Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1945/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-98/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 dekabr 2018-ci il tarixli, CPİ-0232/18 №-li “Əmlak Sığortası Şəhadətnaməsi”nə əsasən, sığortalı “X3 Ltd” MMC sığortaçı "xxxx" ASC tərəfindən 1 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək 1 (bir) il müddətinə sığortalanmışdır. 2. “BMW 3281” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC tərəfindən PXA********** saylı müqavilə ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” sığortalanmışdır.
3. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin X4 Şöbəsinin TP ******* saylı, 15 aprel 2020-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan in zibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. 4. “Sifarişçi” "xxxx" ASC ilə “İcraçı” X1 arasında bağlanmış “Xidmətlərin gösərilməsi barədə” 55/19 saylı, 25 dekabr 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavəyə əsasən, zərərçəkmiş şəxs “X3 Ltd” MMC-yə 46776 AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmiş və “İcraçı” fərdi sahibkar X1 tərəfindən təmir işləri həyata keçirilməklə, xidmət göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 43973.26 AZN məbləğində pulun, 221.92 AZN məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xah iş edilmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 1 ünvanında Cavabdeh “BMW 3281” markalı, 99 UX-894 dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Bakı şəhəri, Azadlıq prospekti 1 ünvanda yerləşən “X3 Ltd” MMC-yə məxsus daşınmaz əmlakın (“Park İnn by Radisson Baku” mehmanxanası) giriş qapısına zərər vurulmuşdur. Belə ki, “X3 Ltd” MMC-yə məxsus daşınmaz əmlak (“Park İnn by Radisson Baku” mehmanxanası) "xxxx" ASC tərəfindən 1 il müddətinə əmlak sığortası növü üzrə sığortalanmışdır. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 770 saylı, 27 dekabr 2019-cu il tarixli “Zər ər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair” hesabata əsasən zərərçəkmiş şəxs “X3 Ltd” MMC-yə 46776 AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin 22 yanvar 2020-ci il tarixli və 16 mart 2020-ci il tarixli “Sığorta akt”larına əsasən 46776 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi həyata keçirildikdən sonra zərər vuran şəxs, yəni Cavabdeh mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” sığortalandığı üçün sığorta ödənişi məbləğdən 1802.74 AZN məbləğ çıxılmışdır. Hal-hazırda cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi zərərin məbləği 43973.26 AZN məbləği təşkil edir. Bu səbəbdən də, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəz inin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Cəbrayıl Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası” təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8550 №-li, 19 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən, mərkəzdə olan məlumatlardan və fərdi sahibkar X1 tərəfindən imzalanmış 3 yanvar 2020-ci il tarixli hesab fakturadan istifadə etməklə Bakı şəhəri, Azadlıq prospekti, 1 ünvanda yerləşən “X3 Ltd” MMC-yə məxsus daşınmaz əmlak“Park İnn by Radisson Baku” mehmanxanasının giriş qapısına dəymiş ziyanın məbləği 36740 AZN olması müəyyən edilmişdir.
8. Cəbrayıl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(072)-027/2023 nömrəli iş üz rə 3 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia qismən təmin edilərək, Cavabdeh 34937.26 AZN məbləğində pul və 176.31 AZN məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası deliktdir.
10. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sığortalı “X3 Ltd” MMC sığortaçı "xxxx" ASC tərəfindən 1 yanvar 2019-cu il tarixdən 31 dekabr 2020-ci il tarixədək 1 il müddətinə sığortalanmış, Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilmi ş, buunla da iddiaçının sığorta ödənişi məbləğində cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.
12. Məhkəmə hesab etmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçı "xxxx" ASC-yə maddi zərərin dəyməsi və maddi zərərin məbləği məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.1, 21.1, 936.1, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1114.1-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonraMülki Prosessual Məcəllə)14.2, 771.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
15. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. 19 yanvar 2023-cü il tarixli ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı ziddiyyət olduğu və məhkəmənin həmin hissədə ekspert rəyinin mötəbərləyinə düzgün hüquqi qiymət verməməsi qeyd edilmişdir. Həmin ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində tədqiqat nəticəsində dəymiş ziyanın məbləğinin 46776 manat müəyyən edildiyi göstərilsə də, rəyin nəticə hissəsində dəymiş ziyan 36740 manat müəyyən edilmişdir.
17. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddiaçının sifarişinin əsası kimi oteldə aparılmış təmir işlərinin cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində dəymiş zərər ilə əlaqəsinin olub-olmamasının dəqiqləşdirilməsini, iş üzrə yenidən ekspertiza təyin edilərək tərəfindən iddiaçıya dəymiş zərərin təmin olunması məqsədi ilə otelin giriş qapısının yenisi ilə əvəzlənmədən təmir edilib-edilməməsinin dəqiqləşdirilərək alınmış ekspert və ya mütəxəssis rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Cavabdeh “Park İnn by Radisson Baku” mehmanxanasının giriş qapısının dəyişdirilmədən təmir olunub-oluna bilməməsi məsələsinin araşdırılmadığını qeyd etmişdir. Cavabdeh hesab etmişdir ki, əgər həmin qapı təmir oluna bilsəydi onun qarşılayacağı zərərin miqdarı da aşağı düşə bilərdi.
19. Şirvan Apellyasiya Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərardadı ilə əlavə “məhkəmə-əmtəəşünaslıq ekspertizası” təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6966 nömrəli, 7 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 55/19 saylı, xidmətlər cədvəlinə əsasən ekspertiza təyini haqqında qərarda g östərilən “Dorma” markalı dönmə qapıya dəymiş zərərin ümumi məbləği nəzəri hesablama yolu ilə təxminən 46776 manat müəyyən edilmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-98/2024 nömrəli mülki iş üzrə 5 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Samir Mayılov, və İlham Əsədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 34937.26 AZN məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, həmçinin 100 manat ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilərək, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq ("xxxx" ASCn in ödənişi və xx.xx.2020-ci il tarixli sığorta aktında qeyd olunan 1000 manat azad olma nəzərə alınmaqla) 46776 manat (dəymiş ziyan) – 1802.74 manat ("xxxx" ASC-nin ödənişi) – 1000 manat (azadolma haqqı) = 43973.26 AZN məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi iddiaçının şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, 19 yanvar 2023-cü il tarixli ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsi ilə rəyin nəticə hissəsi arasında ziddiyyət mövcud olmuşdur.
22. Belə ki, tədqiqat nəticəsində təsviri-əsaslandırcı hissədə dəymiş ziyanın miqdarı 46776 manat müəyyən edildiyi göstərildiyi halda, rəyin nəticə hissəsində həmin ziyanın 36740 manat olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi məhz həmin ziddiyyəti araşdırm amış, ekspert rəyinin nəticə hissəsində göstərilən ziyan miqdarına uyğun olaraq iddiaçının şikayətini qismən təmin etmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası tam əsaslıdır.
24. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı "xxxx" ASC-nin 22 yanvar 2020-ci il tarixli və 16 mart 2020-ci il tarixli “Sığorta akt”larına əsasən 46776 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi həyata keçirildikdən sonra zərərvuran şəxs, yəni Cavabdeh mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” sığortalandığı üçün sığorta ödənişi məbləğdən 1802.74 AZN məbləğ çıxılmışdır.
25. Məhkəmə kollegiyası hesab etm işdir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi zərərin məbləği 43973.26 AZN təşkil etmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, şikayətin dəlilləri əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir.
27. Belə ki, “İcraçı” fərdi sahibkar X1 tərəfindən verilmiş 1 saylı, 3 yanvar 2020-ci il tarixli və 5 saylı, 14 mart 2020-ci il tarixli hesab fakturalarına əsasən, “İcraçı” fərdi sahibkar X1 tərəfindən zərərçəkmiş şəxs “X3 Ltd” MMC-yə dəymiş zərərin məbləği 46776 AZN məbləğində hesablanmış, buna görə də həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh “Dorma” markalı dönmə qapının təmir edildiyinin və ya dəyişdirildiyinin müəyyən edilmədiyini qeyd etsə də iş materiallarından görünür ki, həmin qapının də yişdirilməsi və yenisi ilə əvəz olunması ilə bağlı dəymiş ziyanın məbləği olaraq 46776 manat göstərilmişdir.
28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil Ağahüseyn oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətindəki dəlillər tam hərtərəfli olaraq araşdırılmamışdır. Nəticədə isə cavabdeh daha da ağır maddi duruma düşmüşdür. İddiaçının nümayəndəsi tərfindən verilmiş apellyasiya şikayəti təmin edilərək dəymiş maddi zərərin məbləği biraz da artırılmışdır. Bu cür qətnamənin qəbul edilməsi isə cavabeh tərəfindən ona qarşı yol verilmiş haqsızlıq kimi qəbul edilmişdir.
31. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 71-ci, “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”-nin 8-ci, Mülki-Prosessual Məcəllənin 4, 14.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ta m ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
36. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmə k tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vura n şəxsin öhdəsinə qoyula bilər.
40. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyət inə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-98/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.