tələblərinə, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsin in qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.
22. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz.
23. Kollegiya vurğulayır ki, qanunvericiliyin tələbinə əsasən aliment almaq uşağa məxsus olun hüquqdur. Aliment valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
24. Ödənilən aliment məbləğinin yüksək olduğunu iddia edən aliment ödəyən şəxs bunun uşağın mənafeyinə xidmət etdiyini sübut ediyi halda aliment məbləğinin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi nə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
25. Kollegiya qeyd etmişdir ki, Ailə qanunvericiliyi məhkəmə qaydasında tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarının məhkəmə tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almaqla azalda və artıra bilər.
26. Kollegiya hesab etmişdir ki, araşdırılan mübahisə üzrə alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 76.2-ci maddəsində nəzərdə tutulan müstəsna hallar müəyyən edilməmişdir.
27. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 7 5.4, 76.1, 76.1.3, 112.1-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə, 27ci maddəsinin 2-ci bəndinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Nümayəndə1 ) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2(105)-294/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən yalnız iddia ərizəsində göstərilənlərə əsaslanmış, ailə qanunvericiliyinin tələbinə görə ali mentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyətini, həmçinin “Yaşayış minimumu haqqında” Qanunun normalarını əsas götürmək əvəzinə yalnız formal faktiki-hüquqi əsasa (yəni, əmək haqqının olması hər bir halda onun müəyyən hissəsindən (50% olmaqla) alimentin tutulmalı olması barədə) istinad etməklə iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, qısa müddət əvvəl, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə aliment miqdarı müəyyən edilmiş və həmin qətnaməyə əsasən hər ay 705 manat olmaqla aliment tərəfindən ödənilir. Qeyd edilən məbləğ uşaqların saxlanması üçün kifayətdir. Ona görə ki, həmin məbləği tam şəkildə cavabdehə ödəyir, əlavə olaraq isə uşaqların digər xər clərində ata kimi öz zəruri bildiyi formada təşkil etməklə iştirak edir. Bu valideyn kimi hüququdur. İddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra ailə həyatı qurmuşdur və yeni nikahından 10 aprel 2025-ci il tarixdə qızı X5 anadan olmuşdur. (doğum haqqında şəhadətnamə əlavə edilir) Digər 3 uşağı ilə birlikdə yeni anadan olmuş övladınn xərclərini qarşılamaq, ona baxmaq vəzifəsidir. Lakin əmək haqqısının yarısının heç bir əsas olmadan iddiaçıya ödənilməsi müəyyən edildiyindən yeni doğulmuş övladının xərclərini qarşılamaqda çətinlik çəkəcək. Hazırda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə uşaqların saxlanması üçün müəyyən meyar kimi çıxış edir və həmin məbləğin tam ödənilməsi halında valideynin uşaqların saxlanması üçün daha yüksək məbləğdə nəyə görə əlavə məbl əğ ödəməli olması barədə sübutlar təqdim etmək vəzifəsi iddiaçının üzərinə qoyulmalıdır. Belə ki, əmək haqqının olması özözlüyündə o demək deyildir ki, iddiaçı bütün əmək haqqının 50%-ni almaq hüququ əldə edir. Bu yolverilməzdir və atanın hüquqlarını, o cümlədən elə uşaqlara münasibətdə valideynlik hüquqlarını maddi baxımdan öz istədiyi kimi həyata keçirmək hüququnu məhdudlaşdırır. İddia ərizəsində nəyə görə uşaqların saxlanması üçün iddiaçıya hər ay 2000 manatdan yuxarı məbləğ lazım olması və uşaqların hansı xərclərini ödəmək üçün bu məbləğin zəruri olması əsaslandırılmamışdır və heç bir məhkəmə instansiya bu hala diqqət yetirməmiş və nəticədə cavabdehin və onun yeni doğulmuş övladının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişlər. Həmçinin cavabdehin uşaqların saxlanılmas ı və s. ilə maraqlanmadığı barədə həqiqəti əks etdirməyən və heç bir dəlilə sübuta əsaslanmayan məlumatlar qeyd edilmişdir. Əksinə, nəzərə alınmalıdır ki, ailənin dağılmasının səbəbi məhz iddiaçının əxlaqa, tərbiyəyə, sadiqliyə və ailə dəyərlərinə zidd hərəkətləri olmuşdur ki, bunu təsdiq edən təkzibedilməz sübutlar mövcuddur. Hansıların ki, uşaqların gələcək mənafeyi nəzərə alınaraq hüquqi sənədlərdə olmasını məqsədəuyğun hesab etməyərək təqdim etmirlər. Belə olan halda, iddiaçının hansı xidmətlərinə görə ona bu qədər yüksək məbləğdə aliment adı ilə pulun verilməsinin təmin edilməsi anlaşılmazdır.
30. Məhkəmələr alimentin miqdarını və tutulma qaydasını dəyişərkən digər mühüm əhəmiyyətli xüsusatları da araşdırmamış, birtərəfli qaydada qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı özünün gəlirlə ri və qazancı haqqında sübutlar təqdim etməmiş, uşaqların saxlanması üçün aldığı alimentin nəyə görə kifayət etmədiyini əsaslandırmamışdır. Cavabdehin rəsmi əmək haqqından əlavə gəliri və qazancı yoxdur. Həmçinin cavabdeh göründüyü kimi, daimi yaşayış yerindən uzaqda yaşayır və işləyir ki, bunun üçün onun əlavə xərcləri vardır (kirayə, nəqliyyat və s.). Eyni zamanda yuxarıda qeyd edildiyi kimi cavabdeh 2-ci dəfə ailə həyatı qurmuş və həmin nikahdan da övladı doğulmuşdur. Yeni doğulmuş uşağın xərcləri kifayət qədər böyükdür. Lakin məhkəmə bunları nəzərə almadan, formal olaraq qanuna istinad etməklə, əmək haqqının 50%-ni aliment kimi müəyyən etmişdir. Uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin bir tərəfə həvalə edilməsi məqsədə müvafiq he sab edilə bilməz. Bundan əlavə, alimentin miqdarının çox olması ilə əlaqədar vaxtlı-vaxtında ödənilməməsi uşağının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Həmçinin məhkəmə yuxarıda qeyd etdiyimiz kimi, yalnız cavabdehin işləyib-işləməməsi məsələsini araşdırsa da, iddiaçının işləyib-işləməsini, hər hansı gəlirə malik olmasını araşdırmamışdır. Odur ki, göstərilən hallar məhkəmə kollegiyası tərəfindən araşdırılmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Uşaqların aylıq dolanışığını qarşılamağa dair istinad edilən qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələba tlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib maddi-hüquqi vəzifələridir. Yəni, hazırkı halda, uşaqların saxlanması üçün orta xərc müəyyən edilmədən bu qədər yüksək məbləğdə aliment təyin edilməsi əsassız və qanunsuzdur. Beləliklə də, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Hazırkı halda qətnamə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət etmir, əksinə ailəyə sədaqəti olmayan iddiaçının mənafeyini təmin edir. Göründüyü kimi, hər iki məhkəmə instansiyasının qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır.
31. İddiaçı tərəf iddia ərizəsi heç bi r hüquqi və faktiki əsasa söykənməmişdir. Hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə isə belə bir sübut əldə edilmədən prosessual hüquq normaları pozulmaqla iddianı qeyd edilən formada təmin etmişdir. Məhkəmənin qətnaməsi tərəflərin qarşılıqlı münasibətinə, işin faktiki hallarına və qanuna uyğun deyildir ki, belə nəticə istinad edilən prosessual hüquq normalarının pozuntusudur. Məhkəmə proseslərində cavabdehin ikinci dəfə ailə həyatı qurması, yeni övladının doğulacağı bildirilsə də, məhkəmələr bu halı nəzərə almamış, yalnız iddiaçının hüquqlarını təmin edən qətnamə qəbul etmişdir.
32. Kassasiya şikayəti əsaslandırılarkən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 27.2-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 81.1, 78.1, 78.2, 112.1-ci, “Uşaq hüquqları haqqında” Qanu nun 3-cü maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.3, 8.4 və 8.5-ci bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 77.1, 88, 217.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə 17 İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
35. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
36. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
37. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:... 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.
38. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən o lunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 19 (birinci hissə). Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanun vericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı”
40. Bənd 8.13. məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Cavabdeh kassasiya instansiyası məhkəməsinə elektron kabinet vasitəsilə 10 aprel 2025-ci il tarixində doğulmuş uşağının doğum haqqında şəhadətnaməsinin surətini təqdim etsə də, məhkəmə kollegiyası bildirir ki, kassasiyta məhkəməsi sübutları qəbul etmir və onların hüquqi dəyərləndirməsini aparmır. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası kassasitya şikayətinin məhkəmə proseslərində cavabdehin ikinci dəfə ailə həyatı qurması, yeni övladının doğulacağı bildirilsə də, məhkəmələrin bu halı nəzərə almadığı, yalnız iddiaçının hüquqlarını təmin edən qətnamə qəbul etdiyi barədə dəlili ilə əlaqədar bildirir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehin digər nikahından hələ doğulmamış uşağını nəzərə almaması və bununla əlaqədar araşdırma və hüquqi dəyərləndirmə aparmaması hər hansı hüquq normasının pozuntusu hesab edilə bilməz.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəf lərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2025-ci il tarixli 2(105)-294/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxla