Məhkəmə qərarları › İş №2(102)-1973/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1973/2025

24.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1973/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, özbaşına inşa edilmiş tikiliyə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və mənzildən istifadə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1825/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci ildə nikaha giriblər və birlikdə ünvan1 ünvanda yerləşən fərdi yaşayış evində pasport qeydiyyatsız yaşamışlar.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-595/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onlar arasında nikahın pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 boşanmadan sonra anasının himayəsinə verilmiş, atadan uşağın saxlanması hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

3. Cavabdeh X qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdan keçməmişdir.

4. Abşeron Rayon İcra Hakimiyyətin 12 yanvar 1995-ci il tarixli 25№-li Qərarına əsasən Sovxozda işləyən fəhlə və mü təxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X7 0,1 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin artırılması barədə ərizələr) ilə məhkəməyə müraciət edərək, onun və oğlu X1 ünvan1ndakı fərdi yaşayış evinə köçürülməsi (bundan sonra “mübahisəli ev”) və evdən istifadə etməsinə hüququnun verilməsi, 60 manat mediasiya xərcinin, 100 manat dövlət rüsumunun, 20 manat vəkil sorğusuna görə rüsumun və 17 saylı notariat ofisinə ödədiyi 12 manat rüsumun Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslan dırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2021-ci il tarixində nikaha daxil olub. Birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü bir uşaqları vardır. Hazırda iddiaçını cavabdehlə nikahı pozulub. İddiaçı ailə qurduqdan sonra cavabdeh ilə mübahisəli evdə yaşamışdır. Cavabdehin evinə köçərkən özü ilə cehiz aparmış, hal-hazırda da, cehizləri və digər əşyaları cavabdehin evindədir. İddiaçının və oğlunun hazırda yaşamağa yeri yoxdur. Cavabdehin eviünvan1nda yerləşir və sənədi yoxdur, lakin bütün komunal xidmətlər – qaz, işıq, su, cavabdehin adınadır.

7. Cavabdeh məhkəməyə etirazla müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, guya cavabdehlə xx.xx.2021-ci il tarixdə nikaha girib ailə qurduqdan sonra cavabdehlə birlikdə on a məxsus mübahisəli evdə yaşamış, özü ilə birlikdə cehiz əşyalarını da həmin evə gətirmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri yalandır. Belə ki, iddiaçının göstərdiyi ev və torpaq sahəsi cavabdehə deyil, tamam başqa bir şəxsə – X7 məxsusdur, evin çıxarışı yoxdur və cavabdeh həmin evdə müvəqqəti olaraq kirayədə yaşamış və evin sahibi ilə öz aralarında razılaşıb kommunal xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür ki, ödənməsi barədə aralarında anlaşılmazlıq yaranmasın. İddiaçı həmin evdə cəmi 9 aya yaxın müddət, yəni xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək yaşamış, bundan sonra hamiləliyi ilə əlaqədar xəstəxanaya getmiş və uşağı dünyaya gəldikdən sonra öz atası evinə getmiş və bir daha geri qayıtmamışdır. Cehizlərini isə saxlanması üçün başqa bir tanışının evinə yığmışdır və hal-haz ırda da həmin evdədir. İddiaçının oğlu ilə birlikdə yaşamağa yerləri olmadığı barədə göstərdikləri də tam yalandır. İddiaçının 2 evi vardır. Biri, iddia ərizəsində göstərdiyi ünvan2 digəri ünvan 3 ünvandakı mənzil.

8. Məhkəmə baxışında iddiaçı tələbini müdafiə еdərək, əlavə olaraq bildirmişdir ki, 2021-ci il tarixdə cavabdehin evinə gəlin köçərkən 50000 manatlıq cehiz almış və 2024cü ilədək orada yaşamışdır. Nikah pozulduqdan sonra evdən qovulub, lakin bütün əşyaları orada qalıb. Evin ünvanı ünvan1 kimi gedir və evin çıxarışı yoxdur, lakin kommunal xidmətlər cavabdehin adına məxsus olmasına dair sübut təqdim edilmişdir.

9. Məhkəmə baxışında cavabdehin nümayəndəsi və vəkili əlavə bildirmişdir ki, iddiaçı evdən qovulmamış və uşaq doğulduğdan sonra öz istəyi ilə evdən getmişdir. Evin cavabd ehə məxsus deyil, cavabdeh orada kirayədə yaşayır. Bu faktı evin sahibi X1 təsdiq edə bilər, həmçinin onlar öz aralarında razılaşmışlar ki, komunal xidmətləri cavabdeh öz adına keçirtsin. Cehizlər isə başqa şəxsin evinə aparılmışdır. İddiaçının 2 evi vardır və yaşayış sahəsinə ehtiyacı yoxdur. İddiaçının evdən 2024-cü ildən əvvəl çıxması barədə sübut odur ki, nikahın pozulması barədə qətnamədə iddiaçı özü bunu etiraf etmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(008)6775/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikilidir. Tərəflər arasında 2021-ci ildə nikah bağlanmış, 2024-cü ildə isə nikaha xitam verilmişdir. İddiaçı ailə qurduqdan sonra cavabdehlə sonuncunun mübahis əli evində yaşamışlar. Hazırda isə iddiaçı orada yaşamır. lakin evin cavabdehə məxsus olması və iddiaçının ora köçmək hüququnun olması işin mübahisəli halıdır.

12. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi və vəkilinin evin cavabdehə deyil, X10 adlı şəxsə məxsus olmasını barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, bu faktı təsdiq edən sübut kimi Abşeron rayonu S.X17 Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisənin 17 fevral 2000-ci il tarixli 6 №-li əmrindən çıxarışın surəti təqdim edilmiş, həmin sənədin əslinin təqdim edilməsinə dair məhkəmənin təklifinə baxmayaraq, sözügedən sənədin əsli təqdim edilməmişdir. Buna görə də cavabdeh tərəfindən təqdim edilən əmrdən çıxarış mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bunun əksi olaraq isə bütün kommunal xərclərin məhz ca vabdehə məxsus olması elə tikilinin həqiqətən ona məxsus olduğunu göstərir.

13. Birinci instansiya məhkəməsi cavabdehin kirayə qalması ilə əlaqədar kommunal xərcləri öz adına rəsmiləşdirməsi barədə dəlilini isə inandırıcı hesab etməmişdir.

14. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin evdə yaşamaq hüququ olduğu üçün o, mübahisəli evə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, iddiaçının da eyni əsaslarla orada yaşamaq hüququ var.

15. Birinci instansiya məhkəməsi iddianın mübahisəli evə tərəflərin birgə nikahından doğulan uşağın köçürülməsinə dair hissəsinə münasibətdə isə qeyd etmişdir ki, uşaq azyaşlıdır və məhkəmənin qətnaməsi ilə iddiaçının himayəsində saxlanılmışdır. Buna görə də, iddiaçı ilə birlikdə azyaşlı oğ lu da mübahisəli evə köçürülməlidir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 43-cü, Mülki Məcəllənin 11.1, 180.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraz ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamədə göstərmişdir ki, iş materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli X2 və X3 ərizələrinə əsasən iddiaçı cavabdehlə birlikdə mübahisəli evdə qeydiyyatsız yaşamışlar. Lakin məhkəmə bu yazı lı sübutu qəbul edərkən hər iki şəxsin iddiaçının yaxın qohumları olmasını, işin nəticəsində birbaşa maraqlı şəxslər olmalarını araşdırmamış, həmin şəxslərin sağ olub-olmamalarını dəqiqləşdirməmiş, bu məqsədlə onları məhkəmədə şahid qismində dindirməmişdir. Ərizəni tərəflərə təqdim etməmiş, məhkəmədə elan etməmişdir. Bununla da, MPM-nin 62ci maddəsinin tələbləri pozulmuşdur. Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmrinin çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli Qərarına əsasən yaşayış” evlərinin fikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X7 0,1 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Məhkəmə t əqdim edilən bu sübutu araşdırmamış, X8 məhkəməyə dəvət edib dindirməmiş və bu sübutdan əsassız olaraq istifadə etməmişdir. Nəticədə iddiaçıya və cavabdehə aidiyyəti olmayan evə köçürülmə barədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verə bilməyib və təqdim olunan sübutlar, eləcə də digər lazımi məqamlar düzgün araşdırılmayıb. Halbuki, birinci instansiya məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməli idi. Məhkəmə özü tər əfindən işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməməklə yanaşı, X2 və X3 xx.xx.2024-cü il tarixli ərizəsini və X7 aid mənzilin bu mübahisəyə aid olmasını araşdırmamış və qanunsuz olaraq sübut kimi istifadə etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində əsaslandığı xüsusatlar barədə heç bir sənəd, sübut və dəlil əldə olunmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi xüsusatlar işin halları ilə təsdiq olunmur.

19. Apellyasiya baxışında cavabdehin nümayəndəsi (vəkili) əlavə olaraq göstərmişdir ki, iddiaçı cavabdehlə mübahisəli evdə birlikdə cəmisi 7 ay yaşayıb, ev cavabdehin kirayəsindədir. Ev sahibinin kirayəyə verilən evin tərk edilməməsi üçün cavabdehdən qaz, işıq xərclərini ödəməsini tələb edib və bu səbəbdən kommunal xərcləri cavabdeh öz adına keçirib. Cavabdehin hal-hazırda həmin evdə deyil, əmisinin evində yaşayır.

20. Apellyasiya baxışında iddiaçı bildirmişdir ki, cavabdeh onu xəstəxanadan çıxarmadığı üçün valideynlərinin evinə getmişdir. 2022-ci ilin dekabrın 22-də cavabdeh onu evinə aparmış, iki gündən sonra cavabdehin bacısı onu evdən çıxarmış, 2023-cü ilin mart ayında o, geriyə qayıtmış, aprel ayının 1-2-si yenidən evdən qovulmuşdur. Onun qeydiyyatda olduğu ev anasına məxsusdur. Cavabdehlə mübahisəli evdə yaşadığı müddətdə həmin evdə hər hansı bir tikinti işləri aparılmamışdır. Sonuncu dəfə 2023-cü ilin aprelində evdən çıxdıqdan sonra geri qayıtmamışdır, başqa yaşayış yeri yoxdur.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1825/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edi lərək qətnamə ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

23. Belə ki, işin müəyyən olunmuş hallarına görə tərəflər xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra iddiaçı cavabdehin yaşadığı mübahisəli evə köçmüş, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuş, tərəflər mübahisəli evdə yaşadıqları müddətdə həmin evdə hər hansı bir tikinti işləri aparmamış, yəni iddiaçı evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmiş, tərəflərin ailə nikah münasibətləri pozulduğundan 2023-cü ilin aprel ayının əvvəlindən iddiaçı övladı ilə birlikdə mübahisəli evdə yaşamır, tərəflərin nikahı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X5 anasının yanında saxlanmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçının köçmək istədiyi özbaşına tikilidə hansı əsaslarla yaşamaq hüququnun yaranmasını araşdırmadan onun bu tikilidə himayəsində olan övladı ilə yaşamaq hüququna cavabdeh tərəfindən manelər yaradılması qənaətinə gələrək tələbin hüquqi əsasının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1ci hissəsinə əsasən, qorunmasına təminat verilən iddiaçının mənzil hüququnun pozulması kimi müəyyən edib iddia tələblərini təmin etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, bu norma insanı yaşamağa hüququ yaranan mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə yaranmış, mövcud olan hüquqlar məhkəmə qaydasında, yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması belə bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.

27. Apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlmişdir ki, özbaşına inşa olunan tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbinə əsasən, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranmasının qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməz olduğundan, mübahisəli evi iddiaçının cavabdehlə birgə nikah dövründə əməyinin və xərclərinin nə ticəsinin maddi dəyəri olmadığından, bu tikilidə cavabdehlə bağladığı və qısa müddət ərzində sürən nikah dövründə yaşaması iddiaçıya həmin tikiliyə hüququnun yaranması və himayəsində saxalanılan övladı ilə birlikdə həmin ünvana köçürülməsi üçün əsas olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 27.1, 27.2, 180.1, 180.2, 180.3-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh evi iddiaçı ilə ailə qurmazdan əvvəl təmir etdirmiş və "xxxx" ASC-dən götürdüyü kredit hesabına təmir xərclərini ödəmişdir. Belə ki, birgə nikahda olduqları müddətdə, cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarını sataraq evin təmirinə sərf etdiyi pulun bir hissəsini banka olan borcun ödənilməsinə sərf etmiş, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin iyun ayının 20-dək hər ay 367 manat aylıq əmək haqqı və əlavə ödənişləri, sonuncu dəfə isə analıq məzuniyyətinə görə verilən 975 manat pulu da bütünlüklə cavabdeh "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsinə xərcləmişdir. İşin mübahisəsiz halını təsdiq edən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-824/2025 saylı məhkəmə q ətnaməsi də mövcuddur. Məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus "xxxx" ASC tərəfindən verilmiş çıxarış, Qaradağ rayon Məhkəməsin tədqiq edilmiş və cavabdehin iş yeri ünvan4ndə yerləşdiyindən, iddiaçının əmək haqqlarını ünvan6 yerləşən Ymarketdə cavabdeh tərəfindən çıxarılmış və kredit borcunun ödənilməsinə sərf edilmişdir. Belə ki, iddiaçı ünvan1nda yaşamış, ünvan7ndə işlədiyindən əmək haqqlarını çıxarmaq üçün Qaradağ rayonuna getməsi mümkün deyildir. Lakin apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, sübutlara obyektiv qiymət vermədən, müdafiə mövqeyini üzərinə götürərək, işə birtərəfli qaydada baxaraq, yalnız cavabdehin mənafeyinə uyğun yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. K assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu Maddə

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiy a şikayəti üzrə düzgün nəticəyə gəlib.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2228-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88 maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə mübahisədə adı keçən ev iddiaçı ilə onun keçmiş ərinin birgə vəsaiti hesabına alınmayıb, bir gə vəsait hesabına tikilməyib.

40. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

41. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, iddiaçı kassasiya şikayətində evin təmiri üçün alınmış kreditin birgə nikah vaxtı ümumi vəsait hesabına (iddiaçıya məxsus qızıl əşyalarını satılması, analıq məzuniyyətinə görə verilən pul hesabına) ödənilməsini göstərmişdir.

42. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı izah edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan, üstəlik, işin faktiki hallarının müəyyənləşməsinə yönələn yeni dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1825/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar